Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə34/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   ...   30   31   32   33   34   35   36   37   ...   123

104 
 

 
prosessual müdafiə vasitələrindən istifadəyə əsaslanır 
və s. 
İnzibati  məhkəmə  icraatının    hüquqi  dövlətin  zəruri 
əlamətlərindən  biri  kimi  qiymətləndirilməsi  isə  qanunçuluğun 
təmini,  sosial  ziddiyyətlərin  aradan  qaldırılması,  sosial 
münaqişələrin  həlli  kimi  funksiyaları  ilə  birbaşa  əlaqədardır. 
Belə  ki,  hüquqi  dövləti  sosial  ziddiyyətlərin  inkişaf  etdiyi 
cəmiyyətdə  yaratmaq  mümkün  deyil.  Yalnız  vətəndaşlarda 
idarəetmə  qaydalarına,  inzibati  icraat  üsullarına,  inzibati 
orqanların və dövlət qulluğunun işinə ictimai etimad və inamın 
formalaşdığı  və  vətəndaş  məmnunluğunun  təmin  olunduğu 
təqdirdə hüquqi dövlət mövcud ola bilər. 
 
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


105 
 
II FƏSİL 
 
İNZİBATİ MƏHKƏMƏ İCRAATININ PREDMETİ 
 
2.1.  İnzibati  mübahisə  inzibati  məhkəmə  icraatının 
predmeti kimi  
 
Hüquqi  dövlətin  formalaşdırılması,  idarəetmə  münasibət-
lərinin  inkişafı,  məhkəmə-hüquq  islahatlarının  həyata  keçiril-
məsi  müvafiq  olaraq  müasir  məhkəmə  hakimiyyətinin  icraat 
üsullarına dair elmi baxışlarda da müəyyən dəyişikliklərə səbəb 
oldu. Hazırda inzibati məhkəmə icraatı inzibati orqanların fəa-
liyyəti  ilə  əlaqədar  cəmiyyətdə  yaranan  inzibati  hüquqi  müba-
hisələrin  həllinin  mühüm  sosial  texnologiyalarından  biri  kimi 
çıxış  edir.  Onun  optimal  modellərinin,  funksiya  və  xüsusiy-
yətlərinin müəyyənləşdirilməsi ilə yanaşı predmetinin tədqiqi də 
əhəmiyyətli məsələlərdən biridir.  
İnzibati məhkəmə icraatının vahid modeli mövcud olmasa 
da,  bütün  modellərin  hamısı  üçün  ümumi  olan  cəhət  onların 
predmetinin inzibati mübahisələrdən ibarət olmasıdır.  
Nəzəriyyədə  inzibati  məhkəmə  icraatının  predmetinə  dair 
hələlik vahid  yanaşma formalaşmayıb.  Müəlliflərdən bir qismi 
onun predmetinə inzibati xətaları
140
, digərləri isə inzibati-hüquqi 
mübahisəni
141
, üçüncülər isə hər ikisini aid edir.  
                                                           
140
Шергин А.П. Административная юрисдикция. М.: Госюриздат, 1979, с. 35 ; 
Якимов А.Ю. Статус субъекта административной юрисдикции и проблемы его 
реализации. я. М.: Проспект, 1999, с. 114-115 
141
 Бойцова В. Нужна ли нам административная юстиция // Советская юстиция, 
1993, № 7, с. 12-13; Зеленцов А.Б. Административно-правовой спор (теоретико-
методологические подходы к исследованию) // Правоведение, 2000, № 1, с. 68-


106 
 
Məsələn, M.S.Studenikina hesab edir ki, inzibati məhkəmə 
icraatına  həm  məhkəmə  tərəfindən  dövlət  orqanlarının  və 
onların vəzifəli şəxslərinin aktlarının qanuniliyi üzərində nəzarət 
funksiyasının həyata keçirilməsini, həm də inzibati xətalara dair 
işlərə  baxılmasını  aid  etmək  lazımdır
142
.  A.V.  Zelentsov  və  
E.V.Slepçenko da həm inzibati xətaları, həm də inzibati müba-
hisələri inzibati məhkəmə icraatının predmeti hesab edirlər
143
.  
Bununla əlaqədar olaraq ədəbiyyatlarda inzibati məhkəmə 
icraatının 2 formasının ayrılması (predmetini inzibati mübahisə 
təşkil  edən  inzibati-mübahisəli  yurisdiksiya  və  predmetini 
inzibati xəta təşkil edən inzibati-delikt yurisdiksiyası) və inzibati 
məhkəmə icraatının predmetini nəzəri anlamda daha geniş ifadə 
etmək üçün “inzibati-hüquqi münaqişə”anlayışının formalaşdı-
rılması da təklif olunur
144
.  
İnzibati xətalar fərqli hüquqi təbiətə malik olduqları və çox 
az  bir  hissəsi  xüsusi  prosessual  qaydada  ümumi  məhkəmələr 
tərəfindən  baxıldığı  üçün  onları  inzibati  məhkəmə  icraatının 
predmetinə  aid  etmək  olmaz.  Fikrimizcə,  inzibati  məhkəmə 
                                                           
79; Лупарев Е.Б. Понятие и признаки административно-правового спора // Жур-
нал  российского  права,  2002, №  2,  с.  44-51;  Боннер  А.Т.  Некоторые  вопросы 
производства по делам, возникающим из административно-правовых отноше-
ний // Правоведение, 1964, № 1, с. 124; Ноздрачев А.Ф. Институт администра-
тивного судопроизводства // Судебная реформа в России. М.: Городец, 2001, с. 
169; Соловьева А.К. Административная юстиция в России (проблемы теории и 
практики): Дисс. … канд.юр.наук. СПб., 1999, с. 30  
142
 Студеникина М.С. Процессуальные формы осуществления правосудия по ад-
министративным делам // Судебная реформа в России. М., 2001, с. 177 
143
Слепченко  Е.В.  Административное  судопроизводство:  понятие,  единство  и 
дифференциация. Электронный ресурс, 2009; Зеленцов А.Б. Административно-
правовой  спор  (теоретико-методологические  подходы  к    исследованию  // 
Правоведение, 2000, № 1, с. 69 
144
 Слепченко Е.В. Административное судопроизводство: понятие, единство и 
дифференциация // Российская юстиция, 2009, № 3, с. 51-56; Зеленцов А.Б. Ад-
министративно-правовой спор (теоретико-методологические подходы к иссле-
дованию) // Правоведение, 2000, № 1, с. 70 


107 
 
icraatının predmetini ümumi (publik) hüquq münasibətlərindən 
irəli gələn mübahisələr təşkil edir. 
XIX əsrin sonu – XX əsrin əvvəllərində mübahisəli inzibati 
münasibətlərin ayrı-ayrı məsələləri J. Appletonun, H.Herberin, 
R.Qneystin, F.Portun, O. Sarveyin əsərlərində tədqiq olunmuş-
du.  İnzibati  hüquqi  mübahisənin  ayrı-ayrı  aspektləri  rus  hü-
quqşünaslarından A.İ.Yelistratovun,  İ.T.Tarasovun, A.V. Day-
sinin,  V.V.  İvanovskiyin,  V.L.Kobalevskiyin,  M.K.Palibinin, 
İ.T.Tarasovun və başqalarının əsərlərində də tədqiq olunmuşdu.  
Müasir  dövrdə  bu  sahənin  tədqiqi  ilə  məşğul  olanlardan 
M.S.Aslanovun,  F.S.Mehdiyevin,  A.O.Abdullayevin,  xarici 
mütəxəssislərdən isə S.Dəmirqolun, K. Gürselin, R.Yıldırımın, 
A.Ş.Gözüböyüyün,  K.  Gözlerin,  M.  Özyörüyün,  O.Dəmirin, 
A.Uyanığın,  J.Brebanın,  J.Vedelin,  A.B.Zelentsovun,  N.Y. 
Xamanyovanın,  Y.N.Starilovun,  N.V.Suxarevanın,  Y.B.Lupa-
revin, D.M.Çeçotun, V.A. Yusupovun, A.Y. Yakimovun, A.P. 
Alyoxinin,  D.N.Baxraxın,  İ.A.Qalaqanın,  A.A.Dyominin, 
N.Q.Salişevanın və başqalarının adlarını qeyd edə bilərik. 
“Mübahisə”  latın  dilində  olan  “confliktus”  sözündən 
yaranıb  maraqların  və  ya  baxışların  toqquşmasını  ifadə  edir. 
Azərbaycan  dilinin  izahlı  lüğətində  “mübahisə-  müzakirə 
zamanı  araya  çıxan  bəhs,  deyişmə”  kimi  göstərilir
145
.  Müasir 
sosiologiya  elmində  mübahisə  -  sosial  subyektlərin  fərqli 
tələbatlarından, məqsəd və maraqlarından, eləcə də rollarının və 
funksiyalarının  sosial  statusları  ilə  şərtlənən,  biri-birinə  əks 
fəaliyyətləri  ilə  xarakterizə  olunan,  sosial  qarşılıqlı  fəaliyyət 
prosesində  yaranan  təzahür  kimi  qiymətləndirilir
146
.  M.Ə. 
                                                           
145
 Azərbaycan dilinin izahlı lüğəti.II cild. Bakı: Çıraq, 1999, s. 282   
146
Социальные технологии. Толковый словарь / Отв. ред. В.Иванов. М.: Белго-
род: Луч-Центр социальных технологий, 1995, с. 61   


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə