“Otur”
barışcıl metodun içinə!
422
Yurdsevər Türkü taxtından salırlar
Satqın Türkün tütəyini çalırlar
Çünkü Rusyadan buyuruq alırlar
Deyirlər göz yum düşmənin suçuna.
“Otur” barışcıl metodun içinə!
423
Yurdumu bölürlər dilim-dilimə
Tayları “qonşu” edirlər elimə
Bütövçünü bənzədirlər zalimə
Barışcıl davran deyirlər gücünə.
“Otur” barışcıl metodun içinə!
424
Farsı Türkə
hakim edib gedirlər
Türkü Farsa milli kölə edirlər
Farslar baş qaldıran Türkü didirlər
Deyirlər barışcıl ol ki, keçinə.
“Otur” barışcıl metodun içinə!
425
Bölünmüş taylarımız təzyif olur
Susuzluqdan milli gülləri solur
Qarabağa köçmən Erməni dolur
Barışcıl qayıda bilməz Laçına.
“Otur” barışcıl metodun içinə!
(Silahla alınan silahla qaytarılar.)
123
“Otur” barışcıl metodun içinə!
426
Savaş qurtardı Yəməni, Kıbrısı
Barış gücləndirir şovenist Farsı,
Qarabağı işqal etdirən Rusu
Barış verdi “dədəsinin borcuna”
“Otur” barışcıl yöntəmin içinə!
427
“Şərq” ~
Sömürqəçi Rusya ilə Çin
“Şerq” deyir Türk öldür ki, mən uzanım
“Qərb” deyir Türk uduzsun, mən qazanım
İçiboş vədələr ilə bəzənim
Bəlkə Türk silahlanmaqdan qaçına
“Otur” barışcıl yöntəmin içinə!
428
Barışçıl metod federalizm üçündür
Federalizm aldadıcı oyundur
Özgədən asılı millət qoyundur
Azərbaycana istiqlal lazımdır
Ya ölüm, ya istiqlal son sözümdür.
02.07.2005
124
Lənət olsun
satqın əkib-doğana!
(Davamız Qarabağın davasıdır.)
429
Rusyanın süngüsü Heydər Əliyef
Rusun orkestrasında çalırdı dəf
Rus sazına oynadıb sürürdü kef <
Lənət olsun satqın əkib-doğana
430
*- Günəbaxan Heydər
Rus imperyası çökmək dövründəydi
Əliyev don dəyişmək zorundaydı*
Bu işi də Rusyanın uğrundaydı
Lənət olsun satqın əkib-doğana
431
Heydər gəldi qoyun edə otara
Qovulan Rusyanı geri qaytara
Gəlməmişdi Qarabağı qurtara
Lənət olsun satqın əkib-doğana
432
Heydər gəldi sülh
ala ölkə sata
Qarabağı Ermənistana qata
Rus maşası Erməni kama çata
Lənət olsun satqın əkib-doğana
125