Ббк 32 я 56 Бурахылышына мясул академик рамиз



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə51/112
tarix08.11.2018
ölçüsü3,26 Mb.
#79607
1   ...   47   48   49   50   51   52   53   54   ...   112

 
181
əhəmiyyətini xüsusi vurğulayaraq dedi: «Naxçıvanda bu kon-
teksтdə qəbul etdiyimiz mühüm qərarlardan biri də Türkdilli 
Ölkələrin  Əməkdaşlıq  Şurasının yaradılmasıdır. Məlum ol-
duğu kimi, Şuranın Katibliyi İstanbulda olacaqdır. Bugünkü 
toplantıda Katibliyin strukturunun yaradılması ilə bağlı 
qərar qəbul edəcəyik. Bu çərçivədə Şuranın Baş katibini də 
təyin edəcəyik. Beləliklə, keçən il Naxçıvanda təməlini 
qoyduğumuz təşkilatın qurulmasını təmin edəcəyik» .  
Azərbaycan prezidenti İlham  Əliyev zirvə toplantısında 
çıxış etdi. 
 
Azərbaycan prezidenti İlham Əliyevin çıxışı 
 
Hörmətli cənab Prezident! 
Əziz qardaşım Abdullah Gül!  
Əziz dostlar, hörmətli dövlət başçıları!  
İlk növbədə demək istəyirəm ki, qardaş  Türkiyədə ye-
nidən olmağımdan  çox məmnunam.  Əziz qardaşım Ab-
dullah Gülə  təşəkkür edirəm ki, bugünkü zirvə  görüşü  çox 
yüksək səviyyədə təşkil olunubdur. Türkiyə yenə də bu gözəl 
təşəbbüsü  öz  üzərinə  götürüb və bu zirvə  görüşü  gözəl 
İstanbulda keçirilir. Bizə göstərdiyiniz qonaqpərvərliyə görə 
bir daha Sizə minnətdaram.  Əminəm ki, zirvə  görüşünün 
gözəl nəticələri olacaqdır və  ölkələrimiz arasında  əməkdaş-
lıq, dostluq, qardaşlıq  əlaqələri sürətli inkişafını davam et-
dirəcəkdir.  
Keçən il тürk dünyasının qədim torpağı olan Naxçıvanda 
zirvə görüşünün keçirilməsi böyük hadisə idi. O dövrdən bu 
günə  qədər – bu bir il ərzində hesab edirəm ki, aramızdakı 
əlaqələr daha da sürətlə inkişaf etdi. Keçənilki zirvə  görüşü 
ərəfəsində  Türkdilli  Ölkələrin Parlament Assambleyasının 
(TürkPA) birinci plenar iclası keçirilmişdir. Bakıda TürkPA-
nın Baş Katibliyi yaradılmışdır. Artıq Katiblik uğurla fəaliy-
yət göstərir. Naxçıvan zirvə  görüşü zamanı Azərbaycan 
tərəfi təşəbbüs irəli sürmüşdü ki, TÜRKSOY Fondu yara-


 
182
dılsın. Mən hörmətli həmkarlarıma minnətdaram ki, bu 
təşəbbüs dəstəkləndi və artıq bütün hazırlıq işləri gedir. 
Yaxın zamanlarda TÜRKSOY Fondu yaradılacaq və Azər-
baycan bu фondun fəaliyyəti  üçün lazımi maddi dəstəyini 
verəcəkdir. Hesab edirəm ki, bu fond nəinki türkdilli 
dövlətlərdə, bütün türk ellərində  mədəni abidələrin bərpası, 
qorunması işinə öz dəstəyini verməlidir. Tarixi, mədəni araş-
dırmalar aparmalıdır. Mədəni sahədə,  ölkələrimiz, xalq-
larımız arasında dostluq, qardaşlıq əlaqələrinin inkişafı işinə 
böyük töhfə verməlidir.  
Bizi ortaq tarix, ortaq mədəniyyət birləşdirir. Mən  çox 
şadam ki, bu gün ölkələrimiz müstəqil dövlətlər kimi, bütün 
sahələrdə  uğurlu  əməkdaşlıq aparır, bir-birinə  dəstək olur-
lar. Biz çalışmalıyıq və  çalışırıq ki, bütün beynəlxalq təşki-
latlarda bir-birimizin mövqeyini gücləndirək, bir-birimizə 
siyasi dəstək verək və  bütün işlərdə bir-birimizin yanında 
olaq. Bütün bu əməkdaşlığa və xoş niyyət göstərən bütün öl-
kələrə öz minnətdarlığımı bildirmək istəyirəm.  
Bildiyiniz kimi, Azərbaycanın  ən ağrılı problemi olan 
Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ  münaqişəsinin 
həlli işində əfsuslar olsun ki, heç bir irəliləyiş və nəticə yox-
dur. Uzun illərdir ki, torpaqlarımız işğal altındadır. Torpaq-
larımızın 20 faizi Ermənistanın işğalı altında qalır. Bu işğal 
və azərbaycanlılara qarşı aparılan etnik təmizləmə siyasəti 
nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma tor-
paqlarından didərgin salınıbdır. Bu, böyük  ədalətsizlikdir, 
bu, humanitar fəlakətdir. Bütün beynəlxalq təşkilatlar, 
dünyanın aparıcı beynəlxalq təşkilatları Azərbaycanın haqq 
işini dəstəkləyir. Birləşmiş Millətlər Təşkilatı  Təhlükəsizlik 
Şurasının 4 qətnaməsi vardır və orada bilavasitə göstərilir ki, 
erməni silahlı  qüvvələri Azərbaycan torpaqlarından qeyd-
şərtsiz  çıxarılmalıdır, Azərbaycanın  ərazi bütövlüyü  bərpa 
olunmalıdır. ATƏT-in qərarları,  İslam Konfransı  Təşkila-
tının  çoxsaylı  qətnamələri, Avropa parlamenti, Avropa 
Şurası kimi təşkilatların qərar və  qətnamələri məsələnin 


 
183
ədalətli və beynəlxalq hüquq normalarına uyğun şəkildə həll 
olunmasını  tələb edir. Əfsuslar olsun ki, bu günə  qədər bu 
məsələ ilə bağlı  nəticə yoxdur. Dağlıq Qarabağ Azərbay-
canın tarixi və  əzəli torpağıdır.  Əsrlər boyu Azərbaycan 
xalqı bu torpaqlarda yaşamış, yaratmışdır. Azərbaycanın 
ərazi bütövlüyü beynəlxalq birlik tərəfindən tanınır. Azər-
baycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Biz istəyirik ki, 
bunu tezliklə danışıqlar, sülh yolu ilə həll edək.  
Azərbaycanda müxtəlif millətlərin, müxtəlif dinlərin 
nümayəndələri bir ailə kimi yaşayırlar. Azərbaycanda heç 
vaxt dini, yaxud da ki, milli zəmində münaqişə, qarşıdurma 
olmamışdır. Bütün xalqların hüquqları qorunur. Əlbəttə ki, 
erməni xalqı Azərbaycan torpaqlarında yaşamışdır, bu gün 
də yaşayır. Onların da hüquqları qorunur.  
Xalqların  öz müqəddəratını  təyinetmə istəkləri  ölkələrin 
ərazi bütövlüyünü pozmamalıdır. Yəni, bu iki anlayış arasın-
da qarşıdurma yaradılmamalıdır. Beynəlxalq təcrübə  və 
beynəlxalq hüquq belə  mövqeнi dəstəkləyir. Dağlıq Qara-
bağda yaşayan ermənilər və Dağlıq Qarabağa qayıdacaq 
azərbaycanlılar vahid Azərbaycan dövləti  çərçivəsində  yük-
sək  özünüidarəetmə imkanlarına malik olan prinsiplər 
əsasında yaşamalıdırlar. Bu, beynəlxalq hüququn qaydaları-
dır. Bu, normal insani davranışın qaydalarıdır.  
Biz XXI əsrdə yaşayırıq, XIX əsrdə deyil. Biz siviliza-
siyalararası dialoqun inkişafına  çalışmalıyıq, xalqlar ara-
sında dostluq, əməkdaşlıq meyillərini gücləndirməliyik. XXI 
əsrdə başqa  ölkənin beynəlxalq birlik tərəfindən tanınmış 
ərazi bütövlüyünü pozmaq, o bölgədə etnik təmizləmə si-
yasəti aparmaq, Xocalı soyqırımı  törətmək kimi cinayətlər 
cavabsız qalmamalıdır. Beynəlxalq birlik nəinki  öz qətna-
mələri və  qərarları ilə, praktiki addımlarla bu məsələnin 
tezliklə həll olunmasına çalışmalıdır.  
Biz bundan sonra da çalışacağıq ki, məsələ daim bütün 
beynəlxalq təşkilatların gündəliyində qalsın.  Əlbəttə ki, biz 
dost, qardaş  ölkələrin dəstəyinə  görə minnətdarıq.  İlk növ-


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə