Барак Обама



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə10/134
tarix18.06.2018
ölçüsü4,8 Kb.
#49652
1   ...   6   7   8   9   10   11   12   13   ...   134

 
23 
salmalıyıq  ki,    bütün  fərqlərə  baxmayaraq  bizdə  ümumi  olanlar  çoxdur, 
bunlar ümiddir, arzulardır, heç vaxt dağılmayacaq bağlılıqdır.  
 
 
VaĢinqtona  gələndə  birinci  diqqəti  cəlb  edən  Ģeylərdən  biri  Senatın 
yaĢlı  üzvləri  idi.  Con  Uornerlə  Robert  Bərd  fasilələrdə  bir-birilə  çox 
nəzakətlə  danıĢırdılar  və  ya  respublikaçı  Ted  Stivenslə  demokrat  Deniel 
Ġnueni  əsl  dostluq  hissləri  birləĢdirirdi. Hamı  onlarda  ölmüĢ  cinsin  axırıncı 
nümayəndələrini  görürdü,  onlar  Senatdakı    iĢlərini  səmimi  qaydada 
sevirdilər  və  kəskin  siyasi  parçalanma  xəttinə  tərəfdar  deyildilər.  Həm 
mühafizəkar, həm də liberal icmalçılar  büdcə Ģeydə eyni rəyə gəlirdilər ki, 
VaĢinqtonda qızıl era süqut etməmiĢdən əvvəl hakimiyyətdə hansı partiyanın 
olmasından asılı  olmayaraq nəzakət ağalıq edirdi və hökumət iĢləyirdi. 
Bir  axĢam  qəbulda  mən  VaĢinqtonun  köhnə  iĢçisi,  əlli  ilə  yaxın 
ömrnünü Kapitoliyə həsr etmiĢ bir adamla söhbət etdim. Mən ondan o vaxtkı 
və indiki atmosferin arasındakı fərqlər barədə nə düĢündüyünü soruĢdum. 
-  Nəsil  baĢqadır  –  deyə  fikirləĢmədən  cavab  verdi.  -O  vaxtlar 
VaĢinqtonda hansısa hakimiyyətə gəlmək istəyən hər bir adam müharibədən 
gəlmiĢdi. Hər məsələ üstündə  biz dəli kimi mübahisə edirdik. Hamı fərqli 
idi  –  müxtəlif  Ģəhərlərdən,  müxtəlif  ailələrdən  olmaqla  müxtəlif  siyasi 
baxıĢlara  sahib  idi.  Lakin  müharibə  elə  bil  ki,  hamını  birləĢdirmiĢdi  və  bu 
ümumi  həyat  təcrübəsi  bir-birimizə  etibar  etməyə  və  özgə  rəyinə  hörmətlə 
yanaĢmağa  məcbur  edirdi.  Bu  bizə  problemləri  həll  etməkdə  və  iĢləməkdə 
yaxĢı kömək edirdi. 
-
 
Mən onun Duayt Eyzanhauer və Sem Reybern, Din Açeson və Everett 
Driksen  barədə  necə  həvəslə  danıĢmasına  qulaq  asırdım,  onun  təsvir  etdiyi 
və indi zaman tüstüsünün örtüyünə məruz qalmıĢ bu portretlər məni heyran 
edirdi.  Həmin  vaxtlar  hələ  xəbərin  bütöv  sutka  davam  edən  buraxılıĢları, 
ardı-arası  kəsilməyən  xeyriyyə  toplantıları  yox  idi,  ciddi  adamlar  ciddi  də 
iĢlərlə  məĢğul  olurdu.  Öz-özümə  deyirdim  ki,  onun  keçmiĢ  haqqındakı 
xatirələri müəyyən seçmə qaydası ilə fərqlənir, məsələn, vətəndaĢ hüquqları 
barədə qanunvercilik layihəsini Senatın iclasından geri  götürməyə müvəffəq 
olan  Cənubluların  partiya  qurultayı  haqqında,  Makkartizmin  nifrət  oyadan 
dövrlərindən, Bobbi Kennedinin ölümündən bir az əvvəl qaldırdığı dəhĢətli 
yoxsulluq  problemindən,  hakimiyyət  dəhlizlərində  qadınların  və  azlıqların 
olmamasından bir kəlmə də danıĢmırdı. 
Mən  bir  Ģeyi  də  baĢa  düĢdüm:  qəribə  Ģəraitlərin  qovuĢması  bir  daha 
hakim kəsilən konsensusun sabitliyini təmin edirdi, onun özü bu konsensusu 
yaradanlardan  biri  idi.  Onu  təkcə  ümumi  müharibə  keçmiĢi  deyil,  həm  də 
Soyuq  müharibə  və  Sovet  təhlükəsi  qarĢısındakı  yekdillik  mümkün  edirdi. 


 
24 
Burada  əllinci  və  altmıĢıncı  illərdə  Amerika  iqtisadiyyatının  rəqabətsiz 
ağalıq  etməsi  də  az  rol  oynamırdı,  bu  vaxt  Avropa  və  Yaponiya  hərbi 
böhrandan sonra çətinliklə sağalırdı. 
Bir fakt da danılmazdır ki, Ġkinci dünya müharibəsindən sonra Amerika 
siyasi  həyatı  özünün  daha  az  dərəcədə  ideolojiləĢməsi  ilə  seçilirdi,  deməli 
partiya  birliyi  anlayıĢı  indikindən  daha  geniĢ  qaydada  yayğın  görünürdü. 
Demək  olar  ki,  bütün  bu  illərdə  Konqressə  nəzarət  edən  Demokratik 
koalisiya  Hubert  Hamfri  kimi  ġimal  libreallarının,  Ceyms  Ġstland  kimi 
Cənubdan  olan  mühafizəkar  Demokratların  və  onların  ən  müxtəlif  siyasi 
baxıĢlara  malik  olan  və  böyük  siyasət  maĢınının  yuxarı  qaldırdığı  çoxsaylı 
tərəfdarlarının  qarıĢığından,  ərintisindən  ibarət  idi.  Bu  koalisiya  «Yeni 
kursun»  iqtisadi  populizmi  ilə  birləĢmiĢdi.  «Yeni  kurs»  koalisiyası  ədalətli 
əmək  haqqını  və  pensiyanı,  qəyyumluq  və  ictimai  iĢləri,  daim  artan  həyat 
səviyyəsini  nəzərdə  tuturdu.  Bundan  baĢqa  partiya  məĢhur  «yaĢa  və 
baĢqalarının da yaĢamasına imkan ver» qaydasını əsas götürürdü. Bu qayda 
güzəĢtlər və Cənubda irqi istismarı fəal dəstəkləmək dövrünə gedib çıxırdı. 
Bu siyasət mədəniyyətə daha geniĢ baxıĢ çərçivəsində meydana gəlmiĢdi, bu 
dövrdə cəmiyyətdə davranıĢ normaları, belə deyək ki, cinsi əlaqələrin təbiəti 
və ya qadınların rolu nadir hallarda müzakirə edilirdi. Həmin mədəniyyətdə 
hətta bu naqolay sözlərin özü də yox idi, hələ bu məsələlər ətrafındakı siyasi 
mübahisələr bir yana qalsın. 
Bütün  əllinci  illər  boyu  və  altmıĢıncı  illərin  birinci  yarısında  «Böyük 
qoca  partiya»ya  (GOP),  respublikaçılara  prinsipial  məsələlər  üstündə 
müxtəlif  fəlsəfi  fikir  ayrılıqları  heç  də  yad  deyildi.  Onların  arasında  Barri 
Qolduoterin  Qərb  azadlığı  fikri  ilə  Nelson  Rokfellerin  ġərq  paternalizmi, 
Abraham  Linkolnun  və  Teoder  Ruzveltin  Respublikanizm  adlanan  siyasi 
xəttinin, baĢqa sözlə onun federal hökumətin fəal mövqeyini müdafiə etməsi 
tərəfdarları  ilə  Edmund  Börkün  mühafizəkar  baxıĢlarını  müdafiə  edənlər, 
sosial eksperiment aparmağa deyil, sadiq qalanlar arasındakı fərqlər idi. Bu 
qütbvari  ictimai  əhval-ruhiyyələr  demək  olar  ki,  bütün  məsələlər  üzrə 
vətəndaĢ hüquqları, federal qanunvericilik və hətta vergilər üzrə Ģaxələnirdi. 
Ancaq  Demokratlar  kimi  «Böyük  qoca  partiya»nı  (GOP)  da  əsasən  iqtisadi 
maraqlar,  azad  bazar  və  vergilərin  artmasını  dayandırmaq  konsepsiyası 
birləĢdirirdi.  Bu  konsepsiya  onun  bütün  üzvləri  üçün  məqbul  idi,  hansısa 
Ģəhərdəki baĢ küçədə yerləĢən dükanın sahibindən tutmuĢ Ģəhər ətrafındakı 
klubun 
menecerinə  qədər  hamını  razı  salırdı.  (Əllinci  illərdə 
Respublkaçılarda  kəskin  antikommunizm  sindromu  baĢ  qaldırdı,  lakin  Con 
F.Kennedinin  fəaliyyətinin  sübut  etdiüi  kimi  seçkilər  baĢlayanda 
Demokratlar  onlarla  bərabərləĢməyə,  hətta  onları  ötüb  keçməyə  can 
atırdılar). 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə