Ббк 32 я 56 Бурахылышына мясул академик рамиз



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə65/112
tarix08.11.2018
ölçüsü3,26 Mb.
#79607
1   ...   61   62   63   64   65   66   67   68   ...   112

 
232
 
 
 
HEYDƏR ƏLİYEV BEYNƏLXALQ 
AEROPORTU–MƏRDƏKAN DAİRƏSİ–BİLGƏH 
QƏSƏBƏSİ ƏRAZİSİNDƏ AVTOMOBИL 
YOLLARININ GENİŞLƏNDİRİLMƏSİ VƏ 
TİKİNTİSİ İŞLƏRİNİN GEDİŞİ İLƏ TANIŞЛЫГ  
  
29 sentyabr 2010-cu il  
 
Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezi-
denti  İlham  Əliyev Heydər  Əliyev Beynəlxalq Aeroportu –
Mərdəkan dairəsi – Bilgəh qəsəbəsi ərazisində avtomobil yol-
larının genişləndirilməsi və tikintisi işlərinin gedişi ilə tanış 
olmuşdur.  
Dövlətimizin başçısının 2008-ci il 8 iyul tarixli Sərəncamı 
ilə  təsdiq olunmuş «Bakı  şəhərində  nəqliyyat sisteminin tək-
milləşdirilməsi  üzrə 2008–2013-cü illər  üçün  əlavə  Tədbirlər 
Planı»na əsasən Heydər Əliyev Beynəlxalq Aeroportu–Bilgəh 
qəsəbəsi avtomobil yolunun yenidən qurulması, yol qovşaq-
larının və piyada keçidlərinin tikintisi, Bilgəh qəsəbəsi–Sum-
qayıt şəhəri istiqamətində avtomobil yolunun genişləndirilməsi 
və inşası  işlərinə başlanılmışdır. Layihələndirilən avtomobil 
yolu Bakı şəhərinin şimal hissəsindən, o cümlədən Bilgəh, Nar-
daran, Kürdəxanı, Pirşağı, Fatmayы, Goradil, Novxanı, Saray, 
Corat, Sumqayıt istiqamətində davam etməklə, həmin  əra-
zilərdəki yaşayış  məskənləri sakinlərinin və istirahət mərkəz-
lərində dincələn vətəndaşların rahat gediş-gəlişinin təmin 
edilməsi baxımından olduqca əhəmiyyətlidir.  
Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına 
layihə barədə  məlumat verdi. Bildirildi ki, Mərdəkan dairə-
sində  üçsəviyyəli yol qovşağında yolötürücüsünün uzunluğu 
220 metr, eni isə 23,5 metr olacaqdır. Layihədə buradakı 


 
233
tunelin uzunluğunun 55 metr, eninin isə 9,8 metr olacağı 
nəzərdə tutulur.  
Prezident  İlham  Əliyev Buzovna dəmiryol kəsişməsində 
inşa ediləcək tunelin və  müxtəlif səviyyəli yol qovşağının və 
Buzovna dairəsində inşa edilən tunelin və  müxtəlif səviyyəli 
yol qovşağının, Bilgəh qəsəbəsindəki Кardioloji mərkəzin qar-
şı
sında ikisəviyyəli tunel tipli qovşağın layihələndirilməsi və 
tikinti işlərinin gedişi ilə tanış oldu. Dövlətimizin başçısına 
layihə üzrə həyata keçirilən işlər barədə məlumat verildi.  
Prezident  İlham  Əliyev sonra Bilgəh qəsəbəsi–Novxanı–
Sumqayıt  şəhəri istiqamətində yeni tikilən və uzunluğu 14 
kilometr olan yolda inşaat işlərinin gedişi ilə tanış oldu. Döv-
lətimizin başçısına yolun əsas göstəriciləri barədə    məlumat 
verildi. Qeyd olundu ki, yolun hərəkət hissəsi altızolaqlıdır. 
Layihələndirilən avtomobil yolu, həmçinin Maştağa–Saray–
Sumqayıt–Tağıyev qəsəbəsi istiqamətində yaşayan və dincələn 
əhali, eyni zamanda, Abşeron yarımadasının  şimal-şərq his-
səsində yerləşən Pirallahı, Dübəndi, Zirə  və digər yaşayış 
məntəqələri və istirahət zonaları  üçün Bakı  şəhərinə daxil 
olmadan M-1 magistral yoluna çıxmağa imkan yaradacaqdır. 
Sumqayıt şəhərindən və digər şimal bölgəsindən həmin ərazidə 
yaşayan  əhalinin Bakının mərkəzinə daxil olmadan, qeyd 
edilən Bakı  kəndlərinə, sahilkənarı istirahət mərkəzlərinə  və 
Heydər  Əliyev Beynəlxalq Aeroportuna rahat çıxışını  təmin 
edəcəkdir.   
Nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz hərəkətini 
təmin etmək  üçün müxtəlif səviyyəli yol qovşaqlarının və 
piyada keçidlərinin tikintisi nəzərdə tutulmuşdur. Prezident 
İlham  Əliyev  Нəqliyyat naziri Ziya Məmmədova bu yolun 
tikintisinin davam etdirilərək Bakı–Rusiya və Bakı–Şamaxı 
yolları ilə birləşdirilməsini təmin etməyi tapşırdı.  
Tikinti işlərinin gedişi ilə yaxından tanış olan dövlətimizin 
başçısı müvafiq tapşırıqlarını verdi. 
 
 


 
234
 
 
 
«CASPİAN AGRO–2010» III BEYNƏLXALQ 
KƏND TƏSƏRRÜFATI, ƏRZAQ EMALI VƏ 
QABLAŞDIRMA SƏRGİSİ İLƏ TANIŞЛЫГ  
  
Heydər Əliyev adına İdman-Konsert Kompleksi 
 
30 sentyabr 2010-cu il  
 
 Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezi-
denti İlham Əliyev Heydər Əliyev adına İdman-Konsert Kom-
pleksində «Caspian Agro–2010» III Beynəlxalq kənd təsər-
rüfatı, ərzaq emalı və qablaşdırma sərgisi ilə tanış olmuşdur.  
Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin rəsmi dəstəyi, 
Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə keçirilən sərgi 
ilə tanışlıq zamanı  məlumat verildi ki, belə bir beynəlxalq 
tədbirin keçirilməsinin başlıca məqsədi  ölkəmizdə istehsal 
olunan kənd təsərrüfatı  və emal sənayesi məhsullarının nü-
mayişi ilə yanaşı, bu sahələrin daha da inkişafı üçün xarici şir-
kət və  sərmayədarların diqqətini cəlb etmək, Azərbaycanda 
son illər baş verən sürətli inkişaf və  tərəqqinin təbliği ilə  bə-
rabər, aqrar elmin qabaqcıl nailiyyətlərini və  təcrübəsini  öy-
rənməkdir.  
Sərgidə Azərbaycan ilə yanaşı, Belarus, Gürcüstan, Kuba, 
İspaniya, Qətər və  İrandan 80-dən artıq  şirkət təmsil olun-
muşdur. Builki sərgidə yerli şirkətlər daha fəal iştirak edirlər. 
Bu isə onu göstərir ki, Azərbaycanın ixrac potensialı art-
maqdadır.  
Prezident  İlham  Əliyev Azərbaycan Kənd Təsərrüfatı Na-
zirliyinin pavilyonu ilə tanış oldu. Burada Azərbaycanda kənd 
təsərrüfatının inkişafını  əks etdirən sənədlər, cədvəllər, ulu 
öndər Heydər  Əliyevin  ölkəmizdə aqrar sahənin, emal səna-


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə