Arif Xanlar oğlu Abasov Elçin Arif oğlu Abasov Elmira Novruz qızı Hüseynova



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə19/41
tarix14.05.2018
ölçüsü1,29 Mb.
#43615
1   ...   15   16   17   18   19   20   21   22   ...   41

İslam memarlığı və inşaat

 

 



halal zəhmətilə dolanmışdır. Təqribən 1169/70-ci 

ildə  Dərbənd  hökmdarı  Seyfəddin  Müzəffərin 

kəniz kimi göndərdiyi qıpçaq qızı Afaq (Appaq) 

ilə  evlənmiş,  1174-cü  ildə  oğlu  Məhəmməd 

anadan olmuşdur. 

Nizami Gəncəvi dünya ədəbiyyatı tarixinə 

məsnəvi formasında yazdığı beş poemadan ibarət 

“Xəmsə” (Beşlik) bəxş etmişdir. Nizaminin ilkin 

Şərq  renessansının  zirvəsi  olan  yaradıcılığında 

ictimai-siyasi,  sosial  və  mənəvi-əxlaqi  ideyaları 

öz parlaq bədii əksini tapmışdır. 

Nizami  əsərlərində  bir  sıra  memar 

obrazları  da  yaratmışdır.  Onların  içərisində 

Simnar və Şeyda (“Yeddi gözəl”) da vardır. 

Nizaminin 

sadə 


daşyonan  Fərhadı 

(“Xosrov  və  Şirin”)  böyük  bir  memar  obrazı 

kimi  dünya  ədəbiyyatında  məşhurdur.  Şair  belə 

mahir  sənətkarların  istedadının  layiqli  qiymət 

almamasına  təəssüflənir,  həyatı  rövnəqləndirən 

sənət  adamlarının  nadanlar  əlində  həlak 

olmalarına acıyır. 

İnsan  zəkasının  qüdrətinə  dərin  inam 

bəsləyən  Nizami  əsərlərində  elmin  fəzilətindən 

dönə-dönə bəhs edilmişdir. Onun yaradıcılığında 

alim  və  filosof  obrazları  mühüm  yer  tutur  və 

onlar  hökmdarları  və  cəmiyyəti  düzgün 

istiqamətləndirən qüvvə kimi təsəvvür edilirlər. 

Nizami  insanın  əxlaqi  gözəlliyinə  xüsusi 

qiymət  vermiş,  kamil  insanın  ancaq  zahiri 

əlamətləri  ilə  deyil,  mənəvi  gözəllikləri  ilə  də 

seçildiyini  qeyd  etmişdir.  Nizami  ancaq  yüksək 

əxlaq  prinsiplərinə  riayət  yolu  ilə  xoşbəxt 

cəmiyyət qurulmasına inanırdı. 

Nizami  həm  də  böyük  vətənpərvər 

olmuşdur.  O,  bütün  əsərlərində  təsvir  etdiyi 

hadisələri 

Azərbaycanla 

əlaqələndirməyə, 

vətənin  keçmiş  qüdrətli  günlərini  tərənnüm 

etməyə çalışmışdır. 

Rus şairi, jurnalist A.A. Dementyev deyir: 

“Nizaminin  hər  bir  sətri,  hər  bir  şeri  ürəyinin 

qanı  ilə  yazılmışdır.  Böyük  xalqının,  böyük 

Vətəninin  bütün  ümidləri  və  arzuları,  bütün 

kədəri və bütün sevinci şairin ürəyində özünə yer 

tapmışdır”. 

O, eyni zamanda şerlə belə deyir: 

 

Ey böyük Nizami, qəlbin heç zaman, 

Ayrı döyünməyib eldən-obadan, 

Bəlkə ona görə böyüksən ki, sən, 

Dövrün hər dərdini duya bilmisən... 

 

Ey böyük Nizami, böyüklüyündən 



Sən öz ilhamını xalqından aldın. 

Elə bununçün də dahiləşib sən, 

Zamanın fövqünə qalxıb ucaldın! 

 

Nizami,  dövrünün  bütün  elmlərinə,  o 



cümlədən  İslam  memarlığı  və  inşaat  sənətinə, 

nəqqaşlıq  və  buna  yaxın  elmlərə  dair  geniş 

təsəvvürə  malik  olmuş  və  əsərlərində  müxtəlif 

elm sahələrinə dair mülahizələr irəli sürmüşdür. 



 

 

 

 

 

 

 


İslam memarlığı və inşaat

 

 



35 

 

NIZAMI GƏNCƏVININ ƏSƏRLƏRINDƏ  

MEMARLIQ VƏ INġAAT 

 

 

Ey adı ən yaxşı başlamış,  

Sənin adın olmadan yazını başlayarammı? 

Ey bütün varlıqların işini nizama salan, 

Sənin adın kilidlərin açarıdır. 

 “Leyli və Məcnun”, 182 

 

İslam dini Çindən Atlantik okeanına qədər 



uzanan torpaqlarda bütün müxtəlif sivilizasiyaları 

birləşdirərək  vahid  mədəniyyət  yaratdı  və  İslam 

mədəniyyətinin  əsası  qoyuldu.  Bu  mədəniyyət 

Yer  kürəsinin  yüksək  mükəmməlliyə  malik, 

sonuncu  İlahi  mədəniyyəti  oldu.  Eyni  zamanda 

İslam  mədəniyyətinin  bir  şaxəsi  kimi  İslam 

memarlığının  əsası  qoyuldu  ki,  onun  da  əsasını 

İslam dini təşkil etdi. 

Beləliklə,  İslam  mədəniyyətinin  həlledici 

təsiri  ilə  Azərbaycanda  maddi  və  mənəvi 

mədəniyyətin  inkişafında  yeni  tarixi  dövr 

açılmışdır.  Belə  ki,  Azərbaycanda  vahid  ərəb 

əlifbası  yayılır,  şəhər  və  kəndlərdə  mədrəsələr 

təşkil  edilir  və  tədriclə  savadlanma  prosesi 

başlanır.  Hətta  bir  çoxları  təhsil  məqsədilə  ərəb 

məmləkətlərinə  gedir,  orada  fəlsəfə,  məntiq, 

psixologiya,  ilahiyyat,  riyaziyyat,  astronomiya, 

coğrafiya və s. elmləri öyrənir, tədris ocaqlarında 

dərs deyir və hüquq sahəsində qazilik edirlər. 

Azərbaycanda  əvvəlcə  dini  və  ədəbi 

istiqamətlərdə  başlanan  islamın  qərarlaşması, 

mövcud  olan  qeyri-islami  dini  etiqadları  aradan 

qaldırmaqla  insanların  daxili  aləmində  böyük 

islami  dönüş  yaratmışdı.  Həmin  dönüşün 

səmtləndirdiyi  istiqamətdə  ictimai  həyatın  bütün 

sahələrində  sosial  münasibətlər,  elm,  fəlsəfə, 

məişət tərzi, geyim formaları, ailə, əxlaq, hüquq, 

mülkiyyət,  memarlıq,  nəqqaşlıq,  musiqi,  kaşı 

bəzəkləri  inkişaf  etməklə  İslam  mədəniyyəti 

formalaşıb.  Nəticədə,  Azərbaycan  mədəniyyəti 

sistemində  şer,  miniatür  sənəti,  kalliqrafiya, 

şəhərsalma,  məscidlərin  tikilməsi,  memarlıq, 

fəlsəfə  və  ədəbiyyat  daha  yüksək  səviyyələrdə 

tərəqqi edir. 

Azərbaycanın  orta  əsrlərdə  və  sonrakı 

dövrlərdə  yaşayıb,  dünya  mənəvi  xəzinəsinin 

incilərini yaratmış Bəhmənyar, Sührəverdi, Şeyx 

Mahmud  Şəbüstəri,  Seyid  Yəhya  Bakuvi  kimi 

filosof  və  mütəfəkkirləri,  Fələki  Şirvani,  Xacə 

Nəsrəddin  Tusi,  Hubeyn  Tiflisi,  Əbdürrəşid 

Bakuvi,  Nəimi,  Eynətülquzat,  Urməvi,  Əcəmi 

Naxçıvani,  Hacı  Zeynalabdin  Şirvani  kimi 

alimləri, Xaqani, Nizami, Nəsimi, Füzuli, Məsihi, 

Marağalı  Əvhədi  kimi  dahi  şairləri  məhz  islam 

zəminində  yetişib,  böyük  şəxsiyyətlər  kimi 

tanınmışlar.  Əgər  biz  keçmiş  sovet  dövründə 

olduğu kimi bu görkəmli sənətkarların dinə qarşı 

çıxdıqlarını  iddia  ediriksə,  şübhəsiz  ki,  onların 

böyüklüyünü  və  dahiliyini  inkar  etmiş  oluruq. 

İslam  zəminində  yetişmiş,  yazıb-yaratmış  şer, 

sənət  və  elm  dühalarının  yaradıcılığını  islamsız, 

“Qur’an”sız  təsəvvür  etmək,  onları  bu  nəzəri, 

əxlaqi  bünövrədən  təcrid  edib,  sırf  materialist 

baxımdan 

tədqiq 

etmək 


elmə 

qarşı 


hörmətsizlikdən başqa bir şey deyildir. 

O  cümlədən,  dahi  Şeyx  Nizami 

Gəncəvinin  də  adı  çox  böyük  ehtiram  və 

məhəbbətlə qeyd olunmalıdır. 

Araşdırıcıların  qeyd  etdiyinə  görə  də 

“Nizami  dinsiz,  etiqadsız  cəmiyyət  təsəvvür 

etmir”. Bu, sadəcə olaraq mümkün də deyil. Çün-

ki  dünyanın  bütün  vicdanlı  mütəfəkkirləri  dini 

şüurda cəmiyyətin hərəkətvericisini, onu nizamda 

saxlayan qüvvəni görürlər. Nizami də eləcə. 

Ustad  Nizami  öz  əsərlərində  Allaha, 

peyğəmbərlərə belə xitab edir: 

 

Göyləri xəlq edib yaraşıq verən, 

Saysız ulduzlara nur, işıq verən, 

İncə fikirlərə çıraq yandıran, 

Zülmət gecələri işıqlandıran, 

Bizə qorxu, ümid, şadlıq, qəm verən, 

Günəşli və aylı bir aləm verən 

Bu yeri, bu göyü Odur saxlayan 

Onun varlığına şahiddir Cahan. 

 

Nizami  deyir  ki,  varlıq  pərdəsi  aradan 



qalxınca  Onun  görüntüsü  də  nəzərdə  canlanır. 

Digər tərəfdən şairin nə qədər yüksək Allahpərəst 

olmasının  “Xəmsə”də  Allaha  münacatlarında, 

Peyğəmbərimizə  (s)  nətlərində  açıq-aşkar 

görürük. O yazır: 

 

Hər adın başlanğıcı olan Sənin adındır, 



Başlayışın əvvəli Sənə çatmanın axırıdır. 

 “Yeddi gözəl”, 101. 

 



Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə