Arif Xanlar oğlu Abasov Elçin Arif oğlu Abasov Elmira Novruz qızı Hüseynova



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə40/41
tarix14.05.2018
ölçüsü1,29 Mb.
#43615
1   ...   33   34   35   36   37   38   39   40   41

İslam memarlığı və inşaat

 

 



77 

 

BƏZI MEMARLIQ TERMINLƏRI LÜĞƏTI 

 

 



Abaka – sütun başlanğıcının tava şəklində üst hissəsi 

 



Abidə – sənət və tarixi dəyəri olan tikinti, şəxsiyyət və hadisələrin şərəfinə yaradılan memarlıq əsəri 

 



Abris – çevrə, kontur 

 



Absida  –  dini  və  ictimai  binanın  bir  hissəsi.  Planda  yarımdairəvi,  çoxtərəfli  və  təsadüfi  hallarda 

düzbucaqlı formada olur. 

 

Akveduk – çay, dərə və s. üzərində körpü şəklində çəkilən su kəməri 



 

Ansambl – uyğunluq 

 

Arabesk – həndəsi fiqurlardan mürəkkəb ornament, bəzək, naxış, şəbəkə 



 

Arxitektonika – binanın hissələri arasındakı uyğunluq 

 

Arxivolt – tağın profillə və yaxud hörgü ilə çərçivələnən hissəsi 



 

Baza – təməl, (sütunaltı) özül 

 

Came-əl-Cami  –  müsəlman  ölkələrində,  o  cümlədən  Azərbaycanda  Cümə  məscidi  “Məscidi  əl-



Cami”,  “Məscidi-ədinə”  də  adlanır.  Ümumiyyətlə,  həcmi  planlaşdırma  həlli  böyük  olan  məscidə 

“came” deyilir. 

 

Dəstəmazxana – namaz qılmazdan əvvəl qüsl etmək üçün yer 



 

Ərəb  memarlığı  –  dünya  memarlığında  xüsusi  yeri  olan  memarlıq.  Dünyada  islamın  meydana 

gəlməsi,  yayılması  və  inkişafı  ilə  əlaqədar  olaraq  müsəlman  ölkələrində  və  müsəlmanların 

məskunlaşdığı ərazilərdə memarlıq da yaranıb inkişaf etdi. 7-ci əsrdən başlayaraq islam dininin təriqət 

qanunlarının,  ayinlərin  icrası  üçün  məscidlərin  tikintisinə  başlandı.  İlk  məscidi  Məhəmməd 

Peyğəmbər (s) 623-cü ildə Mədinədə tikmişdir. Sonra Bəsrədə (635), Kufədə (638), Dəməşqdə (8-ci 

əsr),  Qüdsdə  (687-691),  Kordovada  (8-10-cu  əsrlər),  Qahirədə  (9-cu  əsr),  Samirədə  (9-cu  əsr), 

Əlcəzairdə (11-ci  əsr) və başqa  yerlərdə  məscidlər tikildi. 7-ci əsrdən  başlayaraq Azərbaycanda  da 

ərəb  mədəniyyətinin  tərkib  hissəsi  kimi  məscid,  minarə,  xanəgah,  türbə  və  s. tikilməsinə  başlandı. 

Naxçıvan, Təbriz, Bakı, Marağa və başqa şəhərlərdə ərəb-Azərbaycan memarlığının ən gözəl əsərləri 

yaradılmışdır. 

 



FəramüĢxana – dərviş oyunlarında zikr göstərilən binanın adı 

 



Günbəz  –  binaların  üstünü  örtmək  üçün  işlədilən  ən  qədim  konstruksiyalardan  biri.  Daşların  və 

kərpiclərin  maili  şəkildə  qoyulması  ilə  əlaqədar  olaraq,  günbəz  yuxarı  getdikcə  daralır  və  beləliklə, 

xırda daşlar vasitəsilə böyük boşluğun üstünü örtmək mümkün olur. 

 



Azərbaycan,  İran,  Türkiyə,  Orta  Asiya,  Ərəbistan  məscidlərinin  günbəzləri  dünya  memarlığının  ən 

nadir  incilərindən  sayılır.  Ayasofiya,  Süleymaniyyə,  Sultan  Əhməd  cameləri  (Türkiyə),  Kazımiyyə 

kompleksi (Bağdad), Əli türbəsi (Nəcəf), Abbas türbəsi (Kərbəla), İmam Rza məqbərəsi (İran), Kuri-

Əmir türbəsi (Səmərqənd), Təzə Pir, Göy məscid, Gəncə Cümə məscidi (Azərbaycan), Sultan Səncər 

türbəsi (Mərv) və s. abidələrin günbəzləri dünyada məşhurdur. 

 



Hərəmgah – müqəddəslərin dəfn olunduğu yer, türbə, məqbərə, məscid, kənd, şəhər 

 



Ġbadətgah, ibadətxana – müsəlmanların ibadət etdikləri məscid, məbəd, pir və s.-nin adı. 

 



Ġnteryer – binanın içərisi, iç görünüşü 

 



Kalliqrafiya – bax xəttatlıq 

 



Karkas – binanın gövdəsi 

 



Karniz – binalarda divarın səthindən irəli çıxan çox profilli kəmər 

 



KaĢı – bişmiş gil təbəqəsi və yaxud kərpic üzərinə çəkilmiş şüşəvari, minaya oxşayan parlaq maddə 

 



Kəckarlıq – dekorativ sənət növü, kəc üzərində bədii oyma və kəcdən tökmə üsulu ilə bədii-memarlıq 

elementlərinin  hazırlanması.  Kəc  məhlulu  divara  suvaq  kimi  çəkilir,  naxışlar  onun  hazırlanmış 

səthində  (yaş  suvaq  üzərində)  oyulur.  Memarlıq  bəzəklərinin  emosionallığını  artırmaq  üçün 

kəckarlıqda bəzən boyalardan da istifadə edilir. Bu məqsədlə kəcin oyulmuş yerləri parlaq tempera ilə 

rənglənir. 



İslam memarlığı və inşaat

 

 



 

Kitabə – Şərq, həmçinin Azərbaycan memarlıq və təsviri sənətində üzərində yazı həkk olunmuş daş 

lövhə.  Qədim  dövrlər,  xüsusən  orta  əsrlərə  aid  epiqrafik  abidələrin  və  kitabələrin  bir  çoxu  dini 

məzmunlu ehkamlardan ibarətdir. 

 

Kompozisiya  –  incəsənətdə  əsas  ifadə  vasitələrindən  biri.  Memarlıqda  binanın  əsas  hissələrinin 



qarşılıqlı vəziyyətini müəyyənləşdirən sxemdir. Kompozisiyanın ən geniş yayılmış qanunlarından biri 

simmetriyanın, yəni mərkəzə nisbətən binanın sağ və sol tərəflərinin eyni olmasıdır. 

 

Konxa  –  yarımgünbəz.  Bəzən  planda  dairəvi  və  ya  kvadrat  formalı  abidələrdə  günbəzaltı  sahəni 



genişləndirmək  üçün  üç-dörd  absidadan  istifadə  edirlər.  Bu  absidaların  yuxarı  hissəsi  günbəzlə 

birləşərək dairəvi formaya çevrilir və günbəzin ağırlığını öz üzərinə götürür. 

 

Kufi xətti – qədim ərəb əlifbasının bir şəkli olub, 14-15-ci əsrlərə qədərki abidələrdə işlənilirdi. Kufi 



xəttin başlıca xüsusiyyəti həndəsi düzgünlüklə yazılması və düz cizgilərdən istifadə edilməsidir. 

 



Lyunet  –  tağbənddə,  günbəzdə  və  yaxud  qapı  və  pəncərə  üstündə  düzəldilən  tağvari  boşluq.  Bu 

binanın içərisini işıqlandırmaqla bərabər onun memarlıq formasını da zənginləşdirir. 

 

Mavzoley – monumental qəbirüstü tikinti. Buraya bəzən sərdabədən başqa memorial zal da daxildir. 



 

Mayoliks – kaşı 

 

Mehrab  –  məscidlərdə  qiblənin  istiqamətini göstərən memarlıq elementi. Adətən  məscid divarında 



oyulmuş tağşəkilli formaya malik olur. Mehrabın kənarlarını ornamentlər, “Qur’an” ayələri və Allahın 

müqəddəs adları yazılmış xəttatlıq nümunələrilə bəzəyirlər. Adətən mehrabın düz qarşısında, məscidin 

döşəməsindən  bir  qarış  aşağı  səviyyədə  dördbucaqlı  formaya  malik  kiçik  bir  yer  olur.  Camaat 

namazına  başçılıq  edən  şəxs  (imam)  həmin  yerdə  namaz  qılır.  Mədinə,  Dəməşq,  İstanbul,  Qahirə, 

İsfahan  və  s.  kimi  şəhərlərdəki  qədim  məscidlərin  mehrabı  əsl  memarlıq  incisi  sayılır.  Bir  yerdən 

başqa yerə aparıla bilən mehrablar da olur. “Qur’an”ın 34 və 38-ci surələrində adı çəkilir. Məscidlərdə 

mehrabın  olması  tarixi  dəqiq  olmasa  da,  7-ci  əsrin  sonlarında  mehrab  vacib  olmuşdur.  Bəzi 

məscidlərdə, xüsusilə də camelərdə bir neçə mehrab düzəldilir. 

 

Məbəd – islamda dini ayinlərin, mərasimlərin icrası, ibadət edilməsi məqsədilə əlaqədar tikili. İslam 



dünyası, o cümlədən Azərbaycan  məscidləri,  ibadətgahları,  məbədləri  milli  memarlıq nümunələrini 

özündə əks etdirir. Əhəmiyyətinə görə məbədlərin icra etdiyi dini məzmun daha böyük mənalar kəsb 

edir. 



 



Mədrəsə  –  ibtidai  məktəbin  ikinci  mərhələsini  təşkil  edən  tədris  müəssisəsi.  İslamın  yayıldığı 

ölkələrdə  ilk  mədrəsələr  təqribən  10-cu  əsrdə  yaradılmış,  ilk  belə  məktəblər  Xorasanda  və 

Mavərənnəhrdə  təsis  edilmişdir.  11-ci  əsrdən  başlayaraq  mədrəsə  əsas  tədris  müəssisəsi  hesab 

edilmişdir. 

 

Məhlul – divar daşlarını və ya kərpiclərini bir-birinə bərkitmək üçün hazırlanmış horra (qarışıq) 



 

Məqbərə – bax türbəmavzoley 

 

Məscid  –  müsəlman  ibadətgahı, Allaha səcdə  yeri. Bir qayda olaraq dəstəmaz almaq üçün nəzərdə 



tutulmuş həyətdən və bir o qədər də bəzəyi olmayan içəri otaqdan ibarət olur. Burada müsəlmanlar 

namaza  durur, ruku  və  səcdə  edirlər.  Cümə  günləri  xüsusi  cümə  namazları  qılınır  və  dini  icmanın 

başçısı olan imam xütbə oxuyur. İlk məscidi Məhəmməd Peyğəmbər (s) Mədinədə 623-cü ildə öz 

evinin yaxınlığında səmti (üzü) Kəbəyə (qibləyə) tərəf inşa etmişdir. Qübə məscidi 630-cu ildə Kəbə 

ətrafı və həyəti ilə birlikdə məscid adlanmışdır. Məkkədəki məscid bütün dünyada “Məscidül-Həram” 

(“Beytullah”,  yəni  “Allahın  evi”)  adı  ilə  məşhurdur  və  müsəlman  aləmində  ən  müqəddəs  məscid 

hesab edilir. Sonralar Yaxın və Orta Şərq, Suriya, İran, Orta Asiya, Azərbaycan, Türkiyə və başqa 

ölkələrdə  də  məscidlərin  tikintisinə  başlandı.  7-8-ci  əsrlərdə  inşası  bir  qədər  də  genişləndi.  Tikilən 

məscidlərdə  mehrab,  hücrə  yerləşdirildi.  Dünya  memarlığında  istər  möhtəşəmliyinə,  istərsə  də 

memarlıq və bəzək işlərinə görə bunlar əsl memarlıq abidələridir. 

 

Minarə  –  İslam  memarlığında  müqəddəs  abidənin  bir  hissəsi,  müsəlmanları  ibadətə  səsləyən  azan 



qülləsi. İlk minarə Bəsrə, Fustat (Bağdad) və Dəməşqdə (Şamda) Əməvilər məscidində tikilmişdir. 

13-cü əsrdən yalnız bir minarəli məscidlər tikilirdi ki, minarə ondan aralı inşa edilirdi (dörd minarəli 

Məkkə məscidi istisna olunmaqla). 14-cü əsrdə İranda və Orta Asiyada, sonralar Misirdə və Yəməndə 

qoşa minarəli məscidlərin tikintisinə başlanmışdır. Minarələrin iki növü vardır: dairəvi və düzbucaqlı 

formalı minarələr. Məscidin minarəsinə çıxmaq üçün əvvəllər xaricdən, sonradan daxildən pilləkənlər 



Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə