Arif Xanlar oğlu Abasov Elçin Arif oğlu Abasov Elmira Novruz qızı Hüseynova



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə29/41
tarix14.05.2018
ölçüsü1,29 Mb.
#43615
1   ...   25   26   27   28   29   30   31   32   ...   41

İslam memarlığı və inşaat

 

 



55 

İmam Əbul-Həsən Musa ibn Cəfər Əl-Kazım (ə) 

və  onun  nəvəsi  –  IX  İmam  Əbu  Cəfər 

Məhəmməd  ibn  Əli  Ət-Təqi  (vəfatı  hicri 

220/miladi  835)

 

(ə)  dəfn  edilmiş  və  buna  görə 



həmin yerə “Kazimeyn” deyilmişdir. 

Səfəvi  sülaləsi  müqəddəslərin  qəbirləri  üs-

tündə monumental türbə, məscid kompleksləri tik-

dirdi. Bu işdə I Şah İsmayıl xüsusilə fərqlənmişdi. 

Onun  göstərişi  ilə  Bağdad  yaxınlığında  tikilmiş 

Kazimiyyə  kompleksi  həmin  dini-xatirə  tikililə-

rinin  ən  gözəllərindən  biridir.  Şah  İsmayıl  Xətai 

Bağdadı tutduqdan sonra türbəni uçurdub, yerində 

tikintisi  1519-cu  ildə  başa  çatmış  monumental 

bina ucaltdırdı. Ziyarətgah yeddi girişi olan sırtağ 

və  hücrələrlə  dövrələnmiş  həyətin  ortasındadır. 

Kazimiyyə  iki günbəzlə örtülən mərkəzi salon və 

onu dövr eləyən dəhliz və otaqlardan təşkil olun-

muşdu. 1823-cü ildə qızıla tutulmuş qoşa günbə-

zin üzərində Səfəvilər çağı kaşı  bəzəkləri olmuş-

dur.  Quruluş  mürəkkəbliyi,  forma  rəngarəngliyi, 

dekor  zənginliyi,  səthlərin  üzlənməsində  kaşı  ilə 

yanaşı  qiymətli  metal  rəngli  şüşə  və  güzgü 

parçalarının  işlədilməsi  Kazimiyyə  türbəsinə  bir 

qədər  qarışıq,  ancaq  olduqca  təntənəli  və  təsirli 

görünüş verir. 

Dəməşq məscidi və ya Əməvilər məscidi – 

Suriya  Ərəb  Respublikasının  ən  məşhur  və 

görkəmli tarixi abidələrindən biri sayılan Əməvilər 

məscidinə bəzən “Böyük məscid” də deyirlər. 

636-cı  ildə  başda sərkərdə  Xalid  ibn Valid

 

olmaqla Ərəb Xilafəti qoşunu Dəməşqi istila edir. 

Yarım  əsrdən  artıq  bir  müddətdə  müsəlmanların 

sayı  o  qədər  çoxalır  ki,  artıq  kiçik  ibadətxanalar 

onlara darlıq edir. 

Bir müddətdən sonra Dəməşq Xilafətin adi 

əyalət  şəhərindən  başlıca  şəhərinə  çevrilir.  Yeni 

sülalə    Əməvilər  onu  özlərinə  paytaxt  edirlər. 

Əməvilər  yeni  paytaxtda  yeni  ölkənin  şöhrətinə 

layiq və Məkkə, Mədinə, Kufə, Bəsrə şəhərlərində 

tikilib fəaliyyət göstərən məsciddən geri qalmayan 

bina tikdirmək qərarına gəlirlər. 

Bu dövr Ərəb Xilafətinin ən qüdrətli dövrü 

olub, sərhədlər şərqində, Çin ölkəsindən başlayır, 

qərbdə  Pireney  dağlarında  və  Atlantik  okeanında 

qurtarırdı. Əməvi nəslindən olan altıncı xəlifə Əl-

Valid ibn Əbdül Məlik (705-15) xristian icması ilə 

danışıqlardan  sonra  keçmiş  kilsəni  alır  və  onu 

sökdürməyi  əmr  edir.  O,  həmçinin  tapşırır  ki, 

tikiləcək  məscidin  inşasında  kilsənin  və  Roma 

məbədinin 

materiallarından  istifadə  edilsin. 

Beləliklə,  xəlifə  İslam  incəsənəti  və  memarlığı 

tarixinin  ən  gözəl  nümunəsi  olan  Dəməşq 

şəhərində Əməvi məscidini tikdirir.  

Əməvilər  məscidi  özünün  ölçülərinin 

nəhəngliyinə, quruluşunun  mürəkkəbliyinə, daxili 

tərtibatının zənginliyinə və s. görə haqlı olaraq bu 

şöhrəti  qazanıb.  Daha  əvvəl  tikilmiş  və  İslam 

aləmində tanınan Məkkə, Mədinə, Kufə, Bəsrə və 

s.  şəhərlərdəki  məscidlərdən  öz  memarlıq 

quruluşuna  görə  fərqlənir.  Özündən  sonra  inşa 

edilən  müsəlman  dini  ocaqları  üçün  bir  növ 

nümunə rolunu oynamışdır. 

Ərəb tarixçisi Əbdür-Rəşid Əl-Bakuvi yazır 

ki, xəlifə  bu arzusuna o qədər uymuşdu ki, bütün 

ölkənin  yeddi  illik xəracını bu  binanın tikintisinə 

sərf  etmişdi.  O,  bu  məscidin  tikintisinə  dövlətin 

yeddi  illik  xəracını  xərcləmişdi.  Onun  yanına  18 

dəvə  yükü  təşkil  edən  məxaric  qeydləri  olan 

dəftərləri  gətirəndə  Valid  heç  onlara  baxmadı  və 

əmr etdi ki, bunları rədd etsinlər. O dedi: “Bütün 



bunları biz Allah yolunda xərcləmişik və ona görə 

də gəlin bunun üçün heyfsilənməyək”. 

Deyirlər  ki,  məscidin  möcüzələrindən  biri 

də odur ki, əgər kimsə 100 il yaşayıb hər gün bu 

məscidə tamaşa etsəydi, o, hər gün yeni-yeni gözəl 

bəzəklər və əcaib şeylər görə bilərdi.  

Dəməşqin  tarixini  yazmış  müasir  ərəb 

tarixçisi İbn Şəddad qədim mənbələrə əsaslanaraq 

göstərir ki, məsciddə hər birində 14 min dinar olan 

400 sandıq və 28 min dinar olan 2 sandıq qızıl sərf 

edilmişdi.  



Qazi  Xosrov  bəy  camesi  –  Bosniya  və 

Hersoqovinanın paytaxtı Sarayevoda türk memar-

lığının ən dəyərli bu abidəsi 1531-ci ildə azərbay-

canlı  memar  Əsir  Əli  tərəfindən  tikilmişdir.  Bu 

came  bütün balkanlarda  ən  iri, gözəl və əhəmiy-

yətli  abidədir.  Plan  quruluşuna,  memarlıq  həllinə 

görə orijinal  əsərdir. Onun  ibadət salonu  iri gün-

bəzli  kvadrat  və  mehrab  tərəfdən  ona  artırılan 

yarımgünbəzlə  örtülü  düzbucaqlı  məkanlardan 

ibarətdir. Camedə  memarlıq kütlələri çox məntiqi 

yerləşdirilmişdir. Onun ağır monumental mərkəzi 

tutumu  ilə  sütunlu  eyvanı  yüngül  quruluşu  və 

çoxüzlü  incə  gövdəsi  olan  minarənin  dinamik 

biçimi gözəl ahəngdarlıq yaradır. 



Şahi Zində və ya Yaşarı Şah kompleksi – 

Səmərqənddə  orta  əsrlərə  aid  nadir  memarlıq 

abidəsidir. Səmərqənd hakimlərinin və əyanlarının 

türbələrindən ibarət memarlıq ansamblıdır. Qədim 

qəbiristanlıq  içərisində  salınmış ansambl 11-12-ci 

əsrlərdən  formalaşmağa  başlamış,  14-15-ci 

əsrlərdə indiki görkəmini almışdır. 



İslam memarlığı və inşaat

 

 



Şahi  Zindənin  əsas  binalarını  Teymurilər 

tikdirmişlər,  buna  görə  də  ansamblda  başlıca 

binalar  Teymurilərin  nekropoluna  çevrilmişdir. 

Ansamblın  özəyi  təpə  ilə  yuxarıya  qalxan  ensiz 

küçədir.  Onun  yanlarında  türbələr,  məscid  və 

yardımçı tikililər ucalır. 

Əsas  abidələri:  Qusam  ibn  Abbas 

məscidtürbəsi  (1334),  Şadi  Mülk  əkə  türbəsi 

(1372), Şirin bikə əkə türbəsi (1385), Tuman əkə 

kompleksi 

(1405-06), 

xatirə 


məscidi 

və 


ikigünbəzli  türbə  (Qazızadə  Rumi  türbəsi;  15-ci 

əsrin I rübü) və s. 

Binaların  tikintisində  və  bəzədilməsində 

azərbaycanlı  sənətkarlar  da  iştirak  etmişlər.  Şadi 

Mülk  əkə türbəsinin  kitabəsində  Usta  Zeynəddin 

Şəms Təbrizinin, Tuman əkə türbəsinin kitabəsin-

də  Şeyx Məhəmməd  ibn Hacı Bəndkir  ət-Tuğrai 

Təbrizinin adları qalmışdır.  

Vaxtilə  çox  nüfuzlu  ziyarətgah  olan  Şahi 

Zində Orta Asiyanın xatirə tikililərinin və memar-

lıq bəzəyinin növ zənginliyini, inkişaf mərhələsini 

nümayiş etdirən dəyərli muzeydir.  



Əbu Səid türbəsi – 1049-cu ildə tikilmiş və 

14-cü  yüzilliyin  əvvəllərində  əsasən,  bərpa  edil-

miş,  yenidən  bəzədilmişdir.  İndi  onun  baştağın-

dakı kaşı bəzəyi araşdırıcılarını daha çox cəlb edir. 

Həmin  kaşı  mozaikası  üsulu  ilə  üzlənmiş 

baştağında göy,  firuzəyi, ağ və bir az da sarımtıl 

rəngli  kaşı  lövhələri  işlədilmişdir.  Kaşı  bəzəyinin 

çox gözəl rəng koloriti və incə naxış quruluşu var. 

Orta  Asiya  memarlığının  görkəmli  araşdırmaçısı 

Q.A.Puqaçenkovanın  fikrincə  “Xorasan  memar-



lığı üçün... Əbu Səid türbəsinin yığma mozaikası 

müstəsna bir şeydir”. 

II Həsən məscidi – Mərakeşin Kasablanka 

şəhərində tikilmiş  bu  məscid Məkkə  və Mədinə-

dəki  ziyarətgahlardan  sonra  böyüklüyünə  görə 

dünyada  üçüncüdür.  Bu  məscidin  uzunluğu  200 

m, eni 100  m,  hündürlüyü 60  m-dir. Orada eyni 

zamanda  100  minə  qədər  (20  min  məscidin 

özündə,  80  min  isə  geniş  daxili  həyətində) 

müsəlman ibadət edə bilir. 

 

 

 



Tac-Mahal kompleksi

 

Dünyada ən uca minarənin hündürlüyü 172 



m  idisə,  bu  məsciddə  hündürlük  200  m-ə 

çatdırılmışdır. 

Bu  minarə  Mərakeşin  ən  böyük  şəhərində 

tikilən  məscidi  tamamlamışdır.  50  km  məsafədə 

seçilən  minarənin  başında  parlayan  lazer  şüası 

qiblənin istiqamətini göstərir. 



Tac-Mahal  kompleksi  –  Hindistanın  Aqra 

şəhəri  yaxınlığında  Böyük  Moğollar  dövrü  hind 

memarlığının  görkəmli  abidəsidir.  Moğol 

hökmdarı  Cahan  şah  türbəni  (1629-cu  ildə  vəfat 

etmiş) arvadı Mümtaz Mahal Banu Bəyimin qəbri 

üstündə tikdirmiş (1630-52), sonralar Cahan şahın 

özü də həmin türbədə dəfn edilmişdir.  

Arvadının  vəfatından  yasa  batmış  Cahan 

şah  Şərq  aləminin  ən  yaxşı  memarlarını  şuraya 

yığmağı  buyurdu.  Qonşu  ölkələrə  çaparlar 

göndərildi.  Şahın  elçiləri  Şiraz,  Buxara, 

Səmərqənd,  Bağdad,  Dəməşq  və  İstanbulu 

dolaşdılar.  O  biri  çaparlar  isə  (o  vaxtlar  necə 

mümkündürsə)  təcili  olaraq  Asiyadakı  bütün 

məşhur  tikililərin  plan  və  təsvirini  (salnamədə  belə 

də yazılmışdır) Aqraya gətirdilər.  

Nəhayət,  şura  çağırıldı.  Saysız-hesabsız 

variantlar müzakirə olundu. Yüzlərlə sxem və plan 

sınaqdan çıxarıldı  və çıxdaş edildi. İmperator elə 

bir bina tikdirmək istəyirdi ki, dünyada nə indi, nə 

də gələcəkdə misli, bərabəri olmasın. Axır ki, türk 

memarı Ustad Məhəmməd İsa Əfəndinin layihəsi 




Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə