Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə38/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   ...   34   35   36   37   38   39   40   41   ...   123

117 
 
kənarda inzibati mübahisənin mövcudluq ehtimalını inkar edir. 
Belə  yanaşma son nəticədə hüquq haqqında mübahisəni ədalət 
mühakiməsi  ilə  vahid  tam  halına  gətirir  və  məhkəməni  sanki, 
“rəhbər” rolunda onun iştirakçısına çevirir. 
Bu  yanaşma  ilə  razılaşmayan  M.S.  Aslanov  haqlı  olaraq 
yazır  ki,  inzibati  mübahisə  subyektiv  hüquqlar  pozulan  andan 
dərhal  sonra  meydana  çıxır.  Müəllif  mübahisənin  yaranma-
sından prosesə qədər olan mərhələni “inzibati yalan” mərhələsi 
adlandırır.
171
 
Hesab  edirik  ki,  prosessual  yanaşma  inzibati  mübahisəni 
kompleks  xarakterdən  məhrum  edərək  yalnız  maddi  hüquqla 
bağlayır.  İnzibati  mübahisənin  yaranmasını  yalnız  müvafiq 
ixtisaslaşdırılmış  orqana  müraciətlə  şərtləndirmək  məqsədə-
uyğun  deyildir.  Tərəflər  arasında  inzibati  icraatın  istənilən 
mərhələsində  yarana  bilən  fikir  ayrılığı,  fərqli  yanaşma 
münaqişənin  meydana  çıxmasına  səbəb  olur.  Münaqişə  isə 
inzibati mübahisənin  yaranmasının ilkin şərtidir. Hüquqları və 
ya mənafeyi pozulan tərəf məhkəməyə müraciət edənə qədər də 
mübahisə və mübahisəli münasibətlər mövcud olur. Məhkəməyə 
təqdim olunan inzibati iddianın icraata qəbul olunması ilə sadəcə 
olaraq bu mübahisəli münasibətlərə rəsmi xarakter verilir. 
Y.N. Starilov da bu yanaşmaya etiraz edərək yazır ki, pro-
sesə qədərki mərhələdə vəzifəli şəxsin qeyri-qanuni hərəkətləri 
ilə  vətəndaşın  hüquq  və  mənafelərinin  pozulması  nəticəsində 
mübahisəli münasibətlər meydana çıxır.
172
 
Predmet  yanaşma  tərzi  xüsusi  hüquqla  ümumi  hüquq 
arasındakı fərqlərə və inzibati orqanın əsasən, ümumi hüququ, 
                                                           
171
 Aslanov M.S. Azərbaycanda inzibati ədliyyə. Bakı: Azərnəşr, 2009, s. 113 
172
  Старилов  Ю.Н.  Административная  юстиция.  Проблемы  теории.  Воронеж: 
Изд. ВГУ, 1998, с. 86 


118 
 
ilk  növbədə  isə  inzibati  hüququ  tətbiq  etməsinə  əsaslanır.  Bu 
yanaşmaya əsasən, əgər inzibati orqan tərəfindən xüsusi hüquq 
normaları tətbiq olunarsa inzibati mübahisə yarana bilməz. Qeyd 
edək ki, respublikanın qüvvədə olan inzibati prosessual qanun-
vericiliyi  də  bu  yanaşma  mövqeyindən  çıxış  edərək  “inzibati 
mübahisə” anlayışının yalnız inzibati hüquq münasibətlərindən 
yaranan mübahisələri əhatə etdiyini təsbit edir.  
Bildiyimiz  kimi,  inzibati  mübahisənin  mahiyyəti  inzibati 
hüquq  münasibətlərinin  iştirakçılarının  hüquq  və  vəzifələrini, 
davranış 
qaydalarını 
müəyyənləşdirən 
maddi 
hüquq 
normalarının  tətbiqinə  aid  vətəndaşla  inzibati  orqan  arasında 
fikir ayrılığının mövcudluğunda ifadə olunur.  
“Münaqişəli”  yanaşma  inzibati  mübahisəni  hüquqi 
münaqişənin  növlərindən  biri  kimi  müəyyənləşdirir
173
.    Bu 
yanaşma  “hüquq  haqqında  mübahisə”  və  “hüquqi  münaqişə” 
anlayışları arasındakı əlaqənin aydınlaşdırılmasını nəzərdə tutur.
 
Bu yanaşmanın tərəfdarlarından olan V.J.Jerebkin hüquqi 
mübahisəni  “ideya  - psixoloji  çəkişmə”, “hüquqi  münaqişənin 
müşayiətçisi”,  “hüquqi  düşüncənin  xüsusi  kateqoriyalarında” 
ifadə olunan təzahür kimi qiymətləndirir
174

E.V.Luparevə  görə  inzibati  mübahisə  dövlət  idarəetməsi 
sahəsində  inzibati  hüquq  münasibətləri  subyektlərinin  maraq-
                                                           
173
  Aslanov  M.S.  İnzibati  hüquqi  mübahisənin  əlamətləri  /  Qloballaşan  cəmiyyətdə 
hüquq elminin aktual problemləri” mövzusunda elmi-praktiki konfransın materialları. 
Bakı, 2009, s. 25; Жеребкин В.С. Правовая конфликтология. Владимир: ВЕИЗ, 
1997;  Юридическая  конфликтология  /  Под  ред.  В.Н.Кудрявцева.  М.:  Изд-во 
ИГиП РАН, 1995 ; Баранов В.М., Худойкина Т.В.  Теория юридического кон-
фликта: философские и социолого-правовые аспекты // Юрист-правовед, 2000, 
№ 1, с. 24-25 
174
 Жеребин В.С. Правовая конфликтология. Курс лекций. Ч.1. Владимир: Вла-
дим. гос. ун-т, 1998, с. 90  


119 
 
larının  münaqişəsi  və  ya  dövlət  orqanlarının  təşkilati  hərə-
kətlərinin  qanuniliyi  və  əsaslılığı  barədə  fikir  ayrılığı  ilə 
əlaqədar olaraq tərəflər arasında ziddiyyətlərin mövcudluğu ilə 
xarakterizə olunan növüdür
175

Fikrimizcə, bu anlayış  inzibati  mübahisənin  hüquqi  təbiə-
tini lazımi dərəcədə açmır və daha çox sosioloji əhəmiyyət kəsb 
edir.  Belə  ki,  inzibati  mübahisə  hüquqi  təzahür  kimi  birbaşa 
olaraq  maraqların  münaqişəsi  nəticəsində  deyil,  vətəndaşların 
hüquq  və  maraqlarının  inzibati  orqanların  hüquqazidd  hərə-
kətləri  və  ya  qərarları  ilə  pozulduğu  təqdirdə  meydana  çıxan 
hüquqi münaqişədən irəli gəlir. 
Hüquqi formada təzahür edən münaqişə hüquq münasibəti 
xüsusiyyəti  əldə  edir  ki,  onun  vasitəsilə  inzibati  mübahisənin 
anlayışını  müəyyənləşdirmək  mümkün  olur.  Bəzi  müəlliflərin 
fikrincə,  hüquqi  münaqişə  onun  tərəflərinin-  dövlət  və  onun 
orqanları, ictimai birliklər, hüquq subyektlərinin hüquqi vəziy-
yətini  və  statusunu  hüquqazidd  şəkildə  dəyişdirmək  məqsədi 
olan vətəndaşların qarşıdurmasıdır.
176
 
 M.S. Aslanov yazır ki, inzibati-hüquqi mübahisə dedikdə 
maddi  -  prosessual  inzibati  hüquq  münasibətlərinin  elə  bir 
kompleks  tipi  nəzərdə  tutulur  ki,  tərəflər  arasında  dövlət 
idarəçiliyi  prosesində  meydana  çıxan  konfliktlər  nəticəsində 
yaranan ziddiyyətlərin mövcudluğu və ya qanunçuluğa olan ba-
xışların üst-üstə düşməməsi ilə xarakterizə edilsin.
177
 Müəllifin 
bu  fikri  müəyyən  dərəcədə  anlaşılmazlıq  doğurur.  Belə  ki, 
                                                           
175
  Лупарев  Е.Б.  Общая  теория  административно-правового  спора.  Воронеж:  Изд-во 
Воронеж гос. ун-та, 2003, с. 134 
176
 Тихомиров Л.В., Тихомиров М.Ю. Юридическая энциклопедия. М., 1997, с. 213  
177
Aslanov M.S. İnzibati hüquqi mübahisənin əlamətləri / Qloballaşan cəmiyyətdə hüquq elminin 
aktual problemləri” mövzusunda elmi-praktiki konfransın materialları. Bakı, 2009, с. 25 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə