Ббк 32 я 56 Бурахылышына мясул академик рамиз



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə54/112
tarix08.11.2018
ölçüsü3,26 Mb.
#79607
1   ...   50   51   52   53   54   55   56   57   ...   112

 
192
 
 
 
AZƏRBAYCAN RESPUBLİKASININ 
PREZİDENTİ İLHAM ƏLİYEVİN  
ABŞ-a İŞGÜZAR SƏFƏRİ  
  
22 sentyabr 2010-cu il 
 
Azərbaycan Respublikasının Prezidenti İlham  Əliyev 
sentyabrın 22-də Nyu-Yorkda keçirilən BMT Baş  Məclisinin 
65-ci sessiyasında iştirak etmək üçün Amerika Birləşmiş Ştat-
larına işgüzar səfərə yola düşmüşdür.   
Dövlətimizin başçısını Heydər  Əliyev Beynəlxalq Aero-
portunda Baş nazir Artur Rasizadə, Prezident Administrasi-
yasının rəhbəri Ramiz Mehdiyev, Bakı  Şəhər  İcra Hakimiy-
yətinin başçısı Hacıbala Abutalıbov yola saldılar. 
 
 
 
 
 
 


 
193
 
 
 
ABŞ DÖVLƏT KATİBİNİN XÜSUSİ 
NÜMAYƏNDƏSİ RİÇARD MORNİNQSTAR  
İLƏ GÖRÜŞ   
 
Nyu-York  
 
22 sentyabr 2010-cu il  
 
Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezi-
denti  İlham  Əliyev Amerika Birləşmiş  Ştatları  Dövlət kati-
binin Avrasiya enerji məsələləri  üzrə  xüsusi nümayəndəsi 
Riçard Morninqstar ilə görüşmüşdür.  
Görüşdə Azərbaycan ilə Amerika Birləşmiş  Ştatları ara-
sında energetika sahəsində  əməkdaşlıq və Ermənistan–Azər-
baycan, Dağlıq Qarabağ  münaqişəsinin nizama salınması ilə 
bağlı məsələlər müzakirə olunmuşdur.  
Amerika Birləşmiş  Ştatları  Dövlət katibinin Avropa və 
Avrasiya məsələləri üzrə müavini Filip Qordon görüşdə iştirak 
etmişdir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
194
 
 
 
BMT BAŞ MƏCLİSİNİN 65-ci  SESSİYASININ 
AÇILIŞI  МЯРАСИМИ 
 
Nyu-York  
 
23 sentyabr 2010-cu il  
 
Sentyabrın 23-də Nyu-Yorkda Birləşmiş Millətlər Təş-
kilatının mənzil-qərargahında təşkilatın Baş  Məclisinin 65-ci 
sessiyası  çərçivəsində  ümumi müzakirələrin rəsmi açılışı 
olmuşdur.  
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT 
Baş Məclisinin 65-ci sessiyasında iştirak etmişdir.  
BMT Baş  Məclisinin 65-ci sessiyasında iştirak edən ABŞ 
prezidenti Barak Obama bəşəriyyəti narahat edən məsələlərə 
toxundu. Bildirdi ki, bu problemlərin həlli dünya dövlətlərinin 
səylərini birləşdirməyi tələb edir. Yalnız bu halda problemlərin 
həllinə nail olmaq mümkündür. Bunun üçün bir araya gəlmək, 
problemlərin birgə müzakirəsinə nail olmaq lazımdır.  
Azərbaycan Respublikasının Prezidentи İlham Əliyev BMT 
Baş Məclisinin 65-ci sessiyasında çıxış etdi. 
 
Azərbaycan prezidenti İlham Əliyevin çıxışı 
 
Cənab sədr!  
Xanımlar və cənablar!  
Əvvəlki natiqlərə qoşularaq cənab Cozef Deysin Birləş-
miş Millətlər Təşkilatı Baş Məclisinin 65-ci sessiyasının sədri 
vəzifəsinə seçilməsi münasibətilə onu təbrik etmək, bu cür 
olduqca məsuliyyətli işdə  uğurlar arzulamaqdan şərəf duy-
duğumu və apardığı  məhsuldar işə  görə  sələfi doktor Əli 
Abdussalam Trekiyə təşəkkürümü bildirmək istəyirəm.  


 
195
Mən, həmçinin Birləşmiş Millətlər Təşkilatının fəaliyyə-
tinin canlandırılmasında nümayiş etdirdiyi rəhbərlik mə-
harətinə və işə sadiqliyinə görə Birləşmiş Millətlər Təşkilatı-
nın Baş katibi, zati-aliləri cənab Pan Gi Muna dərin hörmət 
və minnətdarlığımı bildirirəm.  
Cənab sədr, Azərbaycan dünya xalqları üçün beynəlxalq 
sülh və təhlükəsizliyin təmin olunması, davamlı inkişafın təş-
viq edilməsi və fundamental azadlıqların irəliyə doğru apa-
rılması sahəsində Birləşmiş Millətlər Təşkilatının oynаdığı 
əsas rolu qiymətləndirir. Azərbaycan hesab edir ki, Birləşmiş 
Millətlər Təşkilatı  dünyanın hər bir yerində bir çox qlobal 
məsələlərdə, eləcə də hər bir üzv dövlətin istəklərinin nəzərə 
alınması  və narahatlıqların aradan qaldırılmasında daha 
güclü və bacarıqlı olmalıdır.  
Müharibə və işğalın ağır nəticələrindən əziyyət çəkən bir 
ölkə kimi, Azərbaycan qəti  şəkildə inanır ki, dövlətlər 
arasında yaxşı qonşuluq, dost münasibətləri və əməkdaşlığa 
aid beynəlxalq səviyyədə  qəbul olunmuş beynəlxalq hüqu-
qun norma və prinsiplərinə düzgün qaydada riayət edilməsi, 
eləcə  də  dövlətlərin  üzərlərinə  götürdükləri  öhdəliklərin xoş 
iradə ilə yerinə yetirilməsi beynəlxalq sülhün və  təhlükə-
sizliyin qorunmasında çox böyük əhəmiyyətə malikdir.  
Ermənistan ilə Azərbaycan arasında davam edən silahlı 
münaqişə beynəlxalq və regional sülhə  böyük təhlükədir. 
Münaqişə  nəticəsində Azərbaycan  ərazisinin beşdə  bir his-
səsi işğal edilmiş, ölkəmizin təxminən hər doqquz nəfərindən 
biri məcburi köçkün və ya qaçqın vəziyyətinə  düşmüşdür. 
Ermənistanın  münaqişə zamanı  çox ciddi beynəlxalq cina-
yətlər törədərək, etnik təmizləmə siyasətini həyata keçirərək 
və  işğal edilmiş Azərbaycan  ərazilərində monoetnik mədə-
niyyətin yaradılmasına  çalışaraq, Azərbaycan  ərazilərinin 
işğalına görə əsas məsuliyyət daşıması beynəlxalq səviyyədə 
etiraf edilmişdir.  
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik  Şurası  qə-
bul etdiyi dörd qətnamədə Azərbaycanın suverenliyi və ərazi 


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə