Arif Xanlar oğlu Abasov Elçin Arif oğlu Abasov Elmira Novruz qızı Hüseynova



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə26/41
tarix14.05.2018
ölçüsü1,29 Mb.
#43615
1   ...   22   23   24   25   26   27   28   29   ...   41

İslam memarlığı və inşaat

 

 



49 

İbadət salonuna bitişən 3 şərəfəli minarələr 

daha ucadır (hünd. 76 m). 

Sinanın  böyük  istedadı  Süleymaniyyənin 

daxili quruluşunda da özünü göstərir. Binanın içə-

risi geniş və işıqlıdır. Əsas sütunlar və yarımsütun-

lar qiymətli daşlardan yonulmuşdur. Tavan, divar-

lar, tağlar və s. bir-birindən gözəl, könül oxşayan 

naxışlarla bəzədilmişdir. Əsas şəkillərdə cürbəcür 

çiçək,  yarpaq,  sünbül  və  s.  təsvir  olunur. 

“Qur’an”dan  götürülmüş  yazılar  da  diqqəti  cəlb 

edir. Tağların tərtibatında ağ və rəngli mərmərdən 

düzəldilmiş  mehrab, çiçəklənən kollar təsvir olu-

nan pannonun fonunda füsunkar görkəm alır. Onu 

rəngli mərmərdən düzəldilmiş, göy və qızılı ulduz-

larla  bəzədilmiş  konusla  bitən  minbər  yaxşı 

tamamlayır.  Mütəxəssislər  binanın  xarici  görkə-

mindəki  əzəmətin,  daxili  tərtibatındakı  yüksək 

zövq  və  zəngin  tərtibatın  ecazkar  təsir  bağışladı-

ğını  həmişə  qeyd  edirlər.  Bu  gözəl  sənət  əsərini 

Sinandan əlavə məşhur xəttat Həsən Qara Hisar və 

rəssam  Sərxoş  İbrahim  ölməz 

istedadları 

sayəsində zinətləndirmişlər.  

Süleymaniyyə  kompleksinə  daxil  olan 

hissələr  bunlardır:  ənənəvi  formalı  həyət, 

üçmərtəbəli portal,  minarələr, həyətdəki köməkçi 

xidmət  məqsədilə  inşa  edilmiş  binalar.  Məscidin 

bağında  I  Sultan  Süleyman  və  arvadı  Xürrəmin 

türbələri  yerləşir.  Bunlardan  əlavə  məscid 

kompleksinə  mədrəsə, tibb  məktəbi, karvansaray, 

xəstəxana  və  imarət  daxil  imiş.  Yeri  gəlmişkən, 

böyük sənətkarın sadə görkəmə  malik məqbərəsi 

də  Süleymaniyyə  məscidinin  həyətində  yerləşir. 

Sinan  Süleymaniyyə  camesi  kompleksində, 

özünün tikdiyi kiçik bir türbədə dəfn edilmişdir.  

Maraqlıdır  ki,  Sinan  özünün  yaratdığı  və 

Ədirnə  şəhərinin  əsas  abidəsi  sayılan  Səlimiyyə 



məscidini  həyatının  mənası  hesab  etmişdir. 

Şahzadə məscidi haqqında demişdir ki, o, şagirdlik 

təcrübəsi  olub,  Süleymaniyyə  məscidinin  tikintisi 

isə usta köməkçisi işi səviyyəsindədir. 

Sinan  Səlimiyyə  məscidinin  tikintisi  ilə 

tikinti  mədəniyyəti  sahəsində  özünün  yüksək 

səviyyəsinə yüksəlmişdir. Bu sənət əsəri II Sultan 

Səlimin  göstərişi  ilə  tikilmiş  və  onun  adı  ilə 

adlandırılmışdır. 

Səlimiyyə  camesi  iri  memarlıq  kompleksi-

nin mərkəzi binasıdır. Sinan Səlimiyyə məscidinin 

baş günbəzini bir səkkizüzlü üzərində ucaltmışdır 

ki, onun əsas üzləri bütöv divarlara, dörd diametri 

isə  tağlı  çıxışlara  söykənir.  Bu  yolla  o,  ayrıca 

xətləri  olan  cilalanmış  bir  inci  yaratmışdır.  O, 

həmin  məscidin  gözəl  minarəsinin  daxilində  bir-

biri ilə kəsişməyən üç pilləkəni yerləşdirməyə nail 

olmuşdur.  Bu  pilləkənlərin  hər  biri  eyni  girişdən 

başlayıb,  eyni  çıxışdan  qurtararaq  biri  digərinin 

üzərində spiral şəklindədir. 

Camenin  günbəzli  qalereyalarla  dövrələn-

miş həyətində mərmər fəvvarə qurulmuşdur. Məs-

cidin interyeri ağ və rəngli mərmər, kaşı, günbəzin 

iç səthi isə ornamentlər və yazılarla bəzədilmişdir. 

Səlimiyyə  məscidinin  əlçatmaz  səviyyəsi 

həm yerli, həm də əcnəbi memarlar və başqa elm 

sahibləri tərəfindən yüz illərdir ki, təqdir və tədqiq 

edilməkdədir. Məsələn, ingilis memarı Elvis deyir: 



“Bu qoca qübbə tərsinə çevrilib qızılla doldurulsa 

da, bir daha memar Sinanı yetirmədən, 20-ci əsr 

memarlığı bu əsərin bənzərini yarada bilməz”. 

 

 



 

 

Səlimiyyə məscidi 




İslam memarlığı və inşaat

 

 



 

Alman  alimi  isə:  “Yer  üzərindəki  sənət 



əsərləri  göydəki  ulduz  kimidir. Ayasofiya  bir  Ay, 

Səlimiyyə məscidi isə bir Günəşdir” demişdir. 

Bolqarıstan generalı Aleksandr: “Səlimiyyə! 



Əgər səni türklərin tikdiyini bilməsəydim, Allahın 

tikdiyini söyləyərdim” demişdi. 

Amerika  Ali  Memarlar  Şurası:  “Raketlə 



Aya getmək, bu əsəri meydana gətirməkdən daha 

asandır” söyləmişdir. 

Bütünlüklə,  Osmanlı-türk  mədəniyyəti 

zəminində  tərbiyələnmiş  bu  böyük  usta,  hər 

şeydən  əvvəl,  özündən  qabaqkı  Osmanlı 

memarlığının  təbii  inkişafını  davam  etdirmişdir. 

Memarlıq  elementi  olan  qübbəni  (günbəzi)  daha 

da mükəmməlləşdirərək gözəl şəkillərdən istifadə 

etmişdir.  Qübbə,  rəvaq  (eyvan)  və  digər  estetik 

formaları  kamil  şəklə  gətirməklə,  mərkəzi  bir 

genişlik əldə etməyə nail oldu. 

Sinanın əsərləri qübbəli memarlığın inkişaf 

zirvəsir.  Qərbdən  “barokko”  yelləri  əsənə  qədər 

Osmanlı memarları onun yolunu gözləyirdilər. 

Azərbaycan  abidələrindən  Sultaniyyədəki 

Ölcaytu  xan  türbəsi,  onun  bitkin  arxitektonik 

quruluşu Sinana daha çox təsir göstərmişdir. Belə 

ki, Xoca Sinan özünün şah  əsəri, dünya  memar-

lığının  ən  parlaq  incilərindən  sayılan  Ədirnədəki 

Səlimiyyə  camesini  ucaldarkən  Ölcaytu  xan  tür-

bəsi təcrübəsindən  yararlanmışdır. Came planının 

özəyi Sinanın ilk əsərlərindən fərqli olaraq səkkiz-

bucaqlıdır.  Azərbaycan  abidəsinin  plan  quruluşu 

ilə birbaşa bağlılığı olan bu yolda memar, Bizans 

memarlığından  gəlmə  iri  yarımgünbəzlərdən  im-

tina  etmiş,  camenin  baş  günbəzini  səkkiz  güclü 

dayaq üstündə ucaltmışdır. Həmin dayaqlar qüllə-

lər  şəklində  abidənin  bayırına,  nəhəng  günbəzin 

(diametri 31,5 m) dövrəsinə çıxarılmışdır. Belə bir 

fənd Sultaniyyə türbəsindəki günbəzətrafı minarə-

lər ilə yaranmışdır.  

Ölcaytu  xan  türbəsindən  gəlmə  bu 

yeniliklərlə memar Sinan camenin mühəndis plan 

quruluşunu olduqca kamilləşdirmiş, həcmi məkan 

kompozisiyasının emosional yükünü xeyli zəngin-

ləşdirmişdir. Səlimiyyənin ibadət salonunun inter-

yeri  də  Xoca  Sinanın  ucaltdığı  o  biri  camelərin 

salonlarından daha bütöv, daha əzəmətli görünür. 

Həm  də  Səlimiyyənin  interyerində  Sinanın  ilk 

əsərlərinə nisbətən kaşı bəzəyi çox işlənmişdir ki, 

bunu da Təbriz zonasının təsiri ilə izah etmək olar. 



 

 

 

 

 

 

 

 


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə