Ббк 32 я 56 Бурахылышына мясул академик рамиз



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə70/112
tarix08.11.2018
ölçüsü3,26 Mb.
#79607
1   ...   66   67   68   69   70   71   72   73   ...   112

 
249
 
 
 
RUMINİYA РЕСПУБЛИКАСЫНЫН  PREZİDENTİ 
ZATİ-ALİLƏRİ  
CƏNAB TRAYAN BESESKUYA 
 
Hörmətli cənab Prezident! 
Ananız Yelena Beseskunun vəfatı  xəbəri məni son 
dərəcə kədərləndirdi. 
Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, ailənizin 
bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm. 
 
İLHAM ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti 
 
Bakı, 5 oktyabr 2010-cu il 


 
250
 
 
 
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN 
NAXÇIVAN MUXTAR RESPUBLİKASINA 
SƏFƏRİ  
 
5 oktyabr 2010-cu il  
 
Azərbaycan Respublikasının Prezidenti İlham  Əliyev 
oktyabrın 5-də Naxçıvan Muxtar Respublikasına səfərə  gəl-
mişdir. 
Naxçıvan Beynəlxalq Аеропортунда dövlətimizin başçısının 
şərəfinə Fəxri qarovul dəstəsi düzülmüşdü. 
Prezident  İlham  Əliyevi Naxçıvan Muxtar Respublikası 
Ali Məclisinin sədri Vasif Talıbov qarşıladı. 
Azərbaycan prezidenti Naxçıvan Muxtar Respublikası 
Hökumətinin üzvləri ilə görüşdü. 
Prezident  İlham  Əliyev həmin gün  xalqımızın  ümummilli 
lideri Heydər  Əliyevin Naxçıvan  şəhərinin mərkəzində ucal-
dılan abidəsini ziyarət edərək önünə  gül dəstəsi qoydu. 
Uzun müddətdir ki, blokada şəraitinin ağırlığına mətanətlə 
sinə  gərən Naxçıvan Muxtar Respublikası bu gün dinamik 
inkişafı, tərəqqisi ilə seçilir. Azərbaycanın iqtisadi nailiyyət-
lərinin təmin olunmasında  özünəməxsus yeri olan Naxçıvan 
Muxtar Respublikasında sistemli şəkildə reallaşdırılan islahatlar 
ümumi iqtisadi fəallığı daha da gücləndirmiş, investisiya cəlb-
ediciliyi əhəmiyyətli dərəcədə yüksəlmişdir.  
Bu ilin səkkiz ayında Naxçıvan Muxtar Respublikası 125,5 
milyon ABŞ dollarından çox xarici ticarət əməliyyatları apar-
mışdır. Təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin tikintisi 
və yenidən qurulması prosesi sürətlə davam etdirilir. Heydər 
Əliyev Fondunun dəstəyi ilə bu sahədə  həyata keçirilən təd-
birlər muxtar respublikada aparılan təhsil və  səhiyyə isla-
hatlarına əsl töhfədir. 


 
251
       Naxçıvan–Sədərək magistral yolunun  
açılışı мярасими 
 
Oktyabrın 5-də prezident İlham  Əliyev muxtar res-
publikada  əsas strateji magistrallardan biri olan Naxçıvan–
Sədərək yolunun açılışında iştirak etmişdir. 
İnşaatçılar dövlətimizin başçısını hərarətlə qarşıladılar. 
Prezident İlham Əliyev açılışı bildirən lenti kəsdi. 
Məlumat verildi ki, Azərbaycanı  Türkiyə ilə birləşdirən 
yeganə quru yolu olan Naxçıvan–Sədərək magistralının tikin-
tisinə 2008-ci ilin martında başlanылmışdır. Dördzolaqlı yolun 
ümumi uzunluğu 82 kilometr, eni 23 metr, asfalt qatının eni 
17,2 metrdir. Bir hissəsi dövlətimizin başçısının  ötən il Nax-
çıvana səfəri  çərçivəsində istifadəyə verilən  şosenin kənar-
larında xüsusi suötürücüləri və arxlar çəkilmiş, magistralın 
üzərində bir neçə yolötürücü tikilmişdir. Böyük  İpək yolunun 
bir hissəsi sayılan bu magistral muxtar respublikanın Kən-
gərli, Şərur və Sədərək rayonlarını birləşdirir. 
Prezident  İlham  Əliyev rayon ictimaiyyətinin  нцмайяндя-
лярини  və inşaatçıları salamladы. 
İ l h a m  Ə l i y e v: Yolun açılışı münasibətilə sizi təbrik 
edirəm. Biz yolun bir hissəsini keçən dəfə bərabər açdıq. Bu 
gün isə yolun ikinci щиссəsi açılır və Naxçıvandan Türkiyə ilə 
sərhədə  qədər müasir, gözəl, keyfiyyətli yol salınıb. Keçən 
dəfə  də biz bu yoldan istifadə edəndə  gördük ki, keyfiyyət 
yüksəkdir. Bu dəfə  də  gələndə  görürəm ki, çox yüksək 
keyfiyyətlə tikilib, geniş, rahat, hamar yoldur, dünya stan-
dartlarına cavab verir və demək olar ki, muxtar respub-
likanın bu hissəsində yerləşən bütün yaşayış  məntəqələrini 
Naxçıvan şəhəri ilə birləşdirir. 
Bilirsiniz ki, yol tikintisi inkişaf, insanların normal, rahat 
yaşaması  üçün  əsasdır. Harada ki, yol tikilir, orada inkişaf 
vardır. Ona görə bu gün yol tikintisi Azərbaycanın bütün 
bölgələrində sürətlə gedir, Naxçıvanda da bu gözəl proseslər 
sürətlə gedir və həll olunur. Gələcəkdə başqa yolların tikin-


 
252
tisi də nəzərdə tutuluб və lazımi vəsait ayrılacaqdır.  Keyfiy-
yətli yol tikintisi böyük ustalıq və  nəzarət tələb edir. Мən 
çox  şadam ki, Naxçıvanda artıq bu gözəl yolun tikintisinə 
nail olduq. Ümid edirəm ki, yaxın zamanlarda Naxçıvan 
şəhərini bütün rayonlarla birləşdirən yollar da bu səviyyədə 
olacaqdır və onların da tikintisi nəzərdə tutuluб. Bir daha 
sizi ürəkdən təbrik edirəm. 
Rayon ictimaiyyəti adından çıxış edən Vidadi Süleymanov 
dövlətimizin başçısının rəhbərliyi ilə muxtar respublikada 
bütün sahələrdə aparılan quruculuq işlərinin naxçıvanlıların 
ürəyincə olduğunu dedi. 
 
Naxçıvan şəhərinin içməli su ilə təmin edəcək  
su təchizatı sistemlərinin birləşdiyi paylayıcı  
qurğunun istifadəyə verilməsi мярасими 
 
Oktyabrın 5-də prezident İlham  Əliyev Naxçıvan  şəhə-
rini içməli su ilə  təmin edəcək su təchizatı sistemlərinin 
birləşdiyi paylayıcı qurğunun istifadəyə verilməsi mərasimində 
iştirak etmişdir. 
Şəhər ictimaiyyətinin nümayəndələri dövlətimizin başçısını 
hərarətlə qarşıladılar. 
Məlumat verildi ki, son illərdə Naxçıvanda həyata keçi-
rilən infrastruktur layihələri arasında əhalinin içməli suya olan 
tələbatının ödənilməsi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan 
hökuməti ilə Asiya İnkişaf Bankı arasında bağlanan kredit 
müqaviləsinə  əsasən, Naxçıvan  şəhərinin su təchizatı  və ka-
nalizasiya sistemlərinin yenidən qurulması  məqsədi ilə tikilən 
supaylayıcı şəbəkə vasitəsilə əhalinin içməli suya olan ehtiyacı 
tam  şəkildə  ödəniləcəkdir.  İçməli su şəhərə 17 kilometr mə-
safədən xüsusi boru xətləri ilə  gətirilir, təmizləndikdən sonra 
supaylayıcı qurğu vasitəsilə  əhaliyə verilir. Qurğunun su-
ötürmə gücü saniyədə 600 litrdir. 


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə