Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə29/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   ...   25   26   27   28   29   30   31   32   ...   123

87 
 
5) məhkəmə  qaldırılan iddialarda  yol  verilən formal xəta-
ların  aradan  qaldırılmasında,  aydın  olmayan  iddia  tələblərinin 
dəqiqləşdirilməsində,  yanlış  iddia  növlərinin  münasibləri  ilə 
əvəz  olunmasında,  natamam  faktiki  məlumatların  tamamlan-
masında,  eləcə  də  işin  hallarının  müəyyənləşdirilməsi  və  qiy-
mətləndirilməsi  baxımından  əhəmiyyət  kəsb  edən  izahatların 
təqdim olunmasında proses iştirakçılarına məhkəmə tərəfindən 
yardım olunması; 
6) dövlət idarəçiliyi sahəsində qanunçuluğun və intizamın 
möhkəmləndirilməsi, vəzifəli şəxslərin fərdi məsuliyyət hissinin 
yüksəldilməsinin təmin olunması; 
7) norma nəzarəti
8)  hüquq  normalarının  arasındakı  kolliziyaların  aradan 
qaldırılması; 
9) inzibati hüquq normalarının təfsiri
10) milli maraqların müdafiəsi
11) korrupsiyanın qarşısının alınması; 
12) etik inzibati davranış qaydalarının formalaşdırılması və s. 
İnzibati proses çərçivəsində həyata keçirilən inzibati məh-
kəmə icraatı  inzibati orqanların qərar və hərəkətlərindən verilən 
iddiaların  inzibati  məhkəmələrdə  inzibati  prosessual  qanun-
vericiliyin tələblərinə uyğun qaydada obyektiv araşdırılması və 
ədalətli  qərarın  çıxarılması  ilə  inzibati  mübahisənin  həllinə 
yönəlir,  vətəndaşların  pozulmuş  hüquq  və  maraqlarının  bər-
pasında təcəssüm edir. Ədəbiyyatda haqlı olaraq qeyd edilir ki, 
məhkəmə  -  haqq  və  ədalətin  sadiq  keşikçisi  olub,  ədalət 
mühakiməsini  həyata  keçirməklə  müəyyən  edilmiş  hüquq 
qaydalarını pozanlar barəsində dövlət  məcburiyyət  tədbirlərini 


88 
 
tətbiq etmək səlahiyyətinə malik hakimiyyət orqanıdır
122
. Müha-
kimə funksiyası – məhkəmənin işin mahiyyəti üzrə qərar çıxar-
maqla hüquqi mübahisələri və qanuna zidd halları həll etməsini 
nəzərdə tutur
123

Müasir dövrdə cəmiyyətin və dövlətin inkişafı ilə əlaqədar 
olaraq  inzibati  fəaliyyətin  subyektlərinin  dairəsi  əhəmiyyətli 
dərəcədə  genişlənmişdir.  Hüquq  sisteminin  strukturunun  yeni-
lənməsi və inzibati akt qəbul etmək səlahiyyəti olan çoxlu sayda 
inzibati  orqanların  mövcudluğu  müvafiq  olaraq  bu  aktların 
iyerarxiya  problemini  də  üzə  çıxarır.  Bununla  əlaqədar  olaraq 
vahid, daxilən ziddiyyətsiz hüquq sisteminin formalaşdırılması, 
qanunvericiliyə  zidd  aktların  qəbuluna  və  tətbiqinə  yol  veril-
məməsi  üçün  səmərəli  norma  nəzarətinin  zəruriliyi  üzə  çıxır. 
Hüquqların və qanunla qorunan mənafelərinin mühafizəsinin və 
müdafiəsinin  təmini  məqsədilə  normativ  xarakterli  aktların 
hazırlanması,  qəbulu  və  realizəsi  üzərində  xüsusi  nəzarət 
mexanizmi  yaradılır.  Bu  mexanizm  normayaradıcılığı  və 
hüququn tətbiqi sferalarında qanunçuluğun pozulması hallarının 
aşkara  çıxarılması,  qeydə  alınması  və  aradan  qaldırılması 
səlahiyyətlərinə malik  olan müxtəlif strukturlardan ibarət  olur. 
Həmin  mexanizmlərdən  biri  olan  inzibati  məhkəmə  icraatı 
inzibati orqanların fəaliyyətinin qanuniliyinə nəzarətə, həm də 
qanunçuluğun  təmininə  yönəlir.  Beləliklə,  inzibati  məhkəmə 
icraatında həyata keçirilən ədalət mühakiməsi nəticəsində qərar 
çıxaran  məhkəmənin  fəaliyyəti  vətəndaşla  inzibati  orqan 
arasında  yaranmış inzibati mübahisənin  ədalətlə həll olunması 
                                                           
122
Azərbaycan  Respublikası  məhkəmələrinin  yaranması  və  inkişafı  /  Elmi  red. 
M.F.Məlikova. Bakı: Çaşıoğlu, 2008, s. 11   
123
 Günday M. İdare hukuku. Beşinci Baskı. Ankara: İmaj Yayıncılık, 2002,  s. 10 
 


89 
 
ilə  yanaşı  inzibati  orqanların  qanun  çərçivəsində  fəaliyyət 
göstərməsini də təmin etməyə yönəlir.  
İnzibati  orqanların  aktları  üzərində  norma  nəzarəti  funk-
siyası məhkəmə hakimiyyətinin həyata keçirilməsi üsullarından 
olan inzibati məhkəmə icraatı vasitəsilə həyata keçirilir. Norma 
nəzarəti məhkəmə səlahiyyətlərinin həyata keçirilməsinin müs-
təqil  təşkilati  -  hüquqi  realizə  forması  olub,  xüsusi  prosessual 
formada və məhkəmələrin öz səlahiyyətləri çərçivəsində həyata 
keçirdikləri  dövlət  nəzarətinin  növlərindən  biridir
124
.  İnzibati 
hüquq üzrə mütəxəssislər məhkəmənin həyata keçirdiyi norma 
nəzarətini  onun  qüvvədəki  normaları  qanunsuz  və  ya  kons-
titusiyaya  zidd  hesab  etmək,  bu  səbəblə  də  onları  ləğv  etmək, 
dəyişdirmək imkanı kimi qiymətləndirirlər
125

Hüquq  ədəbiyyatında  norma  nəzarətinin  bir  neçə  növü 
(mücərrəd,  konkret,  insident)  fərqləndirilir
126
.  Qeyd  edək  ki, 
elmi  ədəbiyyatlarda  bu  növlər  barədə  fərqli  fikirlər  müşahidə 
olunur. Belə ki, müəlliflərdən S.V.Nikitin norma nəzarətinin bu 
növlərinin  fərqləndirilməsini  onun  həyata  keçirilməsi  qayda-
larındakı  fərqlərlə  əlaqələndirir
127
.  A.V.Molotov  isə  norma 
nəzarətini həyata keçirilmə formalarından asılı olaraq mücərrəd 
                                                           
124
 Чепурнова Н.М. Судебный контроль в Российской Федерации: проблемы ме-
тодологии, теории и государственно-правовой практики / Н.М.Чепурнова. Ро-
стов-на-Дону: Издательство СКНЦ ВШ, 1999, c. 14
 
  
125
  Бахрах  Д.Н.,  Россинский  Б.В.,  Старилов  Ю.Н.  Административное  право: 
Учебник для вузов. М.: Норма, 2004, с. 118 
126
  Замотаева  Е.К.  Судебный  нормаконтроль  как  способ  преодоления 
экономических конфликтов 
// Право и экономика, 2003, № 9, с. 11
; Хвощинский 
А.В.  Целевой  контроль  в  полномочиях  арбитражных  судов  как  инструмент 
повышения  эффективности  правосудия.  Материалы  Всероссийской  научно-
практической конференции 31.01-01.02.2001 г., «Лиджист», М., 2001,c.218 
127
 Никитин С.В. Проблемы прямого (абстрактного) контроля за нормативными 
актами  в  гражданском  процессе  //  Межвузовский  сборник  научных  трудов. 
Екатеринбург: УрГЮА, 2000, с. 423 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə