Arif Xanlar oğlu Abasov Elçin Arif oğlu Abasov Elmira Novruz qızı Hüseynova



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə16/41
tarix14.05.2018
ölçüsü1,29 Mb.
#43615
1   ...   12   13   14   15   16   17   18   19   ...   41

İslam memarlığı və inşaat

 

 



dini  abidələri  bərpa  etmiş  və  yenilərini 

layihələndirib, tikmişlər. 

Bibiheybət piri, Nardaran piri, Mirmövsüm 

ağanın ziyarətgahı və digər möhtəşəm məscid və 

abidələr  tikilmişdir.  Bunları  qəlbində  Allah  eşqi, 

Peyğəmbər  məhəbbəti,  imam  sevinci  olan 

azərbaycanlı memar və ustalar tikmişlər. 

Rus  memarı  V.S.Yeqorov  yazmışdır: 



“Azərbaycan  memarlarının  yaradıcılıq  fəallığı 

çox  yüksəkdir,  onların  böyük  məharəti 

sevindiricidir”. 

Kitabın  həcminin  məhdudluğu  minlərlə 

memar  və  ustaların  adlarını  çəkməyə  imkan 

vermir.  Çalışmışıq  ki,  7-20-ci  əsrləri  əhatə  edən 

dövrdə çalışmış memar və ustaların bir neçəsinin 

adını çəkək və onların İslam memarlığı və inşaat 

mədəniyyətinə göstərdikləri xidmətləri qeyd edək. 

Məhəmməd  Əbubəkr  oğlu  –  11-ci  əsr 

Azərbaycan 

memarı.  Bakının  İçəri  şəhər 

hissəsində  yerləşən  Sınıqqala  məscidinin  (1078) 

memarıdır.  Məscidin  şimal  divarındakı  kitabədə 

kompleksin  tikilmə  tarixi  və  memarın  adı 

yazılmışdır.  Məscid  əvvəllər  memarın  adı  ilə 

“Məhəmməd məscidi” adlanmışdır. 



Əhməd Məhəmməd oğlu – 12-ci əsr Azər-

baycan memarı. Cənubi Azərbaycanın Marağa şə-

hərində Göy günbəz türbəsinin memarı olmuşdur. 

Türbə  səkkizbucaqlı,  qülləvari  olmaqla  gövdəsi 

kərpicdən, kürsülüyü daşdan inşa edilmişdir. Göy 

günbəz  kompozisiyasında  Möminə  xatın  türbəsi-

nin təsiri duyulur. Səthlərini və dairəvi çıxıntılarını 

bəzəyən  göy  keramikdən  istifadə  edildiyi  üçün 

abidə Göy günbəz adlandırılmışdır. 

Usman Fəxrəd-Din Əhməd  əl-Maraği əl-

Əmin  –  13-cü  əsr  Azərbaycan  memarı.  Marağa 

rəsədxanasının memarı. 



Məsud Davud oğlu – 12-ci əsr Azərbaycan 

memarı,  Şirvan-Abşeron  memarlıq  məktəbinin 

nümayəndəsi.  Bakıdakı  Qız  qalasının  memarı 

olması  ehtimal  edilir.  Qalanın  kufi  xətti  ilə 

yazılmış  daş  kitabəsində  Məsud  Davud  oğlunun 

adı qalmışdır (Qübbə Məsud bin Davud). 



Əbdülməsud oğlu – 13-cü əsr Azərbaycan 

memarı.  Ehtimala  görə  Bakıdakı  Qız  qalasının 

memarının  nəvəsidir  (oğlunun  oğludur).  Əsərlə-

rindən  yalnız  Mərdəkandakı  qəsr  (1232)  qalmış-

dır.  Qəsrin  daxili  bürcünün  üzərindəki  kitabədə 

Əbdülməcid  Məsud  oğlunun  adı  (Memar  bin 

Əbdülməsud) həkk edilmişdir. 

Mahmud Sə’d oğlu – 13-cü əsrin II yarısı – 

14-cü  əsrin  əvvəllərində  yaşamış  Azərbaycan 

memarı. Bakıdakı Bibiheybət məscidinin minarə-

sini (1301), Nardarandakı qəsrin (1301) və Bakı-

nın  İçəri  şəhərindəki  Molla  Əhməd  məscidinin 

müəllifidir.  Bibiheybət  məscidinin  minarəsi 

Şirvan-Abşeron  memarlıq  məktəbinin  ən  yaxşı 

nümunələrindəndir. 



Əhməd  ibn  Əyyub  əl-Hafiz  Naxçıvani  – 

14-cü  əsr  Azərbaycan  memarı.  Bərdə  türbəsinin 

(1322)  memarıdır.  Bu  türbə  çoxrəngli  kəsmə 

mozaikadan  quraşdırılmışdır,  zəngin  ornamentlə 

bəzədilmiş  iki  baştağı  onun  sadə  və  aydın  kom-

pozisiyasını  dolğunlaşdırır.  Abidənin  bütün  səthi, 

üzərində  firuzəyi kaşı çəkilmiş kərpiclə  naxışlan-

mışdır. Bu cür orijinal hörgünün kərpic naxışların-

da “Allah” sözü mütənasib surətdə təkrarlanır. 

Tacəddin  Əlişah  Təbrizi  –  14-cü  əsr 

Azərbaycan  memarı.  Elxani  hökmdarı  Ölcaytu 

Məhəmməd Xudabəndənin vəziri olmuş Tacəddin 

Əlişah  Təbrizdəki  Əlişah  məscidinin  (1310-20-ci 

illər) layihələndiricisi və memarı olmuşdur. 

Binanın  inşasında  bişmiş  kərpiclə  yanaşı 

qiymətli  tikinti  materiallarından  –  döşəmə  və 

divarlarında mərmərdən, kaşıdan, bəzəklərində isə 

hətta qızıl və gümüşdən də istifadə edilmişdir. 

Usta Fəxxar Zeynəddin Şəms Təbrizi – 14-

cü  əsr  Azərbaycan  memarı.  Səmərqənddə  orta 

əsrlərə  aid  Şahi  Zində  nadir  memarlıq  abidə 

kompleksinə daxil olan Şadi-Mülk əkə türbəsinin 

(1372)  kitabəsində  Usta  Zeynəddin  Şəms 

Təbrizinin adı qalmışdır. 



Yusif  ibn  Zahir  –  15-ci  əsr  Azərbaycan 

memarı.  Onun  işlərindən  yalnız  Qəbələ 

rayonunun  Həzrə  kəndindəki  Şeyx  Bədrəddin 

türbəsi  (1446)  qalmışdır.  Abidənin  yuxarı 

hissəsindəki  kitabədə  memarın  adı  (Yusif  bin 

Ustad  Zahir)  həkk  edilməsi  onun  tanınmış 

sənətkar olduğunu göstərir. 

Memar Əli – 15-ci əsr Azərbaycan memarı 

olmaqla  Bakıdakı  Şirvanşahlar  ansamblına  daxil 

olan türbənin (1435) müəllifidir. Onun adı türbə-

nin timpanlarında yerləşən medalyonların içərisin-

də, daş üzərində həkk edilmişdir. Memarın adı hər 

medalyonda  iki  dəfə  –  sağdan  sola  və  güzgüdən 

əks  olunmuş  kimi  soldan  sağa  təkrarlanır  və 

orijinal ornament kompozisiyası əmələ gətirir. 



Xoca  Əli  Hafiz  Təbrizi  –  15-ci  əsr  Azər-

baycan  memarı.  Heratda  İçqalanın  (15-ci  əsr), 

Cümə  məscidinin (1201) 14-cü əsr zəlzələsindən 

sonrakı  memarı  (1498-1500)  olmuşdur.  Şəhərin 

yaxınlığındakı  Gövhərşad  məscidi  və  möhtəşəm 



İslam memarlığı və inşaat

 

 



29 

Müsəlla  ansamblının  (1417-38)  tikintisində  də 

memar iştirak etmişdir. 

Xacə  Əli  Kücəçi  –  15-ci  əsr  Azərbaycan 

memarı.  Təbrizdəki  Göy  məscidin  (Cahanşah 

məscidinin) və onun mərkəzi tikilisi – Qaraqoyun-

lu hökmdarına həsr olunmuş Müzəffəriyyə kom-

pleksinin məhz Xacə Əli Kücəçi tərəfindən tikildi-

yi ehtimal edilir. Məscidin kitabələrini Nemətulla 

Bəvvab  (bəzi  mənbələrə  görə  o,  həm  də  Göy 

məscidin  memarıdır)  işləmişdir.  Göy  məscid 

kvadrat şəkilli olmaqla bişmiş kərpicdən inşa edil-

mişdir. Məscidin rumi və islami ornamentli zəngin 

naxışları, kaşı və oyma bəzəkləri onun quruluşu ilə 

üzvi əlaqələndirilmiş kitabələri nəstəqil, kufi, süls 

və  rutə  xətlərilə  işlənmişdir.  Ümumi  koloritində 

göy rəng üstün olduğu üçün “Göy məscid” adla-

nıb.  Bu  məscid  “İslamın  firuzəsi”  də  adlandırıl-

mışdır. 


Şirazi Qəvaməddin – 15-ci əsr Azərbaycan 

memarı.  Heratda  Xoca  Ənsari  türbəsinin  (1425-

28/29) və digər abidələrin memarı olmuşdur. 

 Əbdülbaği Təbrizi (?-1629) – Azərbaycan 

memarı. İsfahanda anadan olmuşdur. Təbriz, Bağ-

dad və İsfahanda işləmişdir. Elm və sənətin müx-

təlif  sahələrində  şöhrət  qazandığına  görə  “Danış-

mənd” (alim) təxəllüsü almışdır. O, İsfahanda bir 

sıra məscidin (Əlirza Təbrizi ilə birgə) kitabələrini 

işləmişdir. 



Əmirşah Vəliyənkuhi – 16-cı əsr Azərbay-

can  memarı, Təbriz  memarlıq  məktəbinin  nüma-

yəndəsi.  Vəliyənkuhi  məhəlləsində  doğulmuşdur. 

Bakıdakı  Şirvanşahlar  sarayı  ansamblında  şərq 

darvazasının  daşdan  oyma  baştağını  (1584) 

yaratmış,  abidənin  üzərindəki  kitabədə  öz  adını 

həkk etmişdir. 

Əsir Əli Əcəm Əli (?-1537) – Azərbaycan 

memarı.  Təbrizdə  doğulmuşdur.  Çaldıran  döyü-

şündə  (1514)  Şah  İsmayılın  məğlubiyyətindən 

sonra  I  Sultan  Səlim  Azərbaycanın  bir  çox 

sənətkarı  ilə  birlikdə  Əsir  Əlini  də  Təbrizdən 

İstanbula  aparmışdır  (“Əsir”  ləqəbi  də  bununla 

əlaqədardır).  Onun  klassik  türk  memarlığının 

inkişafında,  xüsusilə  klassik  Osmanlı  məscid 

tipinin  –  Sultanlar  camesinin  formalaşmasında 

əhəmiyyətli rolu olmuşdur. Onun İstanbulda tikdi-

yi  I  Sultan  Səlim  məscidini  türk  araşdırıcılardan 

Y.Bayatlı  memar  Sinan  üslubunun  müjdəsi 

saymış, C.Ərsevən isə Əsir Əlini Sinanın ustadı və 

klassik  türk  memarlığının  banisi  adlandırmışdır. 

Ümumiyyətlə,  Əsir  Əli  Azərbaycan  memarlıq 

tarixində  bizə  bəlli  olan  ən  məhsuldar  memardır. 

O, Osmanlı  imperiyasının  baş  memarı olmuşdur. 

O, 1515-37-ci illərdə İstanbul, Konya, Əskişəhər, 

Çorlu,  Təkirdağ,  Qəbzə,  Trabzon,  Halıcılar 

(Türkiyə),  Sofiya  (Bolqarıstan),  Sarayevo 

(Bosniya  və  Hersoqovina)  və  başqa  şəhərlərdə 

çoxlu bina tikmişdir. Məşhur əsərləri: İstanbuldakı 

Topqapı  sarayının  ikinci  baştağı,  Sultan  Səlim 

məscidi (1522), Sofiyadakı Seyfəddin Qazi məsci-

di,  Sarayevodakı  imarət,  kitabxana,  məscidlər 

kompleksi  (1532),  Qəbzədəki  Çoban  Mustafa 

məscididir. 

Mirək Mirzə Qiyas, Ağa Mirək – 16-cı əsr 

Azərbaycan memarı. 1540-cı illərdə Moğol hökm-

darı  Humayun  şah  onu  Qəzvindən  Hindistana 

aparmışdır.  Moğol  memarlıq  məktəbinin  forma-

laşmasında  mühüm  rolu  olmuşdur.  Əsərlərindən 

yalnız Dehlidəki Humayun məqbərəsi (1565) mə-

lumdur. Səfəvilər dövrü Təbriz türbələri üslubun-

da  tikilmiş  bu  monumental  abidənin  prizma 

formalı  gövdəsinin  ortasında  günbəzlə  örtülmüş 

baraban  ucalır.  Quruluşunda  hind  memarlıq  mo-

tivlərinin  təsiri  duyulur.  Aqradakı  məşhur  Tac-

Mahal  məqbərəsinin  (1630-52)  prototipi  hesab 

olunur. 

Məhəmmədağa  Mehmet  ağa  (1540-1620) 

–  türk  memarı.  Məşhur  memar  Sinanın  şagirdi 

olmuşdur.  İstanbul,  Ədirnə  və  başqa  şəhərlərdə 

çoxlu  məscid,  karvansara,  Ədirnədə  Aişə  Qadın 

karvansarası (1609), memar Hacı Şaban ilə birgə 

Tunca  çayı  üzərində  4-cü  körpü (1607-15)  və  s. 

tikmişdir.  Ən  məşhur  əsəri  İstanbuldakı  Sultan 

Əhməd  camesidir  (Göy  came,  1609-16).  Memar 

hündürlüyü 49 m, günbəzinin diametri 24 m olan 

Sultan Əhməd camesinin  “klassik” kompozisiya-

sına yeni memarlıq detalları əlavə etmişdir. Özün-

dən əvvəlki iki, yaxud dörd məsciddən fərqli ola-

raq, burada qurulmuş altı minarə abidənin monu-

mentallığını artırır. 



Şəmsəddin Şəmaxi – 16-cı əsr Azərbaycan 

memarı. Onun bu dövr Azərbaycan memarlığında 

öz  dəst-xətti  vardır.  Yaradıcılığında  Şirvan-

Abşeron memarlıq məktəbinin ənənələrini davam 

etdirmişdir. 

Qəbələ rayonundakı Həzrə kəndində yonul-

muş  daşdan  tikilmiş  səkkizbucaqlı  Şeyx  Mənsur 

türbəsi  (1570)  onun  ən  maraqlı  əsərlərindəndir. 

Türbənin kitabəsində memarın – Şəmsəddinin adı 

həkk olunmuşdur. Memarın  Ağsuda tikdiyi Şeyx 

Məzid (Məzyəd) türbəsi (1502) də dövrümüzədək 

çatmışdır. 




Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə