Arif Xanlar oğlu Abasov Elçin Arif oğlu Abasov Elmira Novruz qızı Hüseynova



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə25/41
tarix14.05.2018
ölçüsü1,29 Mb.
#43615
1   ...   21   22   23   24   25   26   27   28   ...   41

İslam memarlığı və inşaat

 

 



47 

 

ƏCƏMI SƏNƏTINDƏN BƏHRƏLƏNMIġ MEMAR SINAN 

 

Azərbaycan  memarlıq  sənətindən,  xüsusilə 

də  Əcəmi  Naxçıvaninin  birbaşa  təsirindən 

bəhrələnən  memarlardan  biri  də  yüzlərlə  tikili 

layihələndirib  yaratmış,  İslam  dünyasında  şöhrət 

tapmış  və  Osmanlı  türkləri  arasında  “Sərv 



memari-cahan qoca Sinan” (Dünya memarlığının 

başı  Ulu  Sinan)  ləqəbi  qazanmış  memar  Xoca 

Sinan Əbdülmənnan oğlu (1489-1588) olmuşdur. 

 

 



 

Onun  əsərlərindəki  Azərbaycan  memarlıq 

sənətinin təsirini başqa türk tədqiqatçıları da qəbul 

edirlər. Memar Vədat Dalokay “Toplumçu Sinan” 

adlı  məqaləsində  Sinanın  İstanbuldakı  Xosrov 

Paşa  türbəsindən  bəhs  edərkən  “Atabəylərdən 



qalma günbəzlərdən bir nəfəs gəlir” – deyə yazır. 

Əlbəttə,  Əcəminin  mahiyyəti  etibarilə  banisi 

olduğu  Naxçıvan  memarlıq  məktəbi  Naxçıvanın 

ətrafında olan və bu məktəbin təsir dairəsinə daxil 

olan  sahədə  özünü  daha  çox  göstərir.  Bu  təsir 

bəzən  birbaşa  eyni  formaların  və  kompozisiya 

üsullarının  tətbiqi  şəklində,  bəzən  isə  bu  və  ya 

başqa  memarlıq  üsulundan  dəyişdirilmiş  şəkildə 

işlədilməsi halında təzahür edir. 

Sinan  1489-cu  ildə  Anadolunun  Qayseri 

şəhəri yaxınlığındakı Ağırnas kəndində doğulmuş-

dur.  1514-39-cu  illərdə  yeniçəri  korpusunda  xid-

mətdə olmuş, I Sultan Süleymanın  inşaat işlərinə 

rəhbərlik  etmişdir.  Türk  ordusunun  tərkibində 

müxtəlif  yerlərə  –  Avropa  və  Asiyanın  bir  çox 

ölkələrinə  (Azərbaycan,  Misir,  İraq,  Rodos, 

Avstriya, Almaniya, eləcə  də  Macarıstan, Balkan 

ölkələri,  Moldova  və  İtaliyaya)  səfərlər  etmişdir. 

Görkəmli  avstriyalı  sənətşünas  Ernest  Ditsin 

türkiyəli  incəsənət  alimi  Oqtay  Aspanana  ilə 

birlikdə  yazdığı  “Türk  sənəti  tarixi”  kitabında 

qeyd edilir ki, 15-16-cı əsrlərdə türk memarı Sinan 

tərəfindən  İstanbulda  inşa  edilmiş  bir  sıra 

məqbərələrdə Naxçıvan məqbərələri ilə bilavasitə 

əlaqə duyulur. Sinanın Naxçıvan abidələri ilə necə 

tanış  olduğunu  izah  edərkən  Dits  qeyd  edir  ki, 

Sinan  ordu  mühəndisi  sifəti  ilə  1535-36-cı  illər 

İran səfərində iştirak etmiş, o zaman Naxçıvanda 

olmuş və oradakı türbələri görmüşdür. 

Sinan  Azərbaycanda  olarkən  Marağa  və 

Naxçıvandakı  Atabəylər  dövrünün  türbələrini, 

Təbriz  və  Sultaniyyənin  əzəmətli  abidələrini, 

Azərbaycan 

ustalarının  kaşıkarlıq  sənətini 

öyrənmiş, bu tanışlıq onun yaradıcılığına müəyyən 

təsir göstərmişdir. 

Sinan  osmanlı-türk  incəsənəti  tarixində 

bütöv  bir  mərhələ  yaratmış,  dünya  memarlıq 

tarixində silinməz iz qoymuşdur. 

1538-ci  ildə  Osmanlı  imperiyasının  baş 

memarı təyin edilən Sinan  memarlıq tarixinin  ən 

məhsuldar  sənətkarlarındandır.  İmperiyanın  və 

digər ölkələrin ayrı-ayrı yerlərində onun bilavasitə 

layihəsi və rəhbərliyi altında 515 bina və qurğu, o 

cümlədən, 22 türbə, 18 məqbərə, 84 böyük və 51 

kiçik  məscid,  57  mədrəsə,  171  imarət,  3 

xəstəxana,  7  akveduk,  5  su  kəməri,  8  körpü,  18 

karvansara, 8 türmə, 88 hamamxana, 35 saray, 7 

darulkurra  inşa  edilmişdir.  Müasirləri  Sinanı 

“dünya  memarlarının  və  dövran  mühəndislərinin 

başçısı” adlandırmışlar. 

İstanbuldakı 

Şahzadə 

(1548) 


və 

Süleymaniyyə  (1550-57)  cameləri,  İbrahim  paşa 

(1551), Əhməd paşa (1555), Rüstəm paşa (1565), 

Kilpinq  Əli  paşa,  Azan  Kapı  (Məhəmməd  paşa, 

1577),  Kılıç  Əli  paşa  (1580)  məscidləri, 

Xeyrəddin Barbaros (1541), Xosrov paşa (1543), I 

Sultan  Süleyman  (1559-60)  türbələri,  Bəyazid 

(1501),  Çinili  (1543)  və  s.  hamamlar,  Qayseridə 

Kurşunlu  came  (1585),  Ədirnədəki  Səlimiyyə 

camesi  (1569-75),  Əli  paşa  bedestanı  (örtülü 

bazar,  1569),  Yalnızgöz  körpüsü  (indiki 



İslam memarlığı və inşaat

 

 



Yevpatoriya,  15-ci  əsr),  Krımdakı  Gözləv 

qalasında  (indiki  Yevpatoriya)  Cümə  məscidi 

(Xan  camesi,  1552),  Kəfə  (indiki  Feodosiya) 

şəhərində,  Səlimiyyə  camesi  (18-ci  əsrdə 

uçurulmuşdur),  Bitolada  (Makedoniya)  Heydar 

Qədi  camesi  (1561),  Vişeqradda  (Bosniya  və 

Hersoqovina)  Drin  çayı  üzərində  Sokollu 

Məhəmməd paşa körpüsü (1571) və s. Sinanın ən 

yaxşı  tikililərindəndir.  O,  bina  tiplərinin 

konstruksiya  və  kompozisiyasında  bir  sıra 

yeniliklər  tətbiq  etmişdir.  Şah  əsəri  Ədirnədəki 

Səlimiyyə camesidir. 

Sinanın  Ayasofiyada  və  Ədirnədəki 

Səlimiyyə  məscidindəki  iş  islam  prinsiplərinin 

reallaşdırıldığı  heyrətamiz  sənət  nümunəsi  kimi 

qiymətləndirilə bilər. 



Müqəddəs  Sofiya  (Ayasofiya)  kilsəsi  6-cı 

əsrdə  Bizans  imperatoru  Yustinianın  dövründə 

Konstantinopolda  (indiki  İstanbulda) 

inşa 


edilmişdir.  1453-cü  ildə  türklərin  İstanbulu  fəth 

etməsindən  sonra  kilsə  məscidə  çevrilərək 

xristianlığın  təcəssümü  funksiyasını  itirmişdi.  O, 

artıq  islam dininin  böyük və zəngin abidəsi kimi 

Osmanlı  memarlarını  özünə  cəlb  edir,  öz  inşaat 

xüsusiyyətlərini  öyrənmək  üçün  təşəkkül  tapan 

Osmanlı  memarlıq  məktəbinin  nümayəndələrini 

həvəsləndirirdi.  Ayasofiyanın  monumental  xarici 

görünüşü  sonralar  türk  sənətkarları  tərəfindən 

dəyişdirilmiş,  əlavə  tikililərlə  (minarələr  və  s.) 

zənginləşdirilmişdir.  

Ayasofiyanın 

nəhəng 

günbəzi 


iki 

yarımgünbəz  vasitəsilə  gücləndirilərək,  bir  neçə 

çıxışla  davam  edir.  Bütün  daxili  fəza  ibadət 

mərasimlərinin  keçirilməsi  yönümündə  təşkil 

olunmuşdur. Onun müxtəlif hissələri nizamsız və 

forması genişlik içərisində bir-birinə qovuşub itir. 

Ayasofiya 1935-ci ildən muzeydir. 

Sinanın qeyd edilən nəhəng yaradıcılıq qüd-

rətini  müəyyən  dərəcədə  bir-birini  tamamlayan, 

qismən bir-birinə oxşayan üç böyük sənət əsəri – 

Şahzadə,  Süleymaniyyə  və  Səlimiyyə  məscidləri 

bir-birini  dolğun  təcəssüm  etdirir.  Bu  abidələri 

böyük Sinanın yaradıcılığının zirvələri sayırlar. 

I  Sultan  Süleymanın  hər  iki  oğlunun 

şərəfinə  tikdirdiyi  Şahzadə  məscidinin  ümumi 

planı  kvadrat  şəklindədir.  Əsas  bina  ilə  günbəz 

arasında  dörd  yarımgünbəz  yerləşdirilmişdir. 

Onlardan  əlavə  kənarda  da  dörd  yarımgünbəz 

tikilmişdir. 

Sinanın  bu  ilk  möhtəşəm əsərinin  interyeri 

də, xarici görkəmi kimi nəhəng ölçülərə malikdir. 

Mərkəzi  zalla  bitişik  tikilmiş  köməkçi  binalar 

məscidin  daxili  genişliyini  daha  da  artırmışdır. 

Tağlar 


səkkizbucaqlı, 

gövdəli 


sütunlarda 

saxlanılır. 

Böyük  memarın  yaradıcılığında  İstanbulda 

tikdirdiyi  Süleymaniyyə məscidi  xüsusi  yer tutur. 

Məscidin sifarişçisi, tarixdə məğrurluğu ilə tanınan 

I Sultan Süleyman bir neçə dəfə memarı işin ləng 

getdiyinə  görə  hədələmişdi.  Hətta  sultanın  bəzən 

öz fikrindən əl çəkmək istədiyini də yazırlar. 17-ci 

əsrin  tanınmış  səyyah  və  tarixçisi  Övliya  Çələbi 

əsərlərinin  birində qeyd edir ki, sultanın bu  məs-

cidinin sorağını eşidən Səfəvi şahı Təhmasib ona 

qiymətli  hədiyyələr  göndərir.  Təhmasib  sultana 

yazdığı məktubda arzusunu həyata keçirməyi töv-

siyə  edir  və  əgər  maddi  vəsaiti  çatmasa,  göndər-

diyi  hədiyyələrdən  də  istifadə  etməyi  məsləhət 

görür. Məğrur Süleyman məktub oxunub qurtarar-

kən elçinin yanındaca şahın hədiyyələrini İstanbul 

tacirlərinə  paylayır.  Qiymətli  daşlar  qoyulmuş 

mücrünü isə memar Sinana verir. Sonra tapşırır ki, 

şahın  göndərdiyi  daş-qaşı  məscidin  tikintisində 

sərf  etsin.  Söyləyirlər  ki,  Sinan  həmin  qiymətli 

daşları minarənin birinin bəzədilməsində işlətmiş-

dir. Maraqlıdır ki, Süleymaniyyə minarələrinin biri 

beləcə “Daş-qaşlı” adlandırılmışdır. 

Süleymaniyyə camesi dördminarəli məscid-

lərin  ilk  nümunəsidir.  Məscidin  nəhəng  salonu 

(sah.  69  x  63  m,  hündürlüyü  53  m)  günbəzlə 

örtülmüş, iki yandan alçaq qalereyalarla dövrələn-

mişdir.  Günbəzin  ümumi  diametri  26,5  m, 

hündürlüyü isə 53 m-dir. Altında yerləşən baraba-

nın pəncərələrinin sayı 32 ədəddir. Şahzadə məs-

cidindəki kimi burada da əsas bina kub formasın-

dadır. Burada da beş günbəzdən əlavə yarımgün-

bəzlər inşa edilmişdir. 

İncə oyma  naxışlarla  bəzədilən sultan kür-

süsü (maksura), minbər və mehrab ağ mərmərdən-

dir.  Camenin  ağ  mərmərlə  döşənmiş  həyətini 

qalereyalar dövrələyir. 

Sinan  Süleymaniyyəyə  əzəmət  verməkdən 

ötrü binanın xarici quruluşunda bir neçə yeniliklər 

yaratmışdır. Pilonlar və gövdəli kontrforslar məs-

cidin görkəmində istənilən təsiri yaradır. Süleyma-

niyyənin əzəməti bir də yerləşdiyi təpəliyin – həm 

quru,  həm  də  sudan  yaxşı  görünən  yerin  ümumi 

mövqeyi  ilə  bağlıdır.  Bina  kənardan  tamaşa 

edənlərə  ağır  təsir  bağışlamamaqdan  ötrü  memar 

oxvari pəncərə və nişanlarla divarları tamamlamış, 

günbəzi daha da qabarıq qurmuşdur. 




Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə