Arif Xanlar oğlu Abasov Elçin Arif oğlu Abasov Elmira Novruz qızı Hüseynova



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə37/41
tarix14.05.2018
ölçüsü1,29 Mb.
#43615
1   ...   33   34   35   36   37   38   39   40   41

İslam memarlığı və inşaat

 

 



71 

 

ELM VƏ IMAN, ONLARIN VƏHDƏTI CƏMIYYƏTIN 

INKIġAFINDA ƏSAS AMILDIR 

 

 

Dini  və  ruhani  həyatın  səmərəliliyi,  onun 

tələblərinin  reallaşması  dərəcəsi  baxımından  isla-

mın “qızıl əsr”i şübhəsiz, Məhəmməd Peyğəmbə-

rin  (s)  yaratdığı  din  və  bu  dinin  Mədinədə 

möhkəmləndiyi dövr olmuşdur. 

İslamın  yaranması,  yayılması  və  onun  ar-

dınca müsəlman cəmiyyətinin formalaşması tarix-

də  baş  vermiş  ən  sürətli  və  yalnız  canlı  qabarıq 

formalar, islami dəyərlər  yeni  mədəniyyətə aydın 

islami  səciyyə  verdikdən sonra İslam dunyasında 

əsasən, suvarma texnologiyası, mədənlər, şaxtalar, 

toxuculuq sahələri, kimya, elm, ədəbiyyat, fəlsəfə, 

memarlıq, hərbi elmlər, musiqi, astronomiya, tibb 

və s. özünün inkişaf səviyyəsinə çatmışdır. 

Bəşəriyyətin  ən  dəyərli  və  qiymətli  varlığı 

elm  və  imandır. Elm  və  iman  iki qanada oxşayır 

ki, onlarsız  pərvaz  edib  ucalmaq  mümkün  deyil. 

Elmsiz  iman,  imansız  elm  bir  qanadsız  quşa 

bənzəyir. Odur ki, kamil alim təqvalı, bilikli, eyni 

zamanda  ümmətin  hərəkətverici  qüvvəsi  olmalı, 

öz  əməyinin  bəhrəsini  xalqın  maddi,  mənəvi  və 

iqtisadi cəhətdən yüksəlməsinə sərf etməlidir. 

İslam dini elmi, biliyi, müqəddəsləri yüksək 

qiymətləndirmişdir.  İslamın  arxalandığı  Dünya 

dörd dirək üzərində durur: 

1.

 

Alimlərin hikməti (elm) 



2.

 

Böyüklərin ədaləti 



3.

 

Allaha xas qulların ibadəti 



4.

 

Qəhrəmanların cəsarəti. 



Elm  və  fəzilətdə,  şücaət  və  ilahi  mərifətdə 

vicdanlara rəhbərlik edən Həzrət Əli (ə) kimi yük-

sək şəxsiyyətdən sonra səhabələr, hafizlər, saysız-

hesabsız  İslam  alimləri,  özü  də,  sözü  də  Allahın 

olan  “Qur’ani-Kərim”in  feyzi  ilə  yüksəlmiş,  bu 

kitabi-qədimdən  aldıqları  ziyalarıyla  aləmləri 

nurlandıraraq  bütün  dünyaya  insanlıq  dərsi 

vermişlər. 

Şəhid Murtəza Mütəhhəri deyib: 

“Tarix  bir  daha  sübut  etmişdir  ki,  elmin 

islamdan uzaq düşməsi bəşəriyyətə misilsiz zərər 

və xəsarətlər vurmuşdur. İmana elm çərçivəsindən 

nəzər  salmaq  lazımdır.  Belə  olduqda  iman 

xurafatdan  ayrılır.  Onlar  bir-birlərindən  uzaq 

düşdükdə isə iman donuq və təəssüblə dolu olan 

hərəkata  çevrilir  və  məqsədə  çatmaqda  vasitə 

deyil”. 

Müsəlman alimi inanır ki, onun hər bir zəh-

məti Allahın nəzərindədir. O, heç vaxt unutmur ki, 

bütün problemlərin həllində ulu Tanrıya, məzhəbə 

inanmaq lazımdır. 

Elm  insana  gələcək  həyatını  istədiyi  kimi 

qurmaqda yaxından köməklik edir və ona belə bir 

qüdrət və bacarıq bağışlayır. İman isə insanın gələ-

cək  həyatını  necə  qurmağa,  bu  işin  əhəmiyyətini 

dərk etməyə və bu məsələlərin özü və ictimaiyyəti 

üçün xeyirli olmasını başa düşməyə sövq edir. 

İnsan  elmdən  bir  alət  kimi  istifadə  edərək 

təbiəti  öz  iradəsinə  tabe  edir.  İman  isə  insana 

hakim olan istək və iradəsini öz ixtiyarına keçirən 

və  onu  haqqa  hidayət  edən  daxili  bir  qüvvədir. 

Deməli,  iman  insan,  insan  isə  elmin  vasitəsilə 

yaşadığı  aləmi  qurur.  Və  bu  iki  ünsür  birlikdə 

olduqda həm insan, həm də onun dünyası inkişafa 

doğru  yönəlir  və  müəyyən  mərhələlər  keçdikdən 

sonra təkamülə nail olur. 

“Qur’ani-Kərim”in “Loğman” surəsinin 20-

ci ayəsində: “Yerdəkilər və göydəkilər ixtiyarında-



dır”; “Əzhab” surəsinin 72-ci ayəsində isə: “Sən 

ilahi əmanəti daşıyırsan” buyurulur. Odur ki, hər 

bir  müsəlman  alim  Allahın  ümmətə  bəxş  etdiyi 

bütün nemətlərdən xeyirli məqsədlər üçün istifadə 

etməyi bacarmalıdır. 

Peyğəmbərimiz (s) buyurur: “Məndən eşit-

diyiniz sözləri əzbərləyib saxlayın və gələcək nəsil-

lərə verin. Çox güman var ki, gələcək və çox uzaq 

nəsillər  mənim  sözlərimin  mənasını  minbərimin 

ayağında  oturan  sizlərdən  daha  yaxşı  başa 

düşsünlər”. 

Müsəlman aləminin orta əsrlərdə və sonrakı 

dövrlərdə  yaşayıb,  dünya  mənəvi  xəzinəsinin 

incilərini  yaratmış  İbn  Sina,  Bəhmənyar  Əl-

Azərbaycani,  Əbu  Həfs  Sührəverdi,  Şeyx 

Mahmud  Şəbüstəri,  Seyid  Yəhya  Bakuvi  kimi 

filosof  və  mütəfəkkirləri,  Fələki  Şirvani,  Xacə 

Nəsrəddin  Tusi,  Hübeyn  Tiflisi,  Əbdürrəşid 

Bakuvi, Nəimi, Eynəlqüzzat Miyanəçi, Siracəddin 

Urməvi,  Əcəmi  Naxçıvani,  Hacı  Zeynalabdin 

Şirvani  kimi  alimləri,  Xaqani,  Nizami,  Nəsimi, 

Füzuli, Məsihi, Marağalı Əvhədi kimi dahi şairləri 

məhz  islam zəminində  yetişib  böyük şəxsiyyətlər 

kimi tanınmışlar. Əgər biz keçmiş sovet dövründə 

olduğu kimi bu görkəmli sənətkarların dinə qarşı 



İslam memarlığı və inşaat

 

 



çıxdıqlarını  iddia  ediriksə,  şübhəsiz  ki,  onların 

böyüklüyünü  və  dahiliyini  inkar  etmiş  oluruq. 

İslam  zəminində  yetişmiş,  yazıb-yaratmış  şer, 

sənət  və  elm  dühalarının  yaradıcılığını  islamsız, 

“Qur’an”sız  təsəvvür  etmək,  onları  bu  nəzəri, 

əxlaqi bünövrədən təcrid edib, sırf materialist ba-

xımından tədqiq etmək elmə qarşı hörmətsizlikdən 

başqa bir şey deyil. 

İbn Sina deyir: “Bütün ömrüm boyu elmin 

hansısa sahəsi üzrə bir məsələnin həllində çətinlik 

çəkdikdə dəstəmaz alıb, namaz qılıram. Allahdan 

yardım istəyirəm”. 

Şeyxül-mühəndisin  Əcəmi  Əbu-bəkr  oğlu 

Naxçıvani “Qur’ani-Kərim”ə istinad edərək İslam 

memarlıq üslubunu yaratmış, dünya memarlıq və 

inşaat elminə  yeniliklər gətirmişdir. Odur ki, heç 

təsadüfi  deyildir  ki,  Əcəmi,  yaradıcılığının  şah 

əsəri  olan  Möminə  xatun  türbəsinin  üzərində  iki 

dəfə təkrarlanan “Yasin” surəsini həkk etmişdir. 

O cümlədən, dahi Şeyx Nizami Gəncəvinin 

də  adı  çox  böyük  ehtiram  və  məhəbbətlə  qeyd 

olunmalıdır. 

Araşdırıcıların qeyd etdiyinə görə, “Nizami 



dinsiz, etiqadsız cəmiyyət təsəvvür etmir”. Bu sa-

dəcə olaraq  mümkün də deyildi. Çünki dünyanın 

bütün  vicdanlı  mütəfəkkirləri  dini  şüurda 

cəmiyyətin  hərəkətvericisi  olub,  onu  nizamda 

saxlayan qüvvəni görürlər.

 

Nizami də eləcə. 



Ustad  Nizami  Gəncəvi  öz  əsərlərində 

Allaha, peyğəmbərlərə belə xitab edir:  

 

Hər adın başlanğıcı olan Sənin adındır, 

Başlayışın əvvəli Sənə çatmağın axırıdır. 

Çox  vaxt  İslam  aləminə  tənə  vuraraq 

deyirlər ki, bu din onları elmi və texniki tərəqqidən 

çəkindirir, buna görə də İslam ölkələrində böyük 

kəşflər edən alimlər yetişməyib. Belə sözləri ancaq 

nadanlar deyə bilər. 

Qərblilər  öz  xristian  təəssübləri  ilə  qərbli 

düşüncələrinin və eyni zamanda irqçilik hisslərinin 

təsiri  altında  əsrlər  boyunca  İslam  mədəniyyətin-

dən  bəhrələnməklə  əldə  etdikləri  elmlərin  mənşə 

və  mənbələrini  etiraf  etmək  istəməmiş,  hətta 

bununla  da  kifayətlənməyib,  islamı  daim  kiçik 

göstərməyə çalışmışlar. 

“Ərəblərin böyük tarixi” adlı əsərin müəllifi 

L.A.Sedillot qeyd edir: “Müsəlmanları və onların 

bütün  orta  əsrlər  boyunca  yeni  mədəniyyətə 

göstərdikləri  təsirləri  unutmaqda  yəqin  ki, 

müəyyən məqsəd olmuşdur”. 

İslam  aləmində  Şeyx  Bühaddəni  kimi 

istedadlar,  elm  və  xəzinələr  yetişmişdir.  İmanlı 

alim  heç  vaxt  icad  etdiyini  cəmiyyətə  zərər 

vurmaq üçün tətbiq etməmişdir. Şeyx Bühaddəni 

nüvə enerjisindən tədriclə istifadə etmək qaydasını 

bilirmiş.  Lakin  onun  törədə  biləcəyi  fəsadları 

nəzərə alaraq, bu sirri heç kəsə öyrətməmişdir. 

Amerika  və  Avropa  alimləri  isə  onun 

sirrindən azacıq agah olan kimi atom və hidrogen 

bombaları  yaradıb,  bir  partlayışda  milyonlarla 

adamı məhv edə bilən silahlar icad etdilər. 

İslam  peyğəmbəri  Həzrət  Məhəmməd  (s) 

buyurub:  “İki  şey  mənim  belimi  sındıracaq:  biri 



avam dindar, ikincisi dinsiz alim”. 

Peyğəmbərimizin (s) bu mübarək kəlamın-

dan  onun  elmə,  tərəqqiyə  nə  dərəcədə  yüksək 

qiymət verdiyinin şahidi oluruq. 



 

 

 

 


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə