Arif Xanlar oğlu Abasov Elçin Arif oğlu Abasov Elmira Novruz qızı Hüseynova



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə30/41
tarix14.05.2018
ölçüsü1,29 Mb.
#43615
1   ...   26   27   28   29   30   31   32   33   ...   41

İslam memarlığı və inşaat

 

 



57 

üzərində dayandılar. Onun variantı həm ustaların, 

həm də imperatorun xoşuna gəldi. Cahan şah əmr 

etdi  ki,  gələcək  məqbərənin  modeli  taxtadan 

düzəldilsin.  Model  bəyənildikdən  sonra  tikinti 

hazırlığı  başlandı.  Ustalar  gələcək  günbəzlərin 

xətlərini cızır, məmurlar fəhlələri yığır, Racputana 

karxanalarında  ən  yaxşı  mərmərlər  kəsilirdi.  Baş 

bənnalar  Dehli  və  Qəndəhardan  gəlmişdilər. 

Memarlar  istanbullu  Xan  Rumi  və  səmərqəndli 

Məhəmməd Şərif günbəzlərin tikintisinə rəhbərlik 

edirdilər  və  bir  lahorlu  usta onlara  kömək  edirdi. 

Dekorativ  işlərə  buxaralılar  və  dehlililər  baxırdı, 

bağbanı  Benqaliyadan  çağırmışdılar,  xəttatlar  və 

rəssamlar Dəməşq, Bağdad və Şirazdan idilər. Baş 

memar isə yerli sənətkar, layihənin müəllifi Ustad 

İsa idi. 

Tac-Mahalın,  Şərq  memarlığının  o  vaxta 

qədər əldə etdiyi ən yüksək nailiyyətlərini özündə 

əks  etdirməsini  anlamaq  üçün  təkcə  bu  siyahını 

gözdən  keçirmək  kifayət  edər.  Buxara,  Dəməşq, 

Səmərqənd,  Bağdad,  Şiraz  və  başqa  yerlərdən 

gələn  ustalar  o  şəhərlərin  təcrübəsini  özləri  ilə 

gətirmişdilər. Bu şəhərlərin hər biri öz məscidləri, 

minarələri, məqbərələri və sarayları ilə məşhurdur. 

Mütəxəssislərin 

böyük 

əksəriyyəti 



Hindistandan  idi.  Öz  ölçüsünə  görə  bu  tikinti 

dünya əhəmiyyəti kəsb edir. 

Memarlıq dərslikləri yazanlar səhv etmirlər: 

Tac-Mahal  elə  tikilib  ki,  onun  tam  hündürlüyü 

fasadın  eninə  bərabərdir,  yəni  tərəflərinin 

uzunluğu  75  m-ə  çatanda  dəqiq  kvadrat  şəklini 

alır.  Özü  də  piştağın  hündürlüyü  binanın 

hündürlüyünün  düz  yarısı  qədərdir.  Əlbəttə, 

cızıqların  sayını  artırmaq  da  olar  və  onda  Tac-

Mahalın  nisbətində  daha  bir  sıra  qəribə 

qanunauyğunluq  və  mütənasiblik  aşkar  ediləcək. 

Heç şübhəsiz bu, onu tikənlərin böyük xidmətidir. 

Onlar  buna  nail  olublar  ki,  tamaşaçı  Tac-Mahalı 

mürəkkəb  və  düzgün  həndəsi  fiqur  kimi  qəbul 

etmir, yalnız onun gözəlliyini duyur, hiss edir. 

Ensiz  çarhovuzun  kənarı  ilə  qabağa 

getdikcə Tac-Mahal “böyüyür”. Daha onu baxışla 

əhatə  etmək  mümkün  deyil.  Divarların  ağ 

mərməri  arasında  bəzi  yerdə  qırmızı  əhəng 

daşından naxış salınıb. Naxışlar yersiz görünmür, 

göz oxşayır. 

Tac-Mahalın  içərisi  xarici  görünüşü  kimi 

bir  o  qədər  də  yığcam  deyil.  Sanki  hər  yana  – 

divarlara,  döşəmə  və  kenotaflara  xalça 

döşənmişdir.  Məqbərənin  baş  salonunda  yalnız 

kenotaflar  –  zəngin  bəzənmiş  sərdabələr  yerləşir. 

Mümtaz Mahalın və onun yanında dəfn olunmuş 

Cahan  şahın  sərdabələri  aşağıda,  məqbərənin 

zirzəmisindədir. Bu sərdabələr başabaş  yarıbahalı 

daş-qaşla  inkrustasiya  edilmişdir.  Əfsanəvi 

ağacların  budaqları  çiçəklərə  qarışmış,  yarpaqlar 

və ləçəklər füsunkar naxışlara dönüb, sərdabələrin 

hər tərəfinə yayılmışdır. İnkrustasiyada cilalanmış 

ağ  mərmərdən  istifadə  olunub.  Ümumiyyətlə, 

məqbərə  başdan-başa  bu  mərmərdən  tikilib  və 

bərq vuran daş-qaşların qırmızı,  yaşıl,  mavi rəngi 

çox  mülayimdir.  Lazurit  Şri-Lankadan  və 

Pamirdən,  nefrit  Çindən,  ametist  İrandan 

gətirilmişdi. Tac-Mahalı yaratmaqdan ötrü 20 min 

fəhlə, rəssam və həkkak 18 il zəhmət çəkmişlər. 

“Tac-Mahal” dedikdə təkcə məqbərə nəzər-

də tutulmur. Məqbərə kompleksin yalnız mərkəzi-

dir.  Məqbərənin  yerləşdiyi  platformadakı  künclə-

rindəki  eyni  biçimli  dörd  minarə  də,  təkcə  Tac-

Mahal  və  minarələrin  deyil,  həmçinin  məscid  və 

qırmızı qumaşdan olan üstüörtülü qalereyanın da 

yerləşdiyi daha böyük platforma da bu kompleksə 

daxildir.  Bu tikililər  də  özlüyündə  gözəldir,  lakin 

memar onlar üçün ağ mərmər yox, qırmızı qumaş 

seçmişdir  ki,  həmin  binalar  bir  növ  ikinci  plana 

keçsin, məqbərədən diqqəti yayındırmasın, əksinə, 

onun  bəyazlığını  və  xəfifliyini  bir  az  da  qabarıq 

şəkildə nəzərə çarpdırsın. 

Kompleksə 

həmçinin 

çarhovuz 

və 

fəvvarələri  olan  böyük  bir  bağ  da  daxildir  və  bu 



bağ  elə  planlaşdırılıb  ki,  məqbərə  müxtəlif  tərəf-

lərdən daha yaxşı görünsün. Bağdakı sərv ağacları 

qəbiristan  ovqatı  yaratmır  və  yamaq  təsiri  bağış-

lamır. 


Tac-Mahalın  tikintisi  dövlət  əhəmiyyətli 

hadisə  idi.  Böyük  Moğol  arxivindəki  materiallar 

məqbərənin necə  yaranması  barədə  təsəvvür  əldə 

etməyə imkan verir. 



Mənari-Cünban  məscidi  –  İranın  İsfahan 

şəhərindəki  Karladan  məhəlləsində  yerləşən  bu 

məscid özünün memarlıq üslubu və mozaikalı bə-

zəkləri ilə tamaşaçıya heç də qeyri-adi təsir bağış-

lamır.  Lakin  bu  məscidin  tamaşaçıda  doğurduğu 

maraq  onun  adından  bəllidir:  “Mənari-Cünban” 

fars  dilindən  tərcümədə  “Yellənən  minarələr” 

deməkdir. Bu məscidin 5 m hündürlüyə malik iki 

minarəsi  fiziki  təsiretmə  nəticəsində  yellənir.  Mi-

narələrin hər ikisinin daxili divarına dəstək bərki-

dilib.  Minarənin  içindəki  meydançada  dayanan 

şəxs  həmin  dəstəkdən tutaraq,  güclü  təkanla onu 

hərəkətə  gətirəndə  bütövlükdə  minarə  yellənir. 

Qəribəsi  budur  ki,  bu  zaman  o  biri  minarə  də 




İslam memarlığı və inşaat

 

 



uyğun  rəqsi  hərəkətə  başlayır  və  hər  iki  minarə 

birlikdə yellənir. 

Məscidin  daxilindəki  məzarda  Əmu  Abdul-

lah  adlı  mömin  və  zahid  bir  şəxs  dəfn  edilmişdir. 

Onun  qəbrinin  başdaşında  belə  yazılmışdır:  “Bu, 

Məhəmməd ibn Mahmud Səqəlanın oğlu, hicri 716-

cı il zilhiccə ayının 17-də (miladi 1316) vəfat etmiş 

zahid  şeyx,  mömin  alim,  səadətli  və  təqvalı  Əmu 

Abdullahın məzarıdır”. 

Minarələrin  yellənməsini  bəziləri  Əmu  Ab-

dullahın qəbrinin kəraməti ilə izah etmiş, bəziləri isə 

bu  qəribəliyi  memarın  məharəti  ilə  bağlamışlar. 

Minarələrin  memarı  isə  dini  və  dünyəvi  elmlər 

sahəsində  Şərqin  ən  böyük  alimlərindən  biri  kimi 

tanınmış,  çoxlu  dini  kitabların  və  elmi  ixtiraların 

müəllifi,  “Şeyx  Bəhai”  adı  ilə  şöhrət  tapmış 

Bəhaüddin Məhəmməd ibn Hüseyn Amulidir (1547-

1621). 


Şeyx Bəhainin bu qəbildən  ixtiraları çoxdur. 

Onun  İsfahanda  inşa  etdiyi,  cəmi  bircə  şamla 

qızdırılan  hamam  böyük  şöhrət  qazanmışdır.  Uzun 

illər  bundan  əvvəl  Qərb  “alimləri”  hamamın  sirrini 

tapmaq  bəhanəsilə  onu  sökdülər.  Əlbəttə,  bütöv 

hamamın  fəzasının  və  suyunun  bircə  şamla  necə 

qızmasının sirri tapılmadı, hamamı sökənlər isə onu 

əvvəlkitək bərpa edə bilmədilər. 

Elə həmin illərdə qərblilər yellənən minarələri 

də  sökmək  fikrində  idilər.  Amma  İran  hökuməti 

İsfahan  hamamının  aqibətini  görərək  bu  işə  razılıq 

vermədi. 

Bundan  çox  əvvəl  isə  sirri  kəşf  etmək  istə-

yənlər  minarəni  dəfələrlə  söküb,  yenidən  tikmiş-

dilər. Tədqiqatçılar hər dəfə minarələrin möcüzəsini 

anlamaqda  aciz  olduqlarını  etiraf  edir,  əvəzində 

başqa  bir  möcüzə  ilə  qarşılaşırdılar.  Minarələrin 

özülündə  qazıntı  işləri  apararkən,  dəfələrlə  Əmu 

Abdullahın  məzarı  sökülürdü.  Hər  dəfə  bu  mömin 

şəxsin  cəsədi  çürüməmiş  halda  aşkar  olur  və  bu 

mənzərəni görənlərin heyrətini daha da artırırdı. 

Sultan Əhməd camesi – Bu abidə türk me-

marlığının  görkəmli  abidələrindəndir.  İstanbulda 

Sultan  I  Əhmədin  əmri  ilə  1609-16-cı  illərdə  tikil-

mişdir. Camenin memarı Mehmet Ağa olmuşdur. 

Altı minarəli bu camedə eyni vaxtda 35 min 

adam  namaz  qıla  bilir.  Nəhəng  ibadət  salonu  iri 

günbəzlə  (diametri  24,3  m)  örtülmüşdür.  Mərkəzi 

günbəzi  künclərdən  kiçik  günbəzlər,  yanlardan  isə 

yarımgünbəzlər əhatələyir. 

İbadət  salonunun  interyeri  çoxlu  pəncərə  ilə 

işıqlandırılmış, xəttatlıq nümunələri ilə, göy və yaşıl 

rəngli  kaşılardan  quraşdırılmış  naxışlarla  bəzə-

dilmişdir. 

Sultan Əhməd camesini “Göy came” də ad-

landırırlar.  Məscidin  oyma  naxışlı  mərmər  mehra-

bına Kəbədəki qara daşdan bir parça bərkidilmişdir. 

Salonun  içində,  giriş  sütunlarının  yanında 

fəvvarələr  düzəldilmişdir.  Məscidin  günbəzli  qale-

reyalarla əhatələnmiş həyətində də fəvvarə var. 

Came  bitkin  və  ahəngdar  kompozisiyası  ilə 

diqqəti cəlb edir. 

Sultan  Səncər  məqbərəsi  –  12-ci  əsr  Orta 

Asiya  memarlığının  görkəmli  abidəsidir.  Türkmə-

nistanın Mərv şəhərindədir. Memarı Məhəmməd ibn 

Atsız əs-Səraxsidir. 

Möhtəşəm  günbəzli  binanın  kubşəkilli  aşağı 

hissəsi  tağlı  qalereya  ilə  tamamlanır.  Qalereyada 

kərpic  düzümündən  yaradılmış  ornamentlər  və  kəc 

üzərində oyma naxışlar qalmışdır. Qalereyaya açılan 

8 pəncərə binanın  hündür zalını (36 m) işıqlandırır. 

Zalın üst nervürlü və ikiqat üzlük çəkilmiş günbəzlə 

örtülmüşdür. 

Sultan  Səncər  məqbərəsinin  kaşı  üzlüklü 

xarici günbəzi qalmamışdır. 

Bibixanım  məscidi  –  Səmərqənddə  (Özbə-

kistan)  1399-1404-cü  illərdə  Əmir  Teymurun 

Hindistandakı  qələbələri  şərəfinə  tikilmiş  və  Tey-

murun  arvadı  Bibixanımın  adı  ilə  adlandırılmış 

Cümə  məscididir.  Orta  Asiya  memarlıq  sənətinin 

klassik nümunəsi hesab olunur. 

Bu  məscid  dövrünün  ən  iri  tikililərindəndir. 

Əsas bina baştağının hündürlüyü 41 m-dir. Məscid, 

bəzəklərinin  (kaşı  lövhələr,  mərmər  hissələr,  divar 

rəsmləri)  gözəlliyi  və  rəngarəngliyi  ilə  diqqəti  cəlb 

edir. 

Məscidin  tikilməsində  azərbaycanlı  bənnalar 



da iştirak etmişlər. 

Uluqbəy  mədrəsələri  –  Özbəkistanın  Sə-

mərqənd,  Buxara  və  Gijduvan  şəhərlərində  15-ci 

əsrə  aid  memarlıq  abidələridir.  Hər  3  mədrəsəni 

Uluqbəy tikdirmişdir. 

Səmərqənddəki  mədrəsə  (1417-20)  dörd 

eyvanlı  daxili  həyəti,  ikimərtəbəli  hücrələri,  geniş 

dərs  otaqları,  böyük  məscidi  və  s.  tikililəri  olan 

kompleksdir. 

Buxaradakı  mədrəsə  Uluqbəyin  tikdirdiyi  üç 

mədrəsədən ən qədimi (1417) olub, 2 eyvanlı daxili 

həyət, ikimərtəbəli hücrələr, dərs otaqları, kitabxana, 

məscid, iki baştağ, minarələr və s.-dən ibarətdir. 

Buxara  vilayətinin  Gijduvan  şəhərindəki 

mədrəsə  (1432-33)  Səmərqənd  və  Buxara  məd-

rəsələrinə  nisbətən  kiçikdir.  Məscid,  dərsxana, 

yataqxana, baştağ, minarə və s.-dən ibarətdir. 



 

 


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə