Arif Xanlar oğlu Abasov Elçin Arif oğlu Abasov Elmira Novruz qızı Hüseynova



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə18/41
tarix14.05.2018
ölçüsü1,29 Mb.
#43615
1   ...   14   15   16   17   18   19   20   21   ...   41

İslam memarlığı və inşaat

 

 



 

NIZAMI GƏNCƏVININ TƏRCÜMEYI-HALI 

 

 

Hər əhəmiyyətli iş Allahın adı ilə 

bağlanmasa o iş naqisdir. 

Nizami Gəncəvi 

 

 

 



Dahi  Nizaminin  irsindən  danışmazdan 

əvvəl onun öz sözlərini xatırlayaq: 

 

Bismillahir rəhmanir rəhim, 

Həst Kelide-dəre-gənce-həkim. 

 

Tərcüməsi: 



 

Bismillahir rəhmanir rəhim, 

Hikmət xəzinəsinin qapısının açarıdır. 

 

Nizami  Gəncəvi  memarlıq  və  inşaat  elmi 



ilə  əlaqədar  bütün  sahələri  (geodeziya, tikintinin 

texnologiyası  və  təşkili,  memarlıq,  layihələndir-

mə,  inşaat  materialları,  şəhərsalma  və  s.)  dərin 

bildiyi üçün dərin elmi  fikirlər də  söyləmiş, hə-

min fikirlər böyük Nizaminin dövründə və ondan 

əvvəlki  dövrlərdə  inşaat  və  memarlıq  elminin 

hansı  səviyyədə  olduğunu,  layihələndirilən  hər 

bina və  qurğunun  memarı və  ustasının  nə  qədər 

yüksək biliyə (həm dini, həm də dünyəvi) yiyə-

lənməsini  aşkar  etməyə  bizə  imkan  vermişdir. 

Digər  tərəfdən,  hər  bir  millət  yalnız  öz  həqiqi 

tarixini,  maddi  və  mənəvi  dəyərlərini  tanıyıb 

bunların  qədrini  bildiyi  zaman  qabaqcıl  millət, 

böyük millət sayıla bilər. 

Şeyx  Nizaminin  əsərlərində  memarlıq  və 

inşaata dair çoxlu məlumat, fikir və mülahizələr 

vardır  ki,  bunlar  da  onun  “Xəmsə”  adı  altında 

birləşən beş poemasında göstərilmişdir. Biz onun 

əsərlərində  memarlıq  və  inşaat  məsələlərini 

araşdırıb, din ilə elm arasındakı qırılmaz vəhdəti 

əks etdirməyə çalışmışıq. 

Nizami Gəncəvi 1141-ci ildə Gəncə şəhə-

rində doğulub, böyüyüb, yazıb-yaratmış və orada 

da dünyasını dəyişmişdir. Əsl adı İlyasdır. Atası 

Yusif,  babası  Zəliəddin  və  ulu  babası  Müyəd-

fiddin  o  zamankı  Gəncənin  ən  yüksək  ziyalı 

zümrəsindən olmuş, elmə, irfana və mənəviyyat 

aləminə  qulluq  edən  məşhur  şəxsiyyətlər  kimi 

tanınmışlar.  Şairin  dayısı  Xacə  Ömər  öz  dərin 

savadı  və  əməli  təcrübəsi  sayəsində  Gəncədə, 

Atabəylər  sarayında  yüksək  mənsəb  sahibi  – 

vəzir olmuşdur. İlyas ibtidai təhsilini, görünür öz 

evlərində – atasının yanında almış, hələ uşaq ikən 

ərəb  və  fars  dillərini,  “Qur’an”ı,  hədisləri,  fiqhi, 

Məhəmməd  Peyğəmbərin  (s)  və  başqa  din  xa-

dimlərinin sirlərini öyrənmiş və sonralar “Ədəb” 

məfhumuna  daxil  olan  elmlərin  mütaliəsinə 

başlamışdır. 

O zaman kübar və zadəgan ailələrin elmə 

və ədəbə marağı olan istedadlı nümayəndələri öz 

təhsillərini  müsəlman  Şərqinin  mədəniyyət  və 

elm  ocaqlarında  –  Bağdad,  Dəməşq,  Qahirə, 

Məkkə,  Mədinə  və  başqa  şəhərlərdə  davam 

etdirirdilər. 

Nizami  isə  həm  ibtidai  və  orta,  həm  də 

elmi təhsilini öz sevimli şəhəri olan Gəncədə al-

mışdır. Onun Bağdada və başqa elm mərkəzləri-

nə getməməsinin əsas iki səbəbi olmuşdur. Gənc 

İlyasın  meyli  olsaydı,  bəlkə  də  ailəsi  onu 

Bağdaddakı məşhur “Nizamiyyə”də və ya başqa 

darülfünunlardan  birinə  göndərə  bilərdi.  Lakin 

şairin  həm  cavanlıqdan  seyr  və  səyahətə  meyli, 

həvəsi  olmamış,  öz  doğma  şəhərini  dəlicəsinə 

sevdiyi, öz el-obasının vurğunu, məftunu olduğu 

üçün  vətənini  tərk  etməmiş  və  heç  vaxt  da  bu 

fikrə düşməmişdir. 

Başqa  sözlə,  əgər  şair  öz  doğma 

şəhərindən  ayrılmaq  qüdrətinə  malik  olsaydı,  o, 

xilafətin  mərkəzi  Bağdada  köçüb,  öz  misilsiz 

sənətilə  böyük  xəzinələr  yığardı.  Bundan  əlavə, 

öz  təhsilini  davam  etdirmək  üçün  uzaq  elm  və 



İslam memarlığı və inşaat

 

 



33 

mədəniyyət  mərkəzlərinə  getməyə  şairin  heç 

ehtiyacı da olmayıb. 

Yaddan çıxarmaq olmaz ki, Nizami kimi 

dühalar  zəminsiz  yarana  bilməzdi.  Onların 

meydana gəlməsi üçün müəyyən ictimai-iqtisadi, 

mədəni mühit lazım idi. 12-ci əsr hər bir sahədə 

tariximizin parlaq intibah dövrü idi. 

Atabəy Şəmsəddin Eldəgiz, onun oğlanları 

Məhəmməd  Cahan  Pəhləvan  və  Qızıl  Arslanın 

fəaliyyəti nəticəsində keçmişdə parçalanmış Səl-

cuqlar imperiyası bir növ yenidən bərpa edilərək 

böyük  bir  dövlət  yaradılmış  və  həmin  dövlətin 

mərkəzi  Arran  və  Azərbaycanın  əsas  paytaxtı 

Gəncə  şəhərinə  köçürülmüşdü.  Gəncə  artıq  Ya-

xın və Orta Şərqin iqtisadi, siyasi, ticarət, mədə-

niyyət  mərkəzinə,  elm  və  sənət  ocağına  çevril-

mişdi.  Azərbaycanda  kənd  təsərrüfatı,  kustar 

sənaye, beynəlxalq tranzit karvan ticarəti o qədər 

sürətlə inkişaf etmişdi ki, feodal istehsal üsulu və 

istehsal münasibətləri elə tərəqqiyə çatıb, irəlilə-

mişdi ki, kəndlilərin şəhərə axışması və “bürkeş-

ləşməsi”,  feodalların  şəhərlə  qaynayıb-qarışması 

başlamışdı. Yaxın və Orta Şərqin ən böyük alim, 

şair,  yazıçı  və  memarları,  tanınmış  sənətkarları 

Gəncəyə toplaşmışdılar. Şəhər böyük elm ocağı-

na  çevrilmiş,  orada  yüzlərlə  mədrəsə,  şəxsi  və 

ümumi  kitabxanalar  işə  düşmüşdü.  Bunun 

nəticəsində  mütaliə  üçün  lazım  olan,  müsəlman 

aləminin  ən  ucqarlarında  belə  yazılmış  kitabları 

İlyas  öz  doğma  şəhərində  əldə  edə  bilərdi. 

Gəncənin  ən  zəngin  və  möhtəşəm  kitabxanası 

Atabəylərin  saray  kitabxanası  idi.  Xacə  Ömərin 

sayəsində  həmin  kitabxananın  qapısı  şair  üçün 

həmişə açıq olmuşdur. 

Belə  bir  mühitdə  yaşayan  Nizami  hələ 

cavanlığında  o  zamankı  elmin  bütün  sahələrini 

öyrənmiş və Fərabi, İbn-Sina, Biruni kimi əsrinin 

ən  böyük  ensiklopedistlərindən  biri  olmuşdu. 

Şairin  bilik  dairəsinə  rəngarəng  və  bir-birindən 

uzaq fənlər daxil idi: cəbr və dialektika, həndəsə 

və sofistika, kimya və ritorika, məntiq və təbabət, 

astronomiya  və  stilistika,  tarix  və  minerologiya 

və  s.  Bundan  əlavə  o,  gözəl  xəttat,  katib,  natiq 

olmuşdur.  Nizami  qəsidələrindən  birində  xəttat-

lığı İbn-Müqlədən, natiqliyi və mühazirə sənətini 

İbn-Hanidən yaxşı bildiyini özü qeyd edir. 

Yerin  kürə  şəklində  olması,  planetlərin 

avtonomluğu (“Hər bir ulduz ayrıca bir aləmdir 

və  onun  öz  səması  vardır”),  “daimi  çərx  edib 

hərəkətdə  olan  göy”ün  quruluşu,  “kainatın  və 

zamanın əbədiliyi”, “dörd ünsürün mahiyyəti” və 

s.-in  hamısı  mütəfəkkir  İlyasa  məlum  idi.  O 

deyirdi:  “Saturnun  dairəsi  ilə  Yer  kürəsinin 

mərkəzi  arasında  yerləşmiş  fənlərin  hamısını 

öyrənib,  bütün  elmlərin  ümdəsi  oldum”.  Bunu, 

Nizaminin “Yeddi gözəl”ində dedikləri də təsdiq 

edir: 

 

İzlədim yolunu səyyarələrin 



Nə ki elmlər var gizli və dərin 

Oxudum, xəbərdar oldum da vardım 

Varlıqlar sirrini yeryer aradım. 

 “Yeddi gözəl”, 21. 

 

 Dəqiq  elmlərdən  başqa  (elmül-əbdin) 



Nizami humanitar fənləri (elmül-ədyan) hərtərəfli 

öyrənərək o zamanın mədəni xalqlarının tarixini, 

onların  elm  və  mədəniyyət  aləmində  əldə 

etdikləri nailiyyətləri dərindən mənimsəmişdi. 

O,  ərəb  tərcümələri  vasitəsilə  antik 

dünyanın  fəlsəfəsindən  (Platonun  “Respublika”, 

“Qanunlar”, “Timeos”, Aristotel, Evklid, Hermes 

Trismegist,  Fales,  Tianlı  Appoloniya,  Tirli 

Porfirinin  əsərlərini),  qədim  İran  tarixi  və 

mədəniyyətindən,  türk,  ərəb  və  çin  xalqlarının 

elm, 

mədəniyyət 



aləminin 

bütün 


nailiyyətlərindən xəbərdar idi. 

Beləliklə,  özünün  yazdığına  görə  Nizami 

çox  mütaliə  etmiş,  dövrünün  geniş  məlumatlı 

şəxsiyyətlərindən olmuşdur. O deyir: 

 

Dünyada nə qədər kitab var belə, 

Çalışıb, əlləşib gətirdim ələ. 

Oxudum, oxudum, sonra da vardım, 

Hər gizli xəzinədən bir dürr çıxardım. 

“Yeddi gözəl”, 31. 

 

Əsərlərindən  göründüyü  kimi,  Nizami 



güclü  mücərrəd  təfəkkürə  və  idraka  malik 

olmuşdur. Bunların və geniş mütaliənin sayəsin-

də, ömrünü Gəncə şəhərində keçirən şair dünya-

nın  müxtəlif  qitə  və  regionlarına  xas  olan  təbii 

görünüşün,  təbiət  hadisələrinin  müfəssəl  və  real 

təsvirini vermiş, dərin elmi fikirlər söyləmiş, nə-

zəriyyələr  irəli  sürməyə  və  ümumiləşdirici 

nəticələrə gəlməyə müvəffəq olmuşdur. 

Ömründə heç vaxt doğma yurdu Gəncəni 

tərk etməyən Şeyx Nizami bu qədər biliyə malik 

olmasını belə izah edir: 

 

Dünyanı ayaqla yox, 



Dolaşmışam başımla. 

 

O,  bütün  ömrü  boyu  Gəncədə  yaşamış, 



saray  şairi  olmaqdan  qətiyyətlə  imtina  etmiş, 


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə