Ббк 32 я 56 Бурахылышына мясул академик рамиз



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə68/112
tarix08.11.2018
ölçüsü3,26 Mb.
#79607
1   ...   64   65   66   67   68   69   70   71   ...   112

 
243
Klinikanın 204 kompyuteri, 16 modul və PAKS sistemini 
özündə birləşdirən şəbəkə bütün tibbi sənədləşmə prosesini sürətlə 
icra etmək, arxivləşdirmək, statistik işləmək, görüntüləri və 
laborator müayinələrin nəticələrini müalicə həkimlərinə, eləcə də 
dünyanın hər hansı  ölkəsindəki mütəxəssisə  ötürmək imkanına 
malikdir. Burada xarici ölkələrin qabaqcıl klinikaları  və  dün-
yanın görkəmli tibb mütəxəssisləri ilə videoəlaqə quraraq mü-
zakirələr aparıb, məsləhətlər almaq mümkündür. Bütün tədris 
otaqları, iş kabinetləri, palatalar sürətli internet xəttinə qoşul-
muşdur. Tədris prosesinin əyaniliyini artırmaq məqsədi ilə 18 
mürəkkəb xəstəliyi və onların  çoxsaylı  fəsadlaşmalarını model-
ləşdirmək imkanına malik Tibbi Treninq Mərkəzi yaradılmışdır. 
İ l h a m   Ə l i y e v: Sizi ürəkdən təbrik edirəm. Azərbay-
can Tibb Universitetinin yeni terapiya korpusunun açılışı 
çox gözəl və əlamətdar hadisədir. Bu hadisə münasibətilə sizi  
təbrik edir və sizə uğurlar arzulayıram. 
Üç il яввял  – 2007-ci ilin sentyabrında burada bu gözəl 
binanın təməl daşını qoyduq. Mən əmin idim ki, qısa müd-
dət ərzində və böyük keyfiyyətlə yeni gözəl xəstəxana, tədris 
mərkəzi yaradılacaqdır. Belə  də oldu. Bu gün bu korpusla 
tanış olarkən bir daha gördüm ki, bizim tərəfimizdən qəbul 
edilmiş  qərar  çox düzgün qərar idi, vaxtında atılmış addım 
idi. Biz bu gün gözəl tibb ocağının açılışında görüşürük. 
Burada həm müalicə, həm diaqnostika, eyni zamanda, tədris 
prosesinin yüksək səviyyədə  təşkili  üçün  ən qabaqcıl texno-
logiyalar, avadanlıq və bütün müasir imkanlar vardır. Bütün 
işlər böyük zövqlə, keyfiyyətlə görülüb və burada tələbələrin 
oxuması, müəllimlərin işləməsi  üçün bütün  şərait yara-
dılıbdır. O da çox vacibdir ki, artıq tələbələr şəhərin müxtəlif 
yerlərinə getməyə məcbur olmayacaqlar. Burada 15 kafedra 
fəaliyyət göstərəcək və beləliklə, tədris prosesinin daha da 
səmərəli aparılması üçün yaxşı imkanlar vardır. 
Atılan bu addım Azərbaycanda səhiyyə sahəsində görülən 
işlərin bir nümunəsidir. Belə işlər çoxdur və bildiyiniz kimi, 
son illərdə  həm Bakıda, həm də  ölkəmizin müxtəlif yerlə-


 
244
rində yeni, müasir tibb mərkəzləri yaradılıbdır. Hər bir böl-
gədə  müalicə-diaqnostika mərkəzləri, rayon, şəhər xəstə-
xanaları tikilir və  təmir olunur. Biz bu sahəyə  çox böyük 
diqqət göstəririk.  Çünki insanların sağlamlığı bizim üçün 
əsas məsələdir. Azərbaycanda keyfiyyətli, səviyyəli tibbi 
xidmətin göstərilməsi  üçün bütün imkanlar vardır və  dövlət 
öz tərəfindən bu sahəyə  böyük investisiyalar qoymaqla bu 
vacib missiyanı yerinə yetirir. 
Azərbaycanda  ən qabaqcıl təcrübə  tətbiq olunmalıdır. 
Həkimlər öz biliklərini, peşəkarlığını daim artırmalıdırlar ki, 
dünyanın aparıcı  ölkələrində  mövcud olan bütün texnoloji 
proseslər Azərbaycanda da tətbiq edilsin. Təkcə gözəl klini-
kaların tikilməsi ilə  işimiz bitmir. Əsas odur ki, bu gözəl 
şəraitdən səmərəli istifadə olunsun və xəstələrə lazımi səviy-
yədə tibbi xidmət göstərilsin. 
Azərbaycan dövləti isə bundan sonra da səhiyyə  məsə-
lələrinin həlli  üçün səylərini davam etdirəcəkdir. Bütün 
lazımi proqramlar da, iqtisadi inkişaf sayəsində əldə edilmiş 
maddi resurslar da vardır. Hər il dövlət büdcəsindən səhiyyə 
məsələlərinin həlli üçün kifayət qədər vəsait ayrılır. 
Üç il əvvəl universitetin rektoru məsələ qaldırmışdı ki,  
cərrahiyyə korpusunun tikintisinə ehtiyac vardır. Bu məsə-
ləyə  də  müsbət reaksiya verildi və artıq gözəl cərrahiyyə 
korpusu tikilir. Ümid edirəm ki, yaxın zamanlarda yeni 
açılışda biz sizinlə görüşəcəyik. Bir sözlə, şəhərimizin bu his-
səsi bir növ gözəl, müasir tibb şəhərciyinə  çevrilir. Həm 
universitetin binaları – yeni korpus, cərrahiyyə korpusu, on-
dan sonra kliniki xəstəxana – əvvəlki illərdə Semaşko adlan-
dırdığımız o xəstəxana da əsaslı  təmir olundu, Səhiyyə Na-
zirliyi böyük və  müasir tibb mərkəzinə  çevrilibdir.  Ümid 
edirəm ki, siz bu gözəl  şəraitdən səmərəli  şəkildə istifadə 
edəcəksiniz və  xəstələrə lazımi səviyyədə  kömək göstərə-
cəksiniz. Bir daha bu gözəl hadisə münasibətilə sizi ürəkdən 
təbrik edirəm. Sizə uğurlar arzulayıram. 
 


 
245
 
 
 
BAKININ XƏTAİ RAYONUNDA YƏHUDİ 
UŞAQLAR ÜÇÜN «XABAD-OR-AVNER»  
TƏHSİL MƏRKƏZİNİN AÇILIŞI МЯРАСИМИ  
 
4 oktyabr 2010-cu il 
 
Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 4-də Ba-
kının Xətai rayonundakı  Əbilov yaşayış massivində  yəhudi 
uşaqlar  üçün Heydər  Əliyev Fondu və «Or-Avner» Fondu tə-
rəfindən inşa edilmiş 450 yerlik «Xabad-Or-Avner» təhsil 
mərkəzinin açılışы mərasimində iştirak etmişdir. 
Mərasimə toplaşanlar – məktəbin açılışı  münasibətilə res-
publikamıza gələn müxtəlif  ölkələrdəki yəhudi icmalarının, 
Azərbaycandakı  yəhudi icmasının nümayəndələri, məktəbin 
müəllim və şagird kollektivi prezident İlham Əliyevi və xanımı 
Mehriban Əliyevanı hərarətlə qarşıladılar. 
Prezident  İlham  Əliyev və MDB Yəhudi  İcmaları Federa-
siyasının və «Or-Avner» Beynəlxalq Fondunun prezidenti Lev 
Levayev rəmzi açılışı bildirən lenti kəsdilər. 
Təhsil mərkəzi ilə tanışlıq zamanı prezident İlham Əliyevə 
məlumat verildi ki, son illər ölkəmizdə təhsilin inkişafı ilə bağlı 
həyata keçirilən tədbirlər Azərbaycanın  öz gələcəyini daha 
etibarlı  və inamlı  görmək  əzmini nümayiş etdirir. Heydər 
Əliyev Fondu da dövlət səviyyəsində  həyata keçirilən, elm və 
təhsilin inkişafını təmin edən layihələri dəstəkləyir. Xalqımızın 
ümummilli liderinin adını daşıyan fond bu sahəyə diqqət 
yetirməklə və bir çox layihələri reallaşdırmaqla Azərbaycanın 
gələcəyini təmin etmək işinə layiqli töhfələr verir. Heydər 
Əliyev Fondu «Or-Avner» Fondu ilə birlikdə «Tolerantlığın 
ünvanı – Azərbaycan» layihəsi  çərçivəsində  ölkəmizdə yaşa-
yan yəhudi uşaqların təhsili  üçün Mərkəz inşa etmişdir. Ulu 
öndər Heydər  Əliyev 2003-cü ildə binanın inşası ilə bağlı, 


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə