Ay mənim canından keçən əskərim!
606
Ay mənim elinə bağlı əskərim
Düşməndən ürəyi dağlı əskərim
Silahlı savaşın ağlı əskərim
Əskər bilir ki, el haqdan yanadır,
Haqqı doğuran yaşadan anadır.
607
Ay mənim ordumu quran əskərim
Düşmənlərdən hesab soran əskərim
Vuranı durmadan vuran əskərim
Əskər xalqın gözünda el oğludur
El uğrunda savaşan ... koroğludur
608
Ay mənim ümid verici əskərim
Sinfi düşməni geriçi əskərim
Qala bilməsən seyirci əskərim
Əskər çağının gözü ilə baxar
Geriçi sinfin dövlətini yıxar
609
Ay mənim demokrat ruhlu əskərim
Rejimi diktator şahlı əskərim
Yaşamı ah ilə vahlı əskərim
Əskər aldanmamalıdır dövlətə
O dövlətə ki, uğradar zillətə.
166
Ay mənim canından keçən əskərim!
610
Ay mənim kövrək ürəkli əskərim
İnsancıl arzı-diləkli əskərim
Silahlı, güclü, bilikli əskərim
Əskər istəməz ki, xalq korluq çəkə
Pul üçün övladı göz yaşı tökə
611
Ay mənim yoxsulluq çəkmiş əskərim
Pul üçün göz yaşı tökmüş əskərim
Keçmiş yaşamından bıxmış əskərim
Əskər istər ki, yoxsulluq sovuşa
Sərvət yaradan rifaha qovuşa
612
Ay mənim zülümə qarşı əskərim
Görürsən cib kəsir çarşı əskərim
Artırmayırlar maaşı əskərim
Əskər dəstək verər haqlı ulusa
Cib kəsən bazarı yandırsa yaxsa
613
Ay mənim qonşusu işsiz əskərim
Süfrəsi toyuqsuz-aşsız əskərim
Kürsüsü-peçi atəşsiz əskərim
Əskər istər tənbəllikdən qaçına
Dövlət xərci ilə işsiz keçinə
167
Ay mənim canından keçən əskərim!
614
Ay mənim təhsil etməmiş yurdərim
Biliyurduna getməmiş yurdərim
Bəlkə də kama yetməmiş yurdərim
Yurdərin haqqı var ki, yazqı yaza
Haqqını verməyən qanunu poza
615
Ay mənim yoxsul kökənli əskərim
Əli-qolu ip-örkənli əskərim
Sözü-diləyi tikanlı əskərim
Əskərin xətti-məşyi olmalıdır
Doğru yolu arayıb-bulmalıdır
616
Ay mənim haqq tərəfdarı əskərim
Pisi pisləyən göftarı əskərim
Dövüşcü edən rəftarı əskərim
Əskər istər ki, diktatorluq çökə
Dirənən zorbanın qanını tökə
617
Ay mənim eşitliksevər əskərim
Eşitsizlik edər davar əskərim
Bireyin eşit haqqı var əskərim
Əskər bilməlidir ki, illət nədir?
Ədalət varsa bu fəlakət nədir?
168