Барак Обама



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə11/134
tarix18.06.2018
ölçüsü4,8 Kb.
#49652
1   ...   7   8   9   10   11   12   13   14   ...   134

 
25 
  Bütün  bu  siyasi  nizamlanmalar  artıq  altmıĢıncı  illərdə  sona  çatdı, 
bunun səbəbləri isə çoxdan və yaxĢı məlum idi. Birincisi, vətəndaĢ hüquqları 
barədə  hərəkat  baĢladı  və  bu,  cəmiyyətin  formalaĢmıĢ  siyasi  strukturunu 
əsaslı  Ģəkildə  silkələdi  və  amerikalıları  öz  seçimlərini  etməyə  məcbur  etdi. 
Axırda  Lindon  Conson  bu  döyüĢdə  düzgün  mövqelər  tuta  bildi.  Lakin 
Cənubda  doğulduğundan  əksəriyyətdən  daha  aydın  Ģəkildə  o,  bu  seçimin 
qiymətini  də  anlayırdı.  «VətəndaĢ  hüquqları  barədə»  1964-cü  il  qanununu 
imzaladıqdan sonra o, öz köməkçisi Bill Moyersə demiĢdi ki, qələmin bircə 
hərəkəti ilə Cənubu bütünlüklə yaxın gələcək üçün «Böyük qoca partiya»ya 
(GOP) verdi. 
Sonra  Vyetnamdakı  müharibəyə  qarĢı  tələbə  çıxıĢları  baĢlandı, 
danıĢılırdı ki, Amerika heç də həmiĢə düzgün hərəkət etmir, gənc nəsil heç 
nə ilə yaĢlı nəsilə borclu deyildir və onun diqtəsi altında yaĢamaq istəmir. 
Sonra, status-kvo bütünlüklə dağıldıqda səhnəyə ən müxtəlif iĢtirakçılar 
-  feministlər,  latınamerakalılar,  hippilər,  «Panterlər»,  tənha  analar,  geylər 
çıxdılar  və  öz  hüquqları  barədə  danıĢmağa  baĢladılar,  ucadan  özlərinin 
tanınmasını  istədilər,  həm  də  onların  hamısı  stol  ətrafında  oturub,  piroqun 
bir parçasını  tələb edirdi. 
Bütün  bunlar  yalnız  bir  neçə  ildən  sonra  sakitləĢdi.  Məhkəmənin 
göstəriĢi  ilə  məktəb  avtobuslarında  uĢaqların  daĢınmasına  məhəl 
qoymamaqda  ifadə  olunan  Niksonun  Cənub  strategiyası  və  həm  də  onun 
dinməz  çoxluğa  müraciəti  ona  seçicilər  arasında  böyük  dividend  gətirdi. 
Lakin  onun  idarəçilik  fəlsəfəsi  aydın  ideologiyaya  çevrilə  bilmədi.  Məhz 
Nikson bunu kompensasiya edən ilk federal proqramların təĢəbbüsçü idi və 
qanunvericilik  qaydasında  Ətraf  Mühitin  Mühafizəsi  Ġdarəsini  və  Əməyin 
Mühafizəsi  Ġdarəsini  yaratmıĢdı.  Cimmi  Karter  vətəndaĢ  hüquqlarının 
müdafiəsini  ənənəvi  mühafizəkar  demokratik  proqramla  əlaqələndirməyin 
mümkünlüyünü  sübut  etdi.  Öz  statuslarının  aĢağı  düĢməsinə  baxmayaraq 
Cənublu  Demokrat  konqressmenlərin  əksəriyyəti  partiyada  qalmağa 
üstünlük verdilər, öz yerlərini qoruyub saxladılar və demokratlara köməklik 
göstərdilər ki, ən azı Nümayəndələr palatasında nəzarəti əldən verməsinlər. 
   Lakin  tektonik  lövhələr  artıq  hərəkətə  gəlmiĢdi.  Siyasət  günün  vacib 
məsələsi olmayıb, əxlaqın predmetinə çevrildi, ona əxlaqi imperativlərin və 
əxlaqi  mütləqiliyin  kateqoriyasında  baxmağa  baĢladılar.  Həm  də  siyasət 
daha çox Ģəxsi iĢə çevrildi, bütün münasibətlərə – qaralarla ağlar arasındakı, 
kiĢilərlə  qadınlar  arasındakı  münasibətlərə  –  müdaxilə  etməyə  və 
avtoritetlərin  qaldırılmasında  və  devrilməsində  mühüm  rol  oynamağa 
baĢladı. 
Təbiidir  ki,  kütləvi  Ģüurda  liberalizm  və  mühafizəkarlıq,  baxıĢlardan 
daha çox ənənəvi mədəniyyətə və əks mədəniyyətə münasibətdəki mövqeyə 


 
26 
görə  ayrılırdı.  Sizin  təkcə  tətil  etmək  hüququna  və  ya  korporativ  vergi 
qoyulmasına  baxıĢınız  deyil,  həm  də  cinsi  əlaqə,  nakotiklər,  rok-n-roll, 
katolik messası (dini mərasimi – tərcüməçi) və protestant kanonları barədəki 
düĢüncələriniz  indi  mühüm  əhəmiyyət  kəsb  edirdi.  Bu  yeni  liberalizm 
ġimaldakı ağ seçicilərin zövqünə o qədər də uyğun gəlmədi, ümumilikdə heç 
Cənubda  da  rəğbətlə  qarĢılanmadı.  Küçələrdəki  zorakılıq  və  ziyalı 
dairələrində  ona  güzəĢtli  qaydada  yanaĢmaq,  qara  qonĢular  və  avtobusda 
məktəbə daĢınan ağ uĢaqlar, bayraqların yandırılması, veteranlara tüpürmək-
bunların hamısı ən əziz dəyərləri bütünlüklə məhv etməsə də, təhqir  edir və 
kiçildirdi. Bu dəyərlər isə ailə, etiqad, bayraq, qonĢuluq, hətta bəziləri üçün 
ağların  imtiyazları  idi.  Bu  dəlilik  qızıĢanda  böyük  siyasi  qətllər,  yanan 
Ģəhərlər,  Vyetnam  fəlakəti  sırasında  iqtisadi  yüksəliĢin  arxasınca  benzin 
böhranı, inflyasiya və zavodların bağlanması hadisələri gəldi. Cimmi Karter 
yalnız  termostatı  fırlatdı  ki,  buxarın  təzyiqin  azaltsın.  Elə  bu  vaxt  Ġran 
radikallarının  bir  qrupu  OPEK  üzvlərinə  əlavə  baĢ  ağrısı  bəxĢ  etdi,  «Yeni 
kurs» koalisiyasının əksər üzvləri digər siyasi ev axtarıĢı ilə məĢğul olmağa 
baĢladılar. 
   
   
  AltmıĢıncı  illərə  mənim  daim  mürəkkəb  münasibətim  olmuĢdur. 
Müəyyən    mənada  mən  həmin  dövrün  məhsulu  idim.  QarıĢıq  nikahdan 
doğulduğumdan  mən  tam  baĢqa  həyatı  yaĢamalı  idim,  o  vaxtkı  ictimai 
dəyiĢikliklər baĢ versəydi, heç bir qapı mənim üzümə açılmazdı. Ancaq mən 
çox  cavan  idim,  bu  dəyiĢikliklərin  mahiyyətini  lazımınca  anlamırdım,  həm 
də  çox  uzaqda  –  gah  Havay  adalarında,  gah  Ġndoneziyada  yaĢayırdım,  ona 
görə də Amerika ruhunun zəifləməsinin Ģahidi olmamıĢdım. AltmıĢıncı illər 
barədə  mənim dərk etdiklərimin çoxu, özünü ömrünün axırına qədər fəxrlə 
islah  edilməz  liberal  saydığı  atamın  baxıĢlarından  irəli  gəlirdi.  Onun  özünə 
güvənməsini vətəndaĢ hüquqları uğrunda hərəkat xüsusən möhkəmləndirirdi. 
Ġmkan düĢən kimi onun dəyərlərini: dözümlülüyü, bərabərliyi, bədbəxtlərin 
müdafiəsini mənə təlqin edirdi. 
Anamın  görüĢləri  isə  çox  hallarda  ancaq  olduqca  məhdud  idi,  burada 
həm  məsafə  (1960-cı  ildə  o,  qitədəki  Amerikadan  Havay  adalarına 
getmiĢdi),  həm  də  onun  düzələ  bilməyən  sadəlövh  romantizmi  öz  rolunu 
oynamıĢdı.  Zəkası  ilə,  güman  ki,  o  «Qaralara  hakimiyyət»  Ģüarını, 
«Demokratik  cəmiyyət  uğrundakı  tələbələrin»  fəaliyyətini  və  ya  heç  nə 
olmamıĢ  kimi  birdən  qılçalarının  tükünü  qırxmağını  dayandıran  öz 
rəfiqələrini  anlamağa,  qəbul  etməyə  çalıĢırdı,  lakin  xarakterində  baĢlıca 
cəhət – acıqlı ziddiyyət ruhu çatıĢmırdı. Hisslərə gəldikdə, onun liberalizmi 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə