Başlık Düzeni


-əhalinin mühafizəsi təşkil edilir



Yüklə 10,87 Mb.
səhifə3/3
tarix26.04.2023
ölçüsü10,87 Mb.
#107088
1   2   3
Zədələnmə ocaqlarında və fəlakət rayonlarında aparılan xilasetmə işlərinin növləri

-əhalinin mühafizəsi təşkil edilir;
-qüvvə və vasitələr fəlakət yerlərinə gətirilir və xilasetmə işlərinə cəlb edilir;
-baş vermiş fəlakətlərin nəticələri aradan qaldırılır;
-ətraf mühitdə şəraitin dəyişməsinə daimi və ciddi nəzarət qoyulur.
  • Mülki müdafiə qüvvələri müharibə dövründə dağıntı ocaqlarında qəza xilasetmə və digər təxirəsalınmaz işləri (QX və DTİ) aparmaq üçündür. Mülki müdafiə qüvvələrinin şəxsi heyəti təbii fəlakətlərlə mübarizədə və onların nəticələrinin, habelə iri istehsalat qəzalarmın və fəlakətlərin nəticələrinin aradan qaldırılmasında iştirak etməklə Vətən qarşısında vətənpərvərlik borcunu ödəyirlər.
  • Həm də mülki müdafiə qüvvələri dinc dövrdə mürəkkəb şəraitdə əməli iş təcrübəsi qazanırlar: Buna görə də təbii fəlakətlərin və istehsalat qəzalarının nəticələrinin aradan qaldırılmasında qüvvələrin şəxsi heyətinin iştirakı onlar üçün döyüş təlimi məktəbidir. Fövqəladə vəziyyətlə əlaqədar olaraq yaranan imkanlardan - müharibə vaxtı düşmən kütləvi qırğın silahları və başqa hücum vasitələri işlətmiş olarsa yaranacaq dağıntı ocaqlarında qəza xilasetmə və digər təxirəsalınmaz işlərinə mülki müdafiə qüvvələrini hazırlamağın nəzəri və praktiki əsaslarını dərindən öyrənmək üçün istifadə edilməlidir.
  • Müxtəlif səviyyəli Fövqəladə Hallar Nazirliyinin (FHN) idarəetmə orqanlanndakı vəzifəli şəxslərin əməli fəaliyyəti rəhbər sənədlərə əsaslanır. Bu sənədlərin əsasını Qəza Xilasetmə və Digər Təxirəsalınmaz İşlər sahəsində sistemli yanaşmanın tədbiqi ilə aparılan tədqiqatların nəticələri təşkil edir. Bunlardan yaradıcılıqla istifadə etmək və onları dərk etmək üçün bütün FHN-nin mütəxəssislərinin mülki mühafi2:ə sisteminin xüsusiyyətlərinə müvafiq surətdə QX və DTİ nəzəriyyəsinin əsaslarını bilməsi olduqca vacibdir.
  • Qəzalar və təbii fəlakətlər zamanı ehtimal olunan dağıntıların (zəhərlənmənin) miqyasını və görüləcək xilasetmə və digər təxirəsalınmaz işlərin həcmini müəyyənləşdirmək üçün, zədələnmənin xarakterindən asılı olaraq zədələnmə ocağını bir neçə zonaya ayırırlar. Hər bir zona obyektin ərazisinin və oradakı qurğuların zədələnməsi (zəhərlənməsi) dərəcəsinə görə müəyyən edilir.
  • Dağılma dərəcələri. Qurğunun bütövlükdə dağılması dərəcəsi zədələnmələrin ümumi nəticəsi ilə xarakterizə olunur. Qurğularda ən güclü dağmtılar partlayış, yanğm və s. kimi istehsalat qəzaları nəticəsində və ya zəlzələ, qasırğa və digər təbii fəlakətlər zamanı baş verir

 Obyektin qurğularında, məsələn, partlayış, zəlzələ, qasırğa və yanğınlar zamanı baş verən dağmtılan şərti olaraq dörd növə: tam, güclü, orta dərəcəli və zəif dağıntı dərəcələrinə (A, B, C, D dərəcələrinə) ayırmaq mümkündür. Yaşayış evlərinin və sənaye binalanmn zəif zədələnməsi xeyli dərəcədə küləyin şiddətindən və istiqamətindən asıh olur. Güclü külək zamanı tikililər külək əsən istiqamətdə 1,5-2 dəfə artıq zədələnir. Yaşayış evləri və sənaye binalan üçün bəzən dağıntılar üzrə əlavə bir dərəcə - yüngül zədələnmə - E növü də müəyyən edilir. Ümumiyyətlə, dağıntılann dərəcələri qurğuların konstruksiyasından, onların yerləşdirilməsin- dən, partlayış mərkəzindən olan məsafədən və partlayışın gücündən asılı olur.
D
D
D
  • Tam dağıntılar zamam bina və qurğular tamamilə dağılıb tökülür (yanır), yalnız özüllər və möhkəm zirzəmi otaqlar qismən salamat qala bilər. Mühəndis şəbəkələri basılıb əzilir və ya partlayır. Belə obyeklərin bərpası, adətən, mümkün və ya məqsədəuyğun deyil.
  • Güclü dağmtüar zamam qurğuların ancaq bəzi hissələri - aşağı mərtəbələrin divarları, dəmir-beton karkasların elementləri, yeraltı otaqlar salamat qalır. Mühəndis şəbəkə ləri ayn-ayn sahələrdə qırılır və ya deformasiyaya uğrayır. Belə bina və qurğuların bərpa edilməsi onların ayn-ayn konstruksiyalarının salamat qalmış materiallarından istifadə olunmaqla ancaq yenidən quraşdırma qaydası ilə mümkündür.
  • Orta dərəcəli dağıntılar zamanı binaların qəfəsləri və qurğuların digər möhkəm konstruksiyaları (əsas divarlar, dəmir-beton örtüklər və s.) salamat qalır. Bəzi yerlərdə mühəndis şəbəkələrinin birləşmələri pozulur. Xeyli bərpaetmə işləri tələb olunur.
  • İdarəetmə orqanları əhalini mühafizə üzrə vəzifələrin yerinə yetirilməsi, həmçinin xilasetmə və ilk növbəli qəza- bərpa işləri üçün nəzərdə tutulan qüvvələr hazır vəziyyətə gətirilir. İdarəetmə orqanlarının hazır vəziyyətə gətirilməsi bu orqamn şəxsi heyətinin xəbərdar edilməsindən, toplanmasından, İdarəetmə məntəqəsində öz iş yerlərini tutmasından, məntəqənin rabitə və nəqliyyat vasitələrilə təmin olunmasından ibarətdir.
  • Qüvvələr növbə üzrə hazır vəziyyətə gətirilir. İlk növbədə kəşfiyyat bölmələri və əhalinin mühafizəsi zədələnmə ocaqlanmn məhdudlaşdırılması və xilasetmə işlərini hazırlamaq üzrə vəzifələrin həUi üçün vacib olan qüvvələr (ictimai asayişi mühafizə dəstələri, sahə xilasetmə xidmətlərinin tibbi, yanğınsöndürmə, nəqliyyat bölmələri) hazır vəziyyətə gətirilir.
  • Qüvvələrin hazır vəziyyətə gətirilməsi şəxsi heyəti xəbərdar etmək və toplamaqdan, texnikam cəmləşdirməkdən, şəxsi heyəti mühafizə vasitələri və əmlakla təchiz etməkdən və heyətin çıxış rayonlarına gəlməsindən ibarətdir. Qüvvələrin hazır vəziyyətə gətirilməsinə MM qərargahlan nəzarət edirlər. İlk növbədə ictimai asayişin qorunması təşkil edilir.
  • Xilasetmə işlərinin icrasım təmin etmək məqsədilə rabitə, elektrik xətlərində, kommunal enerji şəbəkələrində zədələnmiş və dağılmış sahələrin qısamüddətli bərpası (xüsusən, xilasetmə işləri aparılan sahələri gecələr işıqlandırmaq üçün);
  • Uçulub tökülmək qorxusu yaradan, eləcə də hərəkətə və xilasetmə işlərinin aparılmasına maneçilik törədən dayanıqsız konstruksiyaların bərkidilməsi, yaxud dağıdılıb təhlükəsiz hala salınması.
  • Sənaye müəssisələrində müvəqqəti bərpa işlərinin yerinə yetirilməsinə kömək göstərmək. Xilasetmə və digər təxirəsahnmaz işlər vahid və tam bir proses təşkil edir və eyni zamanda aparılır; bəzi hallarda xilasetmə işlərinin icrasım təmin etmək üçün digər təxirəsalınmaz işlər, xilasetmə işlərindən əvvəl də görülə bilər.

  • Təbii fəlakətlərin və güclü istehsalat qəzalanmn nəticələrini aradan qaldırırkən görülən xilasetmə və digər təxirəsalınmaz üşlərin əsas xarakterik xüsusiyyəti uçqunlar altmda, qismən uçulmuş və qaz basmış binalarda qalan, yanan, zədəli adamiarm axtarılb tapılması və aradan çıxanhnasıdır.

QƏZA XİLASETMƏ VƏ DİGƏR TƏXİRƏSALINMAZ İŞLƏRİN (QX VƏ DTİ) MƏQSƏDİ, TƏRKİBİ VƏ İCRASININ XÜSUSİYYƏTLƏRİ
ƏDƏBİYYAT SİYAHISI.
  • Microsoft Word - Kurtarma Ekipmanları (ibb.gov.tr)
  • 225.pdf (bbu.edu.az)
  • Microsoft Word - MM.cavab.az.imtahan.docx (unec.edu.az)
  • Tibbi Dərsliklər və Məqalələr | Fövqəladə halların nəticələrinin aradan qaldırılması tədbirləri (panaseya.az)

Diqqətinizə Görə Təşəkkürlər!
Yüklə 10,87 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə