100
Qeyd edək ki, hələ XIX əsrdə Fransada prefektura şuraları
inzibati ədliyyə orqanı kimi administrasiyanın aktlarının qanu-
niliyi ilə yanaşı, həm də onların daxili mahiyyətini, məqsədini,
motivini və məqsədəuyğunluğunu yoxlayırdılar. Hesab edirik ki,
müasir dövrdə də bu meyarlara mühüm əhəmiyyət verilməlidir.
Çünki, hüquq normasının mahiyyəti və faktiki əhəmiyyəti məhz
məqsədəuyğun qərarın qəbul edilməsindən ibarətdir.
İnzibati prosesdə inzibati mübahisənin həlli üzrə məhkə-
mənin çıxardığı qərar hüquqi, siyasi, ideoloji, sosial və iqtisadi
funksiyaları yerinə yetirir. Məhkəmə öz qərarı ilə vətəndaşla
inzibati orqan arasındakı sosial-hüquqi münaqişəni həll edir,
hüquq subyektlərinin hüquqlarını və qanunla qorunan maraq-
larını təmin edir. O, habelə, konkret hüquq münasibəti subyekt-
lərinin hüquq və vəzifələrinin həcminə və məzmununa aydınlıq
və dəqiqlik gətirməklə səlahiyyətverici funksiyanı, hüquq
münasibəti iştirakçılarının subyektiv hüquqlarının mühafizəsini
təmin etməklə hüquq mühafizə funksiyasını, qüvvədə olan
qanunvericilikdəki boşluqları aradan qaldırmaqla
hüquq təkmil-
ləşdirici funksiyanı da həyata keçirir. Bunlardan başqa məhkəmə
aktı fərdi hüquqi tənzimləmə, hüquqi münasibətlərin yaranması,
dəyişdirilməsi və ya xitamı üçün hüquqi fakt rolunda da çıxış
edir.
İkişaf etmiş ölkələrin təcrübəsinə nəzər saldıqda inzibati
məhkəmə icraatında iddiaçının hüquqlarının və maraqlarının
müdafiəsi üçün spesifik prosessual müdafiə vasitələrinin tətbiq
olunduğunu müşahidə edirik. Hətta, bəzən bu vasitələr inzibati
orqanın aktı hələ hazırlanma mərhələsində olduğu zaman isti-
fadə olunur. Məsələn, Almaniya qanunvericiliyində fiziki və
hüquqi şəxslər inzibati orqanların hərəkətlərindən və ya qərar-
larından ilkin şikayət hüququna malikdir. İlkin şikayət hüququ
101
maraqlı şəxsə özünün hüquq və vəzifələrinə toxunan, azadlığına
müdaxilə edən aktlardan onlar qüvvəyə minməmiş məhkəməyə
şikayət etmək imkan verir.
Qüvvədə olan inzibati prosessual qanunvericilikdə “mü-
dafiə vasitələri” anlayışından istifadə olunsa da bu vasitələrin nə
anlayışı, nə də sistemi müəyyən olunmamışdır. Fikrimizcə,
inzibati prosessual qanunvericilikdə ümumi (publik) hüquqların
prosessual müdafiə vasitələrinin anlayışı və sistemi müəyyən-
ləşdirilməlidir. Bu cür vasitələrin sisteminə aşağıdakı prosessual
müdafiə vasitələri aid edilə bilər:
- inzibati aktın
ləğvi və ya dəyişdirilməsi;
- inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə
bağlı müvafiq öhdəliyin qoyulması;
- subyektiv hüquq və azadlıqların bərpası;
- ziyana görə kompensasiyanın
ödənilməsi;
- tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur
etmə;
- icranın nəticələrini aradan qaldırmaq barədə öhdəliyin
qoyulması və s.
Beləliklə, inzibati prosesdə inzibati məhkəmə icraatı inzi-
bati mübahisənin həlli üzrə çıxarılan məhkəmə qərarı vasitəsilə
aşağıdakı funksiyaları həyata keçirir:
- inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi funk-
siyası;
- normativ xarakterli aktların qanunauyğunluğunun yoxla-
nılması funksiyası;
- inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə
bağlı müvafiq öhdəliyin qoyulmasında ifadə olunan məcburetmə
funksiyası;
103
işlərinin özü həm milli məhkəmə təcrübəsi, həm də qanun-
vericilik praktikası üçün novelladır. Normativ aktın qüvvəsi
qeyri-məhdud şəxslər dairəsinə şamil olunduğu üçün onların
mübahisələndirilməsi ilə bağlı işlər üzrə məhkəmə müdafiəsi də
qeyri-müəyyən dairəyə aid şəxslərin ümumi maraqlarına
toxunur. Bu kimi işlərə baxıb həll etməklə məhkəmə müba-
hisələndirilən normativ aktın daha yüksək hüquqi qüvvəyə ma-
lik olan normativ akta uyğunluğu üzərində məhkəmə nəzarətini
həyata keçirir.
Aparılmış tədqiqat inzibati prosesdə həyata keçirilən inzi-
bati məhkəmə icraatının aşağıdakı xüsusiyyətlərini göstərməyə
imkan vermişdir:
inzibati mübahisə məhkəməyə təqdim olunan inzibati
iddianın qəbul olunması ilə başlayır;
ədalət mühakiməsinin həyata keçirilməsi formasıdır;
aidiyyətı məhkəmə tərəfindən iddia icraatı qaydasında
həyata
keçirilir;
inzibati prosessual qaydalarla tənzimlənir və
ixtisaslaşdırılmış məhkəmələr
tərəfindən həyata keçirilir;
xüsusi subyekt
tərkibinə malik olur;
inzibati mübahisənin həll olunması ilə sona çatır;
inzibati orqanların fəaliyyətinə məhkəmə nəzarətinin
həyata keçirilməsi formasıdır;
inzibati
mübahisənin
prosessual-hüquqi
həlli
formasıdır;
məhkəmə hakimiyyətinin müstəqil predmetlə
səciyyələnən qoludur;
subyektiv hüquq və vəzifələrin, qanunla qorunan
mənafelərin müdafiəsinə və bərpasına xidmət edir;