Arif Xanlar oğlu Abasov Elçin Arif oğlu Abasov Elmira Novruz qızı Hüseynova



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə17/41
tarix14.05.2018
ölçüsü1,29 Mb.
#43615
1   ...   13   14   15   16   17   18   19   20   ...   41

İslam memarlığı və inşaat

 

 



Əbdüləzim Sərkar – 17-ci əsr Azərbaycan 

memarı. Şamaxı rayonundakı Kələxana türbələri-

nin müəllifidir. Bu türbələrin birində memarın adı 

həkk  edilmişdir.  “Sərkar”  (başçı)  ləqəbi  də  kom-

pleksin tikintisi  ilə  əlaqədardır. Sərkarın  yaradıcı-

lıq  üslubu  əsərlərində  həcm-fəza  quruluşunun 

mütənasibliyi və eyni tipli türbələrin fərdi xüsusiy-

yətlərə malik olmasında ifadəsini tapmışdır. 



Kərbəlayi  Səfixan  (1788,  Əhər  –  1910, 

Şuşa) – Azərbaycan memarı. Memarlıq və inşaat 

sənətini  Təbrizdə  öyrənmişdir.  19-cu  əsrin  2-ci 

yarısında Şuşaya köçmüş, Qarabağ  memarlığının 

inkişafında da mühüm xidməti olmuşdur. Mema-

rın  inşa  etdiyi  tikililərdə,  xüsusilə  məscidlərdə 

Şərq memarlarına xas olan konstruktiv elementlər 

yerli  ənənələrlə  üzvi  əlaqələndirilmişdir.  Bərdədə 

İmamzadə  kompleksinin  yenidən  qurulması 

(1868),  Ağdamda  məscid  (1870),  Şuşada  aşağı 

məscid  (1874)  və  Gövhərağa  məscidinin  bərpası 

(19-cu  əsr),  eləcə  də  Odessada  Tatar  məscidi 

(1870-ci  illər),  Aşqabadda  Qarabağlılar  məscidi 

(1880-ci  illər)  Kərbəlayi  Səfixanın  ən  yaxşı 

işlərindəndir. 

Qasımbəy Hacıbababəyov (1811, Şamaxı – 

1874,  orada)  –  Azərbaycan  memarı.  1848-56-cı 

illərdə Şamaxıda quberniya memarı işləmişdir. 

 

 



 

O, 1860-cı ildən sonra Bakının abadlaşma-

sında  yaxından  iştirak  etmiş,  onun  layihəsi 

əsasında  Bakıda  Sahil  küçəsi  abadlaşdırılmış, 

Fəvvarələr bağı ətrafında karvansaralar tikilmişdir. 

Şamaxıda  hamamların,  Təzə  məscid  və 

Cümə məscidinin tikilməsi və bərpası onun adı ilə 

bağlıdır.  

İstedadlı 

memar 


xidmətlərinə 

görə 


“Müqəddəs Anna” ordeni ilə təltif edilmişdir. 

Zivərbəy  Gəraybəy  oğlu  Əhmədbəyov  – 

Azərbaycan memarı.  

1873-cü  ildə  Şamaxıda  ziyalı  ailəsində 

anadan  olmuş,  1902-ci  ildə  Peterburq  Mülki 

Mühəndislər  İnstitutunu  bitirmişdir.  O,  ali  təhsil 

almış  ilk  azərbaycanlı  memardır.  1918-22-ci 

illərdə  Bakının  baş  memarı  olmuşdur.Memar 

təkcə  Bakıda  deyil,  həmçinin  Şamaxı  və 

Göyçayda  da  bir  çox  tikililərin  layihəsini 

vermişdir. 

 

 

 



1906-18-ci  illərdə  Göyçayda  məscid, 

Şamaxıda İmam məscidi, Səadət məktəbi, Bakıda 

Təzə  Pir  məscidi  və  s.  binalar  memarın 

yadigarıdır. 

 

 

 



Məmmədhəsən  Hacınski  (1875,  Bakı  – 

1931,  Tiflis)  –  Azərbaycan  memarı.  Peterburq 

Texnologiya İnstitutunu bitirmiş, əsasən şəhərsal-

ma sahəsində fəaliyyət göstərmişdir. 1908-ci ildən 

Bakı  Şəhər  İdarəsində  tikinti  şöbəsinə  başçılıq 



İslam memarlığı və inşaat

 

 



31 

etmişdir.  Bu  dövrdə  Bakının  abadlaşdırılması  və 

inşaat işlərinin genişlənməsində iştirak etmiş, Ba-

kının baş planını redaktə edərək şəhərin planlaşdı-

rılmasının ümumi layihəsini təkmilləşdirmişdir. 

1909-10-cu  illərdə  Bakıda  Dənizkənarı 

bulvarın  salınması  və  dəniz  hamamının  tikilməsi 

Hacınskinin fəaliyyəti ilə bağlıdır. 



Tələt  Ağasıbəy  oğlu  Xanlarov  –  20-ci  əsr 

Azərbaycan  memarı,  Şərq  ölkələri  Beynəlxalq 

Memarlıq Akademiyasının akademiki.  

 

 



 

1927-ci  ildə,  Petroqrad  Universitetinin 

hüquq  məzunu  Ağasıbəy  Əliqulubəy  oğlu 

Xanlarovun ailəsində – Bakı zadəganlarının qədim 

nəslində  dünyaya  gəlmişdir.  Onun  yüzlərlə 

layihələndirdiyi  və  tikdiyi  müxtəlif  bina  və 

qurğularla birlikdə sosializm sisteminin dağılması 

və  Azərbaycanın  müstəqilliyinin  bərpası,  ölkə 

ictimaiyyətinin daimi bəşəri dəyərlərə qaytarıldığı 

dövrdə, onun fəaliyyətində bu özünü memarlıqda 

göstərmiş, öz əksini tapmışdır. 

Bu  baxımdan  Bakı  şəhəri  Bakıxanov 

qəsəbəsinin  bulvar  zolağında  inşası  davam  edən 

İmam  Rza  məscidinin  layihəsi  Tələt  Xanlarovun 

hazırki  dövrdə  yaradıcılıq  zirvəsidir.  Məscidin 

yığcam  və  mütəşəkkil  planının  kompozisiya 

mərkəzini, içərisində böyük ölçülü mehrab hücrəsi 

olan ibadət zalı təşkil edir. Mehrabın kompozisiya 

həllində  simmetrik  forma  və  tətbiqi  elementlərin 

qarşılıqlı  vəhdətinə  nail  olmuşdur.  Baş  fasadın 

memarlığını, nəbati naxışlı frizi və tağı olan mər-

kəzi imiqrasiyalı orijinal portal, günbəz və kvadrat 

şəkilli  əsas  üzərində  35  m  hündürlüyə  ucalan 

səkkizbucaqlı  minarələr  formalaşdırır.  Yüksələn 

minarələr  kompozisiyasının  yuxarı  hissəsi  onun 

əsas  birləşdirici  başlanğıcıdır.  Tərəfləri  sütuncuq-

lardakı  arkatura  ilə  eyni  olan  qülləcik,  “dişli” 

akroterialarla  əhatə  olunmuş  cilalı  günbəzlə  ta-

mamlanır. Minarələrdəki xüsusi estetik rol, stalak-

tit  karniz-dayaqlar  üzərindəki  eyvanlara  məxsus-

dur. Mərkəzi günbəz öz orijinal memarlıq həlli ilə 

diqqəti cəlb edir. 

Məscidin mərkəzi portalı geniş, örtülü keçi-

də tərəf açılır. Portal gözəl bəzəyi ilə içəri, ibadət 

zalına daxil olmağa dəvət edir. Bütövlükdə İmam 

Rza məscidi planlaşdırma, kompozisiya prinsipləri 

və  memarlıq-dekorativ  elementlərin  vəhdətinə 

görə möhtəşəm və yüksək mənəvi baxışlı görünür. 

Bakının  Nərimanov  rayonundakı  Cümə 

məscidi  memarın  ən  dəyərli  İslam  memarlıq 

abidəsidir. 

Mehmet İzzət Tuğutlu – türk memaralimi. 

O, 1950-ci ildə Türkiyənin Sivas şəhərində anadan 

olmuşdur.  Memarlıq  fakültəsində  mükəmməl 

təhsil alaraq, sonralar ərəb və fars memarlığı üzrə 

elmi axtarışlar aparmış, yüksək memarlıq mühən-

disi,  alimlik  dərəcəsinə  yüksəlmişdir.  Yaxın  və 

Orta  Şərqin  bir  çox  ölkələrində  tədqiqatlar  apar-

mış,  dünyada  İslam  memarlığı  üzrə  böyük  alim-

memar kimi tanınmış, Avropa və Asiya universi-

tetlərində  oxuduğu  mühazirələr  ona  şöhrət  gətir-

mişdir. 

Memarın  layihələri  üzrə  İran,  İordaniya, 

Türkiyə  və  Şimali  Afrikada  özünəməxsus  yerli 

koloritə uyğun gözəl məscidlər inşa etmişdir. 



 

 

 


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə