Ббк 32 я 56 Бурахылышына мясул академик рамиз



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə59/112
tarix08.11.2018
ölçüsü3,26 Mb.
#79607
1   ...   55   56   57   58   59   60   61   62   ...   112

 
210
Azərbaycan ilə ikitərəfli münasibətlərin strateji xarakter 
daşıdığını bildirən  Özbəkistan  пrezidenti  əlaqələrimizin möh-
kəmlənməsinin Cənubi Qafqaz və Orta Asiya regionlarında 
uzunmüddətli sabitliyin təmin olunması  işinə  töhfə verə bilə-
cəyini vurğuladı.  İslam Kərimov Azərbaycan ilə  Özbəkistan 
münasibətlərinin böyük perspektivlərə malik olduğunu qeyd 
edərək, iri regional layihələrin həyata keçirilməsində  əmək-
daşlığın  əhəmiyyətindən danışdı.  Ölkələrimiz arasında xarici 
siyasət sahəsində  sıx koordinasiyanın həyata keçirilməsinin 
əhəmiyyətini diqqətə  çatdıran  Özbəkistan  пrezidenti siyasi 
məsləhətləşmələrin bundan sonra da fəal şəkildə aparılmasının 
vacibliyini qeyd etdi. Sonra Özbəkistan dövlətinin başçısı 
Dağlıq Qarabağ münaqişəsinə toxunду. 
Qeyd etmək istərdim ki, Özbəkistanın Dağlıq Qarabağ 
probleminin həlli ilə bağlı mövqeyi dəyişməz qalır, bu, 2008-ci 
ildə BMT Baş  Məclisinin müvafiq qətnaməsinin müzakirəsi 
zamanı bir daha təsdiq edilmişdir. Özbəkistan Dağlıq Qara-
bağ münaqişəsinin sülh yolu ilə siyasi həllinə ardıcıl şəkildə 
tərəfdar olmuş  və  tərəfdardır, eyni zamanda, hesab edir ki, 
problemin həllinin başlıca  şərti Azərbaycanın  ərazi bütöv-
lüyünün və suverenliyinin təmin edilməsidir.  
İ l h a m  Ə l i y e v: Hörmətli dostlar, şübhəsiz ki, ticarət-
iqtisadi, sərmayə  əlaqələrinin dərinləşməsi ikitərəfli  əmək-
daşlığın prioritet istiqaməti, deyərdim ki, bütün digər qar-
şılıqlı  münasibətlərimizin inkişaf etdirilməsinin təməl nöq-
təsidir. Qeyd etmək istərdim ki, qlobal maliyyə-iqtisadi böh-
ran şəraitində birgə fəaliyyət proqramının müəyyən edilməsi, 
iki dövlətin müəssisələri və  şirkətləri arasında kooperasiya 
əlaqələrinin gücləndirilməsi, qarşılıqlı  əmtəə  dövriyyəsinin 
inkişafının  əldə olunmuş  sürətinin qorunub saxlanылması  və 
artırılması olduqca aktualdır. Bu gün Mərkəzi Asiyadan 
Xəzər dənizi, sonra Qafqaz vasitəsilə Qara dəniz və Aralıq 
dənizi limanlarına nəql marşrutları, bir daha təkrar edirəm 
ki, getdikcə aktuallaşır. Bu baxımdan həmin marşrutda Cə-
nubi və Mərkəzi Avropa bazarlarına çıxan yeni perspektivli 


 
211
Bakı–Tbilisi–Qars nəqliyyat dəhlizinin inkişaf etdirilməsinə 
imkan verən mühüm nəqliyyat qovşağı kimi, Bakı limanın-
dan istifadə olunmasına maraq artır.  
İ  s l a m  K ə  r i m o v: Ənənəvi mədəni-humanitar  əla-
qələr bir-birinə yaxın olan özbək və Azərbaycan xalqları 
arasında etimadın, qarşılıqlı hörmətin möhkəmlənməsi işin-
də  mühüm amildir. Hörmətli  İlham Heydər oğlu, Sizinlə 
birlikdə Daşkənd və Bakı  şəhərlərində dahi əcdadlarımız 
Nizami Gəncəvi və  Əlişir Nəvainin abidələrinin açılması, 
Azərbaycan paytaxtında küçələrdən birinə  dünya  şöhrətli 
astronom Mirzə Uluqbəyin adının verilməsi azərbaycanlılar 
və özbəklər arasında qarşılıqlı marağın, tarixən mövcud olan 
qarşılıqlı hörmətin parlaq nümunəsidir. Əminəm ki, səfəriniz 
zamanı  açılacaq və  öz xalqının görkəmli oğlu Heydər 
Əliyevin şərəfinə onun adı verilmiş Azərbaycan Mədəniyyət 
Mərkəzi iki xalq arasında səmimi dostluğun xoş ənənələrinin 
inkişafına xidmət edəcəkdir. 
İ l h a m  Ə l i y e v: Hörmətli İslam Əbdüqəniyeviç, xoş 
sözlərinizə, qardaş Özbəkistana rəsmi səfərə dəvət etdiyinizə 
görə  çox sağ olun. Mən bu səfərə  çox böyük  əhəmiyyət ve-
rirəm.  Əminəm ki, bu səfərин  ölkələrimizi və xalqlarımızı 
daha da yaxınlaşdıracaq, uğurlu  əməkdaşlığımız  üçün yeni 
şərait, zəmin yaradacaq çox yaxşı nəticələri olacaqdır, əmək-
daşlığımız genişlənəcək və yeni məna kəsb edəcəkdir.  
Mənim atam, Azərbaycanın dahi lideri Heydər  Əliyev 
haqqında dediyiniz xoş  sözlərə  görə Sizə  çox minnətdaram. 
Sizi onunla uzun illər birgə iş, dostluq, əməkdaşlıq əlaqələri 
bağlayırdı. Mən həm də  çox  şadam ki, sizin təməlini qoy-
duğunuz  ənənələr bu gün davam edir, ölkələrimiz, qardaş 
xalqlarımız çox səmərəli qarşılıqlı fəaliyyət göstərir və daha 
da yaxınlaşmağa can atırlar. Hörmətli İslam Əbdüqəniyeviç, 
Siz və Heydər Əliyev müasir Özbəkistanın və Azərbaycanın 
qurucususunuz. Bu ölkələrin necə olacağı  məhz sizin uzaq-
görənliyinizdən, müdrikliyinizdən və siyasi iradənizdən asılı 
idi.  Çünki Sovet İttifaqının süqutundan sonra prinsip eti-


 
212
barilə  bütün keçmiş sovet respublikaları, demək olar ki, 
bərabər vəziyyətdə idilər və eyni çağırışlar və problemlər 
qarşısında dayanmışdılar. Buna görə də ölkələrimizin indiki 
uğurlu inkişafı ilk növbədə, bu ölkələrin liderlərinin fəaliy-
yətinin nəticəsidir.  Özbəkistanın dinamik uğurlu inkişafı 
barədə  mətbuatdan və  müxtəlif mənbələrdən aldığım məlu-
matlar məni çox sevindirir.  
Biz Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişə-
sinin nizamlanması  işində daimi prinsipial mövqeyinə  görə 
Özbəkistana  çox minnətdarıq. Bu dəstək və  münaqişənin 
mahiyyətinin, səbəblərinin dərindən başa düşülməsi bizim 
üçün  çox vacibdir. Sizin bu mövzuda bugünkü  bəyanatınız 
böyük  əhəmiyyət kəsb edir, çünki münaqişə, onun nizam-
lanması çox uzanmışdır. Biz 2008-ci ildə BMT Baş Məclisin-
də Azərbaycanın işğal olunmuş  ərazilərində  vəziyyətə dair 
məsələ ilə bağlı  səsvermə zamanı  Özbəkistanın ifadə etdiyi 
mövqeyə  görə  çox minnətdarıq. Biz münaqişənin mümkün 
qədər tez həll olunmasına səy göstəririk. Çünki işğal altında 
olan məhz bizim torpaqlarımızdır. Azərbaycanlılara qarşı 
etnik təmizləmə siyasəti aparılmış, hərbi cinayətlər, o cüm-
lədən Xocalı  şəhərində dinc əhaliyə qarşı soyqırımı  törə-
dilmişdir. O zaman erməni işğalçı quldur dəstələri 613 dinc 
vətəndaşı  məhv etmişdir, onların 100-dən  çoxu azyaşlı 
uşaqdır.  
Dağlıq Qarabağ tarixi Azərbaycan torpağıdır. «Qara-
bağ» sözünün özü bizim köklərə malikdir. Erməni dilində bu 
sözün heç bir mənası yoxdur. Dağlıq Qarabağın əsas şəhəri 
Xankəndidir. Bu şəhər yarananda onun adı Xankəndi 
olmuşdur. Zənnimcə, bu adı tərcümə etməyə ehtiyac yoxdur. 
Sovet dövründə bu şəhərə 1918-ci ildə Bakıda Azərbaycanın 
dinc əhalisinin qanlı qırğınının təşkilatçılarından biri olmuş 
bolşevik Stepan Şaumyanın «şərəfinə» Stepanakert adı 
verilmişdi. Hətta toponimlər kimi detal da Dağlıq Qaraba-
ğın  əzəli Azərbaycan torpağı olmasına, xalqımızın  əsrlər 
boyu orada yaşamasına dəlalət edir. Təxminən XIX əsrin 


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə