Ббк 32 я 56 Бурахылышына мясул академик рамиз



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə69/112
tarix08.11.2018
ölçüsü3,26 Mb.
#79607
1   ...   65   66   67   68   69   70   71   72   ...   112

 
246
prezident İlham Əliyev isə 2004-cü ilin dekabrında yeni komplek-
sin tikintisi üçün torpaq sahəsinin ayrılmasına dair göstəriş 
vermişlər. 2007-ci il mayın 31-də Heydər Əliyev Fondunun pre-
zidenti Mehriban Əliyeva və MDB Yəhudi İcmaları Federasiya-
sının və «Or-Avner» Beynəlxalq Fondunun prezidenti Lev Leva-
yev arasında 3 il müddətində  təhsil, səhiyyə, mədəniyyət, sosial 
təyinatlı obyektlərin tikintisi, yenidən qurulması, maddi təchizatı 
sahəsində  əməkdaşlığı  nəzərdə tutan saziş imzalanmışdır. Elə 
həmin gün paytaxtın Xətai rayonunda Azərbaycanda yaşayan 
yəhudi uşaqlar  üçün təhsil mərkəzinin təməlqoyma mərasimi 
olmuşdur. Bu layihənin reallaşması bir daha təsdiqləyir ki, 
Azərbaycanda dilindən, dinindən, etnik mənsubiyyətindən asılı ol-
mayaraq, bütün xalqlar tarixən mehriban ailə kimi yaşamışlar. 
«Xabad-Or-Avner» təhsil mərkəzi  ölkəmizdə  çox böyük tarixə, 
ənənələrə malik olan yəhudi icmasının da özünün bənzərsiz 
mədəniyyətini, milli adət-ənənələrini qoruyub saxlaması  üçün 
inşa edilmişdir. 
Prezident İlham Əliyev mərasim iştirakçılarını – şagirdləri, 
müəllimləri, yəhudi icmalarının nümayəndələrini yeni, müasir 
məktəbin açılışı münasibətilə təbrik etdi. Dövlətimizin başçısı 
bildirdi ki, burada uşaqlar keyfiyyətli təhsil alaraq, Azər-
baycanın layiqli vətəndaşları kimi yetişəcəklər. Prezident 
İlham  Əliyev  ölkəmizdə  təhsilin inkişafına böyük diqqət 
yetirildiyini dedi. Dövlətimizin başçısı vurğuladı ki, bu təhsil 
mərkəzinin inşası ölkəmizdə tolerantlığın yeni bir təzahürüdür. 
Mərkəz Azərbaycan və  yəhudi xalqları arasında dostluq 
münasibətlərinin inkişafına daha bir töhfədir. Prezident İlham 
Əliyev bu gün dinamik inkişaf edən Azərbaycanda müxtəlif 
xalqların nümayəndələrinin sülh və  əmin-amanlıq  şəraitində 
yaşadığını söylədi. «Bizim məqsədimiz gənc nəslin də bu əmin-
amanlığı qorumasına nail olmaqdır» – deyən prezident İlham 
Əliyev Azərbaycanda yaşayan bütün xalqlara sülh və fira-
vanlıq arzuladı. 
 
 


 
247
 
 
 
YƏHUDİ MƏKTƏBİNİN AÇILIŞI 
MÜNASİBƏTİLƏ RESPUBLİKAMIZA GƏLƏN 
YƏHUDİ İCMALARININ NÜMAYƏNDƏLƏRİ 
ИЛЯ ЭЮРЦШ 
 
Prezident sarayı  
 
4 oktyabr 2010-cu il 
 
Oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti 
İlham  Əliyev Bakıda yəhudi məktəbinin açılışı  münasibətilə 
respublikamıza gələn yəhudi icmalarının nümayəndələrini qə-
bul etmişdir. 
Prezident  İlham  Əliyev Bakıda yəhudi məktəbinin açılışы 
mərasimində  iştirak etmək  üçün müxtəlif  ölkələrdən respub-
likamıza gələn yəhudi icmalarının nümayəndələrini salamladı. 
Dövlətimizin başçısı əsrlər boyu Azərbaycanda bütün xalqlara 
və milli azlıqlara, o cümlədən yəhudilərə tolerant münasibət 
bəsləndiyini dedi. Prezident İlham  Əliyev tarixən  ölkəmizdə 
müxtəlif millətlərin nümayəndələrinin dinc yanaşı yaşadığını 
xüsusi vurğulayaraq qeyd etdi ki, bu ənənə indi də  uğurla 
davam etdirilir və nümunəvi xarakter daşıyır. Prezident İlham 
Əliyev ulu öndər Heydər Əliyevin Azərbaycanda tolerantlığın 
möhkəmləndirilməsi  üçün ardıcıl siyasət həyata keçirdiyini 
qeyd etdi,  bu siyasətin hazırda da uğurla davam etdirildiyini 
vurğuladı вя Azərbaycanın müstəqillik illərində keçdiyi inkişaf 
yolu barədə ətraflı danışdı.  
Prezident  İlham  Əliyev Azərbaycandakı  müxtəlif dini ic-
maların azad fəaliyyəti  üçün həyata keçirilən tədbirlərə bir 
daha toxunaraq bu baxımdan Bakıda yeni sinaqoqun inşa 
olunduğunu qeyd etdi. Dövlətimizin başçısı beynəlxalq səviy-
yədə Azərbaycan reallıqlarının təbliğinin gücləndirilməsinin 


 
248
vacibliyini dedi və bu baxımdan qarşılıqlı səfərlərin mühüm rol 
oynadığını söylədi. 
MDB Yəhudiləri Cəmiyyəti Federasiyasının prezidenti Lev 
Levayev qonaqpərvərliyə  görə prezident İlham  Əliyevə  dərin 
minnətdarlığını bildirdi. O, Azərbaycanda bütün xalqlara, mil-
li azlıqlara, o cümlədən yəhudilərə daim yaxşı münasibət bəs-
ləndiyini dedi. Ümummilli lider Heydər  Əliyev ilə  görüşlərini 
məmnunluqla xatırlaдan Lev Levayev ulu öndərin tolerantlıqla 
bağlı  müdrik siyasətinin indi də prezident İlham  Əliyev tə-
rəfindən uğurla davam etdirildiyini vurğuladı. Qonaq bu cür 
xoşməramlı siyasətə Heydər Əliyev Fondunun və fondun pre-
zidenti Mehriban xanım  Əliyevanın da töhfələr verdiyini xü-
susi qeyd etdi. 
İsrailin Baş ravvini Şlomo Amar respublikamız ilə ilk ta-
nışlığından prezident İlham Əliyevin siyasətində insan amilinin 
başlıca meyar olduğu qənaətinə gəldiyini dedi.  Qonaq respub-
likamızdakı sinaqoqlarla tanışlığın onda razılıq doğurduğunu 
söylədi. Baş ravvin paytaxtda yeni sinaqoqun inşa olunması ilə 
bağlı  bütün yəhudilər adından dövlətimizin başçısına minnət-
darlığını bildirdi, Bakıda tikilən yeni yəhudi məktəbinin də ən 
müasir tələblərə cavab verdiyini dedi. Şlomo Amar məktəbin 
inşasına görə prezident İlham  Əliyevə minnətdar olduğunu 
söylədi. 
İkinci dəfə Azərbaycana səfər etdiyini deyən Amerika Yə-
hudi Konqresinin prezidenti Cek Rozen qeyd etdi ki, Azər-
baycan müxtəlif dinlərin və millətlərin dostluq şəraitində birgə 
yaşamaları baxımından dünyaya bir nümunədir.   
Rusiyanın Baş ravvini Berl Lazar da Azərbaycandakı tole-
rantlığın nümunəvi xarakter daşıdığını  və bu təcrübənin ya-
yılmasının zəruriliyini vurğuladı. O, Bakıda müasir yəhudi 
məktəbinin tikilməsini tolerantlığın yaxşı bir nümunəsi kimi 
dəyərləndirdi.  
Görüşün sonunda prezident İlham  Əliyevə  hədiyyə  təqdim 
edildi. 
 


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə