Ббк 32 я 56 Бурахылышына мясул академик рамиз



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə66/112
tarix08.11.2018
ölçüsü3,26 Mb.
#79607
1   ...   62   63   64   65   66   67   68   69   ...   112

 
235
yesinin inkişafı istiqamətində  gördüyü  işləri  əks etdirən 
müxtəlif materiallar, habelə fotoşəkillər vardır.  
Respublikamızın  ötən illərdə  kənd təsərrüfatı sahəsində 
qazandığı uğurları əks etdirən ekspozisiya ilə tanışlıq zamanı 
Kənd Təsərrüfatı naziri İsmət Abasov əldə edilmiş nailiyyətlər 
barədə məlumat verdi.  
Prezident  İlham  Əliyev Azərbaycan Dövlət Aqrar Univer-
sitetinin pavilyonu ilə tanış oldu.  
Azərbaycan Arıçılar  İttifaqının pavilyonu ilə tanışlıq za-
manı ölkəmizdə arıçılığın inkişafı sahəsində həyata keçiriləcək 
layihələr barədə geniş  məlumat verildi. Bildirildi ki, bu gün 
Azərbaycanda Bozdağ-Qafqaz arısının yetişdirilməsinə böyük 
diqqət verilir.  
Dövlətimizin başçısı  «Эилан-Зейтун» («Abşeron-Zeytun») 
şirkətinin istehsal etdiyi məhsullara da baxdı.  Şirkət Ab-
şeronda ekoloji təbii məhsuldan zeytun yağı və digər məhsullar 
istehsal edir.  
Daha sonra prezident İlham  Əliyev «İceland»  şirkətinin 
pavilyonu ilə tanış oldu. Bildirildi ki, 15 ildir fəaliyyət göstə-
rən şirkət əsasən dondurma istehsalı ilə məşğuldur.  
Quşçuluq müəssisələrinin pavilyonları ilə tanışlıq zamanı 
bildirildi ki, ölkəmizdə quşçuluq fabriklərinin yaradılması  və 
onların ixrac qabiliyyətinin artırılması diqqətdə saxlanılır.  
Sərgidə  şərabçılıq və  üzümçülük sahələri  üzrə yerli şir-
kətlərlə yanaşı, xarici ölkələrin qabaqcıl müəssisələri də təmsil 
olunur. Məlumat verildi ki, Azərbaycanda həm də şərabçılığın 
inkişafı istiqamətində mühüm nəticələr əldə olunur.  
Prezident  İlham  Əliyev pivə istehsalı ilə  məşğul olan 
«Bakı–Praqa» MMC-nin, şərab istehsal edən «Caspian Coast 
Winery анд Винейардс»  şirkətlərinin pavilyonlarına da baxdı.  
«Azersun Holdinq» şirkətinin pavilyonu ilə tanışlıq zamanı 
dövlətimizin başçısına məlumat verildi ki, bu iqtisadi qurum 
fəaliyyət sahələrini genişləndirir.  Şirkətin 20-dən  çox müəs-
sisəsi rəqabətədavamlı məhsullar istehsal edir.  


 
236
«TИ Aqroservis» MMC-nin pavilyonu ilə tanış olan döv-
lətimizin başçısının diqqətinə  çatdırıлdı ki, kənd təsərrüfatı 
sektorunda müxtəlif təyinatlı xidmətlər göstərən müəssisə 
ABŞ-ın 7 tanınmış  şirkətinin Azərbaycanda və MDB ölkə-
lərində rəsmi dileridir. Şirkət ABŞ texnologiyalarını Azərbay-
canın kənd təsərrüfatı sektorunda tətbiq edir. Naxçıvan 
Muxtar Respublikasının pavilyonunda muxtar respublikada 
istehsal olunan kənd təsərrüfatı  və emal sənayesi məhsulları 
nümayiş olunurdu.  
Prezident  İlham  Əliyevə  məlumat verildi ki, bu il muxtar 
respublikada 100 min tona yaxın taxıl istehsal olunmuşdur. 
Hazırda muxtar respublikanın birillik taxıl ehtiyatı vardır. 
Muxtar respublikada fəaliyyət göstərən 40-dək kənd təsər-
rüfatı emalı  müəssisəsi hesabına iqtisadi potensial güclən-
dirilmiş, xeyli sakin daimi işlə təmin edilmişdir.  Dövlətimizin 
başçısı kompleksin həyətində Minsk və  Gəncə avtomobil 
zavodlarının birgə istehsalı olan kənd təsərrüfatı texnikasına 
baxdı.  
Kənd Təsərrüfatı naziri İsmət Abasov və Belarusun Azər-
baycandakı  səfiri Nikolay Patskeviç  məlumat verdilər ki, 
Gəncə avtomobil zavodu Minsk avtomobil zavodu ilə birlikdə 
traktor, avtomobil, kranlar, müxtəlif yedək avadanlığı istehsal 
edir. Bu müəssisələrin 10 il üçün əməkdaşlıq proqramı işlənib 
hazırlanmışdır. Gələcəkdə kommunal təyinatlı texnika da 
istehsal olunacaqdır.  
Sərgidə Belarusun istehsal etdiyi «Lida» taxılbiçən kom-
baynı  nümayiş olunur. Bu kombaynların Azərbaycana ixracı 
üçün razılıq əldə olunmuşdur.  
Sərgi ilə yaxından tanış olan prezident İlham  Əliyev res-
publikamızda aqrar-sənaye kompleksinin daha da inkişaf 
etdirilməsi ilə bağlı tapşırıqlarını verdi, iştirakçılara uğurlar 
arzuladı. 
 
 


 
237
 
 
 
UKRAYNA РЕСПУБЛИКАСЫНЫН YANACAQ VƏ 
ENERGETİKA NAZİRİ YURİ BOYKO  ИЛЯ 
ЭЮРЦШ 
  
Prezident sarayı  
 
30 sentyabr 2010-cu il  
 
Azərbaycan Respublikasının Prezidenti İlham  Əliyev 
sentyabrın 30-da Ukraynanın Yanacaq və Energetika naziri 
Yuri Boykonu qəbul etmişdir.  
Görüşdə Azərbaycan ilə Ukrayna arasında energetika sa-
həsində  əməkdaşlığın hazırkı  vəziyyəti və perspektivləri  ətra-
fında fikir mübadiləsi aparılmışdır. 
 
 
 
 
 
 
 
 


 
238
 
 
 
BAKININ NİZAMİ RAYONUNDA SALINACAQ 
PARKIN VƏ BURADA YARADILACAQ 
MUSİQİLİ FƏVVARƏNİN ƏRAZİSİ İLƏ 
TANIŞЛЫГ  
  
30 sentyabr 2010-cu il 
 
Azərbaycan Respublikasının Prezidenti İlham  Əliyev 
sentyabrın 30-da Bakının Nizami rayonunda salınması  nə-
zərdə tutulan parkın və burada quraşdırılacaq musiqili fəvva-
rənin ərazisi ilə tanış olmuşdur.  
Prezident İlham Əliyevin birbaşa təşəbbüsü ilə bir neçə ildir 
ki, Bakı  şəhərində parkların və xiyabanların yenidən qu-
rulması, sakinlərin və paytaxtımıza gələn qonaqların rahatlığı 
üçün dünya standartlarına uyğun istirahət guşələrinin yara-
dılması istiqamətində xeyli iş  görülmüşdür. Salınan yeni 
parklar və yaşıllıq zolaqları,  əhaliyə xidmət göstərən müasir 
iaşə obyektləri, bağlarda və xiyabanlarda ən müasir tələblərə 
cavab verən infrastrukturun yaradılması Bakının dünyanın ən 
gözəl  şəhərlərindən birinə  çevrilməsi istiqamətində  həyata 
keçirilən  əhəmiyyətli tədbirlərdəndir. Dövlətimizin başçısının 
tapşırığı ilə Bakının Nizami rayonu ərazisində salınacaq yeni 
park da paytaxtda həyata keçirilən silsilə abadlıq və quru-
culuq işlərinin davamıdır.  
Bakı  Şəhər  İcra Hakimiyyətinin başçısı Hacıbala Abu-
talıbov salınacaq yeni parkın ərazisi ilə tanış olan dövlətimizin 
başçısına məlumat verdi. Bildirildi ki, parkda postamenti 10 
metr olmaqla, 60 metr hündürlüyündə musiqili od fəvvarəsinin 
inşası nəzərdə tutulur. Qeyd olundu ki, fəvvarənin postamenti 
yumru təpəcikdən ibarət olacaqdır. Fəvvarə 500 beton dayaq 
üzərində qurulacaqdır. Musiqili od fəvvarəsi ABŞ, Almaniya 
və  İngiltərə istehsalı olan büllur və 316 L markalı paslan-


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə