Arif Xanlar oğlu Abasov Elçin Arif oğlu Abasov Elmira Novruz qızı Hüseynova



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə24/41
tarix14.05.2018
ölçüsü1,29 Mb.
#43615
1   ...   20   21   22   23   24   25   26   27   ...   41

İslam memarlığı və inşaat

 

 



 

ġEYXÜL-MÜHƏNDISIN ƏCƏMI NAXÇIVANI 

 

 

 

 

 

 

Alimlər yer üzündə Allahın çırağıdır. Allah 

hər kəsə xeyir vermək istəsə, o şəxs Onun 

nurundan istifadə edər. 

 Həzrət Əli (ə)  

 

Əcəmi  Əbubəkr  oğlu  Naxçıvani  Azərbay-



can  memarlığının  ən  görkəmli  nümayəndələrin-

dəndir. 12-ci  əsrdə  yaşayıb-yaratmış Əcəmi Nax-

çıvan  memarlıq  məktəbinin  banisi  olmuşdur. 

Onun yaradıcılığı Yaxın Şərq ölkələrinin memarlı-

ğına güclü təsir göstərmişdir. Əsərlərinin üzərində-

ki kitabələrdə özünü “Əbubəkr oğlu Əcəmi, nax-

çıvanlı  memar”  adlandıran  Əcəmi  “Şeyxül-mü-

həndisin”  (mühəndislərin  başçısı)  ləqəbi  daşımış-

dır.  Onun  yaradıcılığı  Azərbaycan  atabəylərinin 

paytaxtı  Naxçıvanla  bağlı  olmuşdur.  Əcəminin 

əsərləri Naxçıvanın mərkəzində yerləşirdi.  

 

 



 

O,  burada  əzəmətli  Yusif  ibn  Küseyir  və 

Möminə  xatın  türbələrini,  qoşa  minarəli  baştağ 

kompozi-siyası 

şəklində 

qurğunu 


(1187), 

dövrümüzədək mühafizə olunmayan böyük Cümə 

məscidini və mənbələrdə “darülmülk” adlandırılan 

Eldəgəzlər sarayını yaratmışdır. 

Əcəminin  məlum  olan  ilk  əsəri  Yusif  ibn 

Küseyir  türbəsidir  (1162).  Naxçıvan  şəhərində 

tikilmiş  bu  abidəyə  xalq  arasında  “Atababa 

türbəsi” də deyilir. Abidədə bədiiliklə memarlığın 

tektonikası ahəngdar şəkildə birləşmişdir. 

Türbənin üzərindəki kitabədə onun 1162-ci 

ildə Əcəmi Əbubəkr oğlu 

 

 

 



Naxçıvani tərəfindən tikildiyi və orada dəfn 

olunmuş  şəxsin  adı  (Yusif  ibn  Küseyir) 

göstərilmişdir.  Abidənin  gövdəsindəki  frizdə 

(haşiyədə)  kufi  xətlə  “Qur’an”dan  ayələr 

yazılmışdır. 

 

 



 

Türbə  yeraltı  hissədən  və  səkkizbucaqlı 

yerüstü gövdədən ibarətdir. Yeraltı hissə türbənin 



İslam memarlığı və inşaat

 

 



45 

sərdabəsi,  yerüstü  hissə  isə  xatirə  abidəsi  olub, 

monumental xarakterlidir.

 

 



Səkkizüzlü  türbənin  çıxıntılı  dayaqlar 

şəklində olan tilləri sadə hörgülü kərpicdən  yara-

dılmışdır. Binanın qəfəsəsini təşkil edən bu qurğu-

ların arasındakı sahələr (türbənin səthləri) həndəsi 

ornamentli  tavalarla  üzlənmiş,  ayrı-ayrı  səthlər 

müstəqil motivli naxışlarla işlənmişdir. Ornament-

lər  kiçik  kərpiclərdən  quraşdırılmış,  kəc  məhlulu 

ilə  tava  şəklində  birləşdirilərək  səthlərə  bərkidil-

mişdir. 

Türbənin qərbə baxan səthi digər səthlərdən 

fərqli  olaraq  giriş  baştağı  formasında  tərtib  edil-

mişdir. Ornament bəzəkləri tikilinin memarlıq for-

maları ilə həmahəngdir. 

Abidənin  ikiqat  örtüyünün  daxili  günbəzi 

çatma tağ, xarici günbəzi isə piramida şəklindədir. 

Sərdabə  ilə  yerüstü  hissə  arasındakı  günbəz  də 

çatma tağlıdır. 

Yusif ibn Küseyir türbəsi kompozisiyasına, 

tektonik aydınlığına, hissələrinin  mütənasibliyinə, 

mühəndis  quruluşunun  səviyyəsinə  görə  yüksək 

bədii-memarlıq nümunəsidir. 

Memarlıq  prinsiplərinin  təkmilləşdirilməsi 

və mürəkkəbləşdirilməsi əsasında yaratdığı ongu-

şəli Möminə Xatın türbəsi monumental abidədir. 

Bu  türbə  1186-cı  ildə  tikilmişdir.  Möminə 

Xatın türbəsini çəkinmədən prizmatik gövdəli qül-

ləvari türbələrin şah  əsəri adlandırmaq olar. Nax-

çıvanın baxımlı bir yerində ucalan bu türbə öz sə-

ləfləri, eləcə də xələflərində ilk öncə ölçü iriliyi və 

plan biçiminin mürəkkəbliyi ilə üstündür. Onüzlü 

gövdəsi olan Möminə Xatın türbəsinin son dərəcə 

mükəmməl dayaq sistemi, tektonik quruluşu var. 

 

 

 



Üzərindəki  kufi  xətti  ilə  yazılmış  kitabədə 

türbənin Azərbaycan Atabəyi Məhəmməd Cahan 

Pəhləvanın arvadının şərəfinə tikildiyi göstərilmiş-

dir.  İlkin  hündürlüyü  35  m  olmuş,  sonralar  8  m 

hündürlükdə xarici örtüyü dağılmışdır. 

Türbə yeraltı və yerüstü hissələrdən ibarət-

dir.  Yeraltı  sərdabə  hissəsi  planda  on  düzbucaqlı 

olub,  orijinal  quruluşludur.  Mərkəzdə  yerləşmiş 

sütundan onbucaqlının hər bir küncünə doğru bir 

tağ salınmışdır. Türbənin sərdabəsindəki bu quru-

luş  sonralar  Qərbdə,  qotika  memarlığında  tətbiq 

edilmişdir. 

 

 

 



Türbənin yerüstü hissəsi xaricdən on guşəli, 

daxildən  isə  dairəvidir.  Bişmiş  kərpicdən  tikilmiş 

Möminə Xatın türbəsinin bucaqları çıxıntı şəklin-

də, səthləri isə batıq formada həll edilmişdir. Tür-

bənin bucaqlarındakı çıxıntılar kufi xətti ilə  işlən-

miş kitabələrlə örtülmüşdür. Bu kitabələrin uzun-

luğu 500 m-ə çatır. Türbənin əvvəlki dövrlərə nis-

bətən  mürəkkəb  quruluşlu  həndəsi  ornamentləri 

daxil edilmiş firuzəyi kaşılarla daha da zənginləş-

dirilmişdir. 

 

 

 



Türbənin qərb hissəsi işlənmə xüsusiyyətinə 

görə fərlənir. Burada səth iki yerə bölünmüş, aşağı 

hissəsində giriş qapısı baştağ şəklində həll edilmiş, 

yuxarı  hissəsində  isə  ornamental  bəzəklər  veril-




İslam memarlığı və inşaat

 

 



mişdir. Memarın adını və abidənin tikilmə tarixini 

göstərən  kitabələr  baştağdan  yuxarıda  həkk  edil-

mişdir. 

Türbənin sadə quruluşlu daxili sət hi kəc ilə 

suvanmış, günbəzin iç tərəfinə dörd medalyondan 

ibarət bəzək vurulmuşdur. 

 

 

 



Türbənin ornamentlərini Əcəmi həndəsi sis-

temləri  xatırladan  mürəkkəb  naxış  şəbəkəsi  ilə 

hörmüş, kufi xətli kitabələrini ornament bəzəkləri-

nə uyğunlaşdıraraq abidənin ümumi kompozisiya-

sına daxil etmişdir. 

Türbənin gövdəsi bütünlüklə həndəsi, nəba-

ti naxışlar və epiqrafik ornamentlərlə süslənmişdir. 

Həndəsi  kərpic  ornament  –  girih  naxışları  kimi 

kufi kitabələrini də Əcəmi bu əsərində tam zirvəyə 

qaldırıb.  Kitabələr  onun  bu  əsərində  o  dövrədək 

görünməyən  bədii-estetik  və  semantik  dəyər  və 

önəm alıb. Kufi kitabələrin bolluğu, mürəkkəbliyi, 

bitkinliyi  həndəsi  ornamentlərlə  qaynayıb-qarış-

ması  baxımından  türbənin  Ön  Asiyada  tayı 

yoxdur. 

Kompozisiya  yetkinliyinə,  ayrıntılarının 

incə,  zərif  işlənməsinə  və  memarlıq  həllinə  görə 

Möminə Xatın türbəsi orta əsr memarlıq sənətinin 

zirvələrindən biri sayılır. 

Əcəmi  müqərnəs-stalaktit  kimi  mövcud 

elementi  də  onun  ideya-bədii  dəyərini  güclədirən 

yerlərdə  –  karniz  qurşağı  və  tağça  uclarında 

işlətməklə  əsərin  memarlıq  surətinə  təntənə  və 

gözəllik verib. 

Əcəmi  yaradıcılığı  12-ci  əsr  Azərbaycan 

mədəniyyəti və  ictimai fikrindəki intibahın parlaq 

təzahürlərindəndir. Əsərlərindəki zəriflik,  memar-

lıq  bölgülərinin  quruluşu,  ornament  bəzəklərinin 

oynaqlığı  orta  əsr  anlayışı  çərçivəsinə  sığmayan 

bədii  təfəkkürün  məhsuludur.  Onun  ornament 

kompozisiyaları  bədiiliklə  riyazi  təfəkkürün  üzvi 

birləşməsinə əsaslanır. 

12-ci  əsrdən  çox  sonra  da  Əcəminin 

Naxçıvandakı abidələri bir nümunə kimi müxtəlif 

sənətkarlara nəinki ölkə daxilində, hətta Azərbay-

canın  sərhədlərindən  uzaqlarda  da  təsir  göstərdi. 

Əcəmi  yaradıcılığının  Azərbaycan,  Şərq  və  hətta 

Avropa  ölkələri  memarlarına  təsiri  nəticəsində 

onun  sənətindən  çoxları  bəhrələnmişlər.  Bu  cür 

sənətkarların  memarlıq  əsərlərində  Naxçıvan  və 

ona  yaxın  ərazidə  tikilən  bir  çox  abidələrdəki 

Əcəmiyə xas memarlıq üsullarının bu və ya başqa 

şəkildə təzahürü ilə üzləşmək mümkündür. 

Azərbaycanda  bu  təsir  şimalda  Bərdəyə, 

cənubda  isə  Zəncana  qədər  uzanan  bir  ərazidə 

yayılmışdır. Özlərini kitabələrdə “Naxçıvani” de-

yə adlandıran sənətkarlar 14-cü əsrə qədər Əcəmi-

nin banisi olduğu məktəbin üslub xüsusiyyətlərini 

ən bariz şəkildə davam etdirmişlər. O mənəvi qida 

və  davamçılıq  Naxçıvan  yaxınlığındakı  Cuğa 

(Gülüstan  türbəsi,  13-cü  əsr),  Marağa  (Göy 

günbəz  sərdabəsi,  1196),  Qarabağlar  (Qarabağlar 

türbəsi, 14-cü əsr), Bərdə (İmamzadə türbəsi, 14-

cü əsr), Salmas (Arhun Ağa qızının türbəsi, 14-cü 

əsr), Xiov (Türbə), Urmiyə (Üç günbəz sərdabəsi), 

Həmədan,  Təbriz,  Dərbənd,  Gəncə  (İmamzadə) 

sənətkarlarının  işlərində  yaşadılmış,  özünə  arxa 

tapmış və inkişaf etdirilmişdir. 



 

 


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə