Arif Xanlar oğlu Abasov Elçin Arif oğlu Abasov Elmira Novruz qızı Hüseynova



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə20/41
tarix14.05.2018
ölçüsü1,29 Mb.
#43615
1   ...   16   17   18   19   20   21   22   23   ...   41

İslam memarlığı və inşaat

 

 



Eyni zamanda Nizami bunu belə təsvir edir: 

 

Xəbər verəndə ki, gəldi Nizami, 



Sevincinə sanki əlavə oldu. 

Mənim Allahpərəst olduğuma görə, 

Buyurdu ortadan meylər yığıldı. 

 

12-ci əsrin dahi şəxsiyyətlərindən biri olan 



Azərbaycan  şairi  və  mütəfəkkiri  Nizami  Gən-

cəvinin  əsərləri  ictimai  fikir tarixində  xüsusi  yer 

tutur.  Onun  dünya  şöhrətli  ədəbi-bədii  və  elmi 

dolğunluğu ilə seçilən poemaları bütün ölkələrin 

alim,  şair,  yazıçılarının  tədqiqat  obyekti  olub, 

tarixi  və  fəlsəfi  baxımdan  geniş  təhlil  olunur. 

Lakin  Nizaminin  əsərləri  təkcə  bu  cəhətlərdən 

deyil,  eyni  zamanda  elmi  cəhətdən  də  böyük 

əhəmiyyət kəsb edir. Onun poemalarında bir çox 

elm sahələrinə (astronomiya, riyaziyyat, həndəsə, 

ulduzşünaslıq, psixologiya, memarlıq və s.) dair 

qiymətli  məlumatlar  verilərək,  dəyərli  elmi  fikir 

və mülahizələr söylənilir. 

Nizami  insan  biliyinin  məhdudluğuna  və 

hələ  göylərin  çox  sirlərini  aça  bilmədiyinə  işarə 

edərək  inanır  ki,  nəhayət  bir  gün  bu  sirlər  elm 

yolu ilə açılacaqdır. 

Nizami  zəmanəsinin  elmlərinə  dərindən 

yiyələnməklə  yanaşı qabaqcıl elmi fikirlərin təb-

liğatçılarından biri idi. Nizami malik olduğu elmi 

bilikləri  və  öz düşüncəsindən  irəli gələn elmi  fi-

kirləri məşhur poemalarında şərh və təbliğ etmiş-

dir.  Zamanın  tələbləri  səviyyəsində  dayanmaq 

üçün  alim  eyni  dərəcədə  sənətkar,  sənətkar  isə 

alim olmalı idi. Odur ki, Nizami dövründə sənət-

karlarla alim arasında kəskin fərq duyulmurdu. 

Nizami  Gəncəvi  astronomik  biliklərə 

dərindən yiyələnmiş alim idi. Onun əsərlərindəki 

memarlar da ulduzların işindən xəbərdar münəc-

cim, göyölçən, ulduzşünaslardır. Memarın astro-

nomiyanı  bilməsi  orta  əsr  intellektualları  üçün 

sadəcə dəb deyildi. Nizamiyə görə, bunu bilmək 

ilk  öncə  tikilən  binaya  əlverişli  vaxt  və  yön 

seçmək, onu “bədnəzər”dən uzaq etmək üçün idi. 

Əcəmi  Naxçıvani  də  Möminə  Xatun  tür-

bəsinin bayır örtüyünü göy kaşılarla bəzəyib, göy 

günbəzə oxşatmış və onun altındakı yazı qurşağı-

nı “Ya Rəbb, bəd gözlərdən uzaq elə!” sözləri ilə 

bitirmişdir. Deməliyik ki, binaların bayır günbəz-

ləri  çox  vaxt  ulduz  naxışlarla  örtüldüyündən 

kosmik assosiativlik (şüurda ayrı-ayrı təsəvvürlər 

arasında əlaqə) daha aydın üzə çıxırdı. 

Dövrün  memarlıq  abidələrini  yaradan 

memar, mühəndis, nəqqaşların biliyi, yaradıcılığı 

və  ictimai  mövqeyi  barədə  ən  dolğun  bilikləri 

Nizaminin  əsərlərində  almaq  olar.  Qeyd  etməli-

yik ki, şairin memarlığa, memara yüksək qiymət 

verməsi,  memar  yaradıcılığına  bələd  olması  da, 

dövrün  ümumi  yüksək  mədəni  səviyyəsinin 

tutarlı  göstəricilərindən  biridir.  Bu  baxımdan 

şairin “Yeddi gözəl” əsəri daha dəyərlidir. Şair bu 

əsərində  Xavərnəq  qəsrinin,  hər  biri  bir  rəngdə 

olan  yeddi  günbəzinin  –  saray  köşklərinin  necə 

tikilməsindən, quruluş və bəzəklərindən danışmış 

və onu aşağıdakı parçada belə vermişdir: 

 

Bundan əlavə o, öz rəyi və ölçü (işləri) ilə 



Ulduzları müşahidə edir və ucalıqları ölçür. 

O, gildən elə bir tağ bəzəyib (ucaldır) ki, 

Ulduzların çırağını oğurlayır. 

 

Kainatı,  ulduzları  bilməsi  memara 



ucaltdığı  binalarda  ilahi  nizam  və  mütənasiblik, 

bütövlük və ahəngdarlıq əldə etməyə imkan ve-

rirdi. Nizami dövrü abidələrinin əsas naxış növü-

nün  quruluşunda  da  ulduzluğa  bənzərlik  güclü-

dür. Əsasən də ulduzlara bənzər müxtəlif fiqurlar 

dayanan  bir  naxış  quruluşlarını  kosmosla  insan 

arasındakı əbədi bağlılığın simvolları da saymaq 

olar.  Nizamiyə  görə,  memarlar  riyaziyyatın 

nəzəriyyə və prinsiplərini dərindən öyrənirmişlər. 

14-cü  yüzillikdə  Məhəmməd  Naxçıvani 

memarlardan  bəhs  edəndə  yazmışdır  ki,  “Hən-

dəsə elmini bilməkdə onlara tay yoxdur”. Həmin 

yüzilin sonunda İbn Xəldun bildirmişdir ki, İslam 

ölkələrində həndəsi problemlərin çoxunu bilmək 

memar üçün zəruridir. Belə zərurət ilk növbədə 

memarlığın təbiətindən doğur. 

11-13-cü  əsrlər  abidələrinin  həcm-məkan 

həllində  naxış  quruluşlarının  əsasında  dayanan 

ahəngdarlığın  həndəsi  mahiyyəti  də  bunu  təsdiq 

edir.  Bu  dövrün  yığcam  quruluşlu  monumental 

binalarının köşk tipli məscidlərinin, qülləvari tür-

bələrinin başlanğıc biçimləri: kub, prizma, silindr, 

sfera,  piramida,  konus  (planda  kvadrat,  çoxbu-

caqlı,  dairə),  bu  biçimlərin  yerinə,  funksiyasına 

və  materialına görə seçilməsi, plastik işləməli ri-

yazi  prinsiplərə  və  həndəsi  ahəngdarlığa  əsasla-

nırdı. 


Memar və nəqqaşların universal təfəkkürü 

dəqiq  elmlərə,  xüsusilə  həndəsəyə  sıx  bağlılığı 

əsas olmuşdur. Nizami yazır: 

 

Nəqqaş hansı işə başlasa gərək, 



Allahın adına vursun ilk bəzək. 

 “Ġqbalnamə”, 519. 


İslam memarlığı və inşaat

 

 



37 

Səlcuqlar  dövrü  həndəsi  naxış  sənətinin 

yüksəliş  dövrü  olmuşdur.  Son  nəticədə  xətlərin 

harmonik birləşmələrinin məhsulu olan bu bəzək 

sisteminin qurulmasında riyazi qanunauyğunluğu 

Nizami dəqiq vermiş və belə şərh etmişdir: 

 

Nəqqaş əgər on naxış çəksə də 

Bir xətt əsas götürülür. 

Əgər xətdən bir cizgi belə kənara çıxsa 

Bütün xətlərin hamısı pozular. 

 

Həndəsi biliklər orta dövr memarları üçün, 

həm  də  zəngin  simvollar  sistemi  olub  onu  öz 

yaradıcılığından  kənar  biçimləri  yamsılamaqdan 

uzaqlaşdırmaqdan güclü bədii və təcrübi  

vasitə idi. 

“Qabusnamə”nin  “Nücum  və  həndəsə 

elmi  haqqında”  bəhsində  deyilir:  “...Əgər 



mühəndis, ya yerölçən olsan, hesabı yaxşı öyrən, 

amandır,  bir  saat  belə  hesabı  təkrar  etməmiş 

olma,  çünki  hesab  elmi  vəhşi  elmdir.  Əgər  yer 

ölçsən bucaqları təyin et, müxtəlif tərəfli şəkillərə 

xor baxma və demə ki, bunu ölçərəm, qalanlarını 

təxminən  yazaram;  sahədə  böyük  fərqlər  əmələ 

gələr.  Bucaqları  düzgün  təyin  etməkdə  xüsusən 

səy göstər. Ayıq ol, sahə ölçərkən bucaqlara fikir 

verməyi unutma. Çoxüzlü cisimlərdə  çox zaman 

qövs şəklində bucaq olar. Çox yerdə bunlar kor 

bucağa  oxşarlar.  Belə  halda  isə  sahədə  böyük 

fərq əmələ gəlir. Sənin üçün sahəni hesablamaq 

çətin  olan  şəkil  rast  gəlsə,  onu  təxmini 

hesablama,  yarısını  üçbucaq  və  dördbucaqlara 

böl.  Heç  elə  bir  şəkil  ola  bilməz  ki,  belə  etmək 

mümkün  olmasın.  Sonra  hərəsini  ayrı-ayrı 

hesabla, nəticə düz çıxar”. 

Ləxmilərin  dövləti  7-ci  əsrin  əvvəllərinə 

qədər  davam  etmiş  və  bu  qəbilənin  ən  məşhur 

şahlarından  biri  Neman  ibn  Qeysər  Sədir  və 

Xuvarnəc saraylarını tikdirmişdir. Neman Sasani 

şahı  Yəzdigirdin  atası  Bəhramla  dost olmuşdur. 

Deyilənlərə  görə  o,  bu  sarayları  Bəhramın 

istirahət  etməsi  üçün  tikdirmişdir.  Məlumata 

görə, tikinti qurtardıqdan sonra, sarayın memarlıq 

sirləri  öyrənilməsin  deyə  Simnar  adlı  memar 

öldürülmüşdür. 

Sarayın  tikilməsi  üçün  Neman  memar 

axtarırdı.  Nizami  “Yeddi  gözəl”də  bunu  belə 

təsvir edir: 

 

Sarayı tikməyə gəzib vardılar, 

Mahir bir ustanı çox axtardılar. 

Hər gələn duruxdu, döndü bir daşa, 

Vurula bilmədi imarət başa. 

Nəhayət yetişdi xəbər Nemana: 

“Dolanma dərbədər, düşüb dörd yana, 

Sənin axtardığın qadir sənətkar 

Olsa, ola bilər Sam oğlu Simnar, 

Zirəkdir, od kimi iti əllidir, 

Dünyaya hünəri, işi bəllidir. 

Çox binalar tikib Misirdə, Şamda, 

Yatır hər birisi bir ehtişamda”. 

 

O, bənna olsa da, məşhurdur adı, 



Odur min nəqqaşın böyük ustadı. 

Onuntək qiyaslı sənətkarmı var? 

Ucalıqlar ölçər, rəsəd qaldırar. 

 

Bu işin tək odur mahir bənnası, 



O yalnız toxuyar belə libası. 

Palçıqdan tikdiyi bəzəkli tağı, 

Ulduzun gözündən qapar çırağı. 

 “Yeddi gözəl”, 58,59. 



 

Memar  Simnarın  öz  şagirdi  memar  Şida 

ilə işə başlaması üçün Neman bütün materialları, 

işçiləri və tikinti ilə əlaqədar bütün digər ləvazi-

matları tədarük etdi. Nizami bu haqda belə yazır: 

 

Qəsrə lazım olan hər şeyi Neman, 



Dərhal layiqincə eylədi sahman. 

Dəmir ölçü oldu Simnarın əli, 

Binada işlədi tamam beş ili. 

O qızıl barmaqlı usta nəhayət; 

Tikdi daşla kəcdən gümüş imarət. 

 “Yeddi gözəl”, 59. 



 

Sonra şair yazır: 

 

Neman dedi: “Çoxlu pul versəm, de, sən 

Daha yaxşısını tikə bilərsən?” 

Simnar dedi: “Bəli, istəsən əgər, 

Bir saray tikərəm, bu heçə dönər”. 

Bu söz alışdırdı, yaxdı Nemanı 

Yandı mehribanlıq, mərdlik xırmanı. 

Neman dedi: “Onu buraxsam, əlbət, 

Tikər özgəsinə gözəl imarət”. 

Dərhal əmr eylədi yaxın kəslərə: 

- Simnarı tullayın qaladan yerə. 

 “Yeddi gözəl”, 61. 



 

Bəhram  şah  da  özü  üçün  bir  saray 

tikdirmək  istəyir.  Nəhayət  o,  Simnarın  şagirdi 

memar Şidanı tapır və ona saray tikmək göstərişi 




Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə