Arif Xanlar oğlu Abasov Elçin Arif oğlu Abasov Elmira Novruz qızı Hüseynova



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə35/41
tarix14.05.2018
ölçüsü1,29 Mb.
#43615
1   ...   31   32   33   34   35   36   37   38   ...   41

İslam memarlığı və inşaat

 

 



67 

kitabələri  nəstəliq,  kufi,  süls  və  ruqə  xətlərilə 

işlənmişdir. Ümumi koloritində göy rəng üstündür 

(“Göy  məscid”  adı  da  buradandır).  Bu  məscid 

“İslamın firuzəsi” də adlandırılmışdır. 

Səlcuq  dövrü  məscidinin  Azərbaycanda, 

xüsusilə də Təbriz bölgəsində təkamül prosesinin 

yekunu  olan  Göy  məscid  funksiya,  konstruksiya 

və  bədii  memarlıq  həllinin  yetkinliyi,  kompozisi-

yasının  bənzərsizliyinə  görə  dünya  memarlığı 

inciləri arasında fəxri yer tutur. Böyük sənət key-

fiyyətlərinə  görə  Göy  məscid  örnəyə    prototipə 

çevrilmiş, ona memarlıq nəzirələri həsr edilmişdir. 

Böyük  Moğolların  Hindistandakı  monumental 

cümə  məscidi  tipi,  İraqda  şiə  imamları  türbələri, 

İran və Türküstanda bir sıra məscidlər Təbriz Göy 

məscidinin birbaşa təsiri altında yaranmışlar. 

Azərbaycanın  İrəvan  (Rəvan)  vilayətində 

Şah İsmayıl Xətainin əmri ilə ilk məscidlərdən biri 

tikilmiş  və  məscid  “Şah  İsmayıl  Xətai” 

adlandırılmışdır. 

Hacı  Banu  məscidi  –  Bu  məscid  Bakıda, 

Şirvanşahlar  saray  kompleksinin  ərazisində 

yerləşir. 16-cı əsrdə memar Hacı Banu tərəfindən 

tikildiyi  kiçik  ərəb  yazısında  xəbər  verilir.  Digər 

epiqrafik  lövhədə  qeyd  edilib  ki,  məscid  hicri 

1320-ci  (miladi  1902-03)  ildə  təmir  olunub,  iri 

həcmli yenidənqurma işləri aparılıb. Belə ki, əlavə 

olaraq  dəhliz  hissədə  ibadətgah  zalını  ikitərəfli 

işıqlandırmaq  üçün  qoşa  yarım-çevrə  şəkilli 

pəncərələr qoyulmuşdu. 



Şeyx Səfiəddin kompleksi – orta əsrlərə aid 

Azərbaycan memarlıq abidəsidir. Ərdəbildə Şeyx 

Səfiəddin  İshaq  Ərdəbilinin  (1252-1334)  türbəsi 

(Şeyx  Səfi  türbəsi)  ətrafında  tikilmişdir.  Şeyx 

Səfiəddin  kompleksi  16-17-ci  əsrlərdə  Azərbay-

canda  tikilmiş  ən  görkəmli  memarlıq  abidələrin-

dəndir. Ziyarətgaha çevrilmiş bu kompleksə Şeyx 

Səfi  türbəsindən  başqa  I  Şah  İsmayıl  türbəsi, 

“Çinixana”, məscid, zəvvarlara məxsus otaqlar və 

s. daxildir. 

Kompleks  Ərdəbilin  bazar  meydanı  qarşı-

sında yerləşir. Kompleksə daxil olan binaların ən 

qədimi  səkkizbucaqlı  Cənnətsəra  məscididir  (13-

cü əsr).Bu məsciddən sonra ansamblın əsas binası 

olan Şeyx Səfi türbəsi tikilmiş (14-cü əsr; memar 

Əvəz  Məhəmməd  oğlu),  16-17-ci  əsrlərdə  başqa 

bina və tikililər kompleksi tamamlanmış və indiki 

formasını almışdır. 

İrəvan  vilayətində  ən  qədim  və  möhtəşəm 

məscidlərdən, həmçinin nadir incilərdən birini Şah 

Abbas Səfəvi (1587-1628/29) tikdirmişdir. Məsci-

di Azərbaycanın məşhur memarlarından biri sayı-

lan  Şeyx  Bəhaüddin  tikmişdir.  Eyni  zamanda 

1606-cı  ildə  Gəncədəki Şah  Abbas Cümə  məsci-

dini  də  o  tikmişdir.  Artıq  7-8-ci  əsrlərdə  İslam 

memarlığında günbəzli tikililər başlanılır. 

Sferokonik  günbəzli  xatirə  abidələrinin 

Yaxın Şərqdə geniş yayılan tiplərindən biri Səfəvi 

türbələri sayılır. Səfəvi dövlətinin teokratik xarak-

teri  ən  çox  xatirə  memarlığına  təsir  edib.  Səfəvi 

şahları şiə imamları və onların övladları, eləcə də 

öz babalarının  və görkəmli din  xadimlərinin  mə-

zarları  üstündə  monumental  türbələr  ucaldırdılar. 

Olduqca  nüfuzlu,  çox  gəlirli  ziyarətgahlara  çev-

rilməsi  bu türbələrin  məkan konsepsiyasında  həl-

ledici rol oynadı. Xatirə abidəsinə ibadət və olacaq 

funksiyalarının  artırılması  nəticəsində  Səfəvi  tür-

bələrinin planı çoxyerləşgəli quruluş aldı, memar-

lıq görkəmi isə məscidlərə yaxınlaşdı. 

Səlcuqların  qülləvari  türbələrinin  dinamik 

biçimində ərənlik çağının qəhrəmanlıq ruhu vardı-

sa,  Səfəvi  türbələrinin  mürəkkəbliyində  dərvişlik, 

sufilik əlaməti aparıcı idi. 

Monumental Səfəvi türbələrini plan qurulu-

şunun əsasına dinamik səkkizlik qoyulmuşdu – 4 

dik  və  4  üfüqi  xətt  kəsişərək  9  (biri  mərkəz,  8 

ətraf) kvadrat əmələ gətirirdi. Çox zaman mərkəzi 

otaq  – “Müqəddəs mərkəz” planda səkkizbucaqlı 

biçim alırdı. Simvolik olaraq Cənnət bağına uyğun 

gələn  belə  sxem  Səfəvi  türbələrinə  Cənnət 

məbədinin  modelinə  bənzər  quruluş  verirdi. 

Müqəddəs  mərkəz  türbənin  bayır  tutumuna  uca 

boyunlu iri günbəz şəklində çıxarılırdı. 

Səfəvi türbə modelinin simmetriya oxların-

dakı kvadratlar çox vaxt giriş üçün ayrıldığından 

türbəyə  dörd  qapı  qoyulurdu.  Bunun  öz  anlamı 

vardı.  Səfəvi  dövlətinin  qurucusu  Şah  İsmayıl 

Xətai şerlərində  mürşidlə dörd qapıdan keçməyin 

zəruriliyini yada salırdı. 

Biçim  konseptuallığı,  dərin  simvolikası, 

özəl  memarlıq  ifadəliliyi,  bitkin  və  səmərəli 

mühəndis  quruluşu  Səfəvi  türbə  modelinin  onun 

yarandığı  mərkəzdən  –  Azərbaycandan  xeyli  kə-

nara çıxmasına səbəb oldu. Belə türbələr İran və 

İraq ərazilərində daha çoxdur. Ancaq Səfəvi türbə 

tipi  ən  uğurlu  inkişaf  və  bitkinliyini  Hindistanda 

Böyük Moğolların saray memarlığında aldı.  

Ərdəbilin  Kəhralan  kəndində  14-cü  əsrdə 

Şeyx Cəbrayıl türbəsindən başlayan kamillik yolu 

uzaq  Aqrada  –  memarlıq  incisi  Tac-Mahalda 

tamamlandı.  Şeyx  Səfi  oğlu  Şeyx  Sədrəddin 



İslam memarlığı və inşaat

 

 



memarlıq 

ideyasını 

türk 

memarı 


ustad 

Məhəmməd İsa əfəndi əlçatmaz zirvəyə qaldırdı. 

Şiə  imamları  türbələrinin  günbəzlərinin 

qızıla tutulması ideyası I Şah Təhmasibə aid edilir. 

Bu  fəndin  əsas  mahiyyəti  günbəzin  günəşə 

bənzədilməsi  kimi  izah  edilir.  Qızıl  günbəzlə 

qızılbaş çalması arasında da məna və forma birliyi 

vardı.  Qızıl  günbəzli  türbələr  indi  İran  və  İraq 

ərazilərində qalıb. 

Hacı Heybət məscidi – Bu məscid Bakıda, 

İçəri  şəhərdə  hicri  1206-cı  (miladi  1791-ci)  ildə 

memar  Hacı  Heybət  Əmirəli  oğlu  tərəfindən 

tikilmişdir.  Məscidin  düzbucaqlı  layihəsi  kvadrat 

formalı  dəhlizdən,  xidməti  zirzəmidən  və 

camaxatanlı 

ibadətgah 

zalından 

ibarətdir. 

İbadətgah zalının interyerində, künclərdən birində 

memarın və arvadının qəbirləri var. Məscid 18-ci 

əsr  abidələrinə  aiddir  və  İçəri  şəhərin  dini 

tikililərinin inkişafında əhəmiyyətini saxlayır. 

Bəy  məscidi  –  Bu  məscid  1895-ci  ildə 

Bakıda inşa edilib. Onun tikintisində Məhəmməd-

Həşim  Əl-Bakuvinin  və  Hacı  Cavadın  oğlanları, 

həmçinin Bakı milyonçularından Murtuza Muxta-

rov,  İbrahim  Şirvani  (xəttat),  Mirəli  Ən-Haki, 

Mirtağı, Seyid Hüseyn (inşaat ustası) iştirak edib-

lər. Bakıda sənaye kapitalizminin şərtlərinə uyğun 

olaraq, məscid yeni dini memarlıq tikililərinin ax-

tarışlarına  başlanğıc  qoydu,  lakin  ənənəvi  yerli 

memarlıq  əsasında.  İlk  dəfə  geniş  həcmli 

kompozisiyadan  Şirvanşahlar  dövründə  Bakı 

memarlıq  məktəbinin  xarakterinə  uyğun  olaraq 

istifadə  etməyə  cəhd  etdilər.  Bəy  məscidi  bu  cür 

həll olundu, onda Avropa, Şərq və yerli konstruk-

tiv memarlıq prinsipləri toqquşurdu. 

Xanlar  məscidi  –  Bu  məscid  19-cu  əsrin 

sonunda  Xanlarov  qardaşları  tərəfindən  Bakıda, 

İçəri  şəhərdə,  öz  evlərinin  yanında  tikilmişdir. 

Məscidin memarı Məşədi Mirzə Qafar İsmayılov 

olmuşdur.  Böyük  olmayan  bu  məscid  yaşayış 

məhəllələrinin  arasında  yerləşir.  Xanlar  məscidi 

İçəri  şəhər  ərazisində  tikilən  sonuncu  dini 

memarlıq abidələrindən biridir. 



Təzə Pir məscidi – Bakıda, 1905-11-ci illər-

də tikilmiş memarlıq abidəsidir. Məscid mərhumə 

Nabat  xanım  Rzayevanın  vəsaiti  hesabına  tikil-

mişdir. 1796-cı ilin planına görə Təzə Pir məscidi 

rayonunda  daha  qədim  qurğu  var  imiş.  Mülki 

mühəndis Zivərbəy Əhmədbəyov Abşeronda özü-

nün həcmi planlaşdırma

 

və memarlıq xüsusiyyəti-



nə  görə  dini  qurğuların  ən  yeni,  təkmilləşmiş  və 

inkişaf etmiş Təzə Pir məscidini  layihələndirmiş-

dir. 

Məscidin  ilk  bünövrə  daşı  bir  mərtəbəli 



görkəmsiz  məscidin  yerində 23  iyul 1905-ci  ildə 

qoyulmuşdur. 

İri  həcmli  məscid  daha  çox  adamın 

yerləşməsi  üçün  nəzərə  alınaraq  monumental 

formada  yerli  memarlıq  ən-ənələrinə  əsasən  inşa 

edilmişdir. Bu dini abidə daşdan tikilməklə Bakıda 

böyük  miqyasına  görə  ilk  dəfə  tikilirdi. 

Baxmayaraq  ki,  məscidin  bəzi  forma  və 

elementləri  Şərq  memarlığına  uyğun  gəlir,  lakin 

həcmi  quruluşu  yerli  memarlıq  xüsusiyətlərinin 

modelləşməsindən 

irəli 


gəlir. 

Bu  özünü 

minarələrin  forma  və  hissələrində  büruzə  verir. 

Bunu  Bakıdakı  Şirvanşahlar  məscidində  də 

görmək mümkündür. 

 

 



 

Təzə  Pir  məscidi  dərin  üçtağlı  portaldan 

ibarətdir.  Məscid  planda,  daxili  böyük  həcmli 

ibadət  zalından  (19,6  x  19,6  m)  ibarət  olmaqla 

aşağı  silindrik  barabanlı  sferik  günbəzdən 

(diametri 20 m) ibarətdir. 

Təzə Pir məscidinin tikintisində çox məşhur 

memarustalar  –  Hacı  Abbas  –  baş  bənna,  usta 

Hacı Xeyrulla və Məmməd Hənif – ağ daş qoyan 

usta,


 

usta  Kərbəlayi  Mirzə  (1855-1965),  Salman 

Atayev  və  Soltan  –  ağ daş  yonan usta, həmçinin 

Kərbəlayi  Məcid  və  Kərbəlayi  Sadıx  –  məscidin 

interyerinin tərtibatçısı və başqaları çalışmışlar. 

Son illər Azərbaycanın bir çox yerlərində, o 

cümlədən  Nardaran  piri,  Bibiheybət  piri, 

Mirmövsüm  ağanın  ziyarətgahı  kompleksi  kimi 

möhtəşəm abidələr tikilməkdədir. 

 

 



Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə