Arif Xanlar oğlu Abasov Elçin Arif oğlu Abasov Elmira Novruz qızı Hüseynova



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə28/41
tarix14.05.2018
ölçüsü1,29 Mb.
#43615
1   ...   24   25   26   27   28   29   30   31   ...   41

İslam memarlığı və inşaat

 

 



53 

hərfi  mənası  “kub” deməkdir. Hündürlüyü 15 m, 

uzunluğu  13  m,  eni  12  m-dir.  Yastı  damdan  və 

kubabənzər binadan ibarət olan Kəbə boz daşdan 

tikilmiş,  sütun  larla  əhatə  olunmuşdur.  Məşhur 

“Qara daş” Kəbədədir. 

 

 

Kəbə 



 

Zəm-Zəm  –  Məkkədə,  Kəbə  yaxınlığında 

Məscid  Əl-Həram  ərazisində  müqəddəs  su 

quyusudur.  Kəbəni  ziyarət  edənlər  bu  müqəddəs 

sudan içirlər. 

Məscid  Əl-Əqsa  (Məscidül-Əqsa)  və  ya 

Əl-məscid Əl-Əqsa Qüdsdə, Əl-Həram-əş-Şərifin 

cənub  hissəsində  məsciddir.  İslamın  ən  məşhur 

ibadət yerlərindən biridir. Məhəmməd Peyğəmbər 

(s) buradan merac etmişdir. “Qur’an”ın “İsra” su-

rəsinin  1-ci  ayəsində  bu  haqda  buyurulur:  “Bəzi 



ayələrimizi  göstərmək  üçün  bəndəsini  (Peyğəm-

bəri  (s))  bir  gecə  (Məkkədəki)  Məscidül-Həram-

dan  ətrafını  mübarək  etdiyimiz  Məscidül-Əqsaya 

(Beytül-Müqəddəsə) aparan Allah pak və müqəd-

dəsdir.  O,  doğrudan  da  (hər  şeyi)  eşidən  və 

biləndir”. 

Məscid  Əl-Əqsanın  (“Ən  uzaq  məscid”) 

uzunluğu  784  dirsək,  eni  455  dirsəkdən  çoxdur. 

Məscidin  içərisində  684  sütun  var.  Məscid  çox 

gözəl və möhkəmdir, müxtəlif rəngdə və alabəzək 

mərmər  sütunlar  üzərində  tikilib.  Məscidin 

həyətində  5  dirsək  hündürlüyündə  böyük  eyvan 

vardır.  Buraya  bir  neçə  tərəfdən  pilləkən  qalxır. 

Eyvanın  mərkəzində  mərmər  sütunların  üstündə 

qurulmuş  səkkizguşəli  qübbə  var.  Onun  üstü 

qurğuşunla örtülüb, içəridən və bayırdan müxtəlif 

rəngli  mərmərlə  bəzənib.  Qübbənin  mərkəzinin 

aşağısında çəpinə uzanmış qaya, onun altında isə 

mağara var. Buraya bir neçə pilləkənlə enib, ibadət 

edirlər.  Qübbəyə  bir  neçə  giriş  yolu  var.  Ondan 

şərqdə,  qübbədən  kənarda  həmin  eyvandan 

kənarda yerləşən gözəl sütunlar üzərində başqa bir 

qübbə var. Qayanın içərisində 30 sütun var. Qaya 

üstü  qurğuşun  lövhələrlə  örtülüb  və  cəmi  3992 

lövhədən  ibarətdir.  Bunların  üstündə  zərlənmiş 

lövhələr  var.  Məscidin  tavanlarında  4  min  ağac 

tiri, damlarında isə 45 min qurğuşun lövhəsi var. 

Qayanın ölçüsü 33x27 dirsəkdir. Qayanın altında 

olan mağaraya 69 adam yerləşir. Məsciddə 5100, 

qayanın üstündə isə 450 çıraq yandırılır. 

Əli  türbəsi  Kufədə  Həzrəti  Əliyə  (ə) 

ucaldılmış abidədir və müsəlmanların ziyarətgahı-

na çevrilmişdir. Həzrəti Əlinin (ə) adını əbədiləş-

dirməklə əlaqədar Məşhədi Əli şəhəri salınmışdır. 

İmam Əlinin (ə) ziyarətgahı bu şəhərdədir.

 

Plan və 



həcm-məkan  həllinə  görə  Nəcəf  şəhərindəki 

İmam Əli (ə) türbəsi Abbas türbəsinin demək olar 

ki, eynidir. Lakin Əli (ə) türbəsinin baş fasadında 

ağac  sütunlu  eyvan  yoxdur.  Qoşa  minarəli  (iki 

ədəd böyük və qızılı) baştağın simmetriya oxunda 

mərkəzi salonun iri günbəzi ucalır. O biri türbələr 

kimi Əli (ə) türbəsinin alt qatı mərmərdən, üst qatı 

bişmiş  kərpicdən  tikilmişdir.  Burada  da  abidənin 

bayır  bəzəyi  kaşı  mozaikası  ilə  qızılı  səthlərin 

birləşməsindən 

yaranmışdır.  Əmirəlmöminin 

Əlinin  (ə)  məqbərəsi  müxtəlif  qızıl  naxışlarla 

toxunmuş, gözəl zinətlərlə bəzədilmişdir. 

İmam  Hüseyn  türbəsi  –  Kərbəla 

faciəsindən üç gün sonra Bəni Əsəd tayfası gəlib 

şəhidləri  dəfn  etdi.  İmam  Hüseynin  mübarək 

cəsədinin  dəfn  olunduğu  yer  “Qəbr  Əl-Hüseyn” 

adlandı  və  az  müddət  sonra  məşhur  ziyarətgaha 

çevrildi. Daha sonra məzar üzərində türbə tikildi. 

İmam  Hüseynin  müqəddəs  türbəsi  Abbasi 

xəlifələrindən  Harun  ər-Rəşid  zamanında  (hicri 

170-193, miladi 786-809) dağıdılır. Xəlifə Mömin 

türbəni  yenidən tikdirir. Yenə Abbasi  xəlifələrin-

dən Əl-Mütəvəkkil hicrətin 236-cı (miladi 850-51) 

ilində  İmam  Hüseyn  türbəsini  və  ətrafındakı 

binaları  yerlə  yeksan  etdirir.  Azğın  xəlifə 



İslam memarlığı və inşaat

 

 



ziyarətgahla  bağlı  bu  və  digər  məqamları  ziyarət 

etməyi ağır cəzalarla yasaq etdirir. 

Tarixçilərdən  İbn  Əl-Əsir  və  Həmdulla 

Mustafanın  verdikləri  məlumatlara  görə  Buveyhi 

sülaləsi hökmdarlarından Fəna Xosrov Əzizdövlə 

(372-ci  (miladi  982)  ildə  vəfat  etmişdir)  Nəcəfdə 

Həzrəti  Əlinin  (ə)  və  Kərbəlada  İmam  Hüseynin 

türbələrinin  təmiri  üçün  böyük  hümmət 

göstərmişdir. Hicri 407-ci (1016) ildə iki şamdanın 

düşməsi nəticəsində türbədə böyük bir yanğın baş 

verir. Yenə Buveyhilərdən Sultanudövlənin vəziri 

Həsən ibn Əl-Fəzl türbəni təmir etdirir və ətrafına 

hasar çəkdirir. 

Elxani  hökmdarlarından  Mahmud  Qazan 

xan hicri 703-cü (1303-04) ildə  Kərbəlanı ziyarət 

edib  və  türbəyə  böyük  hədiyyələr  verir.  Hicrətin 

930-cu (1523-24) ilində Şah İsmayıl Xətai türbəyə 

çox  gözəl  və  sənətkaranə  bir  zireh  hədiyyə  edir. 

Sultan  Süleyman  Qanuni  hicri  941-ci  (1534-35) 

ildə Kərbəlanı ziyarət edərkən oradakı kanalı təmir 

etdirir və küləyin qumlarla örtdüyü sahələri təmiz-

lətdirib,  bağça  halına  saldırır.  Sultan  III  Murad 

hicri 991-ci (1585) ildə Bağdad varisi Əlipaşa ibn 

Əlvəndin  vasitəsilə  İmam  Hüseynin  (ə)  məzarı 

üzərindəki qədim türbəni yenidən təmir etdirir. 

Hicri  1135-ci  (1722-23)  ildə  Nadir  şahın 

zövcəsi İmam Hüseyn camesinin təmiri üçün 20 

min  nadirilik  (Abbasi  kimi  pul  vahidi  olmuşdur) 

bir  vəqf  təsis  edir.  Nadir  şahın  özü  hicri  1155-ci 

(1742-43)  ildə  Kərbəlanı  ziyarət  edir.  18-ci  əsrin 

sonlarında  Ağaməhəmməd  şah  Qacar  İmam 

Hüseyn  türbəsinin  günbəz  və  minarəsini  qızıla 

tutdurur. 

İmam Hüseyn türbəsi uzunluğu 108 m, eni 

82,5 m olan bir səhn (həyət) içərisindədir. Səhnin 

ətrafları  hücrələrlə  əhatə  olunmuşdur.  İmam 

Hüseynin  sənduqəsinin  ayaq  tərəfindən  oğlu 

Əliəkbərə  aid  kiçik  bir  sənduqə  nəzəri  cəlb  edir. 

Qəbrin  üstü  mərmərdəndir,  lakin  fil  sümüyü  və 

başqa  zinətlərlə  də  işlənmişdir.  Ətrafı  qızıl  və 

gümüşdən  düzəldilmiş  şəbəkə  ilə  əhatə  olunub. 

Giriş  qapısının  hər  iki  tərəfində  minarə  ucalır. 

“Minarə Əl-Əbdh” adlanan üçüncü bir minarə də 

həyətin  şərq  kənarındakı  binalar  üzərindədir. 

Ümumiyyətlə,  bu  möhtəşəm  abidənin  10 

darvazası vardır. 

 

 

 



 

İmam Hüseyn kompleksi 

 

Əbülfəzl  Abbasın  hərəmi-şərəfi  –  İmam 

Hüseyn türbəsindən təxminən 500 m şimal-şərqdə 

qardaşı  Əbülfəzl  Abbasın  türbəsi  yerləşir.  Təd-

qiqatçı alim Qəzənfər Paşayev “Altı il Dəclə-Fərat 

sahillərində”  kitabında  Həzrət  Abbas  türbəsindən 

bəhs edərkən yazır: “Hər iki abidə bir-birinə bən-



zəyir. Burada da çoxlu otaq və darvazalar vardır. 

Lakin nisbətən sadə olan Həzrət Abbas məscidin-

də alimlər və din xadimləri basdırılmışdır. Həzrət 

Abbasın qəbri də məscidin içindədir. Qiblə qapısı 

üstündə  qədim  saat  vardı.  Hicri  1385-ci  (1965) 

ildə  Həzrət  Abbasın  qəbrinin  üstünü  düzəltmək 

üçün  İranda  düzəldilmiş  günbəz  Kərbəlaya 

gətirildi.  Günbəzə  2  tondan  çox  gümüş,  400  kq 

qızıl və  daş-qaş işlədilmişdir. Bu İslam aləmində 

ən dəyərli günbəz hesab olunur”.  

Bağdadın 50 km-liyində olan Mahmudiyyə 

şəhərinə  çatanda  bir  cüt  qoşa  günəşin  sağdan 

doğduğu  görünür.  Bu  qoşa  günəş  Kərbəlada 

İmam Hüseynlə Həzrət Abbas məscidlərinin gün-

bəzləridir.  Parıltıya  səbəb  isə  günbəzlərin  üzərinə 

çəkilmiş 4-5 mm qalınlığında qızıl təbəqəsidir. 

Kazimiyyə  kompleksi  –  Bu  kompleks 

Kazimiyyədə 

salınmışdır. 

Şəhər 


əvvəllər 

Bağdaddan  bir  qədər  kənarda  olmuş,  indi  isə 

Bağdada  qovuşmuşdur.  Buradakı  məsciddə  VII 



Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə