17
xeyli səs çoxluğu ilə qalib gəldikdə, əmin olmağa baĢladım ki, düz yol
tutmuĢam.
Bütün bunlarda ancaq bir problem var idi. Kampaniyam o qədər yaxĢı
gedirdi ki, belə görünürdü ki, elə bil ki, sadəcə olaraq bəxtim gətirir. Siyasi
icmalçılar qeyd edirdilər ki, bizim Demokratik Partiyadan olan yeddi
namizədin heç biri ilkin seçkilərə gedəndə öz reklam telemateriallarında
neqativdən istifadə etməmiĢdi.
Bizim hamımızdan ən varlısı – 300 milyon dollar var-dövləti olan
keçmiĢ ticarətçi pozitiv roliklərinə öz cibindən 28 milyon dollar xərcləmiĢdi,
lakin yarıĢın finiĢində sıradan çıxdı, çünki mətbuat onun arvadını boĢama
prosesinin təfsilatını üzə çıxarmıĢdı. Mənim respublikaçı rəqibim, bir vaxtlar
«Qoldman Saks»ın varlı partnyoru olmuĢ, indi isə Ģəhərin kasıb rayonunda
müəllim iĢləyən qəĢəng oğlan kampaniyanın əvvəlindən özünü təqdim
etməmiĢdən mənim tərcümeyi-halımı tənqid etməyə baĢladı, bu adam da
qalmaqalla arvad boĢama əhvalatının qurbanına çevrildi. Mən öz rəqiblərimi
söymürdüm. Demək olar ki, bir ay ərzində bütün Ġllinyos Ģtatına səfər etdim,
sonra isə Demokratik partiyanın Milli Qurultayında proqram nitqi etmək
üçün məni seçdilər və heç bir reklamsız və düzəliĢsiz mənə on yeddi dəqiqə
müddətində canlı efir ayırdılar. Nəhayət, hansısa anlaĢılmayan səbəbə görə
Respublikaçılar mənə qarĢı prezidentliyə keçmiĢ namizəd Alan Kizi seçdilər.
O, Ġllinoysda heç vaxt yaĢamamıĢdı, onun sərt və yenilməz baxıĢları hətta
ən mühafizəkar Respublikaçıları da qorxudurdu.
Sonralar məni bütün əlli Ģtatın hamısında ən bəxti gətirən siyasətçi
adlandıran müxbirlər də tapıldı. ƏməkdaĢlarımın çoxu bu qiymətdən
hiddətlənirdi, güman edirdilər ki, bu bizim titan zəhmətimizin üstündən xətt
çəkir, coĢğun fəaliyyətimizin mahiyyətini heçə endirir. Lakin bir qədər
bəxtimin gətirməyini də tamamilə inkar etmək olmazdı. Axı mən kənardan,
lap elə bil ki, küçədən gəlmiĢdim, mənim qələbəm təcrübəli siyasətçilərə
hələ heç nəyi sübut edə bilmirdi.
Aydındır ki, yanvarda VaĢinqtona gəldikdə mən təzə adam təsiri
bağıĢlayırdım, bu adam oyun qurtarandan sonra lap təzə formada özünü
göstərir, komandasından olan yorulmuĢ, taqətdən düĢmüĢ yoldaĢları öz
yaralarını sağaldanda döyüĢə can atır. Mən intervyülər vermək, Ģəkil
çəkdirməklə məĢğul idim, daha az bağlılığa və acılığa ehtiyacım olduğu
barədəki ideyalar Ģüuruma hakim kəsilmiĢdi. Bu vaxt demokratlar bütün
cəbhə boyu – prezident kampaniyasını, Senatdakı və Nümayəndələr
palatasındakı yerləri uduzmuĢdular.
Demokratlardan olan yeni kolleqalarım məni olduqca hərarətlə
salamladılar, qələbəmi onlar az sayda olan ən parlaq hadisələrdən biri kimi
qiymətləndirdilər. Dəhlizlərdə, yığıncaqlar arasındakı fasilələrdə məni
18
kənara çəkib, həmin senat kampaniyasının necə keçdiyi barədə söhbət
açırdılar.
Artıq məğlub olmuĢ keçmiĢ demokratik azlığın lideri, Cənubi
Dakotadan olan Tom DeĢle barədə mənə danıĢdılar. Onun üzərinə çox
milyonlarla dollara baĢa gələn çirkli antireklam axını yönəlmiĢdi. Günbəgün
qəzetlər və televiziya elan edirdi ki, o, körpə öldürülməsini (abortu) və gəlin
toy paltarında olan kiĢiləri müdafiə etmiĢdir. Hətta ona qarĢı öz arvadı ilə
sərt davranması barədə birbaĢa ittihamlar irəli sürürdülər. Qadın isə buna
görə Cənubi Dakotaya səfər etmiĢdi ki, onun yenidən seçilməsinə köməklik
göstərsin. Corciya Ģtatından olan keçmiĢ namizəd qılçası üç dəfə kəsilmiĢ
müharibə veteranı Maks Klilandı yada salırdılar. Bundan əvvəlki
kampaniyada guya kifayət qədər vətənpərvər olmadığı və Üsamə ben
Ladenə kömək etməsi barədəki ittihamlara görə o, öz yerini uduzmuĢdu.
Bədbəxtlik orasındadır ki, mühafizəkar kütləvi informasiya vasitələrinin
vaxtında ortaya atdığı və təngə gətirən nəqarata çevirdikləri bir sıra
materiallar Vyetnam müharibəsinin ləyaqətli veteranını ağciyərli və iradəsiz
marionetkaya çevirə bilir.
Əlbəttə, Respublikaçılar arasında da belə oxĢar qaydada təhqir
olunanlar var idi. Mənə belə gəlir ki, sessiyanın birinci həftəsində çıxan
qəzetlərin baĢ məqalələri əsasən ədalətli idi. Bəlkə də artıq vaxt gəlib
çatmıĢdır ki, biz seçki döyüĢlərini və qarĢılıqlı ədavəti unudaq, silahları yerə
qoyaq, heç olmazsa bir-iki illiyə ölkənin idarə olunması ilə daha ciddi
qaydada məĢğul olaq.
Bunu etmək bəlkə də mümkün olardı, əgər seçkilər belə yaxın
müddətdə keçirilməsəydi, əgər Ġraqda müharibə baĢa çatsaydı, əgər bütün
qəbildən olan entuziastlar, siyasət biliciləri və müxtəlif media qələbə barədə
bu qədər hayküy salmayaydılar, kömək etmək əvəzinə iĢə mane
olmayaydılar. Bəlkə də, Ağ evin sakinlərinin digər tərkibi əbədi mübarizənin
ehtirasına bu dərəcədə qapılmasaydı, dinc yolla razılığa gəlmək olardı, çünki
belə Ağ ev üçün 48 səsə qarĢı 51 səslə qələbə sakitləĢmə və kompromiss
axtarıĢı siqnalına çevriləcəkdi, heç də özündən razılıq kütbeyinliyi üçün bir
səbəb olmayacaqdı.
Lakin 2005-ci ildə belə barıĢıq üçün Ģərait olmadı. Heç bir qarĢılıqlı
güzəĢt, xoĢməramlı jest cəhdi olmadı. Seçkilərdən iki gün sonra Prezident
BuĢ televiziya ilə çıxıĢ edib bəyan etdi ki, özünün sahib olduğu siyasi
kapitaldan istifadə etmək niyyətindədir. Elə həmin gün mühafizəkarlar
aktivisti Qrover Norkvist hər cür diplomatiyanı kənara atıb demokratların
düĢərgəsindəki vəziyyəti belə ruhda qiymətləndirdi: «Hər bir fermer bilir ki,
qaramal müxtəlif cür olur- eləsi var ki, onu bağlamasan, sakitləĢmir».
Mənim and içməyimdən iki gün sonra Konqressin üzvü, Klivlenddən olan
Dostları ilə paylaş: |