171
AZƏRBAYCAN VƏ TÜRKİYƏ ARASINDA
YÜKSƏK SƏVİYYƏLİ STRATEJİ ƏMƏKDAŞLIQ
ŞURASININ QURULMASI HAQQINDA BİRGƏ
BƏYANNAMƏНИН İMZALANMАСЫNDAN
SONRA DÖVLƏT BAŞÇILARININ MƏTBUAT
KONFRANSINDA BƏYANATLARLA ÇIXIŞLARI
İstanbul
15 sentyabr 2010-cu il
Sentyabrın 15-də İstanbulda «Çırağan» sarayında Azər-
baycan Respublikasının Prezidenti İlham Əliyevin və Tür-
kiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın görüşündən sonra
«Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında
Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının qurulması
haqqında Birgə Bəyannamə»nin imzalanması mərasimi ol-
muşdur.
Sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan imzaladılar.
İmzalanma mərasimindən sonra dövlət başçıları mətbuat
кonfransında bəyanatlarla çıxış etdilər.
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın
bəyanatı
Hörmətli Prezident, dəyərli qardaşım Əliyev!
Hörmətli iştirakçılar, dəyərli mətbuat nümayəndələri!
Xanımlar və cənablar!
Azərbaycan prezidenti mərhum Heydər Əliyevin «bir mil-
lət, iki dövlət» kimi tərif verdiyi Türkiyə–Azərbaycan əmək-
172
daşlığında arzu edilən və hədəflənən bir nöqtəni,
hətta bir
zirvəni bu gün həyata keçirir, tarixi bir səhifə yazırıq.
Hörmətli Əliyevin o müdrik ifadəsinin həyat verdiyi an-
layış az əvvəl dəyərli qardaşım İlham Əliyevlə birlikdə imza-
ladığımız Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Bəyannaməsi
ilə artıq yeni bir məna qazanmışdır. Mən bu dostluğun
gələcək nəsillərimizə də gücləndirilərək çatdırılmasında Yük-
sək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasını daimi bir əsər kimi
gördüyümü xüsusi vurğulamaq istəyirəm. Belə ki, Türkiyə–
Azərbaycan əməkdaşlığı sadəcə, dövlətlərimiz arasındakı
güclü həmrəyliyə deyil,
eyni zamanda, xalqlarımızın paylaş-
dığı köklü tarix və könül birliyinə söykənir. Türkiyə və
Azərbaycan xalqları eyni dildə danışır, müştərək bir tarixi
paylaşır. Türkiyə və Azərbaycan qarşılarına eyni coğrafiya-
da sülh, sabitlik və rifahın təmin edilməsi məqsədini qoy-
muşlar.
Bu
sağlam zəmin üzərində qurulan, «bir millət, iki döv-
lət» prinsipi əsasında möhkəmlənən əlaqələrimiz siyasi və
iqtisadi sahələrdə əldə olunan inkişaf prosesi ilə bugünkü
mükəmməl səviyyəsinə çatmışdır. İnanıram ki, Şura mexa-
nizmi sayəsində Türkiyə–Azərbaycan dostluğunu gələcək nə-
sillərimizə sarsılmaz bir əməkdaşlıq olaraq əmanət edəcəyik.
Əvvəllər də Suriya, İordaniya, Livan, İraq,
Rusiya və
Yunanıstan kimi ölkələrlə yaratdığımız bu mexanizmin istər
ikitərəfli, istərsə də regional əməkdaşlığın genişləndirilmə-
sinə vermiş olduğu nəzərəçarpacaq faydalarını bu qısa
müddətdə belə, müşahidə etmək imkanımız oldu. Bu mexa-
nizmin Türkiyə–Azərbaycan əməkdaşlığına da böyük töhfə-
lər verəcəyi şübhəsizdir. Belə ki, Şura çərçivəsində yara-
dılacaq alt komissiyalar əlaqələrimizin hər sahədə müntəzəm
olaraq nəzərdən
keçirilməsini təmin edəcək, həm müsbət
sahələrdəki irəliləyişlərin qorunmasına, həm də ictimai fi-
kirdə formalaşmış bir sıra nöqsanların təcili aradan gö-
türülməsinə yardım edəcəkdir. Yüksək Səviyyəli Strateji Tə-
rəfdaşlıq Şurası «Azərbaycanın sevinci bizim sevincimiz, kə-
173
dəri bizim kədərimizdir» – deyən Atatürklə «bir millət, iki
dövlət» – deyən mərhum Heydər Əliyevdən aldığımız bay-
rağı daha da irəliyə aparmaq qətiyyətinin bir təzahürüdür.
Bu əlamətdar gündə mən Şuranın yaradılması mərhə-
ləsində göstərdiyi əməkdaşlıq üçün dəyərli qardaşım, hör-
mətli prezident İlham Əliyevə təşəkkür etmək istəyirəm.
Çıxışımın əvvəlində də söylədiyim kimi,
Türkiyə ilə
Azərbaycan dünyada misli görünməmiş əlaqələrə malik iki
qardaş ölkədir. Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurası
bu qardaşlığı möhkəmləndirən daimi bir əsər olacaqdır. Bu
düşüncələrlə Türkiyə–Azərbaycan Yüksək Səviyyəli Strateji
Tərəfdaşlıq Şurasının istər ikitərəfli əlaqələrimiz, istərsə də
regional əməkdaşlıq naminə uğurlu olmasını diləyir, sevgi və
hörmətlərimi ifadə edirəm.
Azərbaycan prezidenti İlham Əliyevin bəyanatı
Hörmətli cənab Baş nazir!
Əziz qardaşım!
Bu gün doğrudan da tarixi bir gündür və bu gündə bəra-
bər olmağımızdan çox məmnunam. Yenidən qardaş Tür-
kiyədə olmağımdan çox məmnunam və əminəm ki,
bu gün
imzalanmış tarixi sənəd Türkiyə ilə Azərbaycan arasındakı
əlaqələrin gələcək inkişafını təmin edəcəkdir.
Siz qeyd etdiyiniz kimi, xalqlarımız arasında əsrlər boyu
dostluq, qardaşlıq münasibətləri yaşayır. Bu münasibətlər
bu gün zənginləşir, hər gün yeni səviyyəyə qalxır. Biz bu
münasibətləri möhkəm təməl üzərində qururuq. Azərbaycan
dövlət müstəqilliyini bərpa etdikdən sonra
bu günə qədər
Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr daim inkişaf
edir, möhkəmlənir. Bu gün isə münasibətlərimiz müttəfiqlik
səviyyəsinə qalxmışdır.
Biz yaxşı xatırlayırıq ki, müstəqilliyimizi ilk tanıyan
Türkiyə olmuşdur. Müstəqilliyimizin ilk günündən bu günə
qədər Türkiyə daim bizim yanımızdadır. Bu gün biz müxtəlif