Ббк 32 я 56 Бурахылышына мясул академик рамиз


Azərbaycan prezidenti İlham Əliyevin bəyanatı



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə62/112
tarix08.11.2018
ölçüsü3,26 Mb.
#79607
1   ...   58   59   60   61   62   63   64   65   ...   112

 
220
Azərbaycan prezidenti İlham Əliyevin bəyanatı 
 
  Hörmətli  İslam  Əbdüqəniyeviç, xoş  sözlərinizə, qonaq-
pərvərliyinizə, səmimi qəbula görə sağ olun. Zənnimcə, 
nümayəndə heyətimizin  üzvləri məni dəstəkləyərlər ki, biz 
burada  özümüzü evimizdə olduğu kimi hiss edirik. Biz 
özümüzü dostlarımızın, qardaşlarımızın arasında, doğma 
torpağımızda hiss edirik. Sizin yaratdığınız bu ab-havanı biz 
yüksək qiymətləndiririk.  
Azərbaycanın böyük oğlu Heydər  Əliyev haqqında sə-
mimi sözləriniz bütün azərbaycanlıların qəlbində  rəğbət 
doğurur. Heydər Əliyev haqqında, onun Azərbaycanın müs-
təqil dövlət kimi formalaşmasına imkan vermiş  işləri haq-
qında xatirə qəlbimizdə yaşayır. Bu gün gördüyümüz işlər də 
Heydər Əliyevin xidmətləridir.  
Bu gün biz möhkəm zəmin üzərində dövlət qurur və onu 
gücləndiririk. Buna görə  mən Sizə, atamla dostluq etmiş, 
onunla birgə işləmiş insana çox minnətdaram, Sizi bağlayan 
amillər  çox idi. Bu sözləri eşitmək, qardaş  Özbəkistanda 
Heydər  Əliyevin xatirəsinin  əziz tutulduğunu görmək mənə 
çox xoşdur.   
  Bir  daha  demək istəyirəm ki, müstəqillik dövründə  öl-
kənizin uğurları Azərbaycanda bizi çox sevindirir. Sizin rəh-
bərliyiniz altında, prinsipial və müdrik siyasətiniz sayəsində 
Özbəkistan çox böyük nəticələr qazanmışdır. Biz Özbəkista-
nı qardaş, yaxın, dost dövlət hesab edirik. Bu dövlətlə bizi 
çox möhkəm tarixi, mədəni əlaqələr bağlayır. Bugünkü mü-
nasibətlərimiz də bu baza əsasında formalaşmışdır.  
Azərbaycanın  ərazi bütövlüyünün bərpa edilməsi məsə-
ləsində, eləcə də bütün münaqişələrin bütövlükdə beynəlxalq 
hüququn norma və prinsipləri  çərçivəsində  həll edilməsində 
prinsipial, ardıcıl, qətiyyətli mövqeyinə görə biz Özbəkistana 
çox minnətdarıq. Azərbaycanın ərazi bütövlüyü bütün dünya 
tərəfindən tanınmışdır. Dağlıq Qarabağın Azərbaycanın ay-
rılmaz hissəsi olması  bütün dünya tərəfindən, BMT tərə-


 
221
findən tanınmışdır. Təbii ki, Azərbaycanın ərazi bütövlüyü-
nün bərpa edilməsi Ermənistan–Azərbaycan, Dağlıq Qara-
bağ münaqişəsinin tənzimlənməsinin başlıca şərtidir. Erməni 
tərəfin tez-tez istinad etdiyi xalqların təyini-müqəddərat hü-
ququ məsələsinə gəldikdə isə, bu hüquq Azərbaycanın ərazi 
bütövlüyü çərçivəsində uğurla həyata keçirilə bilər. Bu prin-
sip ərazi bütövlüyü prinsipinə zidd deyildir və əgər Helsinki 
Yekun Aktının qərarına nəzər salsaq, orada aydın görünür 
ki, xalqların təyini-müqəddərat hüququ dövlətin  ərazi 
bütövlüyünü pozmamalıdır. Xüsusən erməni xalqının artıq 
bir dəfə Azərbaycanın tarixi torpaqlarında öz müqəddəratını 
təyin etməsini nəzərə alsaq, ikinci erməni dövlətinin yenə də 
Azərbaycanın tarixi torpaqlarında yaradılması tamamilə 
yolverilməz və qəbuledilməzdir.  
Biz öz ərazi bütövlüyümüzü bərpa etmək üçün səy göstə-
rəcəyik. Danışıqlar prosesindəyik, məsələyə konstruktiv mü-
nasibət nümayiş etdiririk və erməni tərəfинdən də konstruk-
tivlik gözləyirik ki, bu məsələ  tənzimlənsin. Münaqişənin 
uzanması heç kimin xeyrinə deyildir və hesab edirəm ki, 
beynəlxalq hüququn norma və prinsiplərinə tamamilə  mü-
vafiq olan tənzimləmə yolunun tapılması  bütün dövlətlərin 
mənafeyinə uyğundur.  
İslam  Əbdüqəniyeviç, bizi dəstəklədiyinizə  görə  bütün 
Azərbaycan xalqı adından şəxsən Sizə və qardaş Özbəkistan 
xalqına bir daha dərin təşəkkürümü bildirmək istəyirəm.   
Bu gün biz mühüm bəyannamə imzaladıq. Bu sənəddə 
Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ  münaqişəsinin 
tənzimlənməsi məsələsinə  də toxunulur. Regional, beynəl-
xalq təhlükəsizlik, iqtisadi xarakterli digər mühüm məqam-
lar da qeyd edilmişdir. Biz bütün istiqamətlər  üzrə  münasi-
bətlərimizi qətiyyətlə inkişaf etdirmək əzmindəyik və bu gün 
konkret nəqliyyat layihələrini, iqtisadi əməkdaşlıq məsələ-
lərini hərtərəfli müzakirə etmişik.  Ümid edirik ki, nəzərdə 
tutduqlarımızın hamısını həyata keçirəcəyik. 
  


 
222
 
 
 
ÖZBƏKİSTAN SENATININ  
BİNASI İLƏ TANIŞЛЫГ  
  
Daşkənd  
 
27 sentyabr 2010-cu il  
 
Azərbaycan prezidenti İlham  Əliyev sentyabrın 27-də 
Özbəkistan parlamentinin Yuxarı Palatası – Senatın binası ilə 
tanış olmuşdur.  
Özbəkistan dövlətinin başçısı  İslam Kərimov prezident 
İlham Əliyevə milli və müasir üslubları özündə birləşdirən bina 
haqqında məlumat verdi. Bina 3 il əvvəl inşa olunmuşdur. 
Özbəkistan parlamenti Senatının 100 üzvü vardır. Ali Məclisin 
qəbul etdiyi qanunlar Senatda bəyənildikdən sonra təsdiq-
lənmək üçün ölkə başçısına göndərilir.  
Prezident  İlham  Əliyev burada senatorlara yaradılan iş 
şəraiti ilə tanış oldu. 
 
 
 
 


 
223
 
 
 
MÜSTƏQİLLİK MEYDANI KOMPLEKSİ İLƏ 
TANIŞLIQ  
  
Daşkənd  
 
27 sentyabr 2010-cu il  
 
Sentyabrın 27-də  Özbəkistanda rəsmi səfərdə olan 
Azərbaycan prezidenti İlham  Əliyev və  Özbəkistan prezidenti 
İslam Kərimov Daşkəndin mərkəzindəki Müstəqillik meydanı 
kompleksinə gəldilər.  
Hərbi orkestrin ifasında səslənən musiqinin sədaları altında 
prezident  İlham  Əliyev burada ucaldılmış «Müstəqillik və 
humanizm» abidəsinin önünə əklil qoydu.  
Özbəkistan prezidenti İslam Kərimov Müstəqillik meydanı 
kompleksi, həmçinin abidə haqqında məlumat verdi.  
Bildirildi ki, 2005-ci ildə Özbəkistan prezidenti İslam Kəri-
movun təşəbbüsü ilə ucaldılan bu abidə  Özbəkistanın azadlı-
ğının, müstəqilliyinin və gələcəyinin rəmzidir. Abidədə körpə-
sini qucağında tutmuş xoşbəxt ana təsvir olunmuşdur. Daş-
kənd sakinlərinin  ən sevimli istirahət yerlərindən biri olan bu 
meydandakı abidəni  əsasən yeni ailə qurmuş  gənclər ziyarət 
edirlər.  
Prezident  İslam Kərimov kompleksə daxil olan digər abi-
dələr haqqında da məlumat verərək dedi ki, hər il mayın 9-da 
paytaxt sakinləri buradakı «Kədərli ana» abidəsinin qarşısına 
gül-çiçək dəstələri düzürlər.  
Prezident  İlham  Əliyevə  Müstəqillik meydanı komplek-
sində görülən işlər barədə məlumat verildi. 
 
 
 


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə