Arif Xanlar oğlu Abasov Elçin Arif oğlu Abasov Elmira Novruz qızı Hüseynova



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə31/41
tarix14.05.2018
ölçüsü1,29 Mb.
#43615
1   ...   27   28   29   30   31   32   33   34   ...   41

İslam memarlığı və inşaat

 

 



59 

 

AZƏRBAYCANIN MÖHTƏġƏM MEMARLIQ ABIDƏLƏRI 

 

 

Azərbaycan  memarlarının  Yaxın  Şərqin 

memarlıq  tipologiyasının  inkişafında,  xüsusilə  də 

aparıcı  memarlıq  tiplərinin  formalaşmasında  bö-

yük xidmətləri olmuşdur. Dini memarlıqda bu xid-

mət özünü Təbrizdə Əlişah məscidi və Göy məs-

cid kimi nadir memarlıq abidələrində göstərmişdir. 

Azərbaycanın  möhtəşəm  memarlıq  abidə-

ləri barədə qısa da olsa məlumat vermək istərdik. 

Məhəmməd (Sınıqqala) məscidi – 11-ci əsr 

Azərbaycan memarlıq abidəsi. Bakıda, İçəri şəhər-

də  yerləşən  abidə  bir-biri  ilə  bağlılığı  olmayan 

məscid və minarədən ibarətdir. 

Məhəmməd  məscidi  1078-ci  ildə  memar 

Məhəmməd  Əbubəkr  oğlu  tərəfindən  tikilmişdir. 

Bu  onun  bizə  məlum  olan  yeganə  əsəridir.  Bu 

məscidin minarəsi Azərbaycan ərazisində salamat 

qalan minarələrin ən qocamanıdır. Məscidin şimal 

divarındakı kitabədə kompleksin tikilmə tarixi və 

memarın adı ilə yanaşı “ustad-rəis” sözləri də həkk 

edilmişdir. 

Əvvəllər  memarın  adı  ilə  “Məhəmməd 

məscidi”  adlanmış,  1723-cü  ildə  I  Pyotrun  hərbi 

dəniz ekspedisiyası Bakıya daxil olarkən artilleriya 

atəşindən minarənin üst qatı zədələndiyi üçün son-

ralar  xalq  arasında  “Sınıqqala”  kimi  tanınmışdır. 

Daha sonralar tikilmiş indiki məscidin, minarə ilə 

eyni  vaxtda  inşa  edilən  köhnə  məscidin  yerində 

tikildiyi ehtimal olunur. 

Məscidin  minarəsi  yuxarıya  getdikcə  dara-

lan  silindr  şəklindədir.  Minarənin  hündürlüyü  20 

m-dən artıqdır və daxilindən dolama pilləkənlə şə-

rəfə hissəsinə yol qalxır. İçəri şəhər planının quru-

luşunda  tutduğu  mövqeyə  görə  bu  minarədən 

müşahidə məntəqəsi kimi də istifadə olunmuşdur.  

Minarənin yuxarı hissəsini maşikul qurşağı 

əvəzinə  iri  stalaktitlər  dövrəyə  alır.  Stalaktitlər 

burada  bəzək  elementi  olmaqdan  əlavə,  həm  də 

konstruktiv  hissə  əmələ  gətirib  daş  balkonu  sax-

layır.  Balkonaltı  daşların  üzərində  dərin  relyefli 

həndəsi ornamentlər həkk olunmuşdur. 

Yonulmuş  daşdan  tikilmiş  Məhəmməd 

məscidi tək minarəsi, asimmetrik və yığcam quru-

luşu, bəzək azlığı ilə  səciyyəvi Abşeron məscidi-

dir. Sınıq-qalada orta əsr Şirvan memarlıq məktə-

binin üslub xüsusiyyətləri öz əksini tapmışdır. 

12-ci  əsr  Azərbaycan  memarlığı  xüsusilə 

zəngindir. Əbəs yerə həmin əsri Azərbaycan mə-

dəniyyətinin qızıl  əsri adlandırmayıblar. Yuxarıda 

artıq  həmin  dövrün  görkəmli  nümayəndəsi  və 

Naxçıvan memarlıq məktəbinin banisi olan Əcəmi 

Naxçıvani  və  onun  əsas  əsərləri  barədə  geniş 

məlumat vermişdik. 

Əcəmi  Naxçıvaninin  çoxüzlü  (prizmatik) 

gövdəli  qülləvari  türbələrin  təkamül  prosesində 

oynadığı həlledici rolu memar Əhməd Əyyub ibn 

əl-Hafiz  Naxçıvani  yuvarlaq  (silindrik)  gövdəli 

türbələrdə oynamışdır. Çoxüzlü gövdələri olan tür-

bələrin təkamül prosesi Möminə Xatın türbəsində 

başa  çatmışdısa,  yuvarlaq  gövdəli  türbələr  ən 

kamil  biçimi  Əhməd  Naxçıvaninin  Qarabağlar 

kəndində ucaltdığı Qudi Xatın türbəsində aldı. 

Qız qalası – Bakıda, İçəri şəhərdə ən möh-

təşəm memarlıq abidələrindən biri. Dəqiq tikilmə 

tarixi  məlum  olmasa  da,  tədqiqatçıların  çoxu 

tərəfindən müdafiə məqsədilə 12-ci əsrdə tikildiyi 

qəbul  olunmuşdur.  Qalanın  daş  kitabəsində  kufi 

xətti  ilə  Məsud  Davud  oğlunun  (“Qübbə  Məsud 

bin Davud”) adı həkk edilmişdir; bu yazı Məsudu 

qalanın memarı hesab etməyə imkan verir. 

 

 

 



Qız qalası memarlıq formasına görə Şərqdə 

yeganə  abidədir.  Əhəng  daşından  tikilmiş  qala 

nəhəng qaya üzərində salınmışdır. Abidənin hün-

dürlüyü  28  m,  diametri  16-16,5  m-dir.  Divarının 

qalınlığı aşağıda 5 m, yuxarıda 4 m olan Qız qalası 

silindrik  əsas  hissədən  və  ona  bitişik  bütöv 

çıxıntıdan ibarət orijinal quruluşa malikdir. Bəzən 

bu çıxıntını kontrfors (dayaqdivar) da adlandırırlar. 

Silindrik hissə daxildə səkkiz mərtəbəlidir. 



İslam memarlığı və inşaat

 

 



Mərtəbələr  yonma  daşlardan  hörülmüş 

günbəzlərlə  örtülmüşdür.  Mərtəbələrarası  əlaqə 

qalanın  cənub-şərq  divarının  içərisində  düzəldil-

miş  pilləkənlər  vasitəsilə  saxlanılır.  Bu  mərtəbə-

lərdə 250-dək adam yerləşə bilər. 1-ci mərtəbənin 

hünd.  3  m,  qalan  mərtəbələrin  hünd.  isə  orta 

hesabla 2,5 m-dir. Qız qalasının belə quruluşu orta 

əsr müdafiə tikililərinin, xüsusən Abşeron qala və 

qəsrləri  bürclərinin,  əsasən,  sığınacaq  xarakteri 

daşıması ilə əlaqədardır. Düşmənə qarşı fəal mü-

dafiə bu bürclərin ən yuxarı hissəsindəki meydan-

çada  təşkil  edilirdi.  Qalanın  yuxarı  hissəsi  19-cu 

əsrin  ortalarındakı  təmirdən  sonra  indiki  şəklə 

salınmışdır  (18-19-cu  əsrlərdə  qaladan  gözətçi 

məntəqəsi və mayak kimi istifadə olunurdu). 

Qız  qalası  iki  hörgü  sistemi  ilə  tikilmişdir. 

Birincisi 12 m hündürlüyədək olan hamar hissədir. 

İkinci hörgü sistemi isə 12 m-dən yuxarı hissədə 

tətbiq edilmişdir. Buradakı yonma daşların növbə 

ilə batıq və çıxıntı şəklində hörülməsi qalaya əzə-

mətli görkəm verir. Qalanın yuxarı hissəsində, di-

varın bir çox yerində bərkimiş suvaq qalıqları var. 

Hörgüdəki  bu  müxtəlifliyə  əsaslanan  bəzi  tədqi-

qatçılar  Qız  qalasının  aşağı  hissəsinin  5-6-cı  əsr-

lərdə  tikildiyini  və  kitabənin  sonradan  səlcuq 

sultanı  Mahmudun  nəvəsi  Məsudun  adını  əbədi-

ləşdirmək üçün qala divarına qoydurduğunu ehti-

mal  edirlər;  qalanın  qədim  dini  etiqadlarla  əlaqə-

dar olduğu, onun daha əvvəllər (e.ə. 7-ci əsr) tikil-

diyi barədə də fikirlər var. 

Arxeoloji  qazıntılara  əsasən  Qız  qalasının 

orta  əsrlərdə  Bakı-Abşeron  müdafiə  sistemində 

mühüm rol oynadığını söyləmək olar. 

Abidənin  “Qız qalası” adlanması  haqqında 

xalq  arasında  müxtəlif  əfsanələr  mövcuddur.  La-

kin qalanın etimologiyası hələlik qəti müəyyənləş-

dirilməmişdir. 

Qarabağlar türbəsi – Bu türbə Naxçıvanın 

şimal-qərbindəki  Qarabağlar  kəndində  orta  əsrlər 

memarlıq  abi  dəsidir.  Kompleksdə  türbədən 

başqa, (türbədən 30 m qərbdə) yanaşı qoşa minarə 

və onların arasında yerləşmiş dini binanın qalıqları 

var. Qoşa minarənin 12-ci əsrin sonu – 13-cü əsrin 

əvvəllərində  tikildiyi  ehtimal  olunur.  Minarələri 

bir-birinə  bağlayan  baştağ  isə  14-cü  əsrə  aiddir. 

Baştağın üzərində Elxani hökmdarı Hülaku xanın 

arvadı  Quti  (Qutuy)  xatunun  adı  yazıldığından, 

onun Quti xatunun şərəfinə tikildiyi güman edilir. 

 

 



 

Qarabağlar türbəsi 

 

Sərdabə  və  yerüstü  hissədən  ibarət  Qara-



bağlar türbəsində qülləvari türbələrin əsas xüsusiy-

yətləri əks olunmuşdur. Qarabağlar türbəsinin on-

ikibucaqlı  yeraltı  sərdabəsinin  divarları  daşdan, 

günbəzləri isə kərpicdən tikilmişdir. Türbənin bü-

tün səthlərinə xırda şirəli yaşıl kərpiclərdən çəkil-

miş  üzlük  qırmızımtıl  kərpic  fon  üzərində  onun 

səthini  böyük  kvadratlara  bölür.  Çəpinə  qoyulan 

belə kərpiclərdən  isə  romblar əmələ gətirilmişdir. 

Kvadratların hər birinin içərisində isə iri yaşıl kər-

piclərlə  “Allah”  və  “Bismillah”  sözləri  yazılmış-

dır.  Giriş  qapılarının  içərisinə  rəngbərəng  şirəli 

kaşı düzülmüş düzbucaq çərçivəli bəzəklər vardır.  

Türbənin  qülləsi  səkkizbucaqlı  postament 

üzərində qurulmuşdur. Minarələr 19,5 x 19,0 x 5 

sm ölçülü qırmızımtıl  və boz kərpiclərdən  hörül-

müşdür.  Türbə  və  minarə  hörgülərində  əhəng 

məhlulundan istifadə edilmişdir. 

Qarabağlar türbəsinin kompozisiya xüsusiy-

yəti  dörd  baştağlı  olmasıdır.  Bu  baştağlar  dörd 

coğrafi cəhətlərdə  yerləşərək, türbəyə dördfasadlı 




Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə