Ббк 32 я 56 Бурахылышына мясул академик рамиз



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə60/112
tarix08.11.2018
ölçüsü3,26 Mb.
#79607
1   ...   56   57   58   59   60   61   62   63   ...   112

 
213
birinci yarısından etibarən ermənilərin başqa regionlardan 
kütləvi  şəkildə Dağlıq Qarabağa köçürülməsi başlanmışdır. 
Sovet İttifaqı dağılarkən azərbaycanlılar etnik təmizləməyə, 
deportasiyaya və kütləvi qətllərə məruz qalmışlar. Həmçinin 
Dağlıq Qarabağın  ətrafındakı 7 rayonda yaşayan yüz min-
lərlə Azərbaycan vətəndaşları kimi, Dağlıq Qarabağın 
azərbaycanlı əhalisi də oradan qovulmuşdur. Bu gün həmin 
ərazilərdə  şəhərlər və  kəndlər viran edilmiş, milli sərvətlə-
rimiz, muzeylərdə saxlanылan əşyalar talan olunmuş, qəbiris-
tanlıqlar təhqir edilmiş, məscidlər dağıdılmışdır. Bu haq-
sızlıq artıq onilliklərdir ki, davam edir.  
Beynəlxalq təşkilatlar bu məsələ barədə  öz mövqelərini 
bildirmişlər. BMT-nin Təhlükəsizlik Şurası bu barədə 4 qət-
namə  qəbul etmişdir. BMT-nin Baş  Məclisi,  İslam Kon-
fransı Təşkilatı, Avropa parlamenti, Avropa Şurası müvafiq 
sənədlər qəbul etmişlər. Lakin təəssüf ki, bunun nəticəsində 
münaqişənin tənzimlənməsi reallığa çevrilməmişdir. Biz ümid 
edirik ki, beynəlxalq birlik, ilk növbədə  nizamlama prosesi 
ilə bilavasitə  məşğul olan ölkələr münaqişənin tezliklə  tən-
zimlənməsi  üçün maksimum səy göstərəcək, bu məsələdə 
beynəlxalq hüququn prinsiplərindən  çıxış edəcəklər.  Əmi-
nəm ki, bu, regionun bütün  ölkələrinin maraqlarına uy-
ğundur. Azərbaycan isə öz tərəfindən bu vəziyyətlə heç vaxt 
barışmayacaqdır. Xalqımız bununla heç vaxt barışmaya-
caqdır. Hətta valideynləri Dağlıq Qarabağdan və onun ət-
rafındakı  ərazilərdən qovulmuş,  özləri Bakıda və Azərbay-
canın digər şəhərlərində doğulmuş uşaqlar da həmin torpaq-
larda heç vaxt olmasalar da, bir arzu ilə – əzəli Vətənə qayıt-
maq arzusu ilə yaşayırlar. Mən əminəm ki, o gün gələcəkdir. 
Şübhə etmirəm ki, Azərbaycan  ərazi bütövlüyünü,  ədaləti 
bərpa edəcək, bütün vətəndaşlarımız tarixi yaşayış yerlərinə 
qayıdacaqlar. Bu mənada bizi düzgün başa düşdüyünüzə və 
dəstəklədiyinizə, ən başlıcası isə, beynəlxalq hüququn norma 
və prinsiplərinə  əsaslanan prinsipial mövqeyinizə  görə Sizə 
bir daha təşəkkür etmək istəyirəm.  


 
214
Sonra prezident İlham  Əliyev Azərbaycan ilə  Özbəkistan 
arasında nəqliyyat sahəsində əməkdaşlığa toxunду.  
Fikrimcə, biz dəmiryol  əlaqəsinin yaradılması barədə 
daha fəal məsləhətləşmələr apaраcağıq. Bildiyiniz kimi, biz 
bu istiqamətdə iş aparırıq və Bakı–Tbilisi–Qars dəmir yolu 
2 ildən sonra işə  düşməlidir. Bunun nəticəsində malgöndə-
rənlər üçün təhlükəsiz, iqtisadi cəhətdən səmərəli və cəlbedici 
olan, qitələri birləşdirəcək tamamilə yeni arteriya açılır. Bu, 
dostluq,  əməkdaşlıq və qarşılıqlı  səmərəyə xidmət edən 
dəmir yolu olacaqdır. Biz ölkələrimiz arasında Sizin dediyi-
niz  ənənəvi humanitar əməkdaşlığı  çox yüksək qiymətlən-
diririk. Bu tamamilə  təbiidir,  çünki xalqlarımız – qardaş 
xalqlardır, yaxın xalqlardır. Biz özbək  ədəbiyyatını, musi-
qisini, mədəniyyətini  çox sevirik. Yəni, bunlar sizя  olduğu 
kimi, bizя  də  əziz və doğmadır. Bu gün  ölkələrimizin pay-
taxtlarında xalqlarımızın görkəmli nümayəndələrinə abidələr 
ucaldılması bizim münasibətlərin göstəricisidir, bir-birimizə 
bəslədiyimiz hisslərin nümayişidir.  
 
 
 
 
 


 
215
 
 
 
SƏNƏDLƏRİН  İMZALANMАСЫ МЯРАСИМИ  
  
27 sentyabr 2010-cu il  
 
Sentyabrın 27-də Azərbaycan prezidenti İlham Əliyevin 
və  Özbəkistan prezidenti İslam Kərimovun nümayəndə 
heyətlərinin iştirakı ilə geniş  tərkibdə  görüşu başa  çatdıqdan 
sonra Azərbaycan–Özbəkistan sənədlərinin imzalanmaсы  mə-
rasimi olmuşdur.  
Azərbaycan prezidenti İlham  Əliyev və  Özbəkistan pre-
zidenti İslam Kərimov Birgə Bəyannamə imzaladılar.  
«Özbəkistan Respublikası  Uçuşların Təhlükəsizliyinə  Nə-
zarət üzrə Dövlət Müfəttişliyi və Azərbaycan Respublikasının 
Dövlət Mülki Aviasiya Administrasiyası arasında aviasiya 
personalı  şəhadətnamələrinin qarşılıqlı tanınması haqqında 
Saziş»i  Özbəkistan Respublikası  Uçuşların Təhlükəsizliyinə 
Nəzarət üzrə Dövlət Müfəttişliyinin rəisi Tolib Eqamberdiyev 
və «Azərbaycan Hava Yolları» QSC-nin prezidenti Cahangir 
Əsgərov imzaladılar.  
«Özbəkistan Milli Teleradio Şirkəti və «Azərbaycan Te-
leviziya və Radio Verilişləri» Qapalı Səhmdar Cəmiyyəti ara-
sında əməkdaşlıq haqqında Saziş»i Özbəkistan Milli Teleradio 
Şirkətinin sədri  Яlişиr Xocayev və Azərbaycan Televiziya və 
Radio Verilişləri QSC-nin sədri Arif Alışanov imzaladılar.  
«Özbəkistan Rəssamlıq Akademiyası  və Azərbaycan Milli 
Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutu arasında 
əməkdaşlıq haqqında Müqavilə»ni  Özbəkistan Rəssamlıq 
Akademiyasınыn sədri Tursunali Kuziyev və Azərbaycanın 
Xarici İşlər naziri Elmar Məmmədyarov imzaladılar.  
«Özbəkistan Respublikası Baş Prokurorluğu və Azərbay-
can Respublikası Baş Prokurorluğu arasında  əməkdaşlıq və 
hüquqi yardım haqqında Saziş»i Özbəkistanın Baş prokuroru 


 
216
Rяşitъan Kodirov və Azərbaycanın Baş prokuroru Zakir 
Qaralov imzaladılar.  
«Özbəkistan Respublikası Daxili İşlər Nazirliyi və Azər-
baycan Respublikası Daxili İşlər Nazirliyi arasında 2010–
2012-ci illərdə qarşılıqlı fəaliyyət haqqında Protokol»u Özbə-
kistanın Daxili Иşlər naziri Baxodır Matlyubov və Azər-
baycanın Daxili Иşlər naziri Ramil Usubov imzaladılar.  
«Özbəkistan Respublikası Xarici İşlər Nazirliyi və Azər-
baycan Respublikası Xarici İşlər Nazirliyi arasında 2010–
2012-ci illər  üçün  əməkdaşlıq Proqramı»nı  Özbəkistanın Xa-
rici  Иşlər naziri Vladimir Norov və Azərbaycanın Xarici Иşlər 
naziri Elmar Məmmədyarov imzaladılar.  
«18 iyun 1997-ci ildə imzalanmış «Özbəkistan Respublikası 
Hökuməti və Azərbaycan Respublikası  Hökuməti arasında 
Özbəkistan Respublikası  və Azərbaycan Respublikası  vətən-
daşlarının vizasız gəliş-gedişi haqqında Saziş»ə  dəyişikliklər 
və əlavələr edilməsi haqqında Protokol»u Özbəkistanın Хarici 
Иşlər naziri Vladimir Norov və Azərbaycanın  Хarici  Иşlər na-
ziri Elmar Məmmədyarov imzaladılar.  
«2011–2015-ci illər  üzrə  Özbəkistan Respublikası  Höku-
məti və Azərbaycan Respublikası Hökuməti arasında iqtisadi 
əməkdaşlıq haqqında Saziş»i  Özbəkistanın Baş nazirinin 
Бirinci müavini, Maliyyə naziri Rüstəm  Яzimov və Azər-
baycanın Baş nazirinin Бirinci müavini Yaqub Eyyubov im-
zaladılar. 
 
 


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə