Arif Xanlar oğlu Abasov Elçin Arif oğlu Abasov Elmira Novruz qızı Hüseynova



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə32/41
tarix14.05.2018
ölçüsü1,29 Mb.
#43615
1   ...   28   29   30   31   32   33   34   35   ...   41

İslam memarlığı və inşaat

 

 



61 

görkəm  verir. Baştağların səthi kaşı  ilə örtülmüş, 

həndəsi və nəbati naxışlarla bəzədilmişdir. 

Türbənin  konus  şəklində  olmuş  yuxarı 

günbəzi və müvafiq kitabələri dağıldığından onun 

inşa tarixini dəqiq təyin etmək mümkün deyildir. 

Lakin 

tədqiqatçılar 



türbənin  14-cü  əsrin 

əvvəllərində  tikildiyini  göstərirlər.  Qarabağlar 

türbəsi  ilə  Bərdə  türbəsinin  oxşarlığına  və  hər 

ikisinin 14-cü əsrin əvvəllərində tikilməsinə əsasən 

bu  abidələrin  eyni  memarın  (Əhməd  ibn  Əyyub 

Əl-Hafiz Naxçıvani) əsəri olduğu ehtimal edilir. 

 

 

 



Molla Əhməd məscidi – Bu məscid Bakı-

da, İçəri şəhərin məhəllə məscidlərinə aiddir. Sifa-

rişçisi  Nəsrəddin  Quştasp  ibn  Həsən  Hacıbaba, 

memarı isə tanınmış Abşeron qalalarının, o cümlə-

dən  Nardaran  kəndindəki  qəsrin  (1301)  və  Bibi-

heybətdəki minarəli məscidin (13-cü əsr) müəllifi 

Mahmud ibn Sə’ddir. Məscid 14-cü əsrin əvvəllə-

rində  kiçik  həcmdə  birzallı  düzbucaq  layihəsində 

inşa edilib. Fasadın yuxarı hissəsində uzununa xətt 

boyunca yerləşdirilmiş ərəb məktubunda ikisətrlik 

inşaat yazısı sifarişçi və memar haqqında geniş və 

ətraflı məlumat verir. Məscid memarlıq irsinin bir 

hissəsi  kimi  Şirvanşahlar  sülaləsi  dövrünü  əks 

etdirir. 



Bibiheybət  məscidi  və  ya  Bibiheybət  tür-

bəsi  –  Bakının  Şıx  qəsəbəsində  türbə.  Rəvayətə 

görə, türbədə VII imam Museyi Kazımın qızı (di-

gər mənbələrə görə bacısı) Hökumə və onun Hey-

bət adlı nökəri dəfn olunmuşdur. Mühacirət zama-

nı  Hökümə  xanım  və  onun  qulamı  Heybət  Bakı 

şəhəri  civarında,  indiki  Şıx  ərazisində  məskunla-

şırlar. Heybət Hökümə xanımı “Bibi” adlandırdığı 

üçün İslam aləmində ona bəzən “Həzrəti Bibi” də 

deyirdilər.  Orada  tikilən  məscid  isə  “Bibiheybət 

məscidi”  (Heybətin  bibisinin  məscidi)  adlanır. 

Onlar vəfat etdikdən sonra burada dəfn olunmuş-

lar. Onların dəfn olunduğu yerdə türbə, onun ya-

nında isə 20 m-lik minarəsi olan məscid tikilmiş-

dir. 


Məscid tikilib qurtardıqdan sonra onun ətra-

fında şeyxlər məskunlaşırlar. İslam dini cərəyanı-

nın üzvləri olan bu şeyxlərin şərəfinə həmin kənd 

Şıx (Şeyx) kəndi adlanmağa başlayır. 

Məscidin cənub divarında memar Mahmud 

Sə’d oğlunun və Şirvanşah Fərruxzadın adları olan 

ərəbcə kitabələr olmuşdur. Buna əsasən, məscidin 

13-cü  əsrin  sonunda  tikildiyi  ehtimal  edilir.  Belə 

güman  etmək olar  ki,  məbəd  inşa  olunan  vaxt o 

qədər də böyük olmamışdır. Təəssüf ki, məscidin 

ilkin  tam  görkəmini  bərpa  etmək  üçün  heç  bir 

mənbə yoxdur. 

 

 

 



20-ci  əsrin  əvvəllərində  Bibiheybət  məsci-

dində  yenidənqurma  işləri  görülməyə  başlanmış-

dır.  O  vaxt  məzarın  yanında  yeni  məscid  binası 

ucaldılmışdır. 

Tarixi  sənədlər  göstərir  ki,  ziyarətgahda 

aparılan  bu  işlər  tanınmış  Bakı  milyonçusu, 

xeyriyyəçi  və  səhmdar  Hacı  Şıxəli  Dadaşovun 

vəsaiti və səyi nəticəsində həyata keçirilmişdir. 

Vəqfi  ziyarətə  gələn  dindarlar  yol  sarıdan 

çox əziyyət çəkirdilər. Bakıdan Şıx kəndinə qədər 

olan  yol  olduqca  acınacaqlı  vəziyyətdə  idi.  Bura 

ziyarətə  gələn  azərbaycan  xalqının  şairə  qızı 

Xurşidbanu Natəvan və onun həyat yoldaşı Xasay 

xan Usmiyev öz vəsaitləri  hesabına Bakıdan Şıx 

kəndinə qədər çay daşlarından düzülmüş qənbərli 

yol çəkdirmişlər. 

Sovet dövründə dini abidələrin, o cümlədən 

Bibiheybət  məscidinin  dağıdılmasına,  yerlə-yek-

san edilməsinə sərəncam verildi və partladıldı. 

Azərbaycan  yenidən  öz  müstəqilliyinə 

qovuşduğu dövrdə orada ziyarətgah bərpa edildi. 



İslam memarlığı və inşaat

 

 



Təbriz yaxınlığındakı Şənb Qazan xeyriyyə 

kompleksinin  mərkəzi  tikilisi  Qazan  xan  türbəsi 

(1297, memar Əlişah Təbrizi) tamamilə dağılmış-

dır.  Ancaq  əldə  olan  materiallar  onun  memarlıq 

quruluşunu  aydınlaşdırmağa  imkan  verir.  Qazan 

xan türbəsinin üçqatlı tutum kompozisiyası vardı – 

alçaq  daş  kürsü,  uca  kərpic  gövdə  və  günbəz 

örtüyü.  Günbəzin  iç  diametri  14  m-ə  yaxın  idi. 

Türbənin  gövdəsi  ikiqatlı  (alt  qat  kub,  üst  qat 

prizma  biçimli)  olub.  Mərvdəki  Sultan  Səncər 

türbəsinin (12-ci əsr) müəyyən təsiri altında tikilsə 

də Qazan xan türbəsi Azərbaycanın qülləvari tür-

bələrinin  güclü  kompozisiya  vertikallığını  saxla-

mışdı. Alt ölçüləri 22 x 22 m olan türbənin hün-

dürlüyü 50 m-ə yaxın idi. Qeyri-adi monumental-

lığına görə onu yalnız Gürgan şəhərindəki Kabus 

günbəzi (1006) ilə müqayisə etmək olardı. 

Əzəmətli  və  bitkin  memarlığı  olan  Qazan 

xan türbəsi təkcə Azərbaycanın deyil, Teymurilə-

rin də monumental türbələrinin memarlıq surətinə 

təsir göstərib. 

Qazan  xan türbəsinin əsasına qoyulan  me-

marlıq  prinsiplərinin  uğurlu  inkişafı  baxımından 

ən sanballı əsər Ölcaytu xan türbəsidir. 

Xacə  Əlişah  Təbrizinin  şah  əsəri  olan 

Qazan  xan türbəsinin təsirinin dahi  memar Xoca 

Sinanın  şah  əsəri  –  Ədirnədəki  Səlimiyyə  came-

sinidə və İntibah dahisi italyan Filippo Brunelles-

kinin şah əsəri olan Florensiyadakı Santa-Mariya-

della-Fiore kilsəsində (15-ci əsr) aşkar edilməsi isə 

Azərbaycanın Elxanilər dövrü memarlığının  yük-

sək beynəlxalq durumunun əsas göstəriciləridir. 



Mirəli türbəsi – orta əsrlərə aid Azərbaycan 

memarlıq  abidəsidir.  Füzuli  rayonunun  Aşağı 

Veysəlli  kəndindədir.  Azərbaycanın  qülləvari 

türbələri  sırasına  daxildir.  Üçpilləli  kürsülük 

üzərində  tikilmiş  türbənin  silindr  şəkilli  gövdəsi 

konusvari günbəzlə tamamlanır. Hamar yonulmuş 

daşdan tikilən bu türbə mütənasib həcmlidir. Giriş 

qapısı türbənin səthindən xeyli irəli çıxmış baştağ 

şəklində düzəldilmişdir.  

Mirəli  türbəsi  yeraltı  (sərdabə)  və  yerüstü 

hissələrdən  ibarətdir.  Yuxarı  hissədən  sərdabəyə 

pilləvari  yol  salınmışdır.  Bu  da  Mirəli  türbəsini 

eyni tipli başqa abidələrdən fərqləndirir.  

Kitabəsi  qalmadığından  türbənin  dəqiq 

tikilmə  tarixi  və  memarı  məlum  deyil.  Memarlıq 

üslubuna  görə  13-cü  əsrin  sonu  –  14-cü  əsrin 

əvvəllərində tikildiyi ehtimal edilir. 

Xıdır  məscidi  –  Bu  məscid  1301-ci  ildə 

Bakıda tikilib. Düzbucaqlı məscid iki mərtəbədən 

ibarətdir,  amma  onların  arasında  birbaşa  əlaqə 

yoxdur. Üst mərtəbə – ibadətgah zalı, alt mərtəbə 

isə  zirzəmi  həyətə  çıxmağa  yardımçı  rolunda 

xidmət edir. Xüsusi olaraq nəzərə almaq lazımdır 

ki,  düzgün  profil  verilmiş  kiçik  portal  hündür 

ibadətgah zalına aparır ki, onun da üstü möhkəm 

şişbucaq daş qübbə formasında örtülmüşdür. Buna 

oxşar  kompozisiya  əvvəllər  Məhəmməd  məsci-

dində də (1078-79) istifadə olunub. 

1988-ci ildə məscidin qübbəsinin alt mərtə-

bəsində,  eləcə  də  ibadətgah  zalının  interyerinə 

çıxan  portalında  natamam  restavrasiya  işləri 

aparılıb və məscidin həyəti abadlaşdırılıb. 

Ölcaytu Xudabəndə türbəsi – Təbriz yaxın-

lığındakı Sultaniyyə kəndində 14-cü əsrə aid Azər-

baycan  memarlıq  abidəsidir.  1305-13-cü  illərdə 

memar  Tacəddin  Əlişah  Təbrizi  tərəfindən  inşa 

edilmişdir.  Bu  abidəni  Elxani  hökmdarı  Ölcaytu 

Məhəmməd Xudabəndə özünün şərəfinə dövlətin 

yeni paytaxtı Sultaniyyədə tikdirmişdir. 

Ölcaytu Xudabəndə türbəsi ölçülərinə görə 

öz sələflərini geridə qoymuşdu. Bişmiş kərpicdən 

inşa  edilən  səkkizüzlü  əzəmətli  türbə  (ümumi 

hündürlüyü 54 m, divarının qalınlığı 6 m) açıq sıra 

tağlar  şəklində  dövrələmə  qalereya  və  hündür 

günbəz  (diametri  25,5  m,  hündürlüyü  20  m)  ilə 

tamamlanır. Divariçi dolama pillələrlə qalereyaya 

yol var. Səkkizbucaqlı gövdənin künclərində sək-

kiz incə minarə (yuxarı hissələri uçmuşdur) ucalır. 

Türbənin  interyeri  kəc  üzərində  oyma 

naxışlarla  bəzədilmişdir.  Cənub  tərəfdən  türbəyə 

kiçik dəfn kamerası birləşir. 

Türbənin  kompozisiyası  da  bənzərsizdir. 

Belə  çoxminarəli  kompozisiya  bütün  İslam  me-

marlığında yenilik və böyük sənət hadisəsi idi. 

Türbə mühəndis həlli baxımından da dünya 

memarlığının  nadir  əsərlərindəndir.  Fransız  alimi 

O. Şüazidən bu yana dünya memarlıq tarixinə həsr 

olunmuş  bütün  sanballı  əsərlərin  müəllifləri  Öl-

caytu  Xudabəndə  türbəsinin  qeyri-adi  arxitek-

tonikliyi  olan  örnək  əsər  kimi  təhlilini  vermişlər. 

Ölcaytu xan türbəsi memarlıq bəzəyi baxımından 

dövrün  ensiklopediyasıdır.  Klassik  sənət  əsərləri-

nin hamısında olduğu kimi bu türbədə də memar 

Xacə  Əlişah Təbrizi  bütün komponentlərdə  dərin 

düşüncə  və  incə  takta  əsaslanmış,  böyük 

ahəngdarlıq prinsiplərini gözləmişdir. 

Ölcaytu Xudabəndə türbəsinin quruluşu bir 

sıra memarlıq abidələrinə təsir göstərmişdir. Dün-

ya miqyaslı memarlıq əsəri kimi Ölcaytu xan tür-

bəsinin təsirini Türküstanın Teymuri və Hindista-




Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə