Ббк 32 я 56 Бурахылышына мясул академик рамиз



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə46/112
tarix08.11.2018
ölçüsü3,26 Mb.
#79607
1   ...   42   43   44   45   46   47   48   49   ...   112

 
163
ibarət idi ki, bu məktəblər  öz fəaliyyətini davam etdirsin
çünki bu məktəblərin  çox böyük tarixi vardır. Müxtəlif 
dövrlərdə  müxtəlif funksiyaları daşıyıb.  Ancaq bütün dövr-
lərdə qısa fasilələrlə məktəb kimi fəaliyyət göstərib. Biz gərək 
keçmişimizə  həmişə  böyük hörmətlə yanaşaq, tarixi irsimizi, 
tarixi abidələrimizi qoruyaq və bərpa edək. Hesab edirəm ki, 
bu bina indi Bakının  ən gözəl binalarından biridir. Baxma-
yaraq ki, Bakıda gözəl binalar çoxdur və  məncə, Bakı 
memarlıq, tarixi abidələrin çoxluğu вя infrastruktur baxımın-
dan əslində dünyanın ən gözəl şəhərlərindən biridir.  
Bu məktəbdə  ən müasir avadanlıq quraşdırılıbdır. Elek-
tron lövhələr, kompyuterlər, bütün lazımi avadanlıq qu-
raşdırılıb, gözəl  şərait yaradılıb. Yəni burada uşaqlar  üçün 
oxumaq, müəllimlər üçün işləmək çox xoş olacaqdır.  
Mən  çox  şadam ki, bu gün – Bilik günündə biz sizinlə 
bərabər məktəbin yeni mərhələyə  qədəm qoyмасыны qeyd 
edirik. Bilirsiniz ki, son illərdə Bakıda, Azərbaycanın müx-
təlif yerlərində  məktəblərin tikintisi sürətlə gedir. Nəzərə 
alsaq ki, Azərbaycanda məktəblərin sayı 4 min 500-dən bir 
az çoxdur, bunun 2 minə yaxını, bəlkə də ondan da çoxu son 
5-6 ildə tikilib.   
Bu gün  Тəhsil naziri məlumat verdi ki, bu il Azərbay-
canda 48 məktəb tikilib istifadəyə verilib. Əlavə korpuslar, 
uşaq bağçaları tikilib və bu işlər davam etdiriləcəkdir. Ümid 
edirəm ki, 2-3 il ərzində Azərbaycanda qəza vəziyyətində 
olan məktəblərin hamısının yerində yeni məktəblər tikilə-
cəkdir. Təmirə ehtiyacı olan məktəblərdə  təmir işləri aparı-
lacaq və yeni məktəblər inşa ediləcəkdir.  Пaralel olaraq 
təhsilin keyfiyyətinə  də  böyük fikir veririk və bu keyfiyyət 
artır. Mən  çox  şadam ki, Azərbaycan bu işlərdə  dünyada 
gedən ən qabaqcıl və mütərəqqi proseslərə qoşulub. Təhsilin 
keyfiyyətinin artırılması çox vacib məsələdir. Uşaqlar bizim 
gələcəyimizdir. Onlar gərək bilikli, savadlı olsunlar, yaxşı 
oxusunlar ki, gələcəkdə  özləri  üçün həyatda layiqli yer tuta 
bilsinlər,  ölkəmizin inkişafı  üçün də  fəal  çalışsınlar.  Çünki 


 
164
ölkəmiz  çox sürətlə inkişaf edir və peşəkar kadrların ha-
zırlanması bizim üçün ən başlıca məsələlərdən biridir.  
Bu yaxınlarda dünyanın aparıcı qurumlarından biri olan 
Dünya İqtisadi Forumu yeni hesabat təqdim edib və yenə də 
Azərbaycan o hesabatda MDB məkanında iqtisadiyyatın 
rəqabət qabiliyyətliliyinə görə birinci yerdədir. Bu o deməkdir 
ki, iqtisadiyyatımız çox sürətlə inkişaf edir. Yeni müəssisələr, 
fabriklər, zavodlar, sənaye obyektləri yaradılır. Kim orada 
işləyəcək?! Onların hansı  səviyyədə insanlara xidmət göstə-
rəcəyi orada işləyən insanlardan asılıdır.  İnsanlarımız, gənc-
lərimiz elə bilik almalıdırlar ki, ən yüksək vəzifələrdə  çalışa 
bilsinlər вя biz Azərbaycanı irəliyə aparaq.  
Bakıda təmir olunan məktəblər həm də  memarlıq abi-
dələridir, bu məktəb də  дахил  олмагла. Biz indi bu mək-
təblərin yeni statusu haqqında fikirləşməliyik.  Çünki bu 
təmir işlərinə böyük vəsait qoyuldu, avadanlıq quraşdırıldı. Bu 
məktəbləri olduğu  vəziyyətdə saxlamaq üçün həm xüsusi 
maliyyə proqramı  tərtib olunmalı, maliyyə  mənbələri təklif 
edilməli, həm də    məktəblərin xüsusi statusu olmalıdır. Onu 
yəqin ki, Təhsil Nazirliyi təklif edəcəkdir.  Çox vacib mə-
sələlərdən biri də odur ki, bu məktəblər  öz tarixi adlarını 
saxlasınlar. Yəni heç bir başqa ad verilməsin. Həm 132, həm 
134,  çünki birinci növbədə, bu tarixdir, ikinci növbədə isə 
burada oxuyan insanların sayı minlərlədir. Hər bir insan üçün 
onun doğma məktəbi  çox  əzizdir, nömrəsi onun üçün  əzizdir. 
Ona görə bu adlar itirilməməlidir, onlar qalmalıdır. Ancaq 
məktəblərin yeni statusu haqqında fikirləşin və təkliflər verin. 
Burada həm təhsil, həm bütün başqa məsələlər keyfiyyətli və 
yüksək səviyyədə olsun.  
Bir daha sizi bu gözəl hadisə münasibətilə ürəkdən təbrik 
edirəm, sizə cansağlığı arzulayıram! 


 
165
 
 
 
MDB ÖLKƏLƏRİNİN KƏŞFİYYAT XİDMƏTLƏRİ 
VƏ TƏHLÜKƏSİZLİK ORQANLARI 
RƏHBƏRLƏRİ MÜŞAVİRƏSİNİN BAKIDA 
KEÇİRİLƏN XI İCLASINDA İŞTİRAK EDƏN 
NÜMAYƏNDƏ HEYƏTLƏRİNİN RƏHBƏRLƏRİ 
ИЛЯ ЭЮРЦШ 
 
15 sentyabr 2010-cu il 
 
Sentyabrın 15-də prezident İlham  Əliyev MDB ölkə-
lərinin Kəşfiyyat Xidmətləri və  Təhlükəsizlik Orqanları  Rəh-
bərləri Müşavirəsinin Bakıda keçirilən XI iclasında iştirak 
edən nümayəndə heyətlərinin rəhbərlərini qəbul etmişdir.  
Prezident  İlham  Əliyev MDB ölkələrinin Kəşfiyyat Xid-
mətləri və  Təhlükəsizlik Orqanları  Rəhbərləri Müşavirəsinin 
Bakıda keçirilən XI iclasının yüksək səviyyədə təşkil olunduğunu 
və bu mötəbər tədbirdə  səmərəli fikir mübadiləsi aparıldığını, 
həmçinin  Müstəqil Dövlətlər Birliyi ölkələrinin xüsusi xidmət 
orqanlarının birgə fəaliyyətinin sülh, əmin-amanlıq, təhlükəsizlik 
və sabitliyin təmin edilməsində vacib rol oynadığını diqqətə 
çatdırdı.   
 İ l h a m  Ə l i y e v: Azərbaycan MDB-nin işində fəal 
iştirak etmək  əzmindədir. Biz müxtəlif formatlarda – həm 
humanitar sahədə, həm iqtisadi əməkdaşlıqda, həm də, 
əlbəttə ki, təhlükəsizlik və sabitliyin təminatında fəal iştirak 
edirik. Bilirəm ki, bizim təhlükəsizlik orqanları ilə MDB 
ölkələrinin təhlükəsizlik orqanları arasında həm ikitərəfli, 
həm də çoxtərəfli qarşılıqlı fəaliyyət mövcuddur. Mən bunu 
alqışlayıram.  Çox  şadam ki, dost MDB ölkələrini təmsil 
edən həmkarlarımız fəal  əməkdaşlıqda maraqlıdırlar. Biz 
ümidvarıq ki, bu cür əməkdaşlıq davam etdiriləcəkdir.  


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə