93
prosessual qanunvericilik inzibati akt qanuna zidd olduqda və
bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda,
məhkəmənin həmin inzibati aktı ləğv etməsi barədə qərar qəbul
etməsinə yol verir (AR İPM-in 70.1-ci maddəsi)
133
.
Norma nəzarətinin həyata keçirilməsi nəticəsində qəbul
olunmuş məhkəmə aktlarını spesifik xüsusiyyətlərinə və
qüvvəsinə görə hüquq tətbiqetmə aktlarının xüsusi qrupuna aid
etmək olar. Məhkəmənin bu cür aktlarındakı göstərişlərlə bir
normanın daha üstün hüquqi qüvvəyə malik olan digər normaya
uyğunluğu faktı müəyyənləşdirilir və hüquq normalarının sta-
tusundakı dəyişikliklərdə ifadə olunan hüquqi nəticələr də mey-
dana çıxır. Məhkəmənn inzibati məhkəmə icraatı vasitəsilə
həyata keçirdiyi norma nəzarəti funksiyası qanunauyğun
olmayan aktın qüvvəsini itirməsinə, tətbiqə yararsız sayılmasına
səbəb olur. Bununla da inzibati məhkəmə icraatının nəticəsi olan
məhkəmə aktı hüquq normalarının arasındakı ierarxiya kollizi-
yalarının aradan qaldırılması funksiyasını da yerinə yetirmiş
olur.
Dar mənada yanaşdıqda isə norma nəzarətinin bu növünün
məqsədi məhz inzibati orqanların hüquqi aktlarının qanunve-
ricilik sisteminə uyğunluğunu təmin etməkdən ibarətdir. İnzibati
məhkəmə icraatı norma nəzarəti funksiyasını həyata keçirməklə
vətəndaşların maraqları ilə yanaşı, bütövlükdə dövlətin və cə-
miyyətin də maraqlarına da xidmət edir. Tutduğu vəzifə ümumi
maraqlara xidmət edən və ya ümumi hüquq sahəsinə aid haki-
miyyət səlahiyyətinin tətbiqində iştirak edən şəxslər dövlətin
suveren hakimiyyətinin bir hissəsinə malikdirlər. Buna görə də
133
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi.Bakı: Qanun, 2013, s.54
94
həmin vəzifəli şəxslərdən xüsusi sadiqlik və loyallıq münasi-
bətləri tələb etməkdə dövlətin qanuni marağı vardır.
134
Cəmiyyətin və dövlətin maraqları məcmu halda milli ma-
raqları təşkil etdiyindən inzibati məhkəmə icraatının bütövlükdə
milli maraqların təmininə xidmət etdiyini göstərmək olar. Təsa-
düfi deyil ki, administrasiyanın fəaliyyəti üzərində məhkəmə
nəzarəti insan hüquqlarının müdafiəsinə olan tələbatdan deyil,
monarxın öz tabeçiliyində olanları nəzarətdə saxlamaq arzu-
sundan meydana çıxmışdır
135
.
Hesab edirik ki, inzibati məhkəmə icraatında həyata keçi-
rilən norma nəzarətinin təşkilinin ümumi prinsipləri müəyyən-
ləşdirilməlidir. Fikrimizcə, inzibati prosesdə həyata keçirilən
norma nəzarətinin növünün dəqiqləşdirilməsi baxımından inzi-
bati mübahisənin predmetinin qanunvericilikdə müəyyənləşdi-
rilməsi də labüddür. Belə ki, abstrakt norma nəzarəti qaydasında
qaldırılan işin predmetini bütövlükdə akt təşkil etdiyi halda,
konkret norma nəzarəti çərçivəsində baxılan mübahisənin pred-
metini aktın konkret işdə tətbiq olunan hissəsi təşkil edir.
Norma nəzarətinin hüquqi müstəvisi məhkəmə icraatının
növündən və nəzarətin xarakterindən asılı olur. Məhkəmə icra-
atının digər növlərində yalnız konkret nəzarət həyata keçirildiyi
halda, inzibati məhkəmə icraatında həm konkret, həm də
abstrakt nəzarət həyata keçirilir. Konkret norma nəzarəti kons-
titusion hüquqları və qanunla qorunan mənafeləri pozulan şəxsin
məhkəməyə müraciəti əsasında konkret işdə tətbiq olunan və ya
134
Avropa İnsan Hüquqları Məhkəməsinin seçilmiş qərarları. III cild. Bakı, Zərdabi
LTD, 2007, s.29
135
Бурков А.Л. Акты судебного нормоконтроля как источник администра-
тивного права: Дисс. … канд. юрид. наук. Тюмень: Тюменский государствен-
ный университет, 2005, с. 15
95
tətbiq olunmalı olan konkret aktın konstitusiyaya uyğunluğunun
yoxlanılmasını nəzərdə tutur.
İnzibati proses çərçivəsində həyata keçirilən məhkəmə
icraatının funksiyalarından biri də inzibati normaların təfsiridir.
Hüquq normalarının yaradılması üçün istifadə olunan ayrı-ayrı
ifadələrin dəqiq mənasının müəyyənləşdiriliməsi vasitəsi kimi
təfsir böyük əhəmiyyətə malikdir. Məhkəmənin inzibati hüquqi
mübahisəni həll edən qərarında hüququn qüvvəsi onun bəzi
göstərişlərinin məzmununun və qüvvəsinin izah olunması
vasitəsilə təmin olunur. Hüquqi tənzimləmənin bütün mərhə-
lələrində hüququn subyektləri məhkəmə təfsirindən istifadə edə
bilir. İnzibati hüquq normasının təfsiri onun məzmununun, onda
ifadə olunmuş dövlət iradəsinin müəyyənləşdirilməsi üçün
həyata keçirilən fəaliyyət olub, rəsmi və qeyri - rəsmi formada,
bir neçə üsulla həyata keçirilə bilər: qrammatik, məntiqi,
sistematik, tarixi-siyasi, xüsusi-hüquqi.
R.F. İerinq haqlı olaraq göstərir ki, qanunverici filosof kimi
düşünməli, kəndli kimi danışmalıdır ki, nitqi aydın və anlaşıqlı
olsun
136
. R.Lukiç isə yazır ki, hüquqşünasın istifadə etdiyi əsas
vasitə olan hüquq dilinin nə qədər dəqiqləşdirilməsinə cəhd
olunsa da o, öz qəlizliyində qalır. Məhz bu səbəbə görə də
müəllif hüququn təfsirinin hər zaman mühüm rola malik
olduğunu göstərir.
137
Məhz təfsir vasitəsilə hüquqşünasın hüquq
normasını yaradarkən istifadə etdiyi ayrı-ayrı ifadələrin dəqiq
mənasını müəyyənləşdirmək olur. İnzibatı hüquq normalarının
təfsiri onlarda təsbit olunan normativ göstərişlərin obyektiv və
136
Иеринг Р.Ф. Юридическая техника. Перевод с Немецкого Ф.С.Шендорфа.
СПб., 1905, с. 86
137
Лукич Р. Методология права. М.: Наука, 1981, с. 280-281
Dostları ilə paylaş: |