Барак Обама



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə5/134
tarix18.06.2018
ölçüsü4,8 Kb.
#49652
1   2   3   4   5   6   7   8   9   ...   134

 
12 
qaldığını unuda bilmirəm. Mən həm də  yaxĢı baĢa düĢürəm ki, irq və ictimai 
sinif həm gizli, həm də açıq Ģəkildə hər bir  adamın həyatını formalaĢdırır. 
Mənim  baxıĢlarım  ancaq  bununla  yekunlaĢmır.  Mən  bilirəm  ki,  bizim 
partiya da özündən razılığa yuvarlanır, özündə qapanmaya, doqmatizmə əsir 
düĢə  bilir.  Mən  azad  bazara,  rəqabətə,  sahibkarlıq  ruhuna  inanıram  və 
düĢünürəm  ki,  çox  sayda  hökumət  proqramları  onlara  bəslənən  ümidləri 
doğruldacaqdır.  Mən  istərdim  ki,  bizdə  hüquqĢünaslar  az,  mühəndislər  isə 
çox  olsun.  Mən  düĢünürəm  ki,  tarixdə  Amerika  əksər  hallarda  Ģər  deyil, 
xeyir  gücü  olmuĢdur.  Mən  öz  düĢmənlərimiz  barədə  heç  bir  illyuziyaya 
malik  deyiləm  və    bizim  hərbçilərin  igidliyinə  və  professionalığına  yüksək 
qiymət  verirəm.  Mən  müstəsna  olaraq  irqi  və  ya  cinsi  əlamətlərə,  cinsi 
orientasiya  və  ya  qurbana  çevrilmək  kompleksinə  əsaslanan  siyasəti  qəbul 
etmirəm.  Mən  düĢünürəm  ki,  kasıb  rayonların  bir  çox  problemləri 
mədəniyyət  böhranından  meydana  çıxır,  bu  isə  pulla  həll  edilmir  və  bizim 
dəyərlər  və  bizim  mənəvi  həyatımız  bizim  ümumi  milli  məhsulumuzdan 
(GDP) az əhəmiyyət daĢımır. 
ġübhəsiz ki, bu baxıĢlar mənə sakit yaĢamağa imkan vermir. Mən siyasi 
səhnədə yeni adamam, tam müxtəlif siyasi məslək adamlarının öz baxıĢlarını 
əks etdirəcək ekran rolunu hələ oynaya bilmərəm. Bu nöqteyi-nəzərdən mən 
hamını  olmasa  da,  çoxlarını  məyus  edə  bilərəm.  Ona  görə  də  mənim 
kitabımın  əsas  olmasa  da,  ikinci  məqsədi  o  barədə  danıĢmaqdır  ki,  rəsmi 
vəzifədə olan mən ya baĢqa birisi Ģöhrət Ģirnikləndirilməsindən, hamıya xoĢ 
gəlməyə  cəhd  etməkdən,  itkilərdən  qorxmaqdan  uzaqlaĢa  bilər,  bu  yolla 
özündə  həqiqət  dənini  saxlaya,  bizim  amallarımızı  və  məqsədlərimizi  yada 
salan sakit səsi eĢidə bilər. 
Bu yaxınlarda mən iĢə gələndə bir reportyor qadın – o, hökumətin iĢini 
iĢıqlandıran  adam  idi,  -  məni  dayandırıb,  ilk  kitabımı  maraqla  oxuduğunu 
dedi, sonra əlavə etdi: 
-
 
Ġstərdim ki,  siz sonrakı kitabınızı da  belə maraqlı yaza biləsiniz. 
-
 
O  baĢqa  sözü  demək  istəyirdi:  «Ġstərdim  ki,  siz  Bġ  senatoru 
vəzifəsində də belə vicdanlı olaraq qalasınız». 
Mən  də  bunu  istərdim.  Ümid  edirəm  ki,  bu  kitab  həmin  suala  cavab 
verməkdə mənə kömək edəcəkdir. 
 
I Fəsil  
 
Respublikaçılar və Demokratlar 
 
 
 


 
13 
 
Çox  vaxt  mən  Kapitoliyə  kürsülük  mərtəbəsindən  daxil  oluram.  Kiçik 
yeraltı  qatar  məni  Hart-bildinqdən  bura    gətirir.  Orada  mənim  ofisim 
yerləĢir. Qatar əlli Ģtatın bayraqları və gerbləri ilə bəzədilmiĢ tunellə hərəkət 
edir.  Buradakı  dayanacaqda  mən  vaqondan  çıxıb,  iĢə  tələsən  əməkdaĢların, 
xidmət komandası üzvlərinin, təsadüfi turist qruplarının yanı ilə addımlayıb, 
məni  ikinci  mərtbəyə  qaldıracaq  köhnə  liftin  yanına  gəlirəm.  Liftdən 
çıxdıqda  daim  orada  yığıĢan  jurnalistlərə  əl  edir,  Kapitoli  Polisi  ilə 
salamlaĢıb,  ikilaylı  möhtəĢəm  qapıdan  keçib  BirləĢmiĢ  ġtatlar  Senatının 
mərtəbəsinə daxil oluram. 
Senatın  iclas  zalı  Kapitoli  binasında  heç  də    ən  gözəl  məkan  deyildir, 
lakin  hər  halda  adamda  müəyyən  təəssürat  yaradır.  Bej  rəngli  divarların 
panellərinə  mavi  ipək  çəkilmiĢdir,  sütunlar  isə  zərif    damarcıqları  olan 
mərmərlə  üzlənmiĢdir.  Tavanda  açıq  sarı  rəngli  oval  plafonun  ortasında 
Amerika  qartalının  Ģəkli  çəkilmiĢdir.  Qonaqlar  qalereyasının  yuxarısında 
təntənəli  qaydada  təsvir  edilən  ilk  iyirmi  vitse-prezidentin  büstü 
qoyulmuĢdur. 
Bir  neçə  addımlıqda  dörd  nal  Ģəkilli  cərgələrdə  qırmızı  ağacdan 
hazırlanmıĢ  yüz  stol  gözə  çarpır.  Bunlardan  bir  neçəsi  1819-cu  ildən 
qoyulanlardır,  hər  birinin  üstündə  mərəkkəbqabı  üçün  səliqəli  deĢik  və 
qələmi  qoymaq  üçün  yer  vardır.  Ġstənilən  stolun  siyirməsini  açdıqda  orada 
onun  keçmiĢ  sahibinin  qələmlə  yazılmıĢ  və  ya  hətta  senatorun  öz  əli  ilə 
cızılmıĢ adlarını görərsən. Taftın və ya Lonqun, Stennisin və ya Kennedinin 
adına  rast  gələ  bilərsən.  Bəzən  bu  zalda  dayandıqda  mənim  xəyalıma  Pol 
Duqlasın  və  Hubert  Hamfrinin  öz  stolları  arxasında  oturub,  vətəndaĢ 
hüquqları  haqqında  hansısa  qanunun  qəbul  edilməsi  üstündə  qızğın 
mübahisə aparmaları gəlir. Və yaxud Co Makkarti özünün növbəti ifĢalarına 
hazırlaĢanda qəzəblə kağızları araĢdırır və ya Lindon Conson (LVJ) yuxarı 
qaldırılan  əlləri  sayır.  Bəzən  mən,  Deniel  Uebsterin  stolunun  yanında 
dayanıram, onun deputatlarla və qonaqlarla dolu zal qarĢısında ayağa qalxıb, 
gözləri parıldıya-parıldıya ayrılmaq qüvvələrinə qarĢı qəzəbli Ģəkildə Birliyi 
müdafiə etməsini təsəvvür edirəm. 
Lakin  bu  anlar  tezliklə  də  solub,  yoxa  çıxır.  Səsvermə  cəmi  bir  neçə 
dəqiqə  davam  edir,  nə  mən,  nə  kolleqalarım  Senat  mərtəbəsində  çox 
qalmırıq. Çox hallarda məsələnin həllini, məsələn, hansı qanun layihələrinin 
və  nə  vaxt  müzakirə  edilməsini,  hansı  düzəliĢlərdən  söhbət  gedəcəyini, 
razılaĢmayan  senatorların  əməkdaĢlığa  necə  cəlb  edilməsini  qabaqcadan 
çoxluğun  rəhbəri,  müvafiq  komitənin  sədri,  onun  əməkdaĢları,  məsələnin 
ziddiyətli  olmasından  və  qanun  layihəsinin  hazırlayan  Respublikaçının 
baxıĢlarının  geniĢliyindən  asılı  olaraq  Demokratlar  cəbhəsindən  olan 


 
14 
opponentlərlə razılaĢdırırlar. Biz bu mərtəbəyə düĢdükdə və məmur siyahını 
oxuduqda senatorların hər biri öz əməkdaĢları ilə, qapalı partiya yığıncağının 
sədri,  lobbiçilərlə,  maraq  qrupları  ilə  məsləhətləĢdikdən  sonra,  həm  də  iĢə 
aid  olan  yazıĢmaları,  ideoloji  fikir  ayrılıqlarını  öyrəndikdən  sonra  bu  və  ya 
digər məsələ haqqında hansı rəyə gəlmək lazım olduğunu bilir.  
Bütün  bunlar  prosesi  səmərəli  edir  və  ona  görə  də  bütün  iĢtirakçılar 
bunu  yüksək  qiymətləndirdiklərindən  Kapitolidə  on  iki  və  ya  on  üç  saatlıq 
iĢlədikdən sonra öz ofisinə qayıtmağa can atırlar ki, seciləri ilə görüĢsünlər, 
telefon  zənglərinə  cavab  versinlər,  sponsorlarla  təyin  edilmiĢ  görüĢ  üçün 
mehmanxanaya getsinlər və ya bir baĢa efirdə intervyu verməyə tələssinlər. 
Əgər  siz  burada  bir  qədər  çox  qalsanız,  güman  ki,  öz  stolunun  arxasında 
dayanmıĢ senatoru görəcəksən hamı çıxıb getsə də, o, zal qarĢısında ucadan 
bəyanat  verir.  Bəlkə  də  o,  qanun  layihəsini  təqdim  edir  və  ya  ümummilli 
miqyasdakı  problem  barədə  rəyini  bildirir.  Senatorun  səsində  ehtiras  hiss 
olunur,  yoxsulluqla  mübarizənin  kiçildilmiĢ  proqramı  ilə  və  ya  hakim 
vəzifəsinə 
təyinatdakı 
maneələrlə 
əlaqədar 
arqumentləri, 
enerji 
müstəqilliyinin gücləndirilməsi zərurətinin xeyrinə onun dəlilləri, bəlkə də, 
tam  məntiqi  və  əsaslıdır.  Lakin  o,  yarımboĢ  zala  müraciət  edir,  onun 
dinləyiciləri sədr, bir neçə əməkdaĢ, Senat reportyoru və bir də ictimai-siyasi 
kabel  televiziya  Ģəbəkəsinin  (C-SPAN)  gözünü  qırpmayan  kamerasıdır. 
Natiq çıxıĢını baĢa çatdırır. Göy uniformada olan iĢçi ona yaxınlaĢır və rəsmi 
qeydiyyat üçün yazılmıĢ vərəqələri səssizcə  götürüb aparır. Senator çıxır və 
o dəqiqəcə onun yerini baĢqa birisi tutur. Yenə də eyni mərasim təkrar edilir.  
Dünyada ən nəhəng müzakirə orqanında onları heç kəs dinləmir. 
 
 
4 yanvar 2005-ci il hadisəsini, həmin gün Senatın üçdə bir yeni üzvü ilə 
mən 109-cu Konqressin üzvü kimi and içdim, aydın olmayan gözəl cizgiləri 
ilə xatırlayıram. GünəĢ parlaq iĢıq saçırdı, havada fəsilə uyğun gəlməyən bir 
istilik  var  idi.  Ġllinoysdan,  Havay  adalarından,  Londondan  və  Keniyadan 
gələn  ailə  üzvlərim  və  dostlarım  Senatın  qonaqlar  qalereyasına 
toplaĢmıĢdılar və  yeni kolleqalarım kimi mənim də mərmərdən ucaldılmıĢ 
yerin yanında dayanıb sağ əlimi qaldırmaqla and içməyimə sevinclə tamaĢa 
edirdilər.  Senatın  köhnə  zalında  mən  arvadım  MiĢel  və  qızlarımla  birlikdə 
bütün  mərasimi  təkrar  etdim  və  vitse-prezident  Çeyni  ilə  Ģəkil  çəkdirdik 
(qaydalara  tam  müvafiq  olaraq  altı  yaĢlı  qızım  Maliya  ədəblə  vitse-
prezidentin əlini sıxdı, bu vaxt üç yaĢlı SaĢa isə əllərini bərkdən onun əlinə 
çırpdı,  sonra  çönüb  birbaĢa  telekameraya  əlini  yellədi).  Sonra  qızların 
tullana-tullana Kapitolinin Ģərq pilləkənləri ilə qaçdıqlarını gördüm, onların 
yubkalarının  çəhrayı  və  qırmızı  rəngdə  olan  və  qalxan  büzmləri  Ali 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə