Baytarlıq haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 231,57 Kb.
Pdf görüntüsü
səhifə2/10
tarix17.01.2018
ölçüsü231,57 Kb.
#21346
1   2   3   4   5   6   7   8   9   10

3.0.9. baytarlıq sahəsində müvafiq beynəlxalq təşkilatın tələb və tövsiyələri nəzərə alınmaqla heyvanlara 

və heyvandarlıq məhsullarına Azərbaycan Respublikasının baytarlıq (baytarlıq-sanitariya) tələblərini 

hazırlamaq; 

3.0.10. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər vəzifələri yerinə yetirmək. 



Maddə 4. Azərbaycan Respublikasında baytarlıq xidmətinin quruluşu  

Azərbaycan Respublikasında baytarlıq xidməti dövlət və qeyri-dövlət baytarlıq xidmətlərindən ibarətdir. 



Maddə 5. Baytarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ  

5.1. Baytarlıq fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həyata 

keçirilir. 

5.2. Azərbaycan Respublikasında baytarlıq fəaliyyəti ilə baytarlıq ixtisası üzrə ali və orta ixtisas təhsili 

olan fiziki şəxslər və mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi şəxslər məşğul ola bilərlər. 

5.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qaydalar nəzərdə 

tutulmamışdırsa, xarici ölkələrdə hazırlıq keçmiş Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, 

vətəndaşlığı olmayan şəxslər (baytarlıq mütəxəssisləri) və xarici hüquqi şəxslər qanunvericiliklə müəyyən 

edilmiş qaydada Azərbaycan Respublikasında baytarlıq fəaliyyəti ilə məşğul ola bilərlər. 

5.4. Fərdi baytarlıq təbabəti praktikası ilə məşğul olmaq istəyən fiziki şəxslər müvafiq icra hakimiyyəti 

orqanından alınmış məlumatlara əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən uçota alınır. 

5.5. Özəl baytarlıq təbabəti fəaliyyəti ilə məşğul olmaq istəyən hüquqi şəxslər və baytarlıq preparatlarının 

istehsalı və satışı ilə məşğul olmaq istəyən hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq 

fəaliyyəti ilə məşğul olan fiziki şəxslər qanunvericiliyə uyğun olaraq xüsusi razılıq (lisenziya) almalıdırlar. 

II fəsil. Baytarlıq sahəsində dövlət tənzimlənməsi 

Maddə 6. Baytarlıq sahəsində dövlətin vəzifələri  

6.0. Baytarlıq sahəsində dövlətin vəzifələri aşağıdakılardır: 

6.0.1. baytarlıq sahəsində dövlət siyasətinin əsas istiqamətlərini müəyyən etmək; 

6.0.2. baytarlıq sahəsində normativ hüquqi aktlar qəbul etmək; 

6.0.3. dövlət baytarlıq xidmətinin orqanlarını təşkil etmək və onların vəzifə və səlahiyyətlərini 

müəyyənləşdirmək; 

6.0.4. heyvanların xüsusi təhlükəli xəstəliklərinin profilaktikasına dair dövlət proqramları hazırlamaq və 

həyata keçirilməsini təmin etmək; 

6.0.5. profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən heyvanların xüsusi 

təhlükəli xəstəliklərinin siyahısını təsdiq etmək; 

6.0.6. karantin və digər məhdudiyyət tədbirləri tətbiq olunan yoluxucu xəstəliklərin siyahısını təsdiq 

etmək; 


6.0.7. Azərbaycan Respublikasının, bir neçə bölgənin və ya bir rayonun (şəhərin) ərazisində karantin 

rejimini müəyyən etmək; 




6.0.8. epizootiya əleyhinə fövqəladə komissiyalar yaratmaq; 

6.0.9. dövlət baytarlıq nəzarətində olan məhsullara, o cümlədən idxal və ixrac edilən yüklərə dövlət 

baytarlıq nəzarətinin təşkili qaydalarını müəyyən etmək; 

6.0.10. dövlət baytarlıq xidmətinin maliyyələşdirilməsini, inzibati və texniki cəhətdən təchizatını lazımi 

səviyyədə təmin etmək; 

6.0.11. baytarlıq fəaliyyəti ilə əlaqədar ətraf mühitin qorunmasını və ekoloji təhlükəsizliyini təmin etmək; 

6.0.12. baytarlıq xidmətləri sahəsində sağlam rəqabət yaradılmasını təmin etmək, onların fəaliyyətini 

əlaqələndirmək və nəzarət etmək; 

6.0.13. baytarlıq sahəsində beynəlxalq əməkdaşlığı həyata keçirmək, baytarlıq fəaliyyətində istifadə 

olunan sənədlərin beynəlxalq normalara uyğunlaşdırılmasını təmin etmək; 

6.0.14. baytarlıq fəaliyyətinin beynəlxalq təşkilatların tələb və tövsiyələri nəzərə alınmaqla, həyata 

keçirilməsi üçün lazım olan digər tədbirləri həyata keçirmək; 

6.0.15. qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək. 

Maddə 7. Dövlət baytarlıq xidməti  

7.1. Dövlət baytarlıq xidmətini Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının baytarlıq 

sahəsində fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanları və onların tabeliyində olan baytarlıq 

(baytarlıq-sanitariya) fəaliyyətini həyata keçirən təşkilatlar təşkil edir. 

7.2. Dövlət baytarlıq xidmətinin 

müvafiq icra hakimiyyəti orqanı

 tərəfindən müəyyən edilmiş səlahiyyətli 

vəzifəli şəxsləri dövlət baytarlıq müfəttişləri, baş dövlət baytarlıq müfəttişlərinin müavinləri, dövlət 

baytarlıq müfəttişləri hesab edilirlər. 

7.3. 


Müvafiq icra hakimiyyəti orqanının

 işçiləri 

müvafiq icra hakimiyyəti orqanının

 müəyyən etdiyi 

qaydada fərqləndirici nişanı olan xüsusi geyim forması ilə təmin edilirlər. 

7.4. Dövlət baytarlıq müfəttişlərinin qanunvericiliklə müəyyən edilmiş qaydada təyinatı üzrə istifadə 

edilən möhürləri ola bilər. 

Maddə 8. Dövlət baytarlıq xidmətinin hüquq və vəzifələri  

8.1. Dövlət baytarlıq xidmətinin aşağıdakı hüquqları vardır: 

8.1.1

. baytarlıq sahəsində vahid dövlət siyasətinin həyata keçirilməsini təmin etmək; 



8.1.2

. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada yeni baytarlıq 

preparatlarının, avadanlıqların və yem əlavələrinin istehsalı və tətbiqinə dair normativ-texniki sənədləri 

təsdiq etmək, onların keyfiyyətinə qanunla müəyyən edilmiş qaydada nəzarət etmək, aprobasiyasına 

dair rəy vermək; 

8.1.3


. Azərbaycan Respublikasında dövriyyəyə buraxılan baytarlıq preparatlarının, o cümlədən heyvan və 

insanlar üçün ümumi olan baytarlıq təyinatlı (müşayiətedici və ya istifadə təlimatlarında baytarlıqda 

tətbiq ediləcəyinə dair məlumatlar olan) preparatların istehsalına, keyfiyyətinə, sınaqdan keçirilməsinə, 

saxlanmasına, daşınmasına, satışına, idxal və ixracına nəzarət etmək, onların dövlət qeydiyyatına 




Yüklə 231,57 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə