“Şəms” saytı
Oyanıb-bilməlidir.
462
Fars Türkün medya alanın daraldır
Buludlar ilə günəşin qaraldır
Qondarma oppozisiyon yaradır
“Şəms” saytı oyanıb-bilməlidir
463
“Gamoh” doğuşdan Türkçü bir qurumdu
Düşməni Ermənidi, Farsdı, Rumdu
Tərsinə inandıran pis yorumdu
“Şəms” saytı oyanıb-bilməlidir
464
Hər kəs bilir ki, “Gamoh” millətçidir
Geriçi qol-qanadı ümmətçidir
Bugünkü lideri şəriətçidir
“Şəms” saytı oyanıb-bilməlidir
465
Ümmətçi “gamoh”çuyla solçu Türkün
Davaları otay üçündür bu gün
Düşmən deyər ki, “gamoh”çudan ürkün
“Şəms” saytı oyanıb-bilməlidir
466
“Gamoh”çunun hədəfı istiqlaldır
Milli qiyamı güdən dili “lal”dır
Səhvsiz, yanlışsız taktik mahaldır
“Şəms” saytı oyanıb-bilməlidir
132
“Şəms” saytı oyanıb-bilməlidir.
467
Niyazı bəyin olsaydı savadı
(Niyazı bəy düşmən bilsəydi yadı)
Düzəldər idi taktiksəl iradı
Zəhərləməzdi biliksiz əfradı
“Şəms” saytı oyanıb-bilməlidi
468
Cəmşid bəy Niyazi
Niyazı bəy şərabdı, “Şəms” saytı xum
Ki içə keflənə Tehran ilə Qum
Zəhərlənən Türkə yedirə zəqqum
“Şəms” saytı oyanıb-bilməlidir
30.10.2005
133
AZƏRBAYCAN!
469
Varlığımız ölməkdədir
Dünya bizə gülməkdədir
Düşmən aşı çölməkdədir
Azərbaycan! Azərbaycan!
470
Fars
Türklərə heyvan deyir
Həyalı Türk söyüş yeyir
Haçana dək edək səbir
Azərbayca! Azərbaycan!
471
Garabağı düşmən aldı
Namusumuz əldə qaldı
Arazları dərdə saldı
Azərbaycan! Azərbaycan!
472
Çörək demə, “nan” deyirlər
Ana dilin dan deyirlər
Qeyrətsiz ol yan deyirlər
Azərbaycan! Azərbaycan!
473
Ana dilim namusumdur
Gözəl-göyçək Tavusumdur
İrsiyyəmdir, varisimdir
Azərbaycan! Azərbaycan!
134
Azərbaycan!
474
Biz qazandıq məşrutəni
Dəyişmədik xəritəni
Dərdə saldıq bu vətəni
Azərbaycan! Azərbaycan!
475
Türk övladı savadsızdır
Şəhərləri zavodsuzdur
Harayları imdadsızdır
Azərbaycan! Azərbaycan!
476
Fars İranda dövlət olub
Azərbaycan qarət olub
Farsa milli sərvət olub
Azərbaycan! Azərbaycan!
477
Fars dövləti vergi aldı
Farsistanda ... şəhər saldı
Mənim yurdum geri qaldı
Azərbaycan! Azərbaycan!
478
Bank da eldən alır faiz
Faydalana bilmir ... Tərbiz
Ki olmaya sənayemiz
Azərbaycan! Azərbaycan!
135