Arif Xanlar oğlu Abasov Elçin Arif oğlu Abasov Elmira Novruz qızı Hüseynova



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə34/41
tarix14.05.2018
ölçüsü1,29 Mb.
#43615
1   ...   30   31   32   33   34   35   36   37   ...   41

İslam memarlığı və inşaat

 

 



65 

xeyli  davamçısı  var  idi.  O,  Bakıda  Şirvan  şahı 

Xəlilullahın  sarayında  yaşamış  və  orada  məşhur 

filosof-alim kimi tanınmışdır.  

Abbasqulu  ağa  Bakıxanov  “Gülüstani-

İrəm” kitabında Şirvan və onun ətraf  əyalətlərin-

dən  olanlar  haqqında  məlumat  verərkən  yazır  ki, 

Seyid  Yəhya  Bakuvi  hicri  ilə  8-ci  əsrdə  bu 

vilayətin  mənəvi  müəllimi  idi.  Onun  adı  bir  çox 

sirli elmlərdə məşhur idi.  

Mavzoley  Keyqubad  adı  ilə  məşhur  olan 

qədim  bir  məscidə  bitişik  tikilmişdir.  Məscid 

səcdəgah kompleksinə daxil olmuşdur. Kompleks 

barədə  də  Abbasqulu ağa Bakıxanov xatırlayırdı: 



“Kelya  (Seyid  Yəhya)  –  onun  dua  etdiyi  otaq, 

məsciddə  yerləşən  ocaq  və  sərdabə  onun  adı  ilə 

adlandırılmış və indiyədək mövcuddur”. Təəssüf-

lər  olsun  ki,  məscid  bu  günümüzədək  qalmayıb, 

1918-ci  ildə  yanıb.  Dağıntıları  isə  1936-cı  ildə 

yerlə-yeksan edilib. Şirvanşahlar sarayının yaxınlı-

ğında olan bu qədim  məsciddən  indiyədək qalan 

yalnız bayır divarlarının qalıqları və günbəzi saxla-

yan dirəklərin özülüdür. Keyqubad məscidi qədim 

fotoşəkillər  və  sxematik  ölçülər  üzrə  memarlıq 

akademiki  Pavlinovun  məlumatlarına  əsasən  bəl-

lidir. 1888-ci ildə Bakıda olan Pavlinov bu məsci-

di görüb və sonralar yazırdı ki, təqribən 15-ci əsr-

də tikilmiş və saray məscidindən qat-qat qədim ta-

rixi tikilidir. O, qeyd edir:  “Məscid  kifayət  qədər 

genişdir. Plandan da göründüyü kimi onun gün-

bəzi dörd dirəyin üzərində qurulub. Günbəzin da-

yandığı əsas arakəsmələr və tağlar, günbəzin əsası 

bir  neçə  çıxıntıdan  ibarətdir.  Xanın  məscidində 

olduğu kimi dördtərəfli pəncərələrlə işıqlanır”. 

Məscidin  üzərində  əlyazmalar  yoxdur.  Üst 

görünüşü  parıldayan  daşlarla  hörülüb,  damı  isə 

hamardır.  Məscidin  pəncərələri  çox  da  böyük 

olmadığı  üçün  içərisi  qaranlıqdır.  Məscidin  arxa 

tərəfində ona bitişik tikililər olub. 

Bu  qədim  dini  ocağın  tikilmə  tarixini 

dəqiqləşdirən  məlumatları  öyrənə  bilməsək  də, 

etiraf etmək olar ki, bu ibadət ocağı başqa dövrə, 

başqa eraya aiddir. 

Keyqubad məscidi Azərbaycanın orta əsrlər 

memarlığında geniş yayılmış xaçvari günbəz tipli 

tikililərə  aiddir.  Onun  daxili  sahəsini  iki  cərgə 

dirək-sütunlar  bölürdü  ki,  onlar  da  ilk  baxışda 

saray  məscidinin  günbəzini  xatırladan  günbəzi 

saxlayırdı. Cənub divarının yaxınlığında, mavzole-

yə girişin yanında mehrab yerləşirdi. 

Keyqubad  məscidinin  memarlıq  görünüşü 

sadəliyi, dəqiqliyi  və  bərbəzəksizliyi  ilə  müəyyən 

edilirdi.  1949-cu  ildə  Şirvanşahlar  sarayının 

“Cənub” və ya “Orta” həyətinin ərazisində aparı-

lan  arxeoloji  qazıntılar  zamanı  Keyqubad  məsci-

dinin  bünövrəsinin  alt  qatında  böyük  bir  binanın 

divar  və  bünövrəsinin  qalıqları  tapılmışdır.  Bu 

bina  ölçülərinə  görə  ondan  çox  kiçik  Keyqubad 

məscidinin  tikilməsinin  başlanğıcı  olmuşdur.  Qə-

dimliyimizi,  keçmişimizi  təsdiqləyən  və  yaşadan 

tarixi  inci olan Keyqubad  məscidinin qalıqları bu 

günümüzə gəlib çatıb. Onun müasir dövrdə bərpa-

sı xalqımız üçün xeyirli olardı. Axı, keçmişi yaşa-

dan bu memarlıq incisi bu günümüzü də yaşadar, 

gələcəyə isə körpü salardı. 



Bakı Şirvanşahlar Sarayı kompleksi – Ba-

kıda (İçəri şəhərdə) Şirvanşahlar Saray binalarının 

kompleksi öz memarlığı, kompozisiya və qurulu-

şu ilə Azərbaycan memarlıq abidələri içərisində ən 

görkəmli yer tutur. Bakının 15-ci əsrdə Şirvanşah-

lar  dövlətinin  paytaxtına  çevrilməsi  ilə  əlaqədar 

tikilmişdir.  Saray  kompleksi  1420-60-cı  illərdə 

salınmışdır. 

 

 

 



Şirvanşahlar  Sarayı  kompleksi  əsas  bina  – 

saray  (1420-ci  illər),  divanxana  (1450-ci  illər), 

türbə (1435), minarəli  şah  məscidi (1442), Seyid 

Yəhya  Cəlaləddin  Bakuvinin  türbəsi  (1450-ci 

illər),  türbəyə  bitişik  kiçik  məscid  (“Keyqubad 

məscidi” də adlanır), Murad qapısı və hamamdan 

ibarətdir. 

Saray  fasadlarının  memarlığında  dekorativ 

elementlər yoxdur. Daş divar ensiz və enli  hörgü 

cərgələri ilə canlanır. 

Divanxana sarayın əsas binasına yapışıqdır. 

O,  əsasən  səkkizbucaqlı  günbəzli  böyük  otaqdan 

ibarət olub, üç tərəfdən tağlı eyvanla, bir tərəfdən 

isə  divarla  əhatə  olunmuşdur.  Onun  qərb  fasadı 

monumental portalla bəzədilmişdir. Çatma formalı 

gözəl  oyucu  tipli  yarımgünbəzlə  tamamlanaraq, 

yeddi cərgəli stalaktik kəmər üzərində oturur. 



İslam memarlığı və inşaat

 

 



Portalın timpan və giriş yerinin üst səthi daş 

oymaqla  bəzədilmişdir.  Burada  kompozisiyanın 

memarlıq  formalarının  konstruktiv  quruluşda  ta-

mamlanması  və  ornamental  elementlərin  böyük 

məharətlə  inşa  olunması  divanxananın  Azərbay-

can  xalqının  memarlıq  irsində  böyük  yer 

tutmasına imkan vermişdir. 

Saray  kompleksinin  binası  olan  türbə 

Azərbaycanda  15-18-ci  əsrlər  dini  tikintilər  üçün 

səciyyəvidir. 

Saray məscidi məqbərənin yanında yerləşir 

və  onu  fərqləndirən  cəhətlərdən  biri  də  ibadət 

otağının  gözəl  mütənasibliyi,  tağbənd  və  günbəz 

örtüklərinin müxtəlifliyidir. 

Məscidin  şimal-şərq  küncündə  minarə 

ucalır.  Minarənin  yuxarı  hissəsindəki  staletitlə 

qurşaq balkonu öz üzərində saxlayır. 

 

 



 

 

Şirvanşahlar Sarayı kompleksi 



 

Şirvanşahlar Sarayı kompleksinin əvvəldən 

tərtib  edilmiş  plan  üzrə  və  kompleksin  əsas 

binalarının memar Əli tərəfindən tikilməsi ehtimal 

olunur.  Memar  Əlinin  adı  1435-ci  il  tarixli 

türbənin  baştağındakı  badamvari  medalyonlarda 

həkk  olunmuşdur.  Şimal  darvazasının  baştağı 

üzərindəki 

kitabədə 

Ustad 


Əmirşah 

Vəlyənkuhinin adı yazılmışdır. 



Göy  məscid  və  ya  Cahanşah  məscidi  – 

Təbrizdə 15-ci əsr Azərbaycan memarlıq abidəsi-

dir.  1465-ci  ildə  Qaraqoyunlu  hökmdarı  Cahan 

şahın tikdirdiyi Müzəffəriyyə memarlıq komplek-

sinin mərkəzi tikilisi olmuşdur. Kompleksdən yal-

nız əzəmətli Göy məscid (dağınıq halda) qalmış-

dır. 

Məscidin  memar  Xacə  Əli  Gücaci  tərəfin-



dən  tikildiyi  ehtimal  edilir.  Məscidin  kitabələrini 

Nemətulla  Bəvvab  (bəzi  mənbələrə  görə  o,  həm 

də Göy məscidin memarıdır) işləmişdir. 

Məscid  monumental  günbəzlidir  (diametri 

16,5 m). Bişmiş kərpicdən inşa edilən Göy məscid 

kvadratşəkilli  böyük  salondan  və  onun  ətrafında 

qruplaşdırılmış  9  kiçik  otaqdan  (qalereyalardan) 

ibarətdir.  Əsas  fasadın  (uzunluğu  52  m) 

mərkəzində baştağ, kənarlarında 2 minarə var. Bu 

minarələr  ona  çox  ifadəli  və  təntənəli  görünüş 

verirdi.  Son  dərəcə  zəngin  və  incə  memarlıq 

bəzəyi  ilə  memar  bu  əsas  ideyanı  inkişaf 

etdirmişdi. 

 

 



 

Göy məscid 

 

Məscidin  zəngin  naxışları,  kaşı  və  oyma 



bəzəkləri onun quruluşu ilə üzvi əlaqələndirilmiş, 


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə