Arif Xanlar oğlu Abasov Elçin Arif oğlu Abasov Elmira Novruz qızı Hüseynova



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə21/41
tarix14.05.2018
ölçüsü1,29 Mb.
#43615
1   ...   17   18   19   20   21   22   23   24   ...   41

İslam memarlığı və inşaat

 

 



verir.  Memar  Şida  tikiləcək  binanı  “bədnə-

zər”dən  uzaq  olmaq  və  münasib  vaxt  seçmək 

üçün astronomiya elminə  müraciət edir. Nizami 

bunu Şidanın sözü ilə belə qeyd edir: 

 

Memaram, bəzərəm bütün dünyanı 

Rəssamam, sənətin məndədir canı, 

Göylərdən alaram elə bir nisbət, 

Ki, dəyməz padşaha xətər, əziyyət 

Torpaq nigarxana durduqca hər an, 

Qorxu hiss eyləməz kəhkəşanlardan, 

Saxlar bina səni əziz can kimi, 

Yerə hökm eyləyər asiman kimi, 

İş belə göstərir əmək çəkərəm, 

Yerdə ülkər kimi günbəd tikərəm. 

Hər günbəd bir rəngdə həmahəng olar. 

 “Yeddi gözəl”, 130. 



 

Beləliklə  o  bəxtəvər  xoş  gün  seçib  işə 

başladı. Şair bunu belə qələmə alır: 

 

O, ulduz tanıyan, bəxt görən kişi 



Vaxt seçdi başlanan mübarək işi. 

Seçdi, səadəti bir tale seçdi, 

O, yeddi günbəzi tikməyə keçdi. 

Gün kimi parladı Şida şöhrəti, 

Vurardı qaraya, ağa zinəti. 

Rəssamdı, mötəbər bir sənətkardı, 

Mühəndisdi, böyük hünəri vardı. 

Tibb elmi, həndəsə, asiman, nücum, 

Şidanın əlində sanki mumdu, mum. 

İncə memar idi, bəzək vurardı, 

Nəqşlər çəkərək, surət qurardı. 

Tişəylə, qələmlə çəkərsə əmək, 

Manidən can alar, Fərhaddan ürək. 

Ağlın şagirdiydi Şida hər zaman, 

O təlim almışdı usta Simnardan. 

Simnar Xavərnəqdə çəkəndə əmək, 

Şida eyləmişdi ona çox kömək. 

 “Yeddi gözəl”, 130. 

 

Dedi ki: “Qovaram pis gözü, hərgah 



Lütf edib icazə versə mənə şah. 

Göy ölçmək işində çox pərgaram mən 

İki il qələmdə, işlətdi sənət, 

Bir saray tikdi ki, cənnətdi, cənnət 

Çalışdı, çarpışdı, göstərib hünər 

Yeddi günbəz tikdi hər yeri gövhər. 

 “Yeddi gözəl”, 132. 



 

Nizami  əsərlərində  geosentrik  sistemə  aid 

çoxlu  məlumatlar  vermiş  və  onun  məğzini 

“Yeddi gözəl”də Bəhram şahın tikdirdiyi “Yeddi 

günbəzin tərifi”ndə açmışdır: 

 

Şah baxdı hasara, yeddi qülləyə 



Hər qüllə oxşardı bir səyyarəyə, 

Ulduzlar tanıyan sənətkar Şida 

Ulduz rəngi vermiş hər bir günbəzə. 

Keyvan taleyində günğəz ki, vardır 

Qaraya bürünmüş müşkə bənzərdi. 

O ki, Müştəriyə həmahəng idi, 

Bəzəyi, düzəyi səndəl rəng idi. 

O günbəz ki, Mərrix adını aldı, 

İncə naxışlıydı, sərasər aldı. 

O bürc ki, Günəşdən verirdi xəbər, 

Saraltmışdı onun üstündəki zər. 

Onu ki, şux etmiş göyün Zöhrəsi, 

Axdı Zöhrə kimi onun çöhrəsi. 

Ona ki, Ütarid vermişdi nemət, 

Firuzə rəngində yetmişdi zinət. 

O günbəz ki, ona Ay yol salırdı, 

Şahın taleyindən yaşıl çalırdı. 

Dediyim bəzəkdə qalxdı göylərə, 

Oxşayıb yeddisi yeddi ülkərə. 

 

Bu şer parçasında  verilmiş  fikirlərin  şərhi 



ilə əlaqədar olaraq demək olar ki, qədimdə qəbul 

olunmuş  astroloji  (nücum)  təsəvvürlərə  görə 

planet hesab edilən yeddi səma cisminin hər biri 

müəyyən bir rəngdə idi və həftənin müəyyən bir 

gününə uyğunlaşdırılırdı. 

Eyni  zamanda  Bəhram  şahın  tikdirdiyi 

yeddi  saraydan  hər  biri  yeddi  planetin  təcəssüm 

etdiyi  rənglərdən  biri  ilə  bəzədilmişdi.  Təsəvvü-

rdən göründüyü kimi  şair göstərir ki,  memar və 

ustalar  bina  və  qurğular  tikərkən  təsadüfi 

rənglərdən  deyil,  məhz  İlahinin  kainata  bəxş 

etdiyi  səma  cisimlərinin  rənglərindən  geniş 

istifadə edirdilər. 

Nizami topoqrafiya (yerölçmə)  və geode-

ziya  elminə  də  dərindən  bələd  olmuş  və  yerin 

ölçülməsi, atlasın tərtibi haqqında “Şərəfnamə”də 

belə yazır: 

 

Dünyaya gəlmədən əvvəl xaçpərəst, 



Çəkdi bu dünyada xaç kimi bir xətt. 

Həmin bu dördbucaq ətləsi xətlə 

Həndəsi ölçünü keçirdi ələ. 

O gün ki, istədi gəzsin dünyanı, 

Ölçməyə başladı əvvəl hər yanı. 


İslam memarlığı və inşaat

 

 



39 

Hər bir məsləhətdən, mərhələlərdən 

Qalmadı bir qarış yer ölçülməyən. 

Bu işdə hesabsız yerölçən vardı 

Uzun illər ilə ölçüldü çöllər 

Hesaba alındı bütün mənzillər. 

Aldığı quruda o saray qurdu, 

Mənzil-mənzil yolu ölçüyə vurdu. 

 “ġərəfnamə”, 56-57. 

 

Nizami  Gəncəvi  şəhərsalma  problemləri-



nin həllində, abadlıq işlərinin yerinə yetirilməsin-

də  hökmdarların  nə  qədər  böyük  rol  oynadığını 

“Şərəfnamə”də  İsgəndərin  timsalında  belə  verir 

və  göstərir  ki,  İsgəndərin  müharibələri  sülhə 

xidmət edir. O, dağılanlardan çox tikir. Şəhərlər, 

imarətlər asudəliyin bərpası İsgəndərin qayəsidir. 

“Şərəfnamə” 

poemasında 

özünəməxsus 

sənətkarlıqla  İsgəndərin  tikdirdiyi  füsunkar 

gözəllikdən bəhs edərək yazır: 

 

Qumlara qum kimi sərvət səpərək 



Abadlıq yolunda çəkdi bir əmək, 

Dəniz sahilində böyük İsgəndər 

Təzə bahar kimi qurdu bir şəhər. 

Bir cənnət kimiydi – işıqlı, abad, 

Hər yerdə bazarı, baxçası gürşad. 

Şəhəri İsgəndər tikdirib deyə 

Adını qoydular “İsgəndəriyyə”. 

Şah bina etdiyi bu gözəl şəhər 

Bağbana bərabər, Misrə bərabər. 

 “ġərəfnamə”, 101. 

 

Ölkədə bir şəhər yığsaydı əgər, 

Qurardı ondan da gözəl bir şəhər. 

Bu dünya belədir, bu vaxta qədər, 

Birini yıxarsa, birini tikər. 

 “ġərəfnamə”, 198. 

 

Sonra dahi şair yazır: 



 

Əmr etdi: nə qədər açıq, uçuq var, 

Çəksin bu xəzranın xalqı bir hasar. 

Gecə də, gündüz də qara daşlarla  

Olduqca böyük sədd çəkilsin yola. 

İşbilən, sınanmış daşyonanlardan, 

Dağlarda açığı sədlə bağlayan 

Bilikli ustalar göndərdi ora, 

Keçidlər alındı möhkəm hasara. 

Hasar işlərindən azad olaraq 

Hərəkət qəsdilə ucaltdı bayraq. 

 “ġərəfnamə”, 239. 



 

İsgəndər  Səmərqəndi  bərpa  etmiş,  Çəngi, 

Dərbəndi, Bulqarı, Hərbi qaldırmış, bina və qur-

ğuları  bərpa  etmiş,  torpaqları  yararlı  hala 

saldırmışdır. 

Nizami bu barədə yazır: 

 

Din üçün etdi çox dəlillər icad 

Bu dünya üzünü elədi abad 

Dünyanı gəzərkən döndü hər yana, 

Elədi çox böyük şəhərlər bina. 

Hinddən başlayaraq Yunana qədər 

Hər yerdə tikdirdi böyük şəhərlər 

Səmərqənd şəhrinə o verdi zivər, 

Çəngi də tikdirmiş böyük İsgəndər. 

Həri də yadigar qalmışdır ondan,  

Varmıdır belə bir məmləkət quran? 

Dərbəndi deyirlər İsgəndər qurdu, 

Əslilə o şəhrə böyük sədd vurdu. 

Bulqar şəhrini o etdi bərqərar. 

O şəhrin adıdır əslində, Bünqar. 

 “ġərəfnamə”, 56. 

 

Nizami göstərir ki, şəhərsalma İsgəndərin 



səfərinin sonu və axtarışlarının zirvəsi idi. 

Bu haqda Nizami yazır: 

 

Müzəffər və sağlam dövlət adına 

Təpənin başında saldı bir bina 

Qızıldan vurdurdu şux bəzəkləri 

Ona pəhləvicə ad qoydu “Hərb”. 

 “ġərəfnamə”, 257. 



 

O, yenə yazır: 

 

Az zaman içində bu viran ölkə 

Keçdi abadlıqda Rumu da bəlkə. 

Baxmayaraq zəlzələ qoparıb tufan 

Ölkəni bir anda eylədi viran, -  

Görün ki, nə sayaq qadir hökmdar 

Pozulmuş cəlalı etdi bərqərar! 

Palçıq barıları tamam sökdürdü, 

Yerində qızıldan divar hördürdü. 

Xəzinə sərf edib, verdi təmtəraq, 

Səyi ilə ölkədən dərd oldu uzaq. 

Bağçalar salındı, evlər dikəldi, 

Hər evdən yüz çıraq işığı gəldi, 

O ki, bu torpağı eylədi abad, 

Dərgahı heç zaman olmasın bərbad. 

 “ġərəfnamə”, 428. 



 


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə