Ббк 32 я 56 Бурахылышына мясул академик рамиз



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə48/112
tarix08.11.2018
ölçüsü3,26 Mb.
#79607
1   ...   44   45   46   47   48   49   50   51   ...   112

 
170
 
 
 
TÜRKİYƏNİN BAŞ NAZİRİ  
RƏCƏB TAYYİB ƏRDOĞAN İLƏ GÖRÜŞ   
  
İstanbul  
 
15 sentyabr 2010-cu il 
 
Sentyabrın 15-də İstanbulda «Çırağan» sarayında Azər-
baycan prezidenti İlham  Əliyevin və  Türkiyənin Baş naziri 
Rəcəb Tayyib Ərdoğanın görüşü olmuşdur.  
Görüşdə  ölkələrimiz arasında dostluq və qardaşlıq mü-
nasibətlərinin müxtəlif sahələrdə inkişafından məmnunluq 
ifadə edildi, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ müna-
qişəsinin həlli ilə bağlı danışıqların hazırkı  vəziyyəti barədə 
söhbət açıldı.  
Ölkələrimiz arasında enerji sahəsində, həmçinin Bakı–
Tbilisi–Ceyhan və «Şahdəniz» layihəsinin inkişaf etdirilməsinə 
dair Türkiyə ilə  əməkdaşlıq və regional məsələlər müzakirə 
olundu.  
Görüşdə Azərbaycan ilə  Türkiyə arasında yaradılacaq 
yüksək səviyyəli Strateji Əməkdaşlıq Şurasının əlaqələrimizin 
daha da möhkəmlənməsi baxımından əhəmiyyəti qeyd olundu. 
 
 
 
 
 
 


 
171
 
 
 
AZƏRBAYCAN  VƏ  TÜRKİYƏ ARASINDA 
YÜKSƏK SƏVİYYƏLİ STRATEJİ ƏMƏKDAŞLIQ 
ŞURASININ QURULMASI HAQQINDA BİRGƏ 
BƏYANNAMƏНИН İMZALANMАСЫNDAN 
SONRA DÖVLƏT BAŞÇILARININ MƏTBUAT 
KONFRANSINDA BƏYANATLARLA ÇIXIŞLARI   
  
 
İstanbul  
 
15 sentyabr 2010-cu il  
 
Sentyabrın 15-də İstanbulda «Çırağan» sarayında Azər-
baycan Respublikasının  Prezidenti  İlham  Əliyevin və  Tür-
kiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın görüşündən sonra 
«Azərbaycan Respublikası  və  Türkiyə Respublikası arasında 
Yüksək Səviyyəli Strateji Əməkdaşlıq  Şurasının qurulması 
haqqında Birgə  Bəyannamə»nin imzalanması  mərasimi ol-
muşdur.  
Sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 
və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan imzaladılar. 
İmzalanma mərasimindən sonra dövlət başçıları  mətbuat 
кonfransında bəyanatlarla çıxış etdilər.  
 
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın  
bəyanatı  
 
Hörmətli Prezident, dəyərli qardaşım Əliyev!  
Hörmətli iştirakçılar, dəyərli mətbuat nümayəndələri!  
Xanımlar və cənablar!  
Azərbaycan prezidenti mərhum Heydər Əliyevin «bir mil-
lət, iki dövlət» kimi tərif verdiyi Türkiyə–Azərbaycan əmək-


 
172
daşlığında arzu edilən və  hədəflənən bir nöqtəni, hətta bir 
zirvəni bu gün həyata keçirir, tarixi bir səhifə yazırıq.  
Hörmətli  Əliyevin o müdrik ifadəsinin həyat verdiyi an-
layış az əvvəl dəyərli qardaşım İlham Əliyevlə birlikdə imza-
ladığımız Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Bəyannaməsi 
ilə artıq yeni bir məna qazanmışdır. Mən bu dostluğun 
gələcək nəsillərimizə də gücləndirilərək çatdırılmasında Yük-
sək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasını daimi bir əsər kimi 
gördüyümü  xüsusi vurğulamaq istəyirəm. Belə ki, Türkiyə–
Azərbaycan  əməkdaşlığı sadəcə,  dövlətlərimiz arasındakı 
güclü həmrəyliyə deyil, eyni zamanda, xalqlarımızın paylaş-
dığı  köklü tarix və  könül birliyinə  söykənir. Türkiyə  və 
Azərbaycan xalqları eyni dildə danışır, müştərək bir tarixi 
paylaşır. Türkiyə və Azərbaycan qarşılarına eyni coğrafiya-
da sülh, sabitlik və rifahın təmin edilməsi məqsədini qoy-
muşlar.  
Bu sağlam zəmin  üzərində qurulan, «bir millət, iki döv-
lət» prinsipi əsasında möhkəmlənən  əlaqələrimiz siyasi və 
iqtisadi sahələrdə  əldə olunan inkişaf prosesi ilə bugünkü 
mükəmməl səviyyəsinə  çatmışdır.  İnanıram ki, Şura mexa-
nizmi sayəsində Türkiyə–Azərbaycan dostluğunu gələcək nə-
sillərimizə sarsılmaz bir əməkdaşlıq olaraq əmanət edəcəyik.  
Əvvəllər də Suriya, İordaniya, Livan, İraq, Rusiya və 
Yunanıstan kimi ölkələrlə  yaratdığımız bu mexanizmin istər 
ikitərəfli, istərsə  də regional əməkdaşlığın genişləndirilmə-
sinə vermiş olduğu nəzərəçarpacaq faydalarını bu qısa 
müddətdə belə, müşahidə etmək imkanımız oldu. Bu mexa-
nizmin Türkiyə–Azərbaycan əməkdaşlığına da böyük töhfə-
lər verəcəyi  şübhəsizdir. Belə ki, Şura  çərçivəsində yara-
dılacaq alt komissiyalar əlaqələrimizin hər sahədə müntəzəm 
olaraq nəzərdən keçirilməsini təmin edəcək, həm müsbət 
sahələrdəki irəliləyişlərin qorunmasına, həm də ictimai fi-
kirdə formalaşmış bir sıra nöqsanların təcili aradan gö-
türülməsinə yardım edəcəkdir. Yüksək Səviyyəli Strateji Tə-
rəfdaşlıq Şurası «Azərbaycanın sevinci bizim sevincimiz, kə-


 
173
dəri bizim kədərimizdir» – deyən Atatürklə «bir millət, iki 
dövlət» – deyən mərhum Heydər  Əliyevdən aldığımız bay-
rağı daha da irəliyə aparmaq qətiyyətinin bir təzahürüdür.  
Bu  əlamətdar gündə  mən  Şuranın yaradılması  mərhə-
ləsində  göstərdiyi  əməkdaşlıq  üçün dəyərli qardaşım, hör-
mətli prezident İlham Əliyevə təşəkkür etmək istəyirəm.  
Çıxışımın  əvvəlində  də  söylədiyim kimi, Türkiyə ilə 
Azərbaycan dünyada misli görünməmiş  əlaqələrə malik iki 
qardaş ölkədir. Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurası 
bu qardaşlığı möhkəmləndirən daimi bir əsər olacaqdır. Bu 
düşüncələrlə  Türkiyə–Azərbaycan Yüksək Səviyyəli Strateji 
Tərəfdaşlıq  Şurasının istər ikitərəfli  əlaqələrimiz, istərsə  də 
regional əməkdaşlıq naminə uğurlu olmasını diləyir, sevgi və 
hörmətlərimi ifadə edirəm. 
 
Azərbaycan prezidenti İlham Əliyevin bəyanatı 
      
     Hörmətli cənab Baş nazir!  
Əziz qardaşım!  
Bu gün doğrudan da tarixi bir gündür və bu gündə bəra-
bər olmağımızdan  çox məmnunam. Yenidən qardaş  Tür-
kiyədə olmağımdan  çox məmnunam və  əminəm ki, bu gün 
imzalanmış tarixi sənəd Türkiyə ilə Azərbaycan arasındakı 
əlaqələrin gələcək inkişafını təmin edəcəkdir.  
Siz qeyd etdiyiniz kimi, xalqlarımız arasında əsrlər boyu 
dostluq, qardaşlıq münasibətləri yaşayır. Bu münasibətlər 
bu gün zənginləşir, hər  gün yeni səviyyəyə qalxır. Biz bu 
münasibətləri möhkəm təməl üzərində qururuq. Azərbaycan 
dövlət müstəqilliyini bərpa etdikdən sonra bu günə  qədər 
Türkiyə ilə Azərbaycan arasındakı  əlaqələr daim inkişaf 
edir, möhkəmlənir. Bu gün isə münasibətlərimiz müttəfiqlik 
səviyyəsinə qalxmışdır.  
Biz yaxşı xatırlayırıq ki, müstəqilliyimizi ilk tanıyan 
Türkiyə olmuşdur. Müstəqilliyimizin ilk günündən bu günə 
qədər Türkiyə daim bizim yanımızdadır. Bu gün biz müxtəlif 


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə