Baytarlıq haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 231,57 Kb.
Pdf görüntüsü
səhifə10/10
tarix17.01.2018
ölçüsü231,57 Kb.
#21346
1   2   3   4   5   6   7   8   9   10

28.2. Özəl baytarlıq təbabəti müəssisələri zəruri hallarda 

müvafiq icra hakimiyyəti orqanlarının

 qərarı ilə 

müvafiq icra hakimiyyəti orqanı

 tərəfindən həyata keçirilən baytarlıq tədbirlərinə həmin özəl baytarlıq 

təbabəti müəssisələrinin razılığı əsasında cəlb edilə bilərlər. 

28.3. Özəl baytarlıq təbabəti müəssisələri qanunvericiliklə müəyyən olunmuş qaydada 

müvafiq icra 

hakimiyyəti orqanının

 müvafiq ərazi bölməsində uçota durduqdan sonra fəaliyyət göstərə bilərlər. 



Maddə 29. Özəl baytarlıq təbabəti müəssisələrinin hüquq və vəzifələri  

29.1. Özəl baytarlıq təbabəti müəssisələrinin aşağıdakı hüquqları vardır: 

29.1.1. karantin və ya məhdudiyyət tədbirləri tətbiq edilən heyvan xəstəlikləri istisna olunmaqla, başqa 

heyvan xəstəliklərinə və zəhərlənmələrə diaqnoz qoymaq və müalicə işi ilə məşğul olmaq; 

29.1.2. heyvanlarda profilaktik peyvənd işi ilə məşğul olmaq və heyvan sahibinə məsləhətlər vermək; 

29.1.3. heyvanların yoluxucu xəstəliklərə tutulması təhlükəsi yarandıqda heyvanların, heyvan mənşəli 

məhsulların və xammalın, yem və yem əlavələrinin təhlükə obyektinə gətirilməsi və oradan 

çıxarılmasının məhdudlaşdırılması və ya dayandırılmasını tələb etmək; 

29.1.4. tərkibində insan sağlamlığı üçün təhlükəli maddələr olan yemlərlə heyvanların 

yemləndirilməsinin qarşısını almaq məqsədilə həmin maddələrin heyvanların yem rasionundan 

çıxarılmasını heyvan sahibindən tələb etmək və bu barədə dərhal dövlət baytarlıq orqanına məlumat 

vermək; 


29.1.5. xidmət etdiyi müəssisələrdə baytarlıq və baytarlıq (baytarlıq-sanitariya) tələblərinə və 

normativlərinə əməl edilməsini heyvan mənşəli məhsullar və xammal istehsalı, tədarükü və emalı ilə 

məşğul olan hüquqi və fiziki şəxslərdən tələb etmək; 

29.1.6. 


müvafiq icra hakimiyyəti orqanı

 tərəfindən təsdiq edilmiş dövlət nümunəvi baytarlıq uçot və 

hesabat sənədləri blanklarından istifadə etmək və həmin blanklar barədə dövlət baytarlıq orqanına 

məlumat vermək. 

29.2. Özəl baytarlıq təbabəti müəssisələrinin aşağıdakı vəzifələri vardır: 

29.2.1


. baytarlıq təbabəti fəaliyyəti ilə məşğul olmaq üçün dövlət baytarlıq orqanında uçota durmaq; 

29.2.2. öz fəaliyyətində baytarlıq qanunvericiliyini rəhbər tutmaq, baytarlıq və baytarlıq (baytarlıq-

sanitariya) tələblərinə və normativlərinə əməl etmək; 

29.2.3. heyvanlarda yoluxucu xəstəliklərin olmasına şübhə yarandıqda, bu barədə dövlət baytarlıq 

orqanına məlumat vermək və xəstəliyin yayılmasının qarşısını alan ilkin tədbirlər görmək; 

29.2.4. heyvanların yoluxucu xəstəliklərinin epizootiyası zamanı dövlət baytarlıq orqanına və onun yerli 

bölmələrinə köməklik göstərmək; 

29.2.5


. qanunvericiliklə müəyyən olunmuş formada və qaydada baytarlıq tədbirlərinin yerinə yetirilməsi 

barədə uçot aparmaq, xidmət etdiyi hüquqi və fiziki şəxslərə, dövlət baytarlıq orqanının yerli 

bölmələrinə hesabatlar təqdim etmək; 



29.2.6. fəaliyyət göstərdiyi obyektdə istehsal edilən heyvan mənşəli məhsulların və xammalın, istifadə 

edilən yem və yem əlavələrinin baytarlıq (baytarlıq-sanitariya) normalarına uyğunluğunun və 

təhlükəsizliyinin təmin edilməsi üçün öz səlahiyyətləri daxilində tədbirlər görmək. 

Maddə 30. Fərdi baytarlıq təbabəti praktikasının həyata keçirilməsi  

30.1. Baytarlıq ixtisası üzrə ali və orta ixtisas təhsili olan Azərbaycan Respublikasının vətəndaşları hüquqi 

şəxs yaratmadan qanunvericiliklə müəyyən olunmuş qaydada fərdi baytarlıq təbabəti praktikası ilə 

məşğul ola bilərlər. 

30.2. Fərdi baytarlıq təbabəti praktikası ilə məşğul olan şəxslər öz fəaliyyətlərini bu Qanuna və bu 

Qanuna uyğun olaraq qəbul edilmiş normativ hüquqi aktlara əsasən həyata keçirirlər. 



VI fəsil. Baytarlıq preparatlarının dövriyyəsi 

Maddə 31. Baytarlıq preparatlarının dövriyyəsi sahəsində dövlətin vəzifələri  

31.0. Baytarlıq preparatlarının dövriyyəsi sahəsində dövlətin vəzifələri aşağıdakılardır: 

31.0.1. Azərbaycan Respublikasında baytarlıq preparatları istehsalı proqramını hazırlamaq və həyata 

keçirmək; 

31.0.2. baytarlıq preparatları istehsalına, daşınmasına və saxlanmasına dair standartlarını və müvafiq 

normativ-texniki tələblərə aid sənədləri hazırlamaq və təsdiq etmək; 

31.0.3

. baytarlıq preparatlarının aqrobasiyası, dövlət qeydiyyatına alınması və dövlət reyestrinin 



aparılması qaydalarını müəyyən etmək; 

31.0.4. baytarlıq preparatlarının dövriyyəsinin bütün mərhələlərində onların keyfiyyətinə və tətbiqinə 

dövlət nəzarətini təşkil etmək

31.0.5. xüsusi təhlükəli yoluxucu xəstəliklərin profilaktikasını, müalicəsini və ölkədə baytarlıq sağlamlığını 

təmin etmək üçün lazım olan baytarlıq preparatlarının tədarükünə dövlət sifarişini vermək; 

31.0.6. baytarlıqda istifadə olunan bioloji və güclü təsiredici baytarlıq preparatlarının istehsalı, idxalı, 

saxlanması, daşınması, satışı və istifadəsi qaydasını müəyyənləşdirmək; 

31.0.7


. baytarlıq preparatlarının dövriyyəsinə dair vahid statistika hesabatı formasını və təqdim edilməsi 

qaydasını müəyyən etmək; 

31.0.8. baytarlıq preparatlarının alınmasına və istehsalına ayrılan büdcə təxsisatlarının səmərəli 

istifadəsinə nəzarət etmək; 

31.0.9. baytarlıq preparatları istehsalı, idxalı, ixracı və tətbiqi sahəsində beynəlxalq əməkdaşlığı həyata 

keçirmək. 



Maddə 32. Baytarlıq preparatlarının dövriyyəsində hüquqi və fiziki şəxslərin iştirakı  

Baytarlıq preparatlarının istehsalı, saxlanması, daşınması, satışı və tətbiqi ilə baytarlıq ixtisası üzrə ali və 

orta ixtisas təhsilli fiziki şəxslər və mülkiyyət formasından asılı olmayaraq, bütün hüquqi şəxslər 

qanunvericiliklə müəyyən edilmiş qaydada məşğul ola bilərlər. 



Maddə 33. Baytarlıq preparatlarının istehsalı, satışı, idxalı və ixracı  


33.1. Azərbaycan Respublikasında baytarlıq preparatlarının istehsalı ilə məşğul olan müəssisələr 

keyfiyyətli preparat (məhsul) hazırlamağı təmin edən münasib avadanlığa, istehsalat şəraitinə, 

texnologiyaya və normativ-texniki sənədlərə malik olmalıdır. Müəssisə istehsal etdiyi baytarlıq 

preparatlarının keyfiyyətini sınaqdan keçirmək üçün nəzarət xidməti təşkil edir, satışa buraxdığı hər bir 

partiya (seriya) preparata dair keyfiyyət şəhadətnaməsi verir və onun keyfiyyəti üçün məsuliyyət daşıyır. 

İstehsal olunan hər bir baytarlıq preparatı müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınır və bu 

barədə qeydiyyat şəhadətnaməsi verilir. 

33.2


. Azərbaycan Respublikasında dövriyyəyə buraxılan baytarlıq preparatları qanunvericiliklə müəyyən 

edilmiş qaydada verilən müvafiq sertifikata malik olmalı, markalanmalı, qablaşdırılmalı, müşayiətedici 

sənədlərində və ya istifadə təlimatlarında baytarlıq təyinatlı olması göstərilməli, habelə preparatın 

istifadəsi təlimatı Azərbaycan dilində və zəruri hallarda digər dillərdə hazırlanma tarixi, saxlanma 

müddəti, şəraiti və digər məlumatlar olmalıdır. 

33.3. Baytarlıq sahəsində müvafiq beynəlxalq təşkilatın tərtib etdiyi siyahısında nəzərdə tutulan, habelə 

heyvan və insanlar üçün ümumi olan xəstəliklərə qarşı bioloji və güclü təsirə malik preparatların satışı ilə 

hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər məşğul ola bilməzlər. 

33.4

. Baytarlıq təbabətində istifadə edilən preparatların istehsalı, saxlanması, daşınması, idxalı, ixracı və 



satışı ilə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, qanunvericiliklə müəyyən edilmiş 

qaydada attestasiyadan keçmiş və 

müvafiq icra hakimiyyəti orqanı

 tərəfindən icazə almış hüquqi şəxslər 

məşğul ola bilərlər. 

33.5. Baytarlıq preparatlarının daşınması, saxlanması və satışı üçün normativ-texniki tələblərə uyğun 

şəraiti olan hüquqi şəxslər baytarlıq preparatlarının satışı ilə Azərbaycan Respublikasının qanunvericiliyi 

ilə nəzərdə tutulan hallarda və qaydada məşğul ola bilərlər. 

33.6. Baytarlıq preparatlarının topdansatışını mülkiyyət formasından asılı olmayaraq müvafiq istehsal və 

elmi-tədqiqat müəssisələri (öz istehsalı olan) və baytarlıq təchizatı anbarları, pərakəndə satışını isə 

baytarlıq aptekləri həyata keçirirlər. 

33.7. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının baytarlıq təbabətində tətbiqi 

Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir. 

33.8. Baytarlıqda istifadə edilən bioloji, güclü təsiredici və resept əsasında buraxılan baytarlıq 

preparatlarının siyahısı 

müvafiq icra hakimiyyəti orqanı

 tərəfindən təsdiq edilir. 

33.9. Azərbaycan Respublikasında qeydiyyatdan keçən baytarlıq preparatlarının idxalını və ixracını 

hüquqi və fiziki şəxslər 

müvafiq icra hakimiyyəti orqanı

 tərəfindən müəyyən edilmiş qaydada beynəlxalq 

müqavilələrin tələbləri və tövsiyələri nəzərə alınmaqla həyata keçirirlər. 



Maddə 34. Baytarlıq preparatlarının daşınması və saxlanması  

Baytarlıq preparatlarının tranziti, ölkə daxilində daşınması və saxlanması müəyyən olunmuş texniki 

şərtlərə və tələblərə riayət edilməklə həyata keçirilir. Baytarlıq preparatlarının saxlanması və daşınması 

qaydaları 

müvafiq icra hakimiyyəti orqanı

 tərəfindən müəyyən edilir. 



Maddə 35. Baytarlıq preparatlarının ehtiyatı  


35.1. Baytarlıq preparatlarının ehtiyatı heyvanların xüsusi təhlükəli xəstəlikləri siyahısına daxil edilmiş 

xəstəliklərin epizootiya ocağının ləğv edilməsində və yayılması təhlükəsinin qarşısının alınmasında 

istifadə edilən və vaxtaşırı təzələnən müəyyən miqdar baytarlıq preparatlarından ibarətdir. 

35.2. Baytarlıq preparatlarının ehtiyatı dövlət büdcəsinin vəsaiti hesabına tədarük edilən baytarlıq 

preparatlarından yaradılır. 

35.3. Baytarlıq preparatlarının ehtiyatının yaradılması, saxlanması və istifadəsi qaydaları 

müvafiq icra 

hakimiyyəti orqanı

 tərəfindən müəyyən edilir. 

VII fəsil. Baytarlığın elmi və kadr təminatı və baytarlıq xidmətinin maliyyələşdirilməsi 

Maddə 36. Baytarlıq sahəsində elmi tədqiqatlar  

36.1. Baytarlıq sahəsində aparılan elmi tədqiqatların əsas istiqamətləri və proqramları 

müvafiq icra 

hakimiyyəti orqanı

 ilə razılaşdırılmalıdır. 

36.2


. Elmi tədqiqatlar nəticəsində hazırlanmış və təkmilləşdirilmiş baytarlıq preparatlarının, yem və yem 

əlavələrinin baytarlıq normativlərinə uyğunluğunu müəyyən etmək üçün onlar müvafiq qaydada 

qanunvericiliklə müəyyən edilmiş qaydada aprobasiyadan keçirilməlidirlər. 

36.3. Azərbaycan Respublikasında mövcud olan, həmçinin elmi tədqiqatlar və heyvan xəstəliklərinin 

diaqnostikası nəticəsində və peyvənd vasitəsi hazırlanan zaman alınan mikroorqanizm və parazitar 

xəstəlik törədicilərinin ştammları baytarlıqda istifadə edilən və saxlanılan ştammların Milli 

Kolleksiyasında saxlanılmalıdır. 

36.4. Mikroorqanizm və parazitar xəstəliklərin törədiciləri ştammlarının Milli Kolleksiyasının yaradılması 

və fəaliyyəti qaydaları 

müvafiq icra hakimiyyəti orqanı

 tərəfindən müəyyən edilir. 

36.5. Baytarlıq sahəsində elmi tədqiqatlar dövlət büdcəsi, müəssisələrin büdcədənkənar vəsaitləri və 

könüllü ayırmalar, hüquqi və fiziki şəxslər tərəfindən verilən ianələr hesabına maliyyələşdirilir. 

Maddə 37. Baytarlıq mütəxəssislərinin hazırlanması və ixtisaslarının artırılması  

37.1. Baytarlıq mütəxəssislərinin hazırlanması və ixtisaslarının artırılması Azərbaycan Respublikasının 

müvafiq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həyata keçirilir. 

37.2. Baytarlıq mütəxəssislərinin hazırlanması və ixtisaslarının artırılmasının planlaşdırılması və həyata 

keçirilməsi proqramı 

müvafiq icra hakimiyyəti orqanı

 ilə qanunvericiliklə müəyyən edilmiş qaydada 

razılaşdırılmalıdır. 



Maddə 38. Baytarlıq sahəsində elmi tədqiqatlar  

Baytarlıq sahəsində elmi tədqiqatların təşkili və nailiyyətlərinin tətbiqi üçün 

müvafiq icra hakimiyyəti 

orqanı


 tərəfindən zəruri olan tədbirlər həyata keçirilir. 

Maddə 39. Baytarlığın maliyyə təminatı  

39.1. Baytarlıq sahəsində aşağıdakılar dövlət büdcəsindən maliyyələşdirilir: 

39.1.1. baytarlıq sahəsində fəaliyyət göstərən dövlət orqanlarının saxlanma xərcləri



39.1.2. 

müvafiq icra hakimiyyəti orqanının

 təsdiq etdiyi siyahı üzrə heyvanların xüsusi təhlükəli 

xəstəliklərinin profilaktikası, diaqnostikası və ləğvi üçün lazım olan epizootiya əleyhinə xərclər, dövlət 



sərhədinin buraxılış məntəqələrində nəqliyyat vasitələrinin dezinfeksiyası, baytarlıq preparatlarının 

ehtiyatının yaradılması və saxlanılması xərcləri; 

39.1.3. 

müvafiq icra hakimiyyəti orqanının

 təsdiq etdiyi siyahıya uyğun olaraq heyvanların və əhalinin 

sağlamlığı üçün xüsusi təhlükə yaradan heyvanların, heyvan mənşəli məhsulların və xammalın 

götürülməsi və məhv edilməsi xərcləri; 

39.1.4. 


müvafiq icra hakimiyyəti orqanının

 təsdiq etdiyi xüsusi təhlükəli yoluxucu xəstəliklərə yoluxmuş 

heyvanların, heyvan mənşəli məhsulların və xammalın götürülməsi və məhv edilməsi ilə əlaqədar onların 

sahiblərinə dəyən zərərin ödənilməsi; 

39.1.5. baytarlığın elmi təminatı; 

39.1.6. Milli Kolleksiyada saxlanılan mikroorqanizmlərin, parazitar xəstəliklərin törədiciləri və 

keçiricilərinin ştammlarının saxlanma xərcləri; 

39.1.7. Azərbaycan Respublikasının üzvü olduğu baytarlıq sahəsində müvafiq beynəlxalq təşkilatlara 

üzvlük haqqının ödənilməsi xərcləri; 

39.1.8. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan və həyata keçirilən digər baytarlıq 

tədbirlərinin xərcləri. 

39.2. 


Müvafiq icra hakimiyyəti orqanının

 müəyyən etdiyi qaydada və şərtlərlə dövlət baytarlıq nəzarəti 

vacib olan obyektlərin mülkiyyətçilərinin vəsaiti hesabına aşağıdakı tədbirləri maliyyələşdirir: 

39.2.1. ölkədə istehsal olunan və idxal edilən baytarlıq preparatları, yem və yem əlavələrinin istifadə 

üçün təqdim edilən seriyalarının (partiyalarının) aprobasiyası, sınağı, ekspertizası, qeydə alınması və 

nəzarət xərcləri; 

39.2.2. heyvanların, heyvandarlıq müəssisələrinin, bazarların, dövlət baytarlıq nəzarətində olan yüklərin 

istehsalı, tədarükü, saxlanması, emalı və satışı yerlərinin, həmçinin heyvanlar üçün yem və bioloji 

preparatlar istehsalı obyektlərinin identikləşdirilməsi (kodlaşdırılması) xərcləri; 

39.2.3. heyvanların dehelmintizasiyası, obyektlərin dezinfeksiyası, dezinseksiyası, deratizasiyası (məcburi 



dezinfeksiya, dezinseksiya və deratizasiya və dövlət sərhədinin buraxılış məntəqələrində nəqliyyat 

vasitələrinin dezinfeksiyası istisna olunmaqla) və heyvan mənşəli məhsulların və xammalın baytarlıq 

(baytarlıq-sanitariya) ekspertizası xərcləri; 

39.2.4. müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi siyahıya daxil edilmiş xüsusi təhlükəli heyvan 

xəstəlikləri istisna olmaqla, digər xəstəliklərin qanunvericiliklə müəyyən edilmiş qaydada profilaktikası, 

diaqnostikası, müalicəsi və ləğvi xərcləri; 

39.2.5. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada baytarlıq sənədlərinin 

verilməsi xərcləri. 

39.3. Baytarlıq şəhadətnaməsinin, sertifikatının və baytarlıq preparatlarının qeydiyyat şəhadətnaməsinin 

verilməsi üçün dövlət rüsumu ödənilir. 

VIII fəsil. Baytarlıq haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət və mübahisələrin həlli 



Maddə 40. Baytarlıq haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət  

40.1. Baytarlıq haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan şəxslər Azərbaycan 

Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 

40.2. Baytarlıq haqqında qanunvericiliyin pozulması nəticəsində hüquqi və fiziki şəxslərə dəymiş ziyanın 

əvəzi Azərbaycan Respublikasının qanunvericilik aktlarında nəzərdə tutulmuş qaydada ödənilir. 

Maddə 41. Mübahisələrin həlli  

Baytarlıq haqqında qanunvericiliyin pozulması və baytarlıq fəaliyyəti ilə əlaqədar mübahisələr 

Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, o cümlədən məhkəmə qaydasında həll 

edilir. 


IX fəsil. Beynəlxalq əməkdaşlıq və yekun müddəaları 

Maddə 42. Baytarlıq sahəsində beynəlxalq əməkdaşlıq  

Baytarlıq sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq 

müqavilələrə əsasən həyata keçirilir. 

Maddə 43. Beynəlxalq müqavilələr  

Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə baytarlıq sahəsində müəyyən 

edilmiş qaydalar bu Qanunda nəzərdə tutulmuş qaydalardan fərqli olduqda, beynəlxalq müqavilələrin 

qaydaları tətbiq edilir. 



Maddə 44. Qanunun qüvvəyə minməsi  

44.1. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir. 

44.2. Bu Qanun qüvvəyə mindiyi gündən «

Baytarlıq təbabəti haqqında

» Azərbaycan Respublikasının 

Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994-cü il, № 21, maddə 312, Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 12, maddə 706; 2004-cü il, № 2, maddə 57) 

qüvvədən düşmüş hesab edilsin. 



Azərbaycan Respublikasının Prezidenti 

İlham ƏLİYEV 

Bakı şəhəri, 31 may 2005-ci il 

№ 922-IIQ 

«Azərbaycan» qəzetində dərc edilmişdir (31 avqust 2005-ci il, № 201) («VneshExpertService» LLC). 

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 avqust 2005-ci il, № 8, 

maddə 682) («VneshExpertService» LLC). 

7 dekabr 2007-ci il tarixli, 509-IIIQD nömrəli; 1 fevral 2008-ci il tarixli, 543-IIIQD nömrəli; 1 aprel 2008-

ci il tarixli, 584-IIIQD nömrəli; 20 oktyabr 2009-cu il tarixli, 890-IIIQD nömrəli; 4 dekabr 2009-cu il 

tarixli, 926-IIIQD nömrəli Qanunlara əsasən əlavələr və dəyişikliklərlə («VneshExpertService» LLC). 

© VneshExpertService LLC 


 

 

Yüklə 231,57 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə