Arif Xanlar oğlu Abasov Elçin Arif oğlu Abasov Elmira Novruz qızı Hüseynova



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə14/41
tarix14.05.2018
ölçüsü1,29 Mb.
#43615
1   ...   10   11   12   13   14   15   16   17   ...   41

İslam memarlığı və inşaat

 

 



25 

edir,  ornamentlərdə  islami,  nəbati,  epiqrafik  və 

həndəsi (romb, üçbucaq və s.) naxışlar, günəş, ay, 

ulduz təsvirləri mühüm yer tuturdu. Özbəkistanda 

orta  əsr tikililərində, xüsusilə  Səmərqənd abidələ-

rinin (Bibixanım məscidi və s.) tikintisində və bə-

zək işlərində Azərbaycan memarları və nəqqaşları 

iştirak etmişlər. 



Nəvvab  Mir  Möhsün  Hacı  Mir  Əhməd 

oğlu  (1833,  Şuşa  –  1918,  Şuşa)  –  Azərbaycan 

şairi,  filoloqu,  rəssamı,  xəttatı  və  musiqişünası. 

Nəvvab rəssamlıq, xəttatlıq və kitab tərtibatı sahə-

sində geniş fəaliyyət göstərmişdir. Onun ornamen-

tal divar rəsmləri (Şuşada Böyük məscidin  mina-

rələrində, öz evinin və dərs dediyi məktəbin divar-

larında), eləcə də nəfis xətlə yazdığı əlyazmaların 

bədii  tərtibatı  19-cu  əsrin  sonu  –  20-ci  əsrin 

əvvəllərində  Azərbaycanda  təsviri  sənət  və  kitab 

tərtibatının inkişafında əhəmiyyətli rol oynamışdır. 



Mirzə İsmayıl ağa Ağabəy oğlu – 19-cu əsr 

Azərbaycan xəttatı, nəqqaşı, memarı. O, Salyanın 

Qaraqaşlı  kəndində  doğulmuşdur.  Atası  Ağabəy 

Salyanın  sonuncu  sultanının  yeganə  oğlu  idi.  Bu 

nəsil  Səfəvi  xanədanı  dövründən  Salyanda 

hakimlik  etmişdir.  Onlar  Xorasan  ətrafında 

yaşayan  və  Səfəvilərin  hakimiyyətə  gəlməsində 

böyük  rol  oynayan  cığatay  tayfasından  idilər. 

Qaraqaşlı kəndini bina edən onlar olmuşlar. 

Mirzə İsmayıl Ağabəyin beş övladından biri 

idi. Bütün imtiyazları əllərindən alınsa da, Ağabə-

yin  övladları  Salyanda  yüksək  mədəniyyətli, 

əsilnəcabətli nüfuz sahibləri idilər.  

İsmayıl ağa nəqqaşlıq və xəttatlıq sənəti ilə 

yanaşı,  memarlıqla  da  məşğul  olurdu.  Əsas  işi 

“Qur’ani-Kərim”i  gözəl  xətlə  köçürmək  imiş. 

Bütün ömrünü buna sərf edən Mirzə bu müqəddəs 

kitabın cəmi 7 nüsxəsini köçürə bilir. 

O,  1864-cü  ilin  Ramazan  ayının  15-də 

“Qur’ani-Kərim”in  nadir  nüsxəsini  tamamlayır; 

əsəri  köçürür,  ona  naxış  vurur,  cüzlərə  bölür  və 

tərtib  edir.  İlk  belə  nüsxəni  Təbrizə  gəlin  köçən 

qızına cehiz vermişdir. Tez bir zamanda bu zərif 

nüsxənin sorağı İran şahına çatır. Şah qoz ağacın-

dan  düzəldilən  qutuda  olan  həmin  “Qur’an”ı 

saraya gətizdirir. Yaltaq saray xadimlərinin fitvası 

ilə şahın halallıq almadan “Qur’an”ı mənimsəməsi 

İsmayıl  ağanı  təəccübləndirir  və  şaha  məktub 

göndərir:  “...Əgər  hörmətli  şah  belə  bir  kitab 

istəyirsə,  onu  yazmaq  olar.  Başqasına  məxsus 

müqəddəs kitabı mənimsəmək şaha layiq iş deyil. 

Əgər Allah-təala ömür qismət edərsə, şahın adına 

layiq başqa nüsxə hazır edə bilərik”. 

Mirzə İsmayıl ağanın köçürdüyü müqəddəs 

kitabın bir nüsxəsi də Hindistanda muzey ekspo-

natına çevrilmişdir. Onu Mirzənin  nəvəsi, akade-

mik Ağaxan Ağabəyli təsadüfən görmüşdür. 

Salonların  birində  babasının  “Qur’ani-

Kərim” nüsxəsinə rast gələn akademik bələdçidən 

eksponat  haqqında  ətraflı  məlumat  verməsini 

xahiş  etdikdə,  bələdçinin  izahatı  çox  qisa  olur: 

“Bu  əsər  təqribən  100  il  əvvəl  yazılıb.  İran  və 

Əfqanıstanda,  həmçinin  Xivə,  Səmərqənd 

şəhərlərində  əldən-ələ  keçib.  Nəhayət,  1950-ci 

illərdə  muzey  əməkdaşları  onu  baha  qiymətə  bir 

nəfərdən  alırlar.  Hələ  tədqiq  olunmayıb,  kim 

tərəfindən və nə vaxt yazıldığı məlum deyil...” 

Akademik  müəllif  haqqında  məlumat  ver-

dikdən sonra muzey əməkdaşları nüsxəni götürüb, 

mərhum  alimlə  birlikdə  30-cu  cüzdən  son  vərəqi 

oxuyurlar. Həm muzeyin əməkdaşları, həm də rus 

alimləri  təəccübdən  donub  qalırlar.  Akademik 

əlyazmanın  babasına  məxsus  olduğunu  bildirir. 

Muzey  əməkdaşları  akademikə  xüsusi  hörmət 

əlaməti  olaraq  rus  alimlərinə  Azərbaycan 

tarixindən,  elm  və  incəsənət  adamlarından  ətraflı 

məlumat verirlər. 

Mirzənin  əlyazmalarından  birinin  Türkiyə-

də, ikisinin İranda olduğu haqqında məlumat var. 

Daha bir nüsxənin Salyanda olduğu bəllidir. Əldə 

olan nüsxə Salyanın Xələc kəndindədir. Mirzənin 

bu  qiymətli  əsəri  bütün  Ağabəylilərin  ən  əziz 

yadigarıdır.  Ceyran  dərisi  ilə  cildlənmiş,  hər  bir 

cüz 27 x 19 sm-dir. Cildin üstünə bəzək vurulmuş, 

yazılar  həkk  olunmuşdur.  Hər  bir  surə  xüsusi 

naxışlarla  bəzədilmişdir.  Həmin  bəzəklərin  əl  işi 

olduğuna adam heyrət edir.  

Kərbəlayi 

Zeynalabdin 

(Axundzadə 

Kərbəlayi  Zeynalabdin  Əbusəid  oğlu;  1839, 

Ordubad – 1904, Ordubad) – Azərbaycan nəqqaşı. 

O, Təbrizdə oxumuş, ərəb və fars dillərini, nəqqaş-

lıq sənətini öyrənmişdi. Ordubad, Təbriz və Tiflis-

də bir sıra binanın dekorativ bəzəklərini işləmişdir. 

Naxçıvandakı Xan sarayının və yaşayış binasının, 

Ordubaddakı Cümə məscidinin bəzəkləri Kərbəla-

yi Zeynalabdinin ən yaxşı işlərindəndir. 



Əzizov  Müzəfəddin  Sultanməcid  oğlu 

(1948, Quba rayonunun Alpan kəndi) – Azərbay-

can  xəttatı.  1971-ci  ildə  Azərbaycan  Dövlət  Uni-

versitetinin Şərqşünaslıq fakültəsinin ərəb filologi-

yası  şöbəsini  bitirmişdir.  Uzun  müddət  Misir, 

Yəmən Ərəb Respublikası, Yəmən Xalq Demok-

ratik Respublikası və Liviyada tərcüməçi işləmiş-

dir. 1974-cü ildən Azərbaycan EA M.Füzuli adına 




Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə