Ббк 32 я 56 Бурахылышына мясул академик рамиз



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə67/112
tarix08.11.2018
ölçüsü3,26 Mb.
#79607
1   ...   63   64   65   66   67   68   69   70   ...   112

 
239
mayan metaldan hazırlanacaqdır. Tikinti işlərində ABŞ-ın və 
Almaniyanın «Schott Class», İngiltərənin «Aspinalls» şir-
kətləri iştirak edəcəkdir. Büllur işlərini  İngiltərənin «Wilkin-
son pls» şirkəti həyata keçirəcəkdir. Azərbaycan prezidenti 
İlham  Əliyev  ərazi ilə yaxından tanış oldu. Dövlətimizin 
başçısına məlumat verildi ki, parkda, həmçinin dünyanın  ən 
nadir ağac və bitki kollarının əkiləcəyi nəzərdə tutulur. Parkın 
ərazisinə  üç  tərəfdən giriş olacaqdır. Kompleksin ətrafında 
insanların rahat istirahəti üçün hər cür şərait yaradılacaqdır.  
Ərazi ilə tanışlıqdan sonra prezident İlham  Əliyev quraş-
dırılacaq musiqili od fəvvarəsinin maketinə  baxdı. Daha sonra 
salınacaq yeni parkın infrastrukturunu, yaşıllıq zolaqlarını, 
quraşdırılacaq musiqili od fəvvarəsini və  əhaliyə  göstəriləcək 
yüksək səviyyəli xidməti əks etdirən filmin nümayişi oldu.  
Yeni yaradılacaq parkın  ərazisi və  həyata keçiriləcək iş-
lərlə tanışlıqdan sonra Azərbaycan prezidenti İlham  Əliyev 
kompleksdə inşaat işlərinin yüksək keyfiyyətlə  həyata keçi-
rilməsi ilə bağlı müvafiq göstərişlərini verdi. 
 
 
 
 
 


 
240
 
 
 
BAKI ŞƏHƏRİNƏ GƏTİRİLƏN YENİ 
AVTOMOBİLLƏRƏ BAXIŞ  
  
30 sentyabr 2010-cu il 
 
Bakı  şəhərində taksi xidmətinin keyfiyyətinin yaxşı-
laşdırılması məqsədi ilə paytaxta Avropa standartlarına cavab 
verən müasir avtomobillər gətirilmişdir. Sentyabrın 30-da 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeni av-
tomobillərə baxış keçirmişdir.  
Dövlətimizin başçısının Bakı  şəhərinin və respublikamızın 
ayrı-ayrı  bölgələrinin yol-nəqliyyat infrastrukturunun təkmil-
ləşdirilməsi ilə bağlı  göstərişlərinə  əsasən paytaxtda yolların 
beynəlxalq standartlara uyğun şəkildə yenidən qurulması, yeni 
körpülərin və yolötürücülərin tikilib istifadəyə verilməsi müa-
sir ictimai nəqliyyat növlərinə ehtiyacı daha da artırmışdır. 
Azərbaycan prezidenti İlham  Əliyevin tapşırıqlarına  əsasən 
Bakı  şəhərinin və  bölgələrin taksi parklarının müasirləşdirил-
məsi istiqamətində böyük işlərə başlanылmışdır.  
Nəqliyyat naziri Ziya Məmmədov bildirdi ki, taksi xidmətini 
təkmilləşdirmək məqsədi ilə Azərbaycana Avropa standartlarına 
cavab verən ən müasir avtomobillər gətirilmişdir. Bunların 12-si 
tanınmış «London Taksi» şirkəti tərəfindən istehsal olunmuş 
TX 4 modeli yalnız taksi məqsədləri üçün nəzərdə tutulan avto-
mobildir ki, bu da Avro-4 standartlarına tam cavab verir.  
Avtomobillərlə yaxından tanış olan dövlətimizin başçısı 
«London Taksi» şirkəti tərəfindən istehsal olunmuş TX 4 mo-
delli avtomobili idarə etdi.  
Sonra Azərbaycan prezidenti İlham  Əliyev «Daewoo» av-
tomobil şirkətinin istehsalı olan «Daewoo Lacetti» və «Daewoo 
Nexia», eləcə  də «General Motors» şirkətinə  məxsus «Chev-
rolet» avtomobillərinə də baxdı. 


 
241
 
 
 
AZƏRBAYCAN TİBB UNİVERSİTETİNİN 
TƏDRİS-TERAPEVTİK KLİNİKASININ  
AÇILIŞI МЯРАСИМИ 
 
1 oktyabr 2010-cu il 
 
Oktyabrın 1-də Azərbaycan Tibb Universitetinin tədris-
terapevtik klinikasının açılışы mərasimi olmuşdur. 
Azərbaycan Respublikasının Prezidenti İlham  Əliyev və 
xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər. 
Universitetin kollektivi dövlətimizin başçısını  və xanımını 
hərarətlə qarşıladı. Mehriban xanım  Əliyevaya gül dəstəsi 
təqdim edildi. 
Dövlətimizin başçısı  açılışı bildirən lenti kəsdi və bina ilə 
yaxından tanış oldu. 
Ölkədə səhiyyə sahəsində aparılan islahatlar, prezident İlham 
Əliyevin sərəncam və tapşırıqlarına  əsasən tikilib istifadəyə 
verilən, yenidən qurulan tibb ocaqları Azərbaycan səhiyyəsinin 
inkişafının bu gün ən yüksək səviyyədə davam etdiyini göstərir. 
Tibb sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasında müs-
təsna xidmətləri olan Azərbaycan Tibb Universitetinin keçdiyi 
yol da səhiyyəmizin inkişafı baxımından mühüm mərhələdir. 
Prezident İlham Əliyevin Azərbaycan Tibb Universitetinin tədris-
terapevtik klinikasının tikilməsi ilə bağlı 2007-ci il sentyabrın 
11-də imzaladığı  Sərəncam və bir neçə gündən sonra da həmin 
klinikanın təməlqoyma mərasimində iştirakı bir daha göstərdi ki, 
dövlətimizin başçısı milli səhiyyənin inkişafını  dövlət siyasətinin 
prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirmişdir. Bu 
məsələdə Heydər Əliyev Fondunun fəaliyyəti də geniş maraq do-
ğurur. Azərbaycanda səhiyyənin inkişafında Heydər Əliyev Fon-
dunun prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı  sə-
firi, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın və onun 


 
242
rəhbərlik etdiyi fondun xidmətlərini xüsusi qeyd etmək lazımdır. 
Mehriban xanım  Əliyevanın təşəbbüsü ilə ana və  uşaq 
sağlamlığının qorunması, talassemiyadan əziyyət  çəkən kör-
pələrin müalicəsi, bütövlükdə  səhiyyəmizin inkişafı ilə bağlı 
həyata keçirdiyi geniş  fəaliyyət proqramı  ölkəmizdə  səhiyyə 
sisteminin inkişafında əhəmiyyətli rol oynayır. Mehriban xanım 
Əliyevanın bu istiqamətdə  gördüyü  işlər  əhalinin sağlamlığının 
qorunması, gənc nəslin fiziki tərbiyəsi və sağlam böyüməsi işinə 
mühüm töhfələr verir. 
Bu il həm də Azərbaycan Tibb Universitetinin fəaliyyətə 
başlamasının 80 ili tamam olur. Ölkədə  yüksək ixtisaslı tibb 
kadrlarının hazırlanmasında müstəsna xidmətləri olan univer-
sitet ötən dövrdə şərəfli yol keçmişdir. Bu ali təhsil ocağı dün-
ya tibb elminə Mirəsədulla Mirqasımov, Mustafa bəy Topçu-
başov, Zərifə xanım  Əliyeva, Abdulla Qarayev, Mirməmməd 
Cavadzadə, Adilə xanım Namazova, Cəmil  Əliyev,  Əhliman 
Əmiraslanov və onlarla məşhur simalar bəxş etmişdir. Böyük 
tarixi  ənənələrə malik olan Azərbaycan Tibb Universiteti bu 
gün də  məhsuldar dövrünü yaşayır.  Ötən müddətdə  səhiy-
yəmizə 65 mindən çox həkim və əczaçı kadr bəxş edən univer-
sitet xeyli böyümüşdür.  
Klinikanın foyesində ulu öndər Heydər Əliyevin «Azərbay-
can Tibb Universiteti Azərbaycan Respublikası və xalqı qar-
şısında böyük xidmətlər göstərmişdir» kəlamı yazılmış lövhə, 
ümummilli lider Heydər  Əliyevin və prezident İlham  Əliyevin 
ATU-da keçirilən tədbirlərdə  iştirakını  əks etdirən fotostend 
vardır. 
Bina ilə tanışlıq zamanı universitetin rektoru, akademik 
Əhliman Əmiraslanov məlumat verdi ki, tədris-terapevtik kli-
nika elmi-tədqiqat, müalicə  və diaqnostika işlərini  özündə 
birləşdirən nadir universitet klinikasıdır. 
Tamamilə kompyuterləşdirilmiş klinikada terapevtik, pe-
diatrik və nevroloji xəstəliklərin müasir dünya standartlarına 
uyğun diaqnostikası, reabilitasiyası nəzərdə tutulur.  


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə