Arif Xanlar oğlu Abasov Elçin Arif oğlu Abasov Elmira Novruz qızı Hüseynova



Yüklə 1,29 Mb.

səhifə1/41
tarix14.05.2018
ölçüsü1,29 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   41


Arif Xanlar oğlu Abasov 

Elçin Arif oğlu Abasov 

Elmira Novruz qızı Hüseynova 

 

 



 

 

 



 

 

 



 

 

 



ĠSLAM MEMARLIĞI 

VƏ ĠNġAAT 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Bakı 2010 

 



İslam memarlığı və inşaat

 

 



 

“Qur’ani-Kərim”ə  istinadən  İslam  memarlıq  üslubunu  yaradan, 

dünya memarlıq və inşaat elminə yeniliklər gətirən dahi memar, 

Şeyxül-mühəndisi  Əcəmi  Əbubəkr  oğlu  Naxçıvaninin  (Allah 

ondan razı olsun) xatirəsinə ithaf olunur. 

 

 

Hər bir millət öz həqiqi tarixini, maddi və mənəvi dəyərlərini tanıyıb, bunların qədrini 

bildiyi zaman qabaqcıl millət, böyük millət sayıla bilər. Böyüyən yeni nəsil öz tarixini 

başqalarının  tarixindən  daha  yaxşı  bilirsə  və  keçmişindən  lazımi  dərslər  alırsa, 

gələcəkdən  qorxmaq  lazım  deyil.  Bununla  əlaqədar  kitabda  cüzi  də  olsa  İslam 

memarlıq və inşaat elmini araşdırıb din ilə elm arasındakı vəhdəti qeyd etmişik. 

 

 

 

 

 

 

 

Müəlliflər: 

 

t.e.d., professor 

 

 

Arif Abasov  

 

i.e.n., Qərb Universitetinin müəllimi

 

Elçin Abasov  

 

i.e.d., professor  

 

Elmira Hüseynova  

 

Elmi redaktorlar: 

 

i.e.n., Qərb Universitetinin dosenti  

 

 

Pərviz Qurbanov  

 

s/ş.e.n., Qərb Universitetinin müəllimi  Tamilla Məmmədova  

 

 

Redaktorlar: 

 

Şərq ölkələri Beynəlxalq Memarlıq 

Akademiyasının müxbir üzvü, memarlıq 

doktoru, professor 

 

 

 

Vilayət Kərimov  

 

Azərbaycan EA Tarix İnstitutunun 

aparıcı elmi işçisi, tarix elmləri 

doktoru, professor 

 

 

ġahin Fazil 

 

 

Bədii redaktor: 

 

 



Qurban Cəbrail 

 

 

Texniki redaktor: 

 

 



Təranə Qasımova  

 

 

Dizayner və 

operator: 

 

 



 

ġahin Əliyev 

 

 

 

 

 

 

 

 



 Qərb Universiteti 



Nəşriyyat-Poliqrafiya Mərkəzi, Bakı, 2010  

 



 Arif Xanlar oğlu Abasov, Elçin Arif oğlu Abasov, Elmira Novruz qızı Hüseynova 



İslam memarlığı və inşaat. Bakı, 2010 

 

 


İslam memarlığı və inşaat

 

 





 

 

“Rəbbimizin elmi hər şeyi əhatə etmişdir” 

“Qur’ani-Kərim”, Ə’raf surəsi, 89 

 

“Əgər İslamı gözəl və möhtəşəm bir binaya oxşatsaq, alimlər o binanın sütunlarıdır. Bir alim dünyadan 

gedəndə bir sütun sınar və onu heç nə əvəz edə bilməz”. 

Məhəmməd Peyğəmbər (Allahın səlatı və salamı olsun ona və sülaləsinə) 

 

“Həmd olsun dünyaların Rəbbi olan Allaha, bütün məxluqatı yaradan Allaha, salavat və salam olsun 

Allahın bəndəsi, Onun Peyğəmbəri, dostu, məhbubu, seçilmişi, sirlərinin hafizi və peyğamlarının təbliğ 

edəni – ağamız, peyğəmbərimiz və sərvərimiz Əbülqasim Məhəmmədə (s) və Onun təmiz, pak və məsum 

sülaləsinə. 

 

Allaha pənah aparıram qovulmuş şeytanın şərindən. 

Rəbbim hər şeyi öz elmi ilə ehtiva etmişdir” 

(Ən’an surəsi, 80-82) 

 

“Allah elm, qüdrət, iradə, həyat və s. bu kimi yaxşı xüsusiyyətlərin hamısına malikdir. 

Onlar (yaranmışlar) Allahın elmindən Onun özünün istədiyindən başqa heç bir şey əldə edə bilməzlər. 

Onun kürsüsü (elmi, qüdrəti və səltənəti) göyləri və yerləri əhatə etmişdir” 

(Bəqərə surəsi, 255

 

“Hər əhəmiyyətli iş Allahın adı ilə bağlanmasa, o iş naqisdir” 

Nizami Gəncəvi 

 

 



ÖN SÖZ 

 

 

Qədim  Azərbaycan  xalqı  zəngin  ədəbi-bədii, 

mədəni  və  dini  irsə,  böyük  tarixə  malikdir. 

Keçmişimizin maddi və mənəvi sərvətlərinin qorunub 

saxlanmasında  və  bu  günə  gəlib  çatmasında  İslam 

dininin  rolu  ölçülməzdir.  Bu  barədə  çoxsaylı  elmi, 

bədii,  fəlsəfi  əsərlər  yazılsa  belə,  İslamın  genişliyini 

tam əhatə edə bilməz. 

“Bakı – İslam  mədəniyyətinin paytaxtı – 2009” 

mədəniyyət  ilinin  təntənəli  açılışı  mərasimində 

Azərbaycan  Prezidenti  İlham  Əliyevin  dediyi  kimi 

“islam  qardaşlıq  dinidir,  toleranlıq,  dözümlülük 

dinidir. Dnyada bizim müqəddəs dinimiz olduğu kimi 

təqdim  edilməlidir.  Bütün  İslam  dünyasının  özünü 

təqdim  etməsi  üçün  atılan  addımlar  mədəniyyət 

sahəsində  də  özünü  büruzə  verməlidir.Çünki  İslam 

dünyasının çox zengin tarixi, çox zəngin mədəniyyəti 

vardır...” 

İslam  dini  böyük  bir  ərazidə  –  Çindən  Atlantik 

okeanına  qədər  uzanan  sahədə  –  bütün  müxtəlif 

svilizasiyaları  birləşdirərək  vahid  İslam  mədəniyyəti 

yaratdı. Qeyd etmək lazımdır ki, bu mədəniyyətin bir 

şaxəsi kimi gözəlliyə, kamilliyə, əxlaqi saflığa xidmət 

edən  İslam  memarlığı  yaratdı.  İstedadlı  və  təvazökar 

alim,  texnika  elmləri  doktoru,  professor  Abasov  Arif 

Xanlar oğlunun təşəbbüsü ilə iqtisad elmləri doktoru, 

professor Hüseynova Elmira Novruz qızının və iqtisad 

elmləri  namizədi  Abasov  Elçin  Arif  oğlunun  birgə 

hazırladıqları  kitaba İslam  dünyasının bəzi  dini-tarixi 

abidələri,  ziyarətgahları  haqqında  dərin  araşdırma 

materialları  daxil  edilmişdir.  Həmin  memarlıq 

abidələrinin yaranması, mənşəyi haqqında kitabda çox 

qiymətli bilgilər verilir. Çoxsaylı xüsusi ədəbiyyətların 

araşdırılması,  tədqiqatların  ümumiləşdirilməsi  çox 

qədimlərdə ucaldılan məscid və ibadətgahlar,  onların 

quruluşu,  memarlıq  üslubu  və  müəllifləri  haqqında 

maraqlı, elmi-kütləvi materiallar təqdim olunur. 

Kitabın  müəllifləri  İslam  dünyasının  dini-tarixi 

abidələrinin, 

ziyarətgahlarının 

adlarını 

tarixin 


yaddaşına  yazmaq  istəyi  ilə  bir  neçə  illər  apardıqları 

tədqiqat  işlərini,  elmi  araşdırmalarını  şərh  etmişdir. 

Müəlliflər  çox  çətinliklə  də  olsa,  İslam  dünyasında 

mövcud olmuş qədim dini memarlıq abidələri barədə 

qiymətli  materiallar  toplaya  bilmişlər.  Tarixin 

öyrənilməsi  baxımından  dolğun  məlumatları  özündə 

qoruyub  saxlayan  İslam  dini  abidələri  xalqımızın 

tarixinin  daha  dərindən  öyrənilməsi  üçün  qiymətli 

mənbədir.  

Müəlliflər  böyük  qürurla  oxuculara  çatdırmaq 

istəmişlər  ki,  bəşəriyyətin  ən  dəyərli  və  qiymətli 

varlığı  elm  və  inamdır.  Odur  ki,  kamil  bir  insan  öz 

əməyinin bəhrəsini xalqın, millətin maddi, mənəvi və 

iqtisadi cəhətdən yüksəlməsinə sərf etməlidir.  

 

i.e.n. Pərviz Qurbanov  

Qərb Universitetinin dosenti





Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   41


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə