Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə37/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   ...   33   34   35   36   37   38   39   40   ...   123

114 
 
bu resurslara çıxış imkanı məhduddur. Məhz, bu vəziyyət inzibati 
mübahisənin xüsusiyyətlərini müəyyənləşdirən əsas meyardır. 
Qeyd edək ki,  elmdə  inzibati  mübahisənin  anlayışına dair 
formal, maddi, prosesəqədərki, prosessual, predmet, münaqişəli 
və s. yanaşmalar mövcuddur. 
Formal  yanaşma  tərəfdarları  (məsələn,  Q.Yellinek, 
V.V.Skitoviç) yalnız inzibati məhkəmələrdə, inzibati məhkəmə 
icraatı formasında və xüsusi prosessual qaydalara əsasən baxılan 
mübahisələri  inzibati  mübahisələr  hesab  edirlər.  İnzibati 
mübahisələrə müstəsna olaraq prosessual əhəmiyyət qazandıran 
bu  yanaşmanın  tərəfdarları  inzibati  mübahisələrin  mövcud-
luğunu  məhkəmə  hakimiyyətinin  müstəqil  qolu  kimi  inzibati 
məhkəmə icraatının formalaşdırılması ilə əlaqələndirirlər. 
Müəlliflərdən  A.B.Zelentsov  formal  yanaşma  ilə  razılaş-
mayıb  haqlı  olaraq  qeyd  edir  ki,  formal  yanaşmanın  inzibati 
mübahisənin  mövcudluğunu  və  spesifik  xüsusiyyətlərini  onun 
həlli üçün xüsusi orqanların və prosessual formaların mövcud-
luğu  ilə  şərtləndirməsi  onun  dar,  prosessual  cəhətdən  şərhinə  
səbəb olur. 
Hesab edirik ki, inzibati mübahisəyə formal yanaşma özünü 
doğrultmur.  Çünki,  ixtisaslaşdırılmış  inzibati  məhkəmələrin 
yaradılmadığı, inzibati prosessual qaydaların mövcud olmadığı 
halda  da  inzibati  hüquq  münasibətlərinin  iştirakçıları  arasında 
inzibati  mübahisə  yaranır.  Ümumi  və  ya  ixtisaslaşdırılmış 
məhkəmələr  tərəfindən  baxılmasından  asılı  olmayaraq  inzibati 
mübahisə obyektiv təzahür kimi ən demokratik dövlətlərdə də 
yarana bilən hüquqi təzahürdür. Onun ixtisaslaşdırılmış məhkə-
mələrdə,  inzibati  məhkəmə  icraatında  baxılıb-baxılmamasını 
mövcudluğunun  şərti  kimi  qiymətləndirmək  düzgün  deyildir. 


115 
 
Fikrimizcə,  formal  yanaşma  inzibati  mübahisəni  formallaş-
dıraraq, real mahiyyətindən uzaqlaşdıra bilər. 
Maddi yanaşma inzibati mübahisəni onun predmetindən və 
yaranma  əsasından,  yəni  mübahisəli  durumda  olan  maddi-
hüquqi münasibətdən  çıxış edərək müəyyənləşdirir. Bu yanaş-
maya  görə  məhz  tərəfləri  əlaqələndirən  maddi-hüquq  münasi-
bətləri mübahisənin məzmununu xarakterizə edir. 
Maddi  yanaşma  mövqeyinə  əsasən,  inzibati  orqanların 
konkret olaraq hansı hərəkətlərinin (hərəkətsizliyinin), qərarla-
rının  inzibati  mübahisənin  əsası  ola  biləcəyini  müəyyən-
ləşdirmək  zərurəti  meydana  çıxır.  Bu  yanaşmanın  əsasında 
inzibati mübahisənin maddi hüquq münasibətlərində hüquqların 
həyata  keçirilməsinə  maneə  kimi  qiymətləndirilməsi  durur. 
Maddi-hüquqi  yanaşma  tərəfdarları  (D.M.  Çeçot,  M.  Oriu,  L. 
Dyuqi, S. Popoviç, P. Staynov və s.) inzibati mübahisənin an-
layışını verərkən xüsusi hüquq münasibətləri kimi onun subyekt 
tərkibinin  ya  da  predmetini  təşkil  edən  maddi-hüquqi  müna-
sibətlərin  xarakterindən  çıxış  edirlər.  Maddi-hüquqi  yanaşma 
meyarına  əsasən,  idarəetmə  sahəsində  yaranan  mübahisələrin 
mühüm əlamətlərindən biri tərəflərin heç olmazsa biri qismində 
qanunların  icrası  üçün  tənzimləyici  funksiyanı  yerinə  yetirən 
dövlət orqanının çıxış etməsidir. 
Fikrimizcə, bu yanaşma da özünü doğrultmur. Çünki vətən-
daşların  subyektiv  hüquqları  və  qanunla  qorunan  mənafeləri 
yalnız dövlət orqanları tərəfindən pozulmur. Belə yanaşma digər 
subyektlərin  məsuliyyət  mexanizmindən  kənar  qalmasına  və 
cəmiyyətdə sosial ziddiyyətlərin dərinləşməsinə səbəb ola bilər. 
İnzibati  mübahisənin  əsası  inzibati  akt  və  ya  hərəkət  (hərə-
kətsizlik) olduğu üçün belə aktı qəbul edə bilən istənilən subyekt 
inzibati mübahisədə tərəf ola bilər. 


116 
 
Qüvvədə  olan  respublika  qanunvericiliyində  də  bu  prin-
sipdən  çıxış  edərək  inzibati  orqanların  kifəyət  qədər  geniş 
dairəsini  müəyyənləşdirmişdir.  Belə  ki,  “İnzibati  icraat  haq-
qında”  Azərbaycan  Respublikası  qanununda  inzibati  orqana 
Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  or-
qanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, 
habelə  qanuna  əsasən  inzibati  akt  qəbul  etmək  səlahiyyəti 
verilmiş  hər  hansı  fiziki  və  ya  hüquqi  şəxs  kimi  anlayış 
verilmişdir
169
  
“Prosesə qədərki” konsepsiya hüquqi mübahisəni hüququn 
tətbiqi  ilə  bağlı olmayan prosedurlara,  yəni  prosesdən kənarda 
mövcud  olan  “təşkilati  prosedurlara”  və  ya  lokal  xarakterli 
təşkilati  münasibətlərə  aid  edir.  V.V.  Butnev  hesab  edir  ki, 
hüquq  haqqında  mübahisə  məhkəmə  fəaliyyətinin  predmetinə 
çevrildikdə də özünün maddi-hüquqi xarakterini itirmir, proses-
sual  xarakter  qazanmır,  sadəcə  olaraq  prosesual  münasi-
bətlərdən  öncə  yaranmış  münasibət  kimi  çıxış  edir.  Müəllifin 
fikrincə, tərəflər arasında yaranan mübahisədir, hakimin iştirakı 
ilə  meydana  çıxan  isə  prosessual  münasibətlərdir.
170
  Hüquq 
haqqında  mübahisəyə  “prosesə  qədərki  yanaşma”  inzibati 
hüquqda  münaqişəli  halların  məhkəməyə  qədərki  həlli  üçün 
hüquqi tənzimləməyə diqqəti artırmağa kömək edə bilər.  
Prosessual yanaşma isə hüquqi mübahisənin yaranmasını 
məhkəməyə  və  ya  digər  yurisdiksiyon  orqana  qanuni  qaydada 
müraciətin edildiyi anla bağlayır və prosessual münasibətlərdən 
                                                           
169
    “İnzibati  icraat  haqqında”  Azərbaycan  Respublikasının    Qanunu.  Bakı:  Qanun, 
2013, s.2 
170
  Бутнев  В.В.  Спор  о  праве  –  организационно-охранительное  отношение  // 
Проблемы 
защиты 
субъективных 
прав 
и 
советское 
гражданское 
судопроизводство. Ярославль: Ярославский гос. ун-т, 1981,c.45  


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə